Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 7 Sentyabr 2008, Bazar | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

MSŞA Kоаlisiyаsı hаqqındа Əsasnamə (03/12/2004)

MSŞA Kоаlisiyаsı hаqqındа Əsasnamə (03/12/2004)

1. Koalisiyanın məqsədləri

Koalisiyanın məqsədləri aşağıdakılardır:

  • Təbii sərvətlərin istismarından əldə olunan və Azərbaycanın payına düşən gəlirlərin tam həcmdə dövlətə çatması, onların etibarlı saxlanması və səmərəli istifadəsinə ictimai nəzarətin təşkili və həyata keçirilməsi;
  • təbii sərvətlərin istismarı və əldə olunan gəlirlər barədə Azərbaycan vətəndaşlarının məqbul səviyyədə məlumatlandırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi və o cümlədən dövlət orqanları və şirkətlərin bu sahədə fəaliyyətinə ictimai nəzarətin təşkili və həyata keçirilməsi;
  • vətəndaş cəmiyyəti institutlarının şəffaflıqla bağlı səylərinin birgə fəaliyyət formasına keçirilməsi və onların sayəsində ictimai fəallığın yüksəldilməsi;
  • Böyük Britaniya hökumətinin elan etdiyi və Azərbaycan hökumətinin qoşulduğu “Mədən sənayesində şəffaflıq təşəbbüsü”ndə Azərbaycan ictimai qurumlarının təmsil edilməsi.

2. Koalisiyanın iştirakçıları

  • Koalisiya iştirakçısı istənilən qeyri-hökumət qurumları və ayrı-ayrı ictimai xadimlər və mütəxəssislər ola bilər.
  • Koalisiyaya üzv olmaq istəyən hüquqi və ya fiziki şəxs bu Əsasnamənin müddəaları ilə razı olmalı və müvafiq ərizə ilə Koalisiyanın rəhbər orqanına müraciət etməlidir.
  • Koalisiyaya üzvlük könüllüdür.
  • Koalisiyaya yeni üzvlər Koalisiya üzvlərinin ən azı 2/3-nin razılığı əsasında qəbul edilir.
  • Koalisiyaya üzvlük istənilən anda üzv tərəfindən dayandırıla bilər.

3. Koalisiyanın hüquqi statusu

  • Koalisiya hüquqi şəxs deyildir.

4. Koalisiyanın fəaliyyət formaları:

  • konfrans, seminar və dəyirmi masaların keçirilməsi (o cümlədən virtual);
  • işçi qrupların və komissiyaların yaradılması;
  • bu və ya digər problemlə əlaqədar müvafiq auditlərin və mütəxəssislərin ekspertizasının təşkili;
  • dövlət orqanları, yerli və beynəlxalq qurumlar, təşkilatlar və şirkətlərlə danışıqların aparılması və əməkdaşlığın qurulması;
  • qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupların yaradılması. Müvafiq təkliflərin Milli Məclisdə qəbul olunmasına lazımi səylərin göstərilməsi;
  • xüsusi ictimai aksiyaların (piketlər, yürüşlər, mitinqlər, ictimai teatr tamaşaları, «korrupsiyasız bir gün», əlaqələndirilmiş yazıların KİV-də nəşri, fotosərgilər, karikatura sərgiləri və b.) keçirilməsi;
  • kitabların, kitabçaların, bülletenlərin, plakatların və b. nəşri;
  • xüsusi vebsaytın yaradılması;
  • xarici təcrübənin öyrənilməsi və yayılması;
  • beynəlxalq səviyyədə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə iştirak;
  • fəallar üçün treninqlər;
  • vətəndaşlara məsləhətlər;
  • qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyət formaları.

5. Koalisiya üzvlərinin hüquqları

Koalisiya üzvünün aşağıdakı hüquqları var:

  • Koalisiyanın iclaslarında iştirak etmək;
  • Koalisiyanın rəhbər orqanlarını seçmək;
  • Koalisiyanın məlumat bazalarından istifadə etmək;
  • Koalisiya şurasının fəaliyyəti barədə məlumat tələb etmək;
  • Koalisiyanın fəaliyyət sahəsinə aid bu və ya digər məsələlərin Koalisiyanın iclaslarında baxılması üzrə təkliflər irəli sürmək.

Koalisiya üzvünün Koalisiyanın adından hər hansı bəyanat vermək hüququ yoxdur.

6. Koalisiya üzvlərinin vəzifələri

  • Koalisiya üzvü bu Əsasnaməni rəhbər tutmalıdır.

7. Koalisiyanın idarəetmə orqanları

  • Koalisiyanın ali rəhbər orqanı onun üzvlərinin ümumi yığıncağıdır.
  • Ümumi yığıncaq ən azı yarım ildə bir dəfə keçirilir. Novbədənkənar Ümumi yığıncaq Koalisiya üzvlərinin ən azı 1/3-nin tələbi ilə çağırıla bilər. Növbədənkənar Ümumi yığıncaq 2 Şura üzvünün tələbi ilə də çağırıla bilər.
  • Ümumi yığıncaqlararası dövrlərdə Koalisiyanın rəhbər orqanı Ümumi yığıncaq tərəfindən seçilmiş Şuradır.
  • Şuranın ilk tərkibi 7 nəfərdən ibarət seçilir. Sonrakı dövrlərdə Ümumi yığıncağın qərarı ilə Şura üzvlərinin sayı artırıla bilər.
  • İlk Şura yarım il müddətinə seçilir. İkinci şura 1 illik müddətə, sonrakılar isə 2 illik müddətə seçilir.
  • Şura Koalisiyanın fəaliyyətini qurur, tədbirlərə rəhbərlik edir, yerli və xarici təşkilatlar və qurumlarla danışıqlar aparır və Koalisiyanın adından müvafiq sənədlərin imzalanmasına razılıq verir.
  • Şuranın işini təşkil etmək üçün Şura üzvlərindən birini Əlaqələndirici seçir.
  • Şuranın fəaliyyətini əks etdirən məlumat Koalisiyanın aylıq bülletenlərində təsvir edilir və Koalisiyanın bütün üzvlərinə çatdırılır. Eyni ilə məlumatlar koalisiyanın vebsaytında da yerləşdirilir.
  • Şura Əlaqələndiricisinin səlahiyyətləri Şura tərəfindən müəyyənləşdirilir.

8. Koalisiya fəaliyyətinin maliyyələşdirilməsi

  • Koalisiyanın fəaliyyəti qrantlar, eləcə də Koalisiya üzvlərinin maliyyə vəsaitləri hesabına maliyyələşdirilir.

9. Bu Əsasnaməyə dəyişiklik edilməsi qaydaları

  • Bu Əsasnaməyə dəyişiklik Koalisiya üzvlərinin ən azı 2/3-nin razılığı əsasında edilir.

10. Koalisiyanın ləğv edilməsi

  • Koalisiya onun üzvlərinin ən azı 2/3 – nin razılığı əsasında ləğv edilir.



Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:31:12

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.375475