|
|
|
|
TƏRƏFDAŞLAR |
|
 |
|
 |
|
 |
|
BİZİM KOORDİNATLAR |
Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20 |
|
|
|
|
|
MSŞA Koalisiyasının Ümumi Yığıncağı #7(30/06/2006)
MSŞA Koalisiyasının Ümumi Yığıncağı #7(30/06/2006)
30
iyun 2006-cı il Bakı Mətbuat Mərkəzində MSŞA QHT-lər koalisiyasının növbəti
7-ci Ümumi yığıncağı keçirildi. Yığıncaqda Koalisiyanın 49 üzvü və qonaqlar iştirak
edirdilər.
Koalisiya Şurası Kordinatoru Sabit Bağırov Şuranın son Ümumi yöğıncaqdan keçən
müddət ərzində fəaliyyəti və növbəti dövr üçün planları haqqında məlumat verdi.
Sonra Koalisiyanın 2006- 2007-ci illər üçün Fəaliyyət Planı çərçivəsndə həyata
keçirilən müxtəlif layihələrin rəhbərləri- Sevgim Rəhmanov, Oqtay Güləliyev, Fəqan
Əliyev, Osman Gündüz, Zöhrab İsmayıl, Vahid Qazi, Fuat Rəsulov, Ehtiram Əliyev
və İlham Hüseynov həmin layihələr, hazırkı vəziyyət və nəzərdə tutulan işlər haqqında
məlumat verdilər. Bu məlumatlardan sonra Himayət Rizvanqızı Monitorinq Qrupunun
(MQ) Şuranın fəaliyyəti haqqında rəyini elan etdi. Rəydə Şuranın fəaliyyəti əsasən
müsbət qiymətləndirilsə də, bəzi ciddi iradlar da bildirildi.
Daha
sonra Koalisiya üzvləri məruzələri və MQ-nin rəyini müzakirə etdilər və Şuranın
fəaliyyətini qiymətləndirdilər. Müzakirələrdə 21 nəfər çıxış etdi və sonda səsvermə
ilə Şuranın fəaliyyəti məqbul qiymətləndirildi.
Gündəlikdə növbəti məsələ Koalisiyanın rəsmi qeydiyyatdan keçməsi və hüquqi
statusunun rəsmiləşdirilməsi ilə bağlı Mayis Güləliyevin təklifi idi. Təklifin
müəllifi çıxış etdi və təklifin mahiyyətini açıqladı. Müzakirələrdən sonra Ümumi
yığıncaq Koalisiaynın fəaliyyətinin indiki formada davam etdirilməsini daha məqsədəuyğun
hesab etdi.
Daha sonra yığıncaq iştirakçıları Koalisiya üzvlərinin yenidən qeydiyyatdan
keçməsi haqqında Fuad Qəhrəmanlının təklifini müzakirə etdilər. Ümumi yığıncaq
bu məqsədlə işçi qrupun yaradılması və müvafiq təkliflərin hazırlanması barədə
qərar qəbul etdi.
Fasilədən sonra Koalisiya üzvləri Şuranın tərkibinin genişləndirilməsi məsələsini
müzakirə etdilər. Şura üzvlərinin sayının daha 2 nəfər artırılaraq 11 nəfərə çatdırılması
qərara alındı. Mehriban Vəzir və Nəriman Ağayev yeni Şura üzvləri seçildilər.
Ən sonda Koalisiya üzvlüyünə ərizə vermiş 7 nəfər üzvlüyə qəbul edildi.
◄ 1 2 3 4 5 6 7 8 9 10 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 28/12/2007 - 12:3:5
|
|
|