Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Yanvar 2009, Çərşənbə axşamı | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Koalisiyasının İdarəetmə Şurasının Əsasnaməsi (21/05/2004)

MSŞA Koalisiyasının İdarəetmə Şurasının Əsasnaməsi (21/05/2004)
  1. Şuranın seçilməsi, səlahiyyətləri və vəzifələri:

  • Şura Ümumi yığıncaq tərəfindən seçilir və Ümumi yığıncaqlararası dövrlərdə Koalisiyanın rəhbər orqanıdır;

  • Şuranın ilk tərkibi 7 nəfərdən ibarət seçilir. Sonrakı dövrlərdə Ümumi yığıncağın qərarı ilə Şura üzvlərinin sayı artırıla bilər;

  • İlk Şura yarım il müddətinə seçilir. İkinci şura 1 illik müddətə, sonrakılar isə 2 illik müddətə seçilir;

  • Şura Koalisiyanın qəbul etdiyi qərarların həyata keçirilməsini təmin edir;

  • Şura üzvlərinin 1/3-nin razılığı ilə müxtəlif məsələlərlə bağlı Koalisiyanın növbədənkənar iclasını çağıra bilər;

  • Şura Koalisiyanın fəaliyyətini qurur, tədbirlərə rəhbərlik edir, yerli və xarici təşkilatlar və qurumlarla danışıqlar aparır və Koalisiyanın adından müvafiq sənədlərin imzalanmasına razılıq verir;

  • Şuranın işini təşkil etmək üçün Şura üzvlərindən birini Əlaqələndirici (Kordinator) seçir;

  • Şura Kordinatorun səlahiyyətlərini müəyyənləşdir;

  • Şura üzvlərinin 2/3 –nin tələbi ilə Şura Kordinatoruna etimadsızlıq göstərilə bilər. Bu halda yeni seçkilərin keçirilməsi üçün növbədənkənar Şura iclası sağırıla bilər;

  • Şura Kordinatorun qəbul etdiyi qərarlara veto qoymaq hüququna malikdir;

  • Şura Koalisiyanın strategiyasını və fəaliyyət istiqamətlərini müəyyən edir;

  • Şura Kordinatorun təqdimatı ilə Kordinatorun icra aparatını formalaşdırır.

  1. Fəaliyyət istiqamətləri:

  • Koalisiyanın məqsədləri üzrə müxtəlif tədbirlər həyata keçirir;

  • Şura ümumi yığıncaqların keçirilməsini hazırlayır;

  • Hesabat-seçki yığıncaqlarının və növbədənkənar seçki yığıncaqlarının əsasnamələrini hazırlayır və ümumi yığıncağa təqdim edir;

  • Koalisiyaya yeni üzvlərin qəbulu və xaric olunması haqqında koalisiya üzvləri qarşısında məsələ qaldırır;

  • Şuranın fəaliyyətini əks etdirən məlumat Koalisiyanın aylıq bülletenlərində təsvir edilir və Koalisiyanın bütün üzvlərinə çatdırılır. Eyni ilə məlumatlar Koalisiyanın veb-saytında da yerləşdirilir.

  1. Şuranın iclasları və qərarların qəbul edilməsi:

  • Şura içlasları ayda bir dəfədən az olmayaraq çağırılır;

  • Şurada Qərarlar 2/3 səs çoxluğu ilə qəbul edilir.

  1. Şuranın üzvlərinin hüquqları:

  • Şuranın iclaslarında iştirak etmək;

  • Şuranın kordinatoru seçilmək;

  • Şuranın məlumat bazalarından istifadə etmək;

  • Şuranın fəaliyyəti haqqında məlumat almaq və vermək;

  • Şuranın fəaliyyət sahəsinə aid bu və ya digər məsələlərin Şuranın iclaslarında baxılması üzrə təkliflər irəli sürmək;

  • Şuranın müsbət rəyini almaqla Şuranı təmsil etmək.

  • Şura üzvünün Şuranın adından hər hansı bəyanat vermək hüququ yoxdur.

  • Şuraya üzvlük istənilən anda üzv tərəfindən dayandırıla bilər.

  1. Şura üzvlərinin vəzifələri

  • Şura üzvü Koalisiyanın Əsasnaməsini və bu Əsasnaməni rəhbər tutmalıdır.

  1. Şura fəaliyyətinin maliyyələşdirilməsi

  • Şuranın fəaliyyəti qrantlar, eləcə də Koalisiya üzvlərinin maliyyə vəsaitləri hesabına maliyyələşdirilir.

  1. Şuranın Kordinatoru:

  • Şuranın cari fəaliyyətinə rəhbərliyi onun Kordinatoru həyata keçirir;

  • Kordinator Şuranın fəaliiyyəti dövründə Şuranın seçildiyi müddətə seçilir;

  • Kordinator Şura üzvlərinin 2/3 səs verdikdə seçilmiş hesab olunur;

  • Şuranın müsbət rəyini almaqla Koalissiya adından müqavilələr bağlayır və müxtəlif tədbirlərdə Koalisiyanı təmsil edir;

  • Şuranın müsbət rəyini almaqla pul vəsaitləri daxil olmaqla Koalissiya əmlakı üzərində sərəncam verir;

  • Şuranın cari fəaliyyətinə aid məsələlərlə bağlı sərəncamlar verir;

  • Şura tərəfindən onun üzərinə qoyulmuş digər funksiyaları yerinə yetirir.

  1. Bu Əsasnaməyə dəyişiklikedilməsi qaydaları

  • Bu Əsasnaməyə istənilən dəyişiklik Şura üzvləri tərəfindən 2/3 səs çoxluğu əsasında edilir.

  1. Şuranın ləğv edilməsi

  • Şura Koalisiya ləğv ediliyi halda və həmçinin Koalisiyanın qərarı ilə ləğv edilə bilər.



Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:31:1

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

"Mədən sənayesində ŞƏFFAFLIQ" jurnalının 8-ci sayı çap olunmuşdur
İctimai Birliklərin “Mədən Səanayesində Şəffaflığın Artırılması” Koalisiyasının  təşkil etdiyi  “Qarşılıqlı Anlaşma Memorandumunun  5-cü  ili: ötən dövrün qazancları və gələcək dövrün tələbləri” mövzusunda məlumat
Qubad  İbadoğlu MŞHT üzrə beynəlxalq seminarda iştirak edib
6 Noyabr 2008-ci il Monqollarla Şura üzvlərinin görüşü barədə Məlumat
AZƏRBAYCANDA MHŞT ÜZRƏ QİYMƏTLƏNDİRMƏ PROSESİNİ HƏYATA KEÇİRƏCƏK ŞİRKƏT SEÇİLDİ
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 17-ci sayı hazırlanmışdır
28 oktyabr 2008-ci ildə Princeton Universitetindən gələn tələbələr və Global Witness beynəlxalq təşkilatından nümayəndələr ilə  keçirilmiş  görüşə dair məlumat
25 oktyabr 2008-ci il tarixində Mədən Sənayesində Şəffaflığın Artırılması İctimai Birliklər Koalisiyanın keçirdiyi seminar haqqında məlumat
Milyonların aqibəti
НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.279925