|
MSŞA Koalisiyası Mоnitоrinq Qrupunun Əsаsnаməsi
MSŞA Koalisiyası Mоnitоrinq Qrupunun Əsаsnаməsi
1. Monitorinq Qrupunun məqsədi 1.1. MQ-nin məqsədi MSŞA QHT Koalisiyasının fəaliyyətinə ümumi nəzarəti təmin etməkdir. 2. Monitorinq Qrupunun fəaliyyət istiqamətləri 2.1. MQ-nin fəaliyyəti MSŞA Koalisiyasının Əsasnaməsi və “MSŞA Koalisiyasının MQ-nin Əsasnaməsi” ilə tənzimlənir. 3. Monitorinq Qrupunun fəaliyyət formaları Monitorinqin bütün üsullarından istifadə etmək: 3.1. Müşahidə aparmaq; 3.2. Rəylər toplamaq; 3.3. İnformasiya toplamaq; 3.4. Analiz etmək; 3. 5. Fəaliyyəti qiymətləndirmək; 3.6. Və digər üsullar 4. Monitorinq Qrupunun strukturu və idarə olunma qaydaları 4.1. Monitorinq Qrupu Koalisiyanın üzvü olan QHT-lərin nümayəndələrindən formalaşdırılır; 4.2. Monitorinq Qrupunun say tərkibi 5 nəfərdən ibarətdir və onun üzvləri Şuranın seçildiyi müddətə seçilir; 4.3. Monitorinq Qrupunun iclaslarına sədrlik rotasiya prinsipi ilə təşkil və idarə olunur; 4.4. Monitorinq Qrupu öz fəaliyyətini iş bölgüsü əsasında və konkret fəaliyyət planı üzərində qurur; 4.5. Monitorinq Qrupu öz iclaslarını ayda 1 dəfədən az olmayaraq keçirir; 4.6. Monitorinq Qrupunun növbədənkənar iclasları Monitorinq Qrupu üzvlərinin yarısının təşəbbüsü ilə keçirilə bilər; 4.7. Monitorinq Qrupunun iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir; 4.8. Monitorinq Qrupu müzakirə etdiyi məsələlər barədə qərar qəbul edir. Monitorinq Qrupunun qərarları sadə səs çoxlugu ilə qəbul edilir; 4.9. Monitorinq Qrupunun qərarları tövsiyyə xarakteri daşiyir; 5. Monitorinq Qrupu üzvlərinin hüquqları 5.1. Koalisiya Şurasının iclaslarında iştirak etmək; 5.2. Koalisiyanın və Monitorinq Qrupunun məlumat bazasından istifadə etmək; 5.3. Qrupun fəaliyyəti haqqında məlumat almaq və vermək; 5.4. Qrupun iclaslarında baxılması üçün təkliflər vermək; 5.5. Qrupun müsbət rəyini almaqla onu təmsil etmək; 5.6. Ümumi Yigincaqda xüsusi rəylə çıxış etmək; 5.7. Qrup üzvünün Monitorinq Qrupunun adından hər hansı bəyanat vermək hüququ yoxdur; 5.8. Monitorinq Qrupuna üzvlük istənilən anda üzv tərəfindən dayandırıla bilər. Qrup üzvü qrupun əsasnaməsini pozduqda, onun işində iştirak etmədikdə, onun üzvlükdən xaric olunma məsələsi Qrup tərəfindən Ümumi Yıgıncaq qarşısında qaldırıla bilər. 6. Monitorinq Qrupu və üzvlərinin vəzifə və öhdəlikləri 6.1. Monitorinq Qrupu özünün fəaliyyəti barədə Ümumi Yıgıncaga hesabat verməlidir; 6.2. Monitorinq Qrupu Koalisiyanın orqanlarından və üzvlərindən daxil olan ərizələrə (1 ay ərzində) baxıb cavab verməlidir; 6.3. Monitorinq Qrupunun Koalisiyanın fəaliyyəti, Şuranın Ümumi Yıgıncaga verdiyi hesabatlar Koalisiyanın seşkili orqanlarının, vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Koalisiyanın Əsasnaməsinə uygunlugu, Koalisiyanın illik xərclər smetasının layihəsi, Koalisiya tərəfindən, eyni zamanda, onun dəstəyi ilə həyata keçirilən layihələrin və tədbirlərin monitorinqinin nəticələri barədə öz hesabatını (rəyini) hazırlayıb Ümumi Yıgıncaga təqdim etməlidir; 6.4. Monitorinq Qrupunun üzvləri qrupun toplantılarında müntəzəm iştirak etməli, iş bölgüsü əsasında onlara həvalə fəaliyyətlərin həyata keçirilməsini təmin etməlidirlər; 7. Monitorinq Qrupunun fəaliyyətinin maliyyələşdirilməsi 7.1. Monitorinq Qrupunun fəaliyyəti Koalisiyanın institusional qrant layihəsi və ya Vahid Layihəsi çərçivəsində maliyyələşdirilir; 8. Bu əsasnaməyə əlavə və dəyişiklik edilməsi 8.1. Əsanaməyə dəyişikliklər Ümumi Yıgıncaq iştirakçılarının yarıdan çoxunun iştirak etdiyi iclasda əsasında edilir; 9. Monitorinq Qrupunun ləgv edilməsi 9.1. Monitorinq Qrupunun Koalisiyanın Ümumi Yıgıncagının qərarı ilə ləgv edilə bilər.
Sənədin sonuncu korrektə tarixi: 27/2/2008 - 15:24:50
|