Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 12 May 2008, Bazar ertəsi | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə axınlarının təhlili və şəffaflığın qiymətləndirilməsi layihəsi üzrə yekun konfrans keçirilib (APA-ECONOMICS 13/02/08)

Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə axınlarının təhlili və şəffaflığın qiymətləndirilməsi layihəsi üzrə yekun konfrans keçirilib (APA-ECONOMICS 13/02/08)
Bakı. Elnur Hüseynquluyev – APA-ECONOMICS. Bu gün Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə QHT Koalisiyasının «ARDNŞ-ın maliyyə axınlarının izlənməsinin təhlili və onun şəffaflığının qiymətləndirilməsi Layihəsi» üzrə Bakıda yekun konfransı keçirilib.

Tədqiqat layihəsinin rəhbəri Zöhrab İsmayılın sözlərinə görə, layihənin həyata keçirilməsində əsas məqsəd Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulmuş şirkətlərdə şəffaflığının artırılmasına yardımçı olmaqdır.

«APA-ECONOMICS»in məlumatına görə, Z.İsmayıl layihənin birinci məhsulu ARDNŞ-ın maliyyə axınlarının izlənməsinə dair xülasə, ikinci məhsul isə şirkətin maliyyə axınlarının izlənməsi və şəffaflığın qiymətləndirilməsi üzrə indikatorların hazırlanmasını nəzərdə tutur.

Layihə üzrə xülasə 6 bölmədən ibarət olmaqla, xam neftin satışından daxilolmalar, neft satışından daxilolmalar, təbii qazın satışından daxilolmalar, hasilatın pay bölgüsü sazişləri çərçivəsindəki payına uyğun olaraq ARDNŞ-a çatan mənfəət neftinin satışından əldə edilən gəlirlər, ARDNŞ-ın əmlakının icarəyə verilməsindən əldə olunan gəlirlər, xarici neft-qaz şirkətlərinə göstərilən müxtəlif xidmətlərdən əldə olunan gəlirlər daxildir. Tədqiqat dövründə aparılan araşdırmaya əsasən, 2006-cı ildə bütün mənbələr üzrə ARDNŞ-ın ümumi gəlirlərinin məbləği 3,676 mlrd. manat təşkil edib ki, bu da 2005-ci illə müqayisədə 34,3% çoxdur.

Z.İsmayıl bildirib ki, şirkətin 2006-cı ildə neft istehsalı 8,994 mln. ton təşkil edib ki, bunun da 1,4 mln. tonu dünya bazarlarına ixrac olunub. ARDNŞ tərəfindən 2006-cı ildə istehsal olunan neft məhsullarının 42,1%-i daxili bazarda, 57,9%-i isə xarici bazarlarda realizə olunub. Hasilatın pay bölgüsü sazişinə uyğun olaraq «Azəri-Çıraq-Günəşli» layihəsində ARDNŞ 10%-lik paya malikdir. Həmin paya uyğun olaraq, şirkət 2006-cı ildə 924,4 mln. manat həcmində gəlir əldə edib. Bu isə həmin il üzrə ARDNŞ-ın ümumi gəlirlərinin 25,1%-nə bərabərdir.

«Neft və neft məhsullarının nəqli ilə bağlı xərclər şirkətin hesabatında ümumiləşdirilmiş formada olsa da, bu barədə hər hansı məlumat verilmir. Lakin tədqiqat zamanı qeyri-rəsmi kanallarla əldə olunan məlumatlara görə, neft və neft məhsullarının nəqlinə çəkilən xərclər onların satış qiymətinin təxminən 7-8%-ni təşkil edir. Şirkətin 2006-cı ildə neft məhsullarının satış dövriyyəsinin 2,5 mlrd. manat olduğunu nəzərə alsaq, şirkətin nəqletmə xərcləri təxminən 240-250 mln. manat olub», - deyə Z.İsmayıl vurğulayıb.

Sonda layihə rəhbəri ARDNŞ-ın vergi ödənişləri və sosial ayırmaları, borcları, mənfəəti və digər xərcləri haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, «ARDNŞ-ın maliyyə axınlarının izlənməsinin təhlili və onun şəffaflığının qiymətləndirilməsi Layihəsi» Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.


1 ... 38 39 40 41 A


Sənədin sonuncu korrektə tarixi: 16/2/2008 - 12:38:25

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.168548