|
*
AZƏRBAYCANDA
EITI-LA BAĞLI
Mühüm
hadisələrin xronlojisi
(Koalisiyanın məlumatlarına əsasən:)
2005
28 dekabr 2005-ci il -
MSŞA Koalisiyasının 2005-ci ildə fəaliyyətinin yekunlarına həsr
edilmiş dəyirmi masa- mətbuat konfransı keçirilir. Tədbirdə
Koalisiya Şurasının üzvləri və ölkənin bir sıra KİV nümayəndələri
iştirak edirlər. Koalisiyanın 2005-ci ildəki fəaliyyəti ilə bağlı
xüsusi press- reliz
iştirakçılar arasında yayılır. S. Bağırov Koalisiyanın 2005-ci
ildə fəaliyyətinə və
2006-cı ildə
nəzərdə tutulmuş fəaliyyət planına həsr edilmiş məruzəni
iştirakçılara təqdim edir. Koalisiya Şurasının digər üzvləri də
həmin məsələlərlə bağlı öz münasibətlərini açıqlayırlar. Çıxış
edənlərin hər biri jurnalistləri neft gəlirləri və onların
xərclənməsi üzərində şəffaflıq məsələləri ilə daha yaxından
maraqlanmağı, bu məsələlərə ictimaiyyətin diqqətini daha çox cəlb
etməyə çağırırlar. Sonda Şura üzvləri jurnalistlərin suallarına
cavab verirlər.
20- 21- 22 dekabr 2005-ci il -
İctimai Vəsaitin Monitorinqi
Mərkəzi
QHT-lər üçün MSŞT cərçivəsində neft gəlirlərinin şəffaflığı, o
cümlədən neft sazişləri mövzularına dair seminar keçirilir. Seminarda "Dünyanın
neft xəritəsində Azərbaycanın yeri" (İnqlab Əhmədov), "Neft
gəlirləri və şəffaflıq" (Azər Mehtiyev), "Neft gəlirləri və
yoxsulluq problemi" (Qubad İbadoğlu), "Nef Fondları və ARDNF"
(Fuat Rəsulov), "Azərbaycanın HPB sazişləri" (Sabit Bağırov),
"MSŞT və onun perspektiv imkanları" (Mayis Gülalıyev) və "BTC neft
kəməri" (Zöhrab İsmayıl) mövzularında məruzələr edilir.
16
dekabr 2005-ci il -
MSŞA koalisiyasının növbəti 6-cı yığıncağı keşirilir. Yığıncaqda Koalisiya Şurasının 2005-ci
ildəki fəaliyyəti barədə hesabatı dinlənilir, Şuranın fəaliyyəti
qiymətləndirilir. Koalisiyaya qəbul
qaydaları və qəbul üçün ərizə forması təsdiq edilir. Koalisiyaya iki yeni üzv qəbul edilir. Yeni Şura və
Monitorinq Qrupu seçilir və 2006-cı il üzrə
Koalisyanın fəaliyyət planı qəbul edilir. Yığıncağın sonunda
Koalisiyanın MSŞT mövsusunda yazan
jurnalistlər arasında onların mətbuatda dərc edilmiş yazıları üzrə
müsabiqənin qalibləri mükafatlandırılır.
24 noyabr 2005-ci il -
Beynəlxalq Mətbuat Mərkəzində Ebert fondunun maliyyələşdirdiyi
və MSŞA Koalisiyasının üzvü Sahibkarlığın və Bazar
İqtisadiyyatının İnkişafına Yardım Fondunun həyata keçirdiyi
layihə çərçivəsində QHT-lər üçün "Mədən
sənayesində şəffaflıq və yerli
icmaların inkişafı" mövzusunda dəyirmi masa keçirilir. Koalisiya üzvü Mayis Gülalıyev bu mövzuda məruzə edir
və iştirakçıları maraqlandıran suallara cavab verir.
Noyabr 2005-ci il -
MSŞT
Koalisiyasının üzvü Mayis Güləliyevin "Yaxşı idarəetmə nədir?"
adlı kitabı nəşr edilir
15 noyabr 2005-ci il -
Bakıda HYATT Recency otelinin konfrans zalında Mədən Sənayesində
Şəffaflıq Təşəbbüsü QHT Koalisiyasının üzvü olan təşkilatların
20-dən artıq nümayəndəsinin BP- Azərbaycan şirkətinin Prezidenti
c-b D. Vudvordla görüşü keçirilir. Görüşün keçirilməsi təşəbbüsünü
oktyabr ayında HSŞT üzrə Memorandum tərəflərinin İşçi Qrupunun
toplantısında Koalisiya nümayəndələri irəli sürmüş və BP-
Azərbaycan tərəfindən qəbul edilmişdi. C-b Vudvord rəhbərlik
etdiyi şirkətin Azərbaycanda fəaliyyəti, nəzərdə tutulan işləri
haqqında danışıb və bu fəaliyyətin Azərbaycan üçün gözlənilən
nəticələri haqqında məlumat verib. Sonra Koalisiyanın kordinatoru
c-b Sabit Bağırov Koalisiya üzvlərinin BP- Azərbaycan
nümayəndələri ilə müntəzəm görüşlərinin keçirilməsinin faydalı
olacağını bildirib və bunun üçün hər iki tərəfin nümayəndələrinin
daxil olduğu İşçi Komissiya yaradılmasını təklif edib. Bu
təklifqəbul edilib. Daha sonra BP- Azərbaycan nümayəndələri
Koalisiya üzvlərini maraqlandıran suallara cavab veriblər. Sonda
belə görüşlərin 2006-cı ildə də keçirilməsi qərara alınıb.
Oktyabr 2005-ci il - MSŞT
Koalisiyasının koordinatoru Sabit Bağırovun "Beynəlxalq Şəffaflıq
Təşəbbüsləri və Azərbaycan" adlı kitabı nəşr edilir
08 oktyabr 2005-ci il
-
Koalisiyanın
"EITI-ın prinsipləri və QHT Koalisiyasının bu istiqamətdə məqsəd
və fəaliyyəti" layihəsi
üzrə "Tacirlər və İstehsalçılar Birliyi"
Lənkəran şəhərində
eyni adlı konfrans keçirir.
Lənkəran şəhərində keçirilmiş konfransın hesabatı.

("Tacirlər
və Istehsalçılar Birliyi"nin məlumatı)
"Tacirlər
və Istehsalçılar Birliyi" tərəfindən "EITI-ın prinsipləri və QHT
Koalisiyasının bu istiqamətdə məqsəd və fəaliyyəti" layihəsinin
həyata keçirilməsi ilə əlaqədar olaraq 08.10.2005-ci il tarixdə
Lənkəran şəhərində "EITI-ın prinsipləri və QHT Koalisiyasının bu
istiqamətdə məqsəd və fəaliyyəti" adlı konfrans keçirilmişdir.
Konfransda Milli Məclis üzvlüyünə namizədlər,
onların vəkilləri və
səlahiyyətli nümayəndələri, seçicilər, yerli KIV və QHT
nümayəndələri (Iştirakçıların tam siyahısı hesabata əlavə
olunur)
iştirak edirdilər. Konfrans zamanı konfrans iştirakçılarına
"Azərbaycanın Mədən Sənayesinin Fəaliyyəti Haqqında Milli Məclisə
Namizədlərin və Region Ictimaiyyətinin Məlumatlılığının Artırılması"
adlı buklet-yaddaşçaları və mühazirələrin surətləri, "Hasilat
Sənayesində Şəffaflıq Təşəbbüsü"-nə tərəfdar
olmaq üçün qeydiyyat
formaları və deputatlığa namizədlərə QHT Koalisiyasının müraciəti
paylanmışdır. (Iştirakçılara paylanmış materiallar və vəsaitlər
əlavə olunur).
Konfransı
giriş sözü ilə Tacirlər və Istehsalçılar Birliyinin sədri Sevgim
Rəhmanov açdı. O, "eITI-ın prinsipləri və QHT Koalisiyasının bu
istiqamətdə məqsəd və fəaliyyəti"" layihəsinin əsaslandırılması,
layihənin məqsədləri və layihə üzrə görülmüş və planlaşdırılmış
işlər barədə konfrans iştirakçılarına məlumat verdi. Daha sonra S.
Rəhmanov 2004-cü ilin may ayında yaradılmış Azərbaycanda QHT-in
"Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyasının yaranma
səbəbləri, məqsəd və vəzifələri barədə məlumat verdi. S.Rəhmanov
daha sonra sözü "eITI-ın prinsipləri və QHT Koalisiyasının bu
istiqamətdə məqsəd və fəaliyyəti" layihəsinin məruzəçisi Fuat
Rəsulova verdi. Onun məruzəsi isə aşağıdakı mövzuları əhatə
edirdi:
-
Azərbaycan Hökumətinin təbii sərvətlərin istismar
edilməsi ilə
əlaqədar bağladığı müqavilələr və bu müqavilələrin həyata
keçirilməsi ilə əlaqədar gözlənilən nəticələr;
- Mədən
Sənayesində Şəffaflığın Artırılması Təşəbbüsünün mahiyyəti və
vətəndaş cəmiyyətinin vəzifələri;
- QHT
Koalisiyası və onun məqsəd və fəaliyyəti.
Fuat
Rəsulovun məruzəsi dinlənildikdən sonra konfrans iştirakçıları
tərəfindən "EITI-ın prinsipləri və QHT Koalisiyasının bu
istiqamətdə məqsəd və fəaliyyəti" layihəsi və ölkənin neft
siyasəti ilə əlaqədar 15-dən artıq suallar verildi. Suallar
aşağıdakı mövzularda idi:
-
Neft şirkətlərinin özəlləşdirilməsi nə yerdədir ?
-
Əmək təhlükəsizliliyi ilə əlaqədar monitorinq aparılıbmı ?
-
Neft qurtardıqdan sonra yataqların aqibəti necə
olacaq ?
-
Hasil edilmiş neft necə bölünür ?
- Holland Sindromu nədir ? və s.
Bu suallar layihənin koordinatoru Sevgim Rəhmanov və layihənin məruzəçisi Fuat Rəsulov tərəfindən cavablandırıldı.
Konfrans zamanı "Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü"-nə
tərəfdar olmaq istəyənlər üçün bu təşəbbüsə qoşulmaq təklifi
edildi. Konfransda iştirak edən 40 nəfər Milli Məclis
üzvlüyünə namizəddən 24 nəfəri bu
təşəbbüsə qoşuldu. Milli Məclis üzvlüyünə
namizədlərlə yanaşı bu təşəbbüsə konfransın digər iştirakçıları da (16 nəfər) qoşuldu. Bu təşəbbüsdə iştirak
edənlərin siyahısı
əlavə olunur.
Daha sonra Milli Məclis üzvlüyünə namizədlərdən
Dadaşov Cabir, Qarayev Sabir, Ibrahimov Elşad, Əsədov Etibar konfrans zamanı əldə etdikləri məlumatların onlar üçün çox böyük əhəmiyyət kəsb
etdiyini
qeyd etdilər və
bütün bunlara
görə bu tədbirin təşkilatçılarına və iştirakçılarına
öz minnətdarlıqlarını bildirdilər. Konfransın sonunda Sevgim Rəhmanov bütün konfrans iştirakçılarına
öz təşəkkürünü bildirdi və konfrans sona çatdı.
-
06 oktyabr 2005-ci il
-
Bakı Beynəlxalq Mətbuat Mərkəzində
jurnalistlər üçün dəyirmi masa keçirilir. Tədbir
Almaniyanın F. Ebert Fondunun dəstəklədiyi qrant
layihəsi çərçivəsində Siyasi və İqtisadi
Araşdırmalar Mərkəzi (rəhbəri- Koalisiyanın
Koordinatoru S. Bağırov) tərəfindən
jurnalistlər üçün təşkil
edilmiş sonuncu
dəyirmi masa idi.
Onun keçirilməsində məqsəd HSŞT-in
Azərbaycanda
və xaricdə tətbiqi, onun mahiyyəti, prinsip və
meyarları, son hadisələr və c. haqqında jurnalistlərin
məlumatlılığının artırılması
idi.
20-dək jurnalistin iştirak etdiyi
dəyirmi masada Koalisiya
Koordinatoru
Sabit Bağırov bu məsələləri əhatə
edən
məruzəsini iştirakçılara təqdim edir və
onları maraqlandıran
sualları cavablandırır.
-
01 oktyabr 2005- ci
il -
Koalisiyanın
"EITI-ın prinsipləri və QHT Koalisiyasının bu istiqamətdə məqsəd
və fəaliyyəti" layihəsi
üzrə "Tacirlər və İstehsalçılar Birliyi"
Quba şəhərində
eyni adlı konfrans keçirir.
Quba
şəhərində keçirilmiş konfransın hesabatı.
("Tacirlər
və Istehsalçılar Birliyi"nin məlumatı)
"Tacirlər və Istehsalçılar Birliyi" tərəfindən "EITI-ın
prinsipləri və QHT Koalisiyasının bu istiqamətdə məqsəd və
fəaliyyəti" layihəsinin həyata keçirilməsi ilə əlaqədar
olaraq
01.10.2005-ci il tarixdə Quba şəhərində "EITI-ın prinsipləri və
QHT Koalisiyasının bu istiqamətdə məqsəd və fəaliyyəti" adlı
konfrans keçirilmişdir. Konfransda Milli Məclis üzvlüyünə
namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkilləri,
seçicilər, yerli KIV və QHT nümayəndələri iştirak
edirdilər.
(Iştirakçıların tam siyahısı hesabata əlavə
olunur). Konfrans
zamanı konfrans iştirakçılarına "Azərbaycanın Mədən Sənayesinin
Fəaliyyəti Haqqında Milli Məclisə Namizədlərin və Region
Ictimaiyyətinin Məlumatlılığının Artırılması" adlı
buklet-yaddaşçaları və mühazirələrin surətləri, "Hasilat
Sənayesində Şəffaflıq Təşəbbüsü"-nə tərəfdar
olmaq üçün qeydiyyat
formaları və deputatlığa namizədlərə QHT Koalisiyasının müraciəti
paylanmışdır. (Iştirakçılara paylanmış materiallar və vəsaitlər
əlavə olunur).
Konfransı giriş sözü ilə Tacirlər və Istehsalçılar Birliyinin
sədri Sevgim Rəhmanov açdı. O, "EITI-ın prinsipləri və QHT
Koalisiyasının bu istiqamətdə məqsəd və fəaliyyəti"" layihəsinin
əsaslandırılması, layihənin məqsədləri və layihə üzrə görülmüş və
planlaşdırılmış işlər barədə konfrans iştirakçılarına məlumat
verdi. Daha sonra S. Rəhmanov 2004-cü ilin may ayında yaradılmış
Azərbaycanda QHT-in "Mədən Sənayesində Şəffaflığın
Artırılması"
Koalisiyasının yaranma səbəbləri, məqsəd və vəzifələri barədə
məlumat verdi. S.Rəhmanov daha sonra sözü "EITI-ın prinsipləri
və QHT Koalisiyasının bu istiqamətdə məqsəd və fəaliyyəti"
layihəsinin məruzəçisi Fuat Rəsulova verdi.
Onun məruzəsi
aşağıdakı mövzunu əhatə
edirdi:
-
Azərbaycan Hökumətinin təbii sərvətlərin istismar edilməsi ilə
əlaqədar bağladığı müqavilələr və bu müqavilələrin həyata
keçirilməsi ilə əlaqədar gözlənilən nəticələr.
Fuat
müəllimin məruzəsi dinlənildikdən sonra S.Rəhmanov sözü "EITI-ın
prinsipləri və QHT Koalisiyasının bu istiqamətdə məqsəd və
fəaliyyəti" layihəsinin digər məruzəçisi
Sabit Bağırova verdi. Onun məruzəsi
aşağıdakı mövzuları əhatə edirdi:
-
Mədən Sənayesində Şəffaflığın Artırılması Təşəbbüsünün mahiyyəti
və vətəndaş cəmiyyətinin vəzifələri;
- QHT
Koalisiyası- onun məqsəd və fəaliyyəti.
Sabit
Bağırovun məruzəsi dinlənildikdən
sonrakonfrans iştirakçılarıtərəfindən "EITI-ın prinsipləri və
QHT Koalisiyasının bu istiqamətdə məqsəd və fəaliyyəti"layihəsivə ölkənin neft siyasətiilə əlaqədar 10-dan
artıq suallar
verildi. Suallar
aşağıdakı mövzularda idi:
-Neft
emalı zavodları tam gücü ilə işləyir,
ya yox?
-Nə
üçün xaricineft şirkətlərində bizim
fəhlələrə xaricilərlə
müqayisədə daha az əmək haqqı ödənir?
-
Neft sazişləri neçə illik bağlanıb?
-
Azərbaycan nə vaxt yüksək faizli gəlir əldə edə biləcək ? və
s.
Bu
suallar layihənin koordinatoru Sevgim Rəhmanov vəlayihənin
məruzəçiləri Fuat Rəsulovvə Sabit Bağırov tərəfindən
cavablandırıldı.
Konfrans
zamanı "Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü"-nə tərəfdar olmaq
istəyənlərə bu təşəbbüsə qoşulmaq
təklif edildi.Konfransda iştirak edən 8 nəfər Milli Məclis
üzvlüyünə namizəd bu təklifi qəbul
edərək
"Təşəbbüs"ü dəstəklədikləri haqqında
"Bəyanat"ı imzaladılar.
Milli Məclis üzvlüyünə namizədlərlə yanaşı bu təşəbbüsə konfransın
digər iştirakçıları da (3 nəfər) qoşuldu. Bu təşəbbüsdə iştirak edənlərin siyahısı əlavə olunur.
Daha
sonra Milli Məclis üzvlüyünə namizədlərdən
Abramov Yevda,
Məmmədov Ildırım, Piriyev Vaqif, Heydərov Zeynalabdin konfransın
çox uğurla keçdiyini və belə tədbirlərin keçirilməsininregionların iqtisadi inkişafında əvəzsiz rolu
olduğunu qeyd
etdilər. Onlar konfrans zamanı əldə
etdikləri məlumatların onlar
üçün çox böyük əhəmiyyət kəsb
etdiyini qeyd etdilər və bütün
bunlara görəbutədbirin təşkilatçılarınavə iştirakçılarına
öz minnətdarlıqlarını bildirdilər. Konfransın sonunda Sevgim
Rəhmanov bütün konfrans iştirakçılarına öz təşəkkürünü bildirdi və
konfrans sona çatdı.
-
29 sentyabr, 2005-ci il -
MHŞT-nin tətbiqinə dair Memorandum Seçim Qrupunun növbəti iclası
keçirilib. İclas haqqında ARDNF-in məlumatı:
MHŞT üzrə
üçüncü mərhələnin hesabatlarına "AGN Mak" şirkəti rəy verəcək
2005-ci il sentyabrın 29-da
Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində
Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın
hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici
şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri
hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı
Anlaşma Memorandumuna uyğun olaraq təsis edilmiş Seçim Qrupunun
növbəti iclası keçirilmişdir.
İclas zamanı içərisində audit şirkətlərinin təklifləri olan
bağlı və möhürlü zərflər Azərbaycan Respublikası Dövlət Neft
Fondunun nümayəndəsi tərəfindən Seçim Qrupunun üzvlərinə təqdim
olunmuşdur. Zərflərin açılması mərasimi başa çatdıqdan sonra Seçim
Qrupunun üzvləri Azərbaycanın hasilat (neft və qaz) sənayesində
fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan
Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası
hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə 2005-cü
ilin ilk 6 ayı üzrə hesabatları tutuşduraraq təhlil edəcək audit
şirkətini seçmək məqsədilə müsabiqə keçirmişlər.
Memorandumda nəzərdə tutulmuş növbəlilik prinsipinə uyğun
olaraq, üçüncü hesabat mərhələsi üçün seçilmiş audit şirkətinin
haqqı ARDNF tərəfindən ödəniləcək. Memoranduma uyğun olaraq,
Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq miqyasda
tanınmış 4 nüfuzlu auditor şirkətinə ("Deloyt ənd Tuş",
"Praysuoterhauskupers", "Ernst ənd Yanq" və "Mur Stefens
Azərbaycan"), eləcə də beynəlxalq "Accountants Global Network"
qrupuna daxil olan milli "AGN Mak Azərbaycan LTD"
şirkətinə müsabiqədə iştirakla bağlı dəvətlər göndərilmiş və
Azərbaycan Respublikasının satınalamalar barədə qanunvericiliyinə
uyğun olaraq, yerli mətbuatda tenderə dəvət elanı verilmişdir.
Nəticədə,
müsabiqədə "Deloyt ənd Tuş", "Praysuoterhauskupers" və "AGN Mak" şirkətləri
iştirak etmiş, "Ernst ənd Yanq" və "Mur Stefens Azərbaycan" şirkəti
isə müsabiqəyə qatılmamışlar.
Auditor şirkətləri tərəfindən təqdim edilmiş maliyyə və
texniki təkliflər qiymətləndirilmiş və Seçim Qrupunun qərarına uyğun
olaraq, "AGN Mak" şirkəti müsabiqənin qalibi elan olunmuşdur.
Azərbaycan hökuməti MHŞT çərçivəsində öz hesabatlarını artıq iki dəfə
açıqlayıb. 2003-cü və 2004-cü ili əhatə edən hesabatlar "Deloyt
ənd Tuş" şirkətinin Azərbaycan Respublikasındakı
nümayəndəliyi tərəfindən tutuşdurularaq təhlil olunub və onlara rəy verilib.
Şəki
şəhərində keçirilmiş konfrans haqqında məlumat.
"Tacirlər və Istehsalçılar Birliyi" tərəfindən "EITI-ın
prinsipləri və QHT Koalisiyasının bu istiqamətdə məqsəd və
fəaliyyəti" layihəsinin həyata keçirilməsi ilə əlaqədar olaraq
24.09.2005-ci il tarixdə Şəki şəhərində "EITI-ın prinsipləri və
QHT Koalisiyasının bu istiqamətdə məqsəd və fəaliyyəti" adlı
konfrans keçirilmişdir. Konfransda Milli Məclis üzvlüyünə
namizədlər, seçicilər, yerli KIV və QHT nümayəndələri iştirak
edirdilər. Konfrans zamanı iştirakçılara "Azərbaycanın Mədən
Sənayesinin Fəaliyyəti Haqqında Milli Məclisə Namizədlərin və
Region Ictimaiyyətinin Məlumatlılığının Artırılması" adlı
buklet-yaddaşçaları və mühazirələrin surətləri, "Hasilat
Sənayesində Şəffaflıq Təşəbbüsü"-nə tərəfdar olmaq üçün qeydiyyat
formaları və deputatlığa namizədlərə QHT Koalisiyasının müraciəti
paylanmışdır.
Konfransı Tacirlər və Istehsalçılar Birliyinin sədri Sevgim
Rəhmanov giriş sözü ilə açdı. O, "EITI-ın prinsipləri və QHT
Koalisiyasının bu istiqamətdə məqsəd və fəaliyyəti"" layihəsinin
əsaslandırılması, layihənin məqsədləri və layihə üzrə görülmüş və
planlaşdırılmış işlər barədə konfrans iştirakçılarına məlumat
verdi. Daha sonra S. Rəhmanov 2004-cü ilin may ayında yaradılmış
Azərbaycanda QHT-in "Mədən Sənayesində Şəffaflığın Artırılması"
Koalisiyasının yaranma səbəbləri, məqsəd və vəzifələri barədə
məlumat verdi. S.Rəhmanov daha sonra sözü "EITI-ın prinsipləri
və QHT Koalisiyasının bu istiqamətdə məqsəd və fəaliyyəti"
layihəsinin məruzəçisi Fuat Rəsulova verdi. Onun məruzəsi isə
aşağıdakı mövzuları əhatə edirdi:
-
Azərbaycan Hökumətinin təbii sərvətlərin istismar edilməsi ilə
əlaqədar bağladığı müqavilələr və bu müqavilələrin həyata
keçirilməsi ilə əlaqədar gözlənilən nəticələr;
- Mədən
Sənayesində Şəffaflığın Artırılması Təşəbbüsünün mahiyyəti və
vətəndaş cəmiyyətinin vəzifələri;
- QHT
Koalisiyası və onun məqsəd və fəaliyyəti.
Məruzə
dinlənildikdən sonra konfrans iştirakçıları tərəfindən layihəvə
ölkənin neft siyasəti ilə əlaqədar suallar verildi. Suallar
layihənin koordinatoru Sevgim Rəhmanov və layihənin məruzəçisi
Fuat Rəsulov tərəfindən cavablandırıldı.
Konfrans
zamanı "Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü"-nə tərəfdar olmaq
istəyənlər üçün bu təşəbbüsə qoşulmaq təklifi edildi. Konfransda
iştirak edən 17 nəfər Milli Məclis üzvlüyünə namizəddən 13 nəfəri
bu təşəbbüsə qoşuldu. Milli Məclis üzvlüyünə namizədlərlə yanaşı
bu təşəbbüsə konfransın digər iştirakçıları da(12 nəfər) qoşuldu.
-
22
sentyabr 2005 -
BP-
Azərbaycan şirkəti sentyabrın 22-də koalisiyanın koordinatoru S.
Bağırovu dəvət edərək, 0 saylı
formada qeyd edilən sualları aydınlaşdırıb və kommersiya sirri ola
biləcəyi ehtimalı ilə yalnız bir sual istisna olmaqla digər
suallara cavab verilməsinin mümkün olduğu bildirilib. S.
Bağırov iştirakçılara xatırlatdı ki, Koalisiya əvvəllər BP-yə
müraciət edərək layihələr üzrə kommersiya sirri məsələlərini
aydınlaşdırmaq üçün BP-nin müvafiq mütəxəssisiniun Şura üzvləri
ilə görüşü təşkil edilsin. Oktyabrın 22-də ona cavab olaraq
bildirilib ki, bu və Koalisiyanı BP-nin fəaliyyəti ilə bağlı
maraqlandıran sualları cavablandırmaq üçün BP- Azərbaycan
şirkətinin Prezidenti cənab D. Vudvord Koalisiya nümayəndələri ilə
görüşə hazırdır. Həmin görüşün yeri və vaxtı tezliklə
dəqiqləşdiriləcək.
-
21 sentyabr 2005-ci il - Neft Fondunda MHŞT üzrə İşçi Qrupun
görüşü keçirilir. Görüşdə BP, ExxonMobil, Devon Enerji
şirkətlərinin nümayəndələri, MHŞT üzrə hökumət komissiyasının
Sədri S. Şərifov, Koalisiyanın nümayəndələri- Sabit Bağırov və
Sevgim Rəhmanov iştirk edirlər. Koalisiyanın Memorandumla bağlı
"Razılaşma Sənədi" adlanan yeni təklifləri
(Koalisiyanın təklif
etdiyi yeni hesabat formaları- 06 iyun, 2005 və
Koalisiyanın Anlaşma Memorandumuna təklif etdiyi
dəyişikliklər- 19 aprel, 2005) müzakirə edilib və qərara alınıb ki, a) yeni
hesabat formalarına keçid qəbul edilmir, çünki təklif edilən
dəyişikliklər EİTİ prinsiplərindən kənara çıxır və onların daha da
genişləndirilməsini tələb edir. Eyni zamanda təklif edilib ki,
Koalisiya onu maraqlandıran bəzi məsələlər üzrə birbaşa (məsələn,
operator üçün 0 saylı forma üzrə ABƏŞ-ə) müraciət edə bilər. Fərdi açıqlamalarla bağlı koalisiyanın
təklifi müzakirə edilərkən BP nümayəndəsi artıq fərdi açıqlamaları
etdiklərini və onları mətbuatda və vebsaytda dərc etdiklərini elan
edib. BP həmçinin digər şirkətlərə də fərdi şəkildə
hesabatlarını dərc etdirməklə bağlı müraciət edib. 5 şirkət
artıq buna razılıqlarını bildiriblər. Auditorla münasibətlərə dair
Koalisiyanın təklifi mətndə bəzi dəyişikliklərlə qəbul edildi.
koalisiyanın digər bir təklifi- İşçi Qrupun yaradılmasının
Memorandumda əks etdirilməsi də qəbul edildi.
Müzakirənin növbəti görüşdə davam etdiriləcəyi qərar alınır.
-
05-
07 sentyabr, 2005-ci il -
Koalisiya üzvü
İctimai Vəsaitin
Monitorinq Mərkəzi Koalisiyanın
"Cəmiyyətin
MSŞT haqqında məlumatının artırılması üzrə bir sıra treninqlərin keçirilməsi" adlı layihənin üçüncü mərhələsi çərçivəsində
jurnalistlər üçün üç günlük treninq keçirir. Treninqlər Azərbaycanın neft
gəlirləri üzəriərində şəffaflığın artırılmasında jurnalistlərin
rolu məsələsinə həsr edilir.
-
Sentyabr, 2005-ci il -
MSŞA QHT Koalisiyası Şura üzvü
Qubad İbadoğlunun "Qara
qızıl şəffaflıq işığında" kitabı çap edilir.
Kitab kolisiyanın "Mədən
Sənayesində Şəffaflıq Təşəbbüsünə dair QHT Koalisiyasının rolunun
artırılması" layihəsi çərçivəsində ACİ YF-nın maliyyə
dəstəyiilə hazırlanaraq ictimaiyyətə təqdim edilib. Kitabla tanıış
olmaq üçün müraciət edin:

-
01 sentyabr 2005-ci il -
"Mədən Sənayesində Şəffaflığın
Artırılması" QHT Koalisiyası Azərbaycan Respublikası Milli Məclisinə 2005-ci il
seçkiləri üzrə yaradılmış seçki bloklarına Müraciət
edir:
"Mədən Sənayesində Şəffaflığın
Artırılması" QHT Koalisiyasının
Azərbaycan Respublikası Milli Məclisinə 2005-ci ildə
keçiriləcək seçkilər üzrə yaradılmış seçki blokları üzvlərinə
Müraciəti
Hörmətli
xanımlar və cənablar!
Azərbaycanın
40-dan artıq QHT-sinin birləşdiyi "Mədən Sənayesində Şəffaflığın
Artırılması"
Koalisiyası, bir müddət öncə Milli Məclisə seçkilərə qatılan namizədlərə
müraciət (mətni bu məktuba əlavə olunur) edərək təklif vermişdir ki, onlar öz
seçki platformalarında ve təbliğat kompaniyalarında neft gəlirlərinin şəffaf və
səmərəli istifadəsi məsələlərinə önəm versinlər.
Biz bilirik ki,
təmsil olunduğunuz seçki bloklarında çoxlu sayda qabaqçıl insanlar,
mütəxəssislər və ziyalılar birləşib. Onların bir çoxunun yeni Milli Məclisin
üzvü olacaqlarına şübhə etmirik. Və qeyd edilən məsələlərin vqcibliyini nəzərə
alaraq, sizinlə razılaşacağımız vaxtda və yerdə Seçki Blokunuzu təmsil edən
deputatlığa namizədlərlə dəyirmi masada görüşməyi təklif edirik. Həmin tədbirdə
Koalisiyanın ekspertləri "Hasilat Sənayesində Şəffaflıq Təiəbbüsü",
Azəhbaycanın
neft gəlirləri və bunların yaratdığı imkanlar və fəsadlar barədə ətraflı məlumat
verməyə və Milli Məclisə namizədlərin suallarını cavablandırmağa hazırdırlar.
Ümid edirik ki,
həmin dəyirmi masadan əldə edilən məlumatlar namizədlərin təbliğatında neft
gəlirləri üzərində şəffaflığın
artırılması məsələlərini önə çəkməkdə, gələcəkdə
isə bu sahədəki problemləri həll etmək üçün Milli Məclis üzvü kimi
fəaliyyətlərində faydalı ola bilər.
Sonda onu da
bildirmək istərdik ki, Koalisiya bu tədbirdən öz təbliğatı üçün istifadə etmək
fikrində deyil və iştirakçıların razılığı olmazsa, bu haqda mətbuata heç bir
məlumat verilməyəcək.
Hörmətlə,
"Mədən Sənayesində Şəffaflığın
Artırılması" QHT Koalisiyası Şurası
Bakı şəhəri, 19
avqust 2005-ci il.
Müraciətlər üçün Koalisiyanın
telefonu: 497-89-67.
-
25 avqust 2005-ci il - Koalisiyanın vebsaytı yeni versiyada fəaliyyətini davam etdirir.
-
23 avqust 2005-ci il -
Bakı Beynəlxalq Mətbuat Mərkəzində
jurnalistlər üçün dəyirmi masa keçirilir. Tədbir
Almaniyanın F. Ebert Fondunun dəstəklədiyi qrant
layihəsi çərçivəsində Siyasi və İqtisadi
Araşdırmalar Mərkəzi (rəhbəri- Koalisiyanın
Koordinatoru S. Bağırov) tərəfindən təşkil
edilmişdi. Həmin layihədə jurnalistlər üçün daha bir
dəyirmi masa keçirilməsi nəzərdə tutulur. Bu dəyirmi
masaların keçirilməsində məqsəd HSŞT-in
Azərbaycanda
və xaricdə tətbiqi, onun mahiyyəti, prinsip və
meyarları və c. haqqında jurnalistlərin
məlumatlılığının artırılmasıdır.
20-dək jurnalistin iştirak etdiyi
dəyirmi masada Koalisiya Şurasının üzvü i.e.d
İnqilab Əhmədov
"Mədən
Sənayesində Şəffaflıq Təşəbbüsü-
EITI" adlı
məruzəsini iştirakçılara təqdim edir. Bu
jurnalistlər üçün çox maraqlı oldu. Belə ki,
jurnalistlər üçün MSŞT mövzusunda ən yaxşı yazı
müsabiqəsi artıq avqustun 4-dən start götürüb.
-
05 avqust 2005-ci il - Koalisiya
Şurasının Azərbaycanda 2005-ci il parlament
seçkilərində iştirak edən deputatlığa namizərlərə öz
seçkiqabağı platformalarında və təbliğatlarında Mədən
Sənayesində şəffaflığın
artırılması məsələlərinə önəm
vermələri haqqında
Müraciəti yayılır. Müraciətdə həmçinin Koalisiya
ekspertlərinin namizədləri bu mövzu ilə bağlı lazımı
məlumatlarla təmin etməyə hazır olduğu bildirilib
-
04
avqust 2005-ci il
-
Bakı
Beynəlxalq mətbuat Mərkəzində
"Mədən Sənayesində
Şəffaflığın Artırılmasında KİV-lərin Rolu" layihəsi
çərçivəsində "Mədən Sənayesində Şəffaflığın
Artırılması" QHT Koalisiyasının KİV təmsilçiləri ilə
görüşü keçirilir. Görüşdə məqsəd KİV-ləri
Azərbaycanda
"Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü"nün tətbiqinə
daha yaxından cəlb etmək, mədən sənayesində
şəffaflığın artırılmasında KİV-lərin rolunu
müəyyənləşdirmək, onların bu prosesdə fəallığını
artırmaq idi. Görüşdə Koalisiyanın üzvləri və
aparıcı
mətbuat orqanlarının baş redaktorları, informasiya
agentliklərinin rəhbərləri iştirak etdilər. Görüşdə
Koalisiya üzvləri çıxışlar edərək EITI haqqında, onun
prinsip və meyarları, KİV-lərin bu təşəbbüsün həyata
keçirilməsində rolu haqqında danışdılar. Görüşdə media
rəhbərləri və jurnalistlər çıxış edərək
Azərbaycanda
EITI-in daha da genişlənməsinin vacibliyini bildirərək
bu işdə Koalisiya ilə əməkdaşlığa hazır olduqlarını
bildirdilər. Koalisiya təmsilçiləri Koalisiyanın
həyata keçirdiyi
"Mədən Sənayesində Şəffaflığın
Artırılmasında KİV-lərin Rolu" layihəsi çərçivəsində
Jurnalistlər
üçün müsabiqə elan etdilər.
-
04 avqust 2005-ci il -
Azərbaycan Respublikası Hökümətinin
mədən hasilatı sənayesində əldə etdiyi məcmu
daxilolmaları barədə
növbəti
(ikinci)
hesabatı
(2004-cü il üzrə illik) və
hasilat (neft-qaz) sənayesində fəaliyyət göstərən şirkətlərin
təqdim etdikləri fərdi hesabatların təhlili əsasında
audit şirkətinin verdiyi rəylər açıqlanır. Həmin sənədlərlə tanış olmaq üçün
aşağıdakı ünvanlara müraciət edin:
-
Birgə ress- reliz
-
Hökumət Komissiyasının 2004-cü il üzrə
illik hesabatı
-
31 dekabr 2004-cü il tarixinə bitən il üzrə
Müstəqil Mühasiblərin Rəyi
-
İnpeks
Azərbaycanda
Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma
qoşuldu
(ARDNF-in məlumatı)
2005-ci il iyulun 19-da
Yaponiyanın İnpeks şirkəti Mineral Ehtiyatlarının
Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq
Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair
Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı
imzalamışdır. "Qoşulma Aktı" adlanan
sənəddə qeyd olunur ki,
"INPEX Southwest Caspian Sea, Ltd."
(Inpeks) şirkəti
Azərbaycan Respublikasının hasilat sənayesində
fəaliyyət göstərdiyi üçün MHŞT üzrə hökumət
Komissiyası tərəfindən Memoranduma qoşulmaq barədə
dəvət almışdır.
Sənəddə bildirilir ki,
Azərbaycanda fəaliyyət göstərən digər
hasilat şirkətləri kimi MHŞT-ni tətbiq etmək və
Memorandumun bütün digər tərəfləri ilə əməkdaşlıq
etmək niyyətilə İnpeks
"Qoşulma
Aktını" imzalayaraq
Memoranduma qoşulur.
Beləliklə,
MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu
imzalamış şirkətlərin sayı 21-ə çatıb. Memorandum
2004-cü il noyabrın 24-də MHŞT-nin
Azərbaycanda həyata
keçirilməsi prosesinə qoşulmuş 20 xarici və yerli
hasilat sənayesi (neft və qaz) şirkətləri,o cümlədən
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP
Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Unocal,
Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən
imzalanıb.
Azərbaycan
Respublikasında fiziki təmsilçiliyi olmadığına görə
İnpeks Memoranduma qoşulmamış və Təşəbbüsün həyata
keçirilməsi ilə bağlı 2005-ci ilin mart
ayında başa
çatan birinci hesabat mərhələsində (2004-cü ilin ilk
altı ayı), eləcə də artıq yekunlaşmaq üzrə olan ikinci
hesabat mərhələsində (2004-cü il)iştirak edə
bilməmişdi. "Qoşulma Aktı"nı imzalamaqla İnpeks
Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti
hesabat dövrü (2005-ci il) üzrə Azərbaycan
Respublikası hökumətinə ödənişləri barədə hesabat
verəcək.
-
19
iyul
2005-ci il
-
Azərbaycan Milli GHT Forumunun
ofisində "Neft gəlirləri
və Dövlət büdcəsi" mövzusunda
dəyirmi masa (DM) keçirilib. Bu 2005-ci ildə QHT-lər
üçün keçirilməsi planlaşdırılmış dəyirmi masalar
sırasından üçüncü idi. Bir sıra QHT nümayəndəsi DM-də
iştirak edib. Koalisiya Şurasının Koordinatoru S.
Bağırov giriş sözü ilə
çıxış edərək iştirakçıları
Azərbaycan QHT-lərinin
"Mədən Sənayesində Şəffaflığın
Artırılması" (MSŞA) Koalisaiyasının fəaliyyəti
haqqında, EITI-ın
Azərbaycanda tətbiqi üzrə həm
artıq həyata keçirilmiş
fəaliyyətlər, həm də gözlənilən hadisələr haqqında
məlumat verib.
Daha sonra Koalisiya Şurasının
üzvü Qubad İbadoğlu
"Neft gəlirləri və Dövlət büdcəsi" mövzusunda məruzə
etmişdir. Məruzənin slaydaları ilə MSŞA Koalisiyasının
saytında (
..\feal\QIb_Neftgelirleri_ve_Budce.pdf ) tanış olmaq mümkündür.
-
13 iyul 2005-ci il -
"Mədən sənayesində
şəffaflığın artırılmasında KİV- in rolu layihəsi çərçivəsində ötən həftə
"Bakı- xəbər" qəzetində ilk media- forum keçirilib. Forumun qonaqları "Mədən
sənayesində şəffaflığın artırılması Koalisiyası"- nın Şura üzvləri Sabit
Bağırov və Qubad İbadoğlu olub. Forumun təşkilindən öncə qəzetdə bir neçə gün
bununla bağlı elan dərc olunub. Elanda media- forumda iştirak etmək, forumun
aparıcılarına sualları vermək üçün qəzetin telefon nömrələri, email ünvanları
göstərilib. Oxucular onları maraqlandıran, narahat edən məsələlər barədə həm
forumdan qabaq, həm də forumun gedişində redaksiya ilə canlı bağlantı
yaradaraq forumun qonaqlarına öz sualların vermişler. Forumda daha çox mədən
sənayesində şəffaflıqın təmin olunması, neft gəlirləri üzərində ictimai
nəzarət, neft şirkətlərinin audit yoxlaması və s. məsələlər barədə verilən
suallar Sabit Bağırov və Qubad İbadoğlu tərəfindən cavablandırılıb. Onlar eyni
zamanda Forumun gedişində EITI təşəbbüsü, bu təşəbbüsün meydana gəlməsi
səbəbləri barədə danışıb, Azərbaycanda bu təşəbbüsə dəstək olaraq 2004- cü
ildə yaradılan "Mədən Sənayesində Şəffaflığın
Artırılması Koalisiyası" barədə
məlumat veriblər. Forumun qonaqları oxucuların suallarını cavablandırarkən
qeyd ediblər ki, Dövlət Neft Şirkəti 5 ildir ki, audit yoxlamasından keçmeyib.
Sabit Bağırov bildirib ki, neftdən əldə olunacaq gəlirlər bütün əhaliyə
aid
olduğundan gəlirlər üzərində ciddi nəzarətin təmin olunmasina çalişmalıyıq. Azərbaycanda korrupsiyanın "çiçələnməsi"ndən danışan Qubad İbadoğlu bildirib
ki, indiki korrupsiya mühitində neft gəlirlərinin xalqın mənafeyinə xidmət
etməsi mümkün deyil. Media- forumun qonaqları qeyd edibler ki, Azerbaycanda mədən sənayesində
şəffaflığa nail olmaq, neft gəlirləri üzərində ictimai nəzarəti təmin etmək,
bu gəlirlərin xalqın mənafeyinə xidmət etməsi üçün demokratiyanın inkişafina,
ədalətli seçkilərin keçirilməsinə böyük ehtiyac var. Xatırladaq ki, "Bakı- xəbər" qəzetində keçirilən media- forum 2 gün öncə
adı
çəkilən qəzetdə dərc edilib.
-
12 iyul 2005-ci il -
MSŞA Koalisiyasının ofisində
BP şirkətinin Makroiqtisadiyyat şöbəsinin
rəhbəri Mark Henstriclə bir qrup Koalisiya üzvünün görüşü keçirilir. Görüşdə
M. Henstric BP şirkətinin "Dünya Energetikasının statistik təhlili" üzrə son
proqramı çərçivəsində global energy məsələlərini əhatə edən təqdimat keçirir
və iclas iştirakçılarının suallarına cavab verir.
-
02-03 iyul 2005-ci il - Koalisiya
azərbaycanda fəaliyyət göstərən bütün yerli və xarici
neft şirkətlərinə mədən sənayesində şəffaflığı nə
dərəcədə dəstəklədikləri mövzusunda sorğu
anketi ilə
müraciət edir. Sorğu
Koalisiyanın "Mədən
sənayesində şəffaflığın
artırılması ilə bağlı sorğu"
adlı layihə
çərçivəsində
həyata keçirilir. Layihənin icraçısı Koalisiyanın üzvü
İqtisadi Tədqiqatlar Mərkəzi İB-dir.
-
27- 29 iyun 2005-ci il
- MSŞA Koalisiyasının ofisində
"HPBS-lərin təhlili" mövzusunda trenerlər üçün treninqin birinci hissəsi
keçirilir. Treninq Koalisiyanın üzvü İctimai Vəsaitin Monitorinqi Mərkəzi
tərəfindən təşkil edilmişdi. Aparıcı, neft məsələləri üzrə tanınmış mütəxəssis
Dr. Peter Uels
(Neftex Petroleum Advisors) idi.
Treninq Koalisiya Şurası üzvləri üçün təşkil edilmişdi və dinləyicilərə sonda
xüsusi sertifikatlar təqdim edilib. Treninqin ikinci mərhələsinin
aparıcıları
Dünya Bankindan cənab Matkl Levitski və xanım Bermet Sidiqalıyeva olacaqlar.
-
17 iyun 2005-ci il -
Neft Fondunda Memorandumu imzalamış tərəflərin
İşçi Qrupunun ikinci yığıncağı keçirilib.
İştirakçılar
Koalisiyanın təklif etdiyi yeni hesabat formaları ilə tanış olublar. Qərara
alınıb ki, yaxın müddətdə Koalisiya nümayəndələri ilə
bp şirkətinin
nümayəndələri görüşəcək və birlikdə həmin hesabat formalarını
araşdıracaqlar.
Fərdi hesabatların açıqlanması məsələsinə toxunulub.
bp nümayəndəsi
bildirib ki, onlar fərdi açıqlamalara hazırdırlar, lakin bu digər neft
şirkətləri və hökumətlə razılaşdırılmalıdır.
-
14
iyun 2005-ci il - MSŞA Koalisiyasının üsvü Tacirlər
və İstehsalşılar Birliyi (TİB) Gəncə şəhərində
"Azərbaycan Mədən Sənayesinin
Fəaliyyəti Haqqında Region İctimaiyyətinin Məlumatlılığının Artıtılması"
mövzusunda konfrans keçirir. Konfrans Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün
Azərbaycanda tətbiqi çərçivəsində həyata keçirilib. Konfransda 70-ə qədər
nümayındə, o cümlədən, yerli və ətraf rayonların ictimaiyəti, QHT
nümayəndələri, KİV təmsilçiləri, yerli bələdiyə və icra hakimiyəti
nümayəndələri, sahibkarlar, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini
İlham Əliyev, ACİ YF Gəncə Təhsil Mərkəzi Direktoru Həsən Hüseynov,
Helsinki VA Gəncə regional Mərkəzinin nümayəndəsi Aslan Vəliyev və
başqaları iştirak edib.
Konfransa sədrlik edən MSŞA
Koalisiya üzvü, Tacirlər və İstehsalçılar Birliyinin
Sədri Sevgim Rəhmanov layihə və konfrans haqqında
məlumat verib, onların məqsədlərini açıqlayıb. MSŞA
Koalisya Şurasının Koordinatoru, Sahibkarlığa və Bazar
İqtisadiyatının İnkişafına Yardım Fondunun Prezidenti
Sabit Bağırovun "Neft amili və onunla əlaqıdar
qazanclar, fəsadlar və gələcək imkanlar" və MSŞA
Koalisiya üzvü, Xəzər Universiteti İqtisadi
Tədqiqatlar Mərəzinin Direktoru Fuat Rəsulovun
"BTC boru kəməri keçən ərazidə yerli resurslardan
istifadə edilməsinin monitorinqi (o cümlədən,
regionların iqtisadiyyatına təsiri)" movzularında
məruzələri dinlənilib, neft gəirləri, onlar üz |