Koalisiyanın 9-cu Ümumi yığıncağı keçirilib. Yığıncaqda 66 Koalisiya üzvü iştirak
edib. Müzakirə edilən məsələlər: - Görülmüş işlər və qərarların icrası:
Şuranın Əlaqələndiricisi Qubad İbadoğlu 8-ci yığıncaqdan keçən müddət ərzində
görülmüş işlər haqqında məlumat verib. O, bu dövrdə Şuranın əsasən aşağıdakı fəaliyyətlərlə
məşğul olduğunu bildirib:
- Koalisiyanın 2007-ci və ondan sonra 2009-cu ilədək fəaliyyətinin təşkili;
- Koalisiyanın və onun qurumlarının (Şura, Monitorinq Qrupu) fəaliyyətlərini
tənzimləyən sənədlərin müzakirəsi, təkmilləşdirilməsi və yeni sənədlərin hazırlanması;
- Memorandumdan irəli gələn fəaliyyətlərin (MSŞT üzrə 5-ci hesabat və audit
rəyinə alternativ rəyin hazırlanması) davam etdirilməsi;
- Donor təşkilatlarla yazışmalar və danışıqların aparılması;
- Koalisiya üzvlərinin dəqiqləşdirilməsinin başa çatdırılması və yeni üzvlərin
qəbulu;
- Beynəlxalq və regional tərəfdaşlarla əlaqələrin daha da möhkəmləndirilməsi.
Şura vaxtaşırı olaraq keçirdiyi iclaslarında bir sıra vacib və cari məsələləri
müzakirə edib, müvafiq qərarlar qəbul edib.
- Koalisiyanın Əsasnaməsinə əlavə və dəyişikliklərin müzakirəsi:
Koalisiyanın Əsasnaməsinə əlavə və düzəlişlər təsdiq edilib və Əsasnamə bütövlükdə
qəbul edilib.
- 2007-2009-cu illər üzrə Strateji Plan layihəsinin müzakirəsi:
Koalisiyanın 2007-2009-cu illər üzrə Strateji Planı müzakirə edilib və əsasən
qəbul edilib. Qərara alınıb ki, bu sənəd üzərində iş Şura tərəfindən mütəmadi
davam etdirilsin.
- Monitorinq Qrupunun hesabatının və Əsasnamə layihəsinin müzakirəsi:
Monitorinq Qrupunun hesabatı dinlənilib. Koalisiya üzvləri hesabatı geniş müzakirə
ediblər. MQ-nun fəaliyyətinin gücləndirilməsi çox vacib məsələlərdən biri hesab
edilib. Bunun üçün MQ-nun Əsasnaməsinin təsdiq edilməsi və üzvlərinin sayının
artırılması qərara alınıb. Əsasnamə müzakirə və qəbul edilib. Gizli səsvermə ilə
Koalisiya üzvləri Ruhəngiz Hüseynova və Azər Mehtiyev MQ-nun üzvləri seçiliblər.
MSŞA Koalisiyası üzvünün Etik Kodeksi müzakirə edilib. Sənəd əlavə və düzəlişlərlə
qəbul edilib.
Yığıncaq iştirakçıları Global Witness beynəlxalq təşkilatının nümayəndəsi,
korrupsiya əleyhinə hərəkatın tanınmış nümayəndəsi xanım Sara Veyksin Anqolada
qanunsuz həbs edilməsinə etiraz edib və beynəlxalq ictimaiyyətin onun dərhal azad
edilməsi tələbilərinə qoşulduğunu bəyan edib.
Koalisiyanın yeni təsdiq edilmiş Əsasnaməsindəki dəyişikliklərə uyğun olaraq
Gəncədə yaradılmış "Mədən Sənzyesində Şəffaflıq Təşəbbüsünə dəstək Alyansı"na
MSŞA Koalisiyasının Gəncə regional şöbəsi statusu təsdiq edilib. Əsasnaməyə uyğun
olaraq Şöbənin nümayəndəsi, MSŞA Koalisiyasının üzvü Aslan Vəliyev Koalisiya Şurasının
üzvü seçilib.
- Koalisiyanın Mətbuat Xidmətinin yaradılması qərara alınıb.
Mayın 13-də Koalisiyanın yaradılmasının 3 ilinin tamam olması münasibəti ilə
tədbirlər planını hazırlamaq və həyata keçirmək Şuraya həvalə edilib.
(foto-albom)