Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 16 May 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

* EITI XƏBƏRLƏR ARXİVİ - AZƏRBAYCANDA AZƏRBAYCANDA EITI-LA BAĞLI Mühüm hadisələrin xronlojisi (Koalisiyanın məlumatlarına əsasən:) 2004 2004-cü ilin dekabr ayının 20-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə yaradılan Komissiya, Azərbaycanın neft və qaz sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilən Seçim Qrupunun növbəti iclası keçirilib. Iclasda içərisində audit şirkətlərinin təklifləri olan bağlı və möhürlü zərflər Memoranduma uyğun olaraq Seçim Qrupunun fəaliyyətinə təşkilati və maddi-texniki dəstək göstərən DNF-in nümayəndəsi tərəfindən Seçim Qrupunun üzvlərinə təqdim olunub. Zərflərin açılması mərasimi başa çatdıqdan sonra Seçim Qrupunun üzvləri Azərbaycanın neft və qaz sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan hökumətinə ödənişləri və hökumətin yerli və xarici şirkətlərdən daxilolmaları barədə hesabatlarını tutuşduraraq təhlil edəcək audit şirkətini seçmək məqsədilə müsabiqə keçirib.

* EITI XƏBƏRLƏR ARXİVİ - AZƏRBAYCANDA AZƏRBAYCANDA EITI-LA BAĞLI Mühüm hadisələrin xronlojisi (Koalisiyanın məlumatlarına əsasən:) 2004 2004-cü ilin dekabr ayının 20-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə yaradılan Komissiya, Azərbaycanın neft və qaz sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilən Seçim Qrupunun növbəti iclası keçirilib. Iclasda içərisində audit şirkətlərinin təklifləri olan bağlı və möhürlü zərflər Memoranduma uyğun olaraq Seçim Qrupunun fəaliyyətinə təşkilati və maddi-texniki dəstək göstərən DNF-in nümayəndəsi tərəfindən Seçim Qrupunun üzvlərinə təqdim olunub. Zərflərin açılması mərasimi başa çatdıqdan sonra Seçim Qrupunun üzvləri Azərbaycanın neft və qaz sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan hökumətinə ödənişləri və hökumətin yerli və xarici şirkətlərdən daxilolmaları barədə hesabatlarını tutuşduraraq təhlil edəcək audit şirkətini seçmək məqsədilə müsabiqə keçirib.

EITI XƏBƏRLƏR ARXİVİ - AZƏRBAYCANDA

AZƏRBAYCANDA EITI-LA BAĞLI Mühüm hadisələrin xronlojisi

(Koalisiyanın məlumatlarına əsasən:)

2004


  • 2004-cü ilin dekabr ayının 20-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə yaradılan Komissiya, Azərbaycanın neft və qaz sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilən Seçim Qrupunun növbəti iclası keçirilib. Iclasda içərisində audit şirkətlərinin təklifləri olan bağlı və möhürlü zərflər Memoranduma uyğun olaraq Seçim Qrupunun fəaliyyətinə təşkilati və maddi-texniki dəstək göstərən DNF-in nümayəndəsi tərəfindən Seçim Qrupunun üzvlərinə təqdim olunub. Zərflərin açılması mərasimi başa çatdıqdan sonra Seçim Qrupunun üzvləri Azərbaycanın neft və qaz sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan hökumətinə ödənişləri və hökumətin yerli və xarici şirkətlərdən daxilolmaları barədə hesabatlarını tutuşduraraq təhlil edəcək audit şirkətini seçmək məqsədilə müsabiqə keçirib.

    Azərbaycanda fəaliyyət göstərən 4 nüfuzlu beynəlxalq auditor şirkətinə müsabiqədə iştirakla bağlı dəvətlər göndərilib. “Deloitte & Touche”, ““Ernst & Young”, və “PriceWaterHouseCoorers” şirkətləri müsabiqədə iştirak edib, “Mur Stefens Azərbaycan” şirkəti isə müsabiqəyə qatılmayıb.

    Auditor şirkətləri tərəfindən təqdim edilmiş maliyyə və texniki təkliflər qiymətləndirilib və Seçim Qrupunun qərarına uyğun olaraq, “Deloitte & Touche” şirkətinin Azərbaycan nümayəndəliyi müsabiqənin qalibi elan olunub. Müsabiqədə 2-ci yeri “Ernst & Young”, 3-cü yeri isə “PriceWaterHouseCoopers” şirkəti tutub.

    Tenderin qalibi 2003-cü il üzrə bütünlüklə, 2004-cü ilin isə birinci yarısı üzrə hesabatların auditini keçirəcəkdir. Xidmətin haqqı ilkin olaraq hökumət tərəfindən, sonradan isə təşəbbüsə qoşulmuş şirkətlər tərəfindən ödəniləcəkdir.

  • 2004-cü ilin dekabrın 3-də - Koalisiyanın 4-cü Ümumi yığıncağı keçirilir - Şuranın 6 aylıq fəaliyyəti haqqında Koalisiyanın Əlaqələndiricisi cənab Sabit Bağırovun hesabatı dinlənilmişdir. Koalisiyaya 12 nəfər yeni üzv seçilmiş və Koalisiyanın üzvlərinin sayı 44-ə çatmışdır. Şuranın səlahiyyət müddəti bitdiyi üçün 9 nəfər tam səlahiyyətli, 2 nəfər isə məşvərətçi səs hüququ ilə 11 nəfərdən ibarət yeni Şura seçilmişdir. Koalisiyanın Əsasnaməsinə bəzi dəyişikliklər edilmişdir.

  • 2004-cü ilin dekabrın 1-də, Bakı Mətbuat Klubunda "Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyası Şurasının noyabr ayının 24-də imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna həsr olunmuş mətbuat konfransı keçirilir. Mətbuat konfransında Şuranın üzvləri imzalanmış sənədlə bağlı özlərinin şəxsi mövqelərini açıqlayır, onun üstün və çatışmayan cəhətlərini göstərirlər. Şuranın Memorandumla əlaqədar xüsusi bəyanatı yayılır.

  • 2004- cü ilin noyabrın 24-də Bakıda, Hyyat Recensy otelində "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü"nün Azərbaycanda tətbiqi çərçivəsində Azərbaycan hökumətinin, yerli və xarici neft şirkətlərinin və vətəndaş cəmiyyətinin nümayəndələri qarşılıqlı Anlaşma Memorandumu imzalayırlar. Memorandumu imzalama mərasimində Azərbaycan hökumətinin, Azərbaycanda fəaliyyət göstərən demək olar ki, bütün yerli və xarici neft şirkətlərinin, neft-qaz hasilatı ilə məşğul olan birgə müəssisələrin, vətəndaş cəmiyyətinin, KİV-lərin nümayəndələri, neft şirkətlərinin təmsil etdikləri ölkələrin səfirləri, Dünya bankının, AYİB-in, BVF-nin Azərbaycandakı daimi nümayəndəliklərinin başçıları və digər qonaqlar iştirak edirlər. Mərasimdə "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" üzrə Komissiyanın Sədri cənab Samir Şərifov, xarici neft şirkətləri adından bp- Azərbaijan şirkətinin Prezidenti cənab Devid Vudvord, vətəndaş cəmiyyəti adından "Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyasının Koordinatoru cənab Sabit Bağırov, Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti cənab Natiq Əliyev, Birləşmiş Krallığın Azərbaycandakı Səfiri cənab Lourens Bristou və Dünya bankının, AYİB-in, BVF-nin Azərbaycandakı daimi nümayəndəliklərinin başçıları çıxış edirlər.

(çıxışlarla tanış olmaq üçün aşağıdakı ünvanlara müraciət edin)

- cənab Samir Şərifovun çıxışı

- cənab Devid Vudvordun çıxışı

- cənab Sabit Bağırovun çıxışı

- cənab Lourens Bristounun çıxışı

Sənədi imzalayanlar:

- MSŞT üzrə hökumət Komissiyası

-yerli və xarici neft şirkətləri

-MSŞT üzrə QHT-lərin Koalisiyası

  • 2004-cü il noyabrın 9-da Böyük Britaniya səfirliyində DFİD və Koalisiya nümayəndələri arasında görüş keçirilir. Görüşdə bu yaxınlarda imzalanması nəzərdə tutulan üçtərəfli Anlaşma Memorandumu haqqında danışılır. Görüş iştirakçıları "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü"nün (EITI) dünyanın müxtəlif ölkələrində tətbiqi və gələcək perspektivləri haqqında fikir mübadiləsi aparırlar.

  • 2004-cü il oktyabrın 21-də ARDNF-da, Hökumət Komissiyasının hazırladığı Anlaşma Memorandumunun üç tərəfin iştirakı ilə son dəfə birgə müzakirəsi keçirilir. Memorandumun son variantı neft şirkətləri və Koalisiya Şurası tərəfindən imzalanmaq üçün razılaşdırılır və Hökumət Komissiyasından sənədin imzalanmasını təşkil etmək xahiş edilir. İştirakçılar: Hökumət Komissiyasının Sədri Samir Şərifov, xarici şirkətlərin nümayəndələri və QHT Koalisiyası Şurasının üzvləri Sabit Bağırov, İnqlab Əhmədov, Mirvari Qəhrəmanlı və Sevgim Rəhmanov.

  • 2004-cü il oktyabrın 15-də Bakı Biznes Mərkəzimdə "Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyasının III Ümumi Yığıncağı keçirilir. Yığıncaqda Üçtərəfli Anlaşma Memorandumunun Koalisiya tərəfindən imzalanması məsələsi müzakirə edilir. Koalisiyanın Memorandumun bəzi maddələrinə iradları olsa da, EITI prosesinin Azərbaycanda tətbiqinin ləngiməməsi naminə onun imzalanması qərara alınır. Hesabatları tutuşdurmaq üçün auditor şirkətini seçəcək "Seçim Qrupu"na Koalisiyadan 2 nəfər nümayəndə seçilir.

  • 2004-cü il oktyabrın 12-də "Landmark" Biznes Mərkəzində Anlaşma Memorandumunun bəzi müddəaları neft şirkətlərinin nümayəndələri və Koalisiya Şurasının üzvləri arasında bir daha müzakirə edilir.

  • 2004-cü il oktyabrın 5-də ARDNF-da, Hökumət Komissiyasının hazırladığı Anlaşma Memorandumunun üç tərəfin iştirakı ilə birgə müzakirəsi keçirilir. Koalisiya Şurasının Memorandum üzrə bəzi təklifləri qəbul edilir. İştirakçılar: Hökumət Komissiyasının Sədri Samir Şərifov, xarici şirkətlərin nümayəndələri və QHT Koalisiyası Şurasının üzvləri Sabit Bağırov və Sevgim Rəhmanov.

  • 2004-cü il sentyabrın 15-də ARDNF-da, Hökumət Komissiyasının hazırladığı Anlaşma Memorandumunun birgə müzakirəsi keçirilir. Şuraya təklif olunur ki, Memorandum üzrə öz münasibətini yaxın zamanda bildirsin. İştirakçılar: Samir Şərifovun başçılığı ilə Hökumət Komissiyasının üzvləri, xarici şirkətlərin nümayəndələri, ACİ Bakı ofisinin direktoru və QHT Koalisiyası Şurasının üzvləri.

  • 2004-cü il iyulun 16-da günün birinci yarısında ARDNF-da EITI və xüsusi ilə bütün maraqlı tərəflərin mümkün əməkdaşlıq formaları ilə bağlı məsələlər müzakirə olunur. İştirakçılar: Fondun direktoru Samir Şərifov, Koalisiya Şurasının üzvləri.

  • 2004-cü il iyulun 8-də günün ikinci yarısında EITI ilə bağlı məsələlərin müzakirəsi davam etdirilir.İştirakçılar: Koalisiya Şurasının nümayəndələri – Sabit Bağırov və İnqlab Əhmədov, ACİ Bakı Ofisinin direktoru Fərda Əsədov, DFID nümayəndəsi Sefton Darbi, səfirlik və DFID nümayəndəsi Kris Koç , Dünya Bankının nümayəndəsi Maykl Levitski.

  • 2004-cü il iyulun 8-də günün birinci yarısında ARDNF-da EITI ilə bağlı məsələlər müzakirə olunur. İştirakçılar: Fondun direktoru Samir Şərifov, Koalisiya Şurasının nümayəndələri – Sabit Bağırov və İnqlab Əhmədov, ACİ Bakı Ofisinin direktoru Fərda Əsədov, DFID nümayəndəsi Sefton Darbi, səfirlik və DFID nümayəndəsi Kris Koç , Dünya Bankının nümayəndəsi Maykl Levitski.

  • 2004-cü il iyulun 6-da keçirilən dəyirmi masada EITI ilə bağlı məsələllər müzakirə edilir. İştirakçılar: Koalisiya Şurası (tam tərkibdə), ACİ Bakı Ofisinin direktoru Fərda Əsədov, DFID nümayəndəsi Sefton Darbi, səfirlik və DFID nümayəndəsi Kris Koç, Dünya Bankının nümayəndəsi Maykl Levitski. İştirakçıları Britaniya səfirliyi salamlayır.

  • 2004-cü il iyunun28-də Şura koordinatoru Şuranın maliyyə hesabatlılığı formaları üzrə təkliflərinə dair Hökumət Komissiyasının sədrindən rəsmi cavab məktubu alır.

  • 2004-cü il iyunun 14-də Koalisiyanını koordinatoru Koalisiya Şurasının maliyyə hesabatlılığı formaları üzrə təkliflərini Hökumət Komissiyası sədrinin ünvanına göndərir. Bir müddətdən sonra bu təkliflərin surəti Neft şirkətləri və DFID-nin ünvanına göndərilir.

  • 2004-cü il mayın 14-dən 2004-cü ilin iyunun 11-nə qədər Koalisiya Şurası bir neçə yığımcaq keçirir. Bu yığıncaqlarda iş planı müzakirə edilir və icraya qəbul olunur. Şura həm də Hökumət Komissiyasının işləyib hazırladığı maliyyə hesabatlılığı formalarının təhlili üzrə işçi qrup yaradır. İşçi qrup maliyyə hesabatlılığının hökumət formalarını təhlil edərək hesabatlılıq formaları üzrə öz təkliflərini hazırlayır. 2004-cü il iyunun 11-də Şura İşçi Qrupun bu təkliflərini təsdiqləyir və bu təkliflərin Hökumət Komissiyasının sədri cənab Samir Şərifova , həm də DFID və Neft şirkətlərinə təqdim edilməsi haqqında qərar qəbul edir.

  • 2004-cü il mayın 13-də ACİ-nin təşəbbüsü ilə “ISR Plaza” mehmanxanasının konfrans zalında Azərbaycanın 30-dan artıq tanınmış QHT-sinin iştirak etdiyi dəyirmi masa keşirilir. Dəyirmi masanın gedişində Azərbaycan QHT-lərinin EITI-yə dəstək Koalisiyasının yaradılması haqqında qərar qəbul edilir. Koalisiyaya daxil olmaq qərarına gəlmiş QHT-lər “Mədən Sənayesində Şəffaflığın artırılması” Koalisiyasının yaradılması haqqında Memorandum imzalayır və “Koalisiya haqqında Əsasnamə” qəbul edir. Yaradılmış Koalisiyanın üzvləri Koalisiyanın yeddi nəfərdən ibarət rəhbər orqanını – Koalisiya Şurasını seçir (Bağırov Sabit, Qəhrəmanlı Mirvari, Əhmədov İnqlab, İbadoğlu Qubad, Gülalıyev Mais, Rəhmanov Sevgim, Rizvanqızı Himayət).

  • 2004-cü il aprelin 20-də EITI üzrə Hökumət Komissiyasının sədri cənab Samir Şərifov Azərbaycanın Londandakı səfirliyində neft şirkətləri və beynəlxalq QHT nümayəndələrinə maliyyə hesabatlılığı formaları üzrə təkliflərini təqdim edir.

  • 2004-cü il aprelin 5-də “Park Hyatt” mehmanxanasının “Əmirov” konfrans zalında keçirilən dəyirmi masada Hökumət Komissiyasının sədri Samir Şərifov Hökumət Komisiyasının işləyib hazırladığı hesabatlılıq formalarını təqdim edir. Bu dəyirmi masada neft şirkətləri və Azərbaycanın 20-yə yaxın tanınmış QHT nümayəndələri iştirak edir. Yığıncada həm də EITI-də vətəndaş cəmiyyətini kimin təmsil edə bilməsi məsələsi də müzakirə edilir. Belə bir fikir söylənir ki, Azərbaycan QHT-ləri bu məsələni müzakirə etməli EITI-də üçüncü tərəfin funksiyalarını yerinə yetirəcək bir nümayəndəlik institutu yaratmalıdır. Dəyirmi masanın gedişində Samir Şərifov bu ideyanı dəstəkləyir.

  • 2004-cü ilin martın 31-də EITI üzrə Hökumət Komissiyasının sədri bir sıra QHT-lərə müraciət edərək onları Komissiya tərəfindən işlənib hazırlanmış maliyyə hesabatlılığı formalarınını müzakirəsində iştiraka dəvət edir.



Sənədin sonuncu korrektə tarixi: 28/12/2007 - 12:3:51

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.205967