Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 16 May 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

MSŞA Koalisiyasının Ümumi Yığıncağı #4(03/12/2004)

MSŞA Koalisiyasının Ümumi Yığıncağı #4(03/12/2004)

4-cü Ümumi Yığıncaq

03 dekabr 2004-cü il tarixdə Bakı Biznes Mərkəzində “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının IV Ümumi yığıncağı keçirilmisdir. Yığıncaqda aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Koalisiya Şurasının hesabatı - Koalisiyanın Əlaqələndiricisi cənab Sabit Bağırov Şuranın 6 aylıq fəaliyyəti barədə hesabatı təqdim etdi. Yığıncaqda audit şirkətini seçəcək “Seçim grupu”nun keçirilmiş ilk yığıncağı haqqında isə Şuranın və “Seçim grupu”nun üzvü cənab Qubad İbadoğlu məlumat verdi. Hesabatı və Şuranın fəaliyyətini Koalisiya məqbul qiymətləndirdi.

2. Koalisiyaya yeni üzvlərin qəbulu – Keçən dövr ərzində Koalisiyaya üzv olmaq üçün 18 muraciət edilmişdir. Koalisiyanın III Ümumi yığıncağının qərarına əsasən yeni üzvlərin qəbulu üçün səsvermə elektron vasitələrlə də aparıla bilər. Həm bu, həm də yığıncaq iştirakçılarının birbaşa səsverməsi ilə Koalisiyanın 12 nəfər yeni üzvü seçildi. Koalisiyanın yeni seçilmiş üzvləri bunlardır:

Koalisiyanın üzvü adı və soyadı

Təşkilatın adı

1

Əli Quliyev

Demokratik Seçkilərə Yardım Mərkəzi

2

Vahid Qazi

“İnam” Plüralizm Mərkəzi

3

Əyyub Hüseynov

Azad İstehlakçılar Birliyi

4

Azad Əliyev

Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi

5

Zöhrab İsmayıl

Azad İqtisadçılar Birliyi

6

Əliməmməd Nuriyev

Konstitusiya Fondu

7

Kifayət Niftəliyeva

“Qadın Dünyası” İctimai Birliyi

8

Oqtay Gülalıyev

Demokratik İslahatalr Uğrunda Cəmiyyət

9

Fuad Rəsulov

Xəzər Universiteti nəzdində Biznes Araşdırmalar Mərkəzi

10

İradə Yaqubova

Azərbaycan Ekoloji Standartların Monitorinqi Fondu

11

Vüsal Qasımov

Fiziki şəxs

12

Qaşqay İsmayılov

“Finance” Şəffaf Büdcə İctimai Birliyi (İmişli)

Beləliklə, Koalisiyanın üzvlərinin sayı 44-ə yüksəldi.

3. Koalisiyanın yeni Şurasının seçilməsi – Koalisiya işlərin getdikcə artacağını nəzərə alaraq Şuranın üzvlərinin sayının 9 nəfərə qədər artırılmasını qərara aldı və Şuranın Əsasnaməsinə uyğun olaraq Şura üzvlüyünə yeni səsvermə keçirildi. Səsvermənin nəticələri və yığıncağın qəbul etdiyi qərara əsasən ən çox səs toplamış ilk 8 nəfər Şura üzvlüyünə seçildilər. Eyni sayda səs toplamış sonrakı 3 nəfər isə biri digərini əvəz etməklə hər biri 4 ay müddətinə Şuraya üzv olacaq. Digər 2 nəfər də Şuranın iclaslarında iştirak edə bilərlər. Koalisiya Şurasının üzvləri bunlardır

  1. Sabit Bağırov

  2. Inqlab Əhmədov

  3. Qubad İbadoğlu

  4. Mayis Gülalıyev

  5. Himayət Rizvanqızı

  6. Sevgim Rəhmanov

  7. Mirvari Qəhrəmanlı

  8. Razi Nurullayev

  9. Azər Mehtiyev*

  10. Əvəz Həsənov*

  11. Oqtay Güləliyev*

* - Koalisiyanın 03.12.2004 tarixli Ümumi Yığıncağının qərarı ilə biri digərini əvəz etməklə hər biri 4 ay müddətinə tam səlahiyyətli, 8 ay müddətində isə məşvərətçi səslə Şura üzvü seçilmişlər

4. Koalisiyanın Əsasnaməsinə dəyişikliklərin müzakirəsi – Keçən müddət ərzində Koalisiyanın Əsasnaməsində bəzi dəyişikliklərin edilməsi zərurəti üzə çıxmışdır. Yığıncaq iştirakçılarına təqdim edilən “Əsasnaməyə” dəyişikliklər” layihəsində nəzərdə tutulan dəyişikliklər əsasən qəbul edildi, bəzisinin qəbulu isə daha geniş müzakirələr aparılması üçün növbəti yığıncağa təxirə salındı. “Əsasnamə”nin dəyişikliklər edilmiş son variantı ilə Koalisiyanın vebsaytında – www.eiti-az.org tanış olmaq mümkündür.


1 2 3 4 5 6 7 8 9 10 A


Sənədin sonuncu korrektə tarixi: 28/12/2007 - 12:2:58

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.839622