|
MSŞA Koalisiyasının Ümumi Yığıncağı #3(15/10/2004)
MSŞA Koalisiyasının Ümumi Yığıncağı #3(15/10/2004)
3-cü Ümumi Yığıncaq
15 oktyabr 2004-cü il tarixdə Bakı Biznes Mərkəzində “Mədən Sənayesində Şəffaflığın
Artırılması” Koalisiyasının III Ümumi yığıncağı keçirilmisdir. Yığıncaqda Koalisiyanın
II Ümumi yığıncağından keçən müddət ərzində Şuranın fəaliyyəti haqqında hesabatı
dinlənildikdən sonra "Mədən Sənayesində Şəffaflığın Artırılması" üzrə Hökumət Komissiyası,
Azərbaijan QHT-lərinin Koalisiaysı və Azərbaycanda fəaliyyət göstərən xarici neft
şirkətləri tərəfindən imzalanması nəzərdə tututlan Üçtərəfli Anlaşma Memorandumunun
Koalisiya tərəfindən imzalanması məsələsi müzakirə edilmişdir. Koalisiya üzvlərinin
Memorandumun bəzi müddəalrına kəskin iradları olsa da, "Mədən Sənayesində Şəffaflıq
Təşəbbüsü"nün Azərbaycanda tətbiqinin yubadılmaması naminə bu sənədin imzalanmasına
razılıq vermişlər.
Daha sonra yığncaqda neft şirkətlərinin Azərbaycan hökumətinə ödənişləri haqqında
təqdim edəcəkləri hesabat formalarını və Azərbaycanın qazandığı gəlirlər haqqında
Hökumət Komissiyasının təqdim edəcəyi hesabat formalarını tutuşduracaq və nəticələri
elan edəcək audit şirkətini seçmək üçün yaradılacaq "Seçim Qrupu"na Koalisiyanın
2 nəfər əsas, 2 nəfər əvəzedici nümayəndəsi seçki yolu ilə müəyyənləşdirildi.
Bundan başqa Koalisiyanın növbəti IV (hesabat- seçki) yığıncağının 2004-cü ilin
noyabr ayının ikinci ongünlüyündə keçirilməsi qərara alınmışdır.
Yığıncaqda Açıq Cəmiyyət İnstitutu- Azərbaycan Fondunun icraçı direktoru cənab
Fərda Əsədov iştiak və çıxış etmişdir.
◄ 1 2 3 4 5 6 7 8 9 10 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 28/12/2007 - 12:2:56
|