Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 25 İyul 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Mədən Sənayesində Şəffaflığın Artırılması “QHT Koalisiyasının X ümumi yığıncağı”nın Protokolu

Mədən Sənayesində Şəffaflığın Artırılması “QHT Koalisiyasının X ümumi yığıncağı”nın Protokolu
20 oktyabr 2007-ci il tarixdə “AF HOTEL-AQUA Park”ın konfrans zalında keçirildi.

Yığıncağda iştirak etməlidir: 105 nəfər

İştirak edir: 87 nəfər

Yığıncaq iştirakçıları Dövlət himnini oxuduqdan sonar Koalisiyanın Koordinatoru Q. İbadoğlu yığıncaq iştirakçılarına uğurlar arzuladı.Sonra bildirdi ki,yığıncağı aparmaq üçün sədr və katib secilməlidir. Səsvermə zamanı üç nəfərdən ibarət

SƏDARƏT:

1. Qubad İbadoğlu

2. Əliməmməd Nuriyev

3. Mehriban Vəzir

 

Katib:

Şəkər İsgəndərli

 

seçildi.

Reqlament təsdiq edildikdən sonar iclas öz işinə başladı.

 

MÜZAKİRƏNİN ADI

I. Şuranın hesabatı: Məruzəçi Q.İbadoglu

II. Monitoring Qrupunun hesabatı: Məruzəçi Azər Mehtiyev

III. Suallar/cavablar

IV. Hesabatların müzakirəsi

V. Qiymətləndirmə

VI. Koalisiyanın Əsasnaməsinə əlavə və dəyişikliklərin müzakirəsi

VII. Təşkilati məsələlər/namizədlərin qeydə alınması

VIII. Koalisiyanın 2008-ci il üçün fəaliyyət proqramının müzakirəsi

IX. Seçkilərin nəticələrinin təsdiqi

X. Cari məsələlər

EŞİDİLDİ- I

I. Şuranın hesabatını Koalisiyanın koordinatoru Q.İbadoğlu təqdim etdi. O bildirdi ki, indiyə qədər Koalisiya geniş fəaliyyət planı həyata keçirib. Şuraya yeni üzvlər seçilib. GəncədəKoalisiyanın şöbəsi yaradılıb. Koalisiya Azərbaycan Dünya Bankının hesabatına qoşulub. Şura keçən dövrdə 30 iclas keçirib. Sonra Q. İbadoğlu hüquqi inkişaf üzrə,texniki təşkil üzrə,Koalisiya üzvlərinin təsnifatı,Koalisiyanın cinsi tərkibi, Koalisiyanın Beynəlxalq əlaqələrinin inkişafı,donorlarla əlaqə,Koalisiyanın proqram fəaliyyəti,Koalisiyanın vəkillik fəaliyyəti,nəşrlər,Koalisiyanın maliyyə fəaliyyəti,Koalisiyanın qarşılaşdığı problemlər və sair barədə geniş və ətraflı məlumat verdi. Şuranın hesabatı protokola əlavə edilir.

İclasda səsləri hesablamaq üçün üç nəfərdən ibarət say kommisiyası yaradıldı.

  1. Sevil Abdullayeva

  2. Elçin Abdullayev

  3. Alı İsmayılov

Sevil Abdullayeva say komissiyasına sədr seçildi.

İclas iştirakçılarının razılığı əsasında say komissiyası həm də mandat komissiyası kimi təsdiq edildi.

EŞİDİLDİ-II

Monitoronq qrupunun hesabatını Azər Mehtiyev təqdim etdi. Azər Mehtiyevin məruzəsi Protokola əlavə edilir.

Suallar-cavablar III

Hər iki məruzə ilə əlaqədar olaraq həm Q.İbadoğlu,həm də Azər Mehtiyevə müxtəlif suallar ünvanlandı.

Şaban Nəsirov “Koalisiyanın büdcəsi barədə”,Elşad Hüseynov Qubad İbadoğluya “Qonaqları harada qəbul etməsi barədə ”,Sevil Həmidova”İctimai aksiyaların necə keçirilməsi barədə”, Səadət Bənyarlı ”Qiymətlənrin artırılması ilə əlaqədar Koalisiya real addımlar atmaq üçen hansı təklifləri hazırladığı barədə,”Fəridə Məmmədovanın ”Bizim Koalisiyanın regionlardan olan nümayəndələri maliyyə cəhətdən necə təmin edilir” və s suallar hər iki məruzəçi tərəfindən ətraflı cavablandırıldı.

HESABATLARIN MÜZAKİRƏSİ-IV

Məruzələr ətrafında çıxış edən Fəqan Əliyev bildirdi ki, Kolaisiyada savadlı gəncləri görmək istədiyini,qadınların sayının artırılmasının vacibliyini,böyük və kiçiyə hörmət qoyulmasını,cəmiyyətin inkişafına təsir göstərmək cəhdlərini ortaya qoyulmasının,cəmiyyətin inkişafına təsir göstərmək cəhdlərini ortaya qoyulmasının xüsusi olaraq vurğuladı.Oqtay Güləliyev çıxışında hər iki məruzəçi üzrə mühüm məsələlərə toxundu. Koalisiyanın gördüyü işlərin hec də hamısının qənaətbəxş olmadığını,Şura üzvlərinin bəzilərinin liberal mövqe nümayiş etdirdiyini bildirdi. Sonra Fuad Qəhrəmanlı, Sevil Yüzbaşova,Elçin Sərdarov,Ehtiram Əliyev və başqaları çıxış etdilər.

Çıxışlar Protokola əlavə olunur.

Qiymətləndirmə – V

Sonra hər iki hesabat qiymətləndirilmək üçün səsə qoyuldu.

1. Şuranın hesabatı 54 nəfər lehinə

2. Monitorinq qrupunun hesabatı böyük səs çoxluğu ilə kafi qiymətləndirildi.

 

Koalisiyanın əsasnaməsinə əla və dəyişikliklərin müzakirəsi – VI

Verilən təkliflər nəzərə alınmaqla koalisiyanın strukturu : Koalisiya Şurası, Monitorinq Qrupu, Seçim Qrupu və bölgə şöbələrindən ibarətdir şəklində ifadə olundu.

Sonra 3.1, 3.4, 3.8, 3.9, 5.3, 8.2, 8.6, 8.7, 8.8, 9.2, 11.2, 11.6 bəndlərində müəyyən dəyişiklik edildi.

Təşkilati məsələlər / Namizədlərin qeydə alınması – VII

Təkliflər nəzərə alınmaqla

1. Şura üzvləri 11 nəfərdən ibarət

2. Monitorinq qrupu 5 nəfərdən ibarət

3. Seçim qrupu 7 nəfərdən ibarət olmaqla

səsə qoyulub qəbul edildi.

Namizədlər müəyyənləşdirildikdən sonra bülletenlə hazırlandı, siyahı üzrə 32 nəfər Şura üzvlüyünə, 14 nəfər monitorinq qrupuna, 9 nəfər seçim qrupuna namizəd irəli sürülmüşdü. Səsvermə zamanı seçicilərin siyahısı bir daha dəqiqləşdirildi, məlum oldu ki, səsvermədə 84 nəfər iştirak edir. Bülletenlər imza edilib paylandı. Səsvermə prosesi yekunlaşdıqdan sonra Bülletenlər sayılarkən verilən bülletenlər qutudan çıxan bülletenlərlə eyni, yəni 84 oldu. Hər üç qrupa verilən namizədlərin siyahısı tam tərkibdə say komissiyasının hesabatında əksini tapıb. Hesabat protokola əlavə edilir.

Koalisiyanın 2008-ci il üçün fəaliyyət proqramının müzakirəsi – VIII

Fəaliyyət proqramı müzakirə olunur, yığıncaq tərəfindən qəbul edildi.

2008-ci il üçün fəaliyyət proqramı protokola əlavə edilir.

Seçkilərin nəticələrinin təsdiqi – IX

20 oktyabr 2007-ci il tarixli X ümumi yığıncağın qərarı ilə say komissiyasının təqdim etdiyi sənədlər təsdiq edilmişdir. Təsdiq edilmiş sənədə görə aşağıdakı şəxslər şura üzvü seçilib.

  1. Dünya Sakit

  2. Əliyev Ehtiram

  3. Əliyev Fəqan

  4. Güləliyev Oqtay

  5. Həmidova Sevil – ½

  6. Hüseynli İlham

  7. İbadoğlu Qubad

  8. Qəhrəmanlı Fuad – ½

  9. Qəhrəmanlı Mirvari

  10. Mehdiyev Azər

  11. Nuriyev Əliməmməd

  12. Vəzir Mehriban

Aşağıdakı şəxslər Monitorinq Qrupuna üzv seçilib:

  1. Əhməd Əsgər

  2. Dadaşov Çingiz

  3. Hüseynova Ruhəngiz

  4. Mətanət Müslümqızı

  5. Orucov Anar

Aşağıdakı şəxslər Seçim Qrupuna üzv seçilib:

  1. Seyidova Suheylə

  2. Qazi Vahid

Seçim qrupundakı qalan digər yerlərə yetərli səs toplanmadığı üçün 5 yer boş qaldı. İştirakçıların təklifinə əsasən onlardan 3 nəfəri koalisiya üzvü olmalı, 2 nəfəri isə ictimaiyyətdən dəvət edilməli idi.

Cari məsələlər – X

Yığıncaq iştirakçıları bir sıra məsələlərə münasibət bildirib qərar qəbul etdi.

Sədrlər: Katib:

  1. Q.İbadoğlu/ Ş. İsgəndərli.

  2. Ə.Nuriyev/

  3. M.Vəzir/



Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 16:7:15

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək
Dünyа Bаnkı İnstitunun 212 ölkə üzrə аçıqlаdığı «Еffеktiv idаrəеtmənin indikаtоrlаrı» sənədinin müzаkirəsi(24/07/2007)
“Мədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının Gəncə Numayəndəliyi Dəyirmi Masa keçirilmişdir (14/07/2007)
Hasilatin Pay Bölgüsü Sazişləri haqqında əhalidə məlumat varmı? (20/07/2007)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.356415