|
Kataloqun mündəricatı(/ts_gen/azl/feal/uy)
Kataloqun mündəricatı(/ts_gen/azl/feal/uy)
Yığıncağın
Gündəliyi: 1)
Şuranın məlumatı 2)
Əsasnaməyə əlavə və dəyişikliklərin müzakirəsi 3)
Ekoloqların hazirladığı ətraf mühitin mühafizəsi sahəsində Fəaliyyət Proqramının
müzakirəsi və qəbulu 4) Yekun müzakirələr
20 oktyabr 2007-ci il
«AF-NOTEL-AQUAPARK» Konfrans zalında Mədən Sənayesində Şəffaflığın Artırılması
Koalisiyası 10-cu Ümumi Yığıncağını keçirdi. Ümumi Yığıncaq iştirakçıların
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. Tədbirdə Azərbaycan
hökumətinin MHŞT Komissiyasının sədri, Dövlət Neft Fondunun icraçı direktoru
Şahmar Möhsümovun, ACİ YF, Britaniya və Norveç səfirliklərinin, və bir sıra
beynəlxalq təşkilatların və neft şirkətlərinin Ümumi Yığıncağa ünvanlanmış
təbrik və salamlama məktubları oxundu.
Koalisiyanın
9-cu Ümumi yığıncağı keçirilib. Yığıncaqda 66 Koalisiya üzvü iştirak edib.
Müzakirə edilən məsələlər:
- Koalisiyanın 2007-ci və ondan sonra 2009-cu ilədək fəaliyyətinin təşkili;
- Koalisiyanın və onun qurumlarının (Şura, Monitorinq Qrupu) fəaliyyətlərini tənzimləyən
sənədlərin müzakirəsi, təkmilləşdirilməsi və yeni sənədlərin hazırlanması;
- Memorandumdan irəli gələn fəaliyyətlərin (MSŞT üzrə 5-ci hesabat və audit rəyinə
alternativ rəyin hazırlanması) davam etdirilməsi;
- Donor təşkilatlarla yazışmalar və danışıqların aparılması;
- Koalisiya üzvlərinin dəqiqləşdirilməsinin başa çatdırılması və yeni üzvlərin
qəbulu;
- Beynəlxalq və regional tərəfdaşlarla əlaqələrin daha da möhkəmləndirilməsi.
22
dekabr 2006-cı ildə Koalisiyanın növbəti 8-ci Ümumi yığıncağı keçirildi. Yığıncaqda
Koalisiyanın 62 üzvü və qonaqlar iştirak edirdilər. Koalisiya Şurası Kordinatoru
Sabit Bağırov Şuranın son Ümumi yöğıncaqdan keçən müddət ərzində fəaliyyəti haqqında
məlumat verdi. Sonra Koalisiyanın 2006- 2007-ci illər üçün Fəaliyyət Planı çərçivəsndə
həyata keçirilən müxtəlif layihələrin rəhbərləri- Osman Gündüz, Zöhrab İsmayıl,
Fəqan Əliyev, Fuat Rəsulov, Vahid Qazi, Ehtiram Əliyev və Oqtay Güləliyev həmin
layihələr və yerinə yerilmiş fəaliyyətlər haqqında məlumat verdilər.
30
iyun 2006-cı il Bakı Mətbuat Mərkəzində MSŞA QHT-lər koalisiyasının növbəti
7-ci Ümumi yığıncağı keçirildi. Yığıncaqda Koalisiyanın 49 üzvü və qonaqlar iştirak
edirdilər.
Koalisiya Şurası Kordinatoru Sabit Bağırov Şuranın son Ümumi yöğıncaqdan keçən
müddət ərzində fəaliyyəti və növbəti dövr üçün planları haqqında məlumat verdi.
Sonra Koalisiyanın 2006- 2007-ci illər üçün Fəaliyyət Planı çərçivəsndə həyata
keçirilən müxtəlif layihələrin rəhbərləri- Sevgim Rəhmanov, Oqtay Güləliyev, Fəqan
Əliyev, Osman Gündüz, Zöhrab İsmayıl, Vahid Qazi, Fuat Rəsulov, Ehtiram Əliyev
və İlham Hüseynov həmin layihələr, hazırkı vəziyyət və nəzərdə tutulan işlər haqqında
məlumat verdilər. Bu məlumatlardan sonra Himayət Rizvanqızı Monitorinq Qrupunun
(MQ) Şuranın fəaliyyəti haqqında rəyini elan etdi. Rəydə Şuranın fəaliyyəti əsasən
müsbət qiymətləndirilsə də, bəzi ciddi iradlar da bildirildi.
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:8:29
Sənədin digər dillərdəki variantları: /eng/ |