Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 25 İyul 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası 10-cu ümumi Yığıncağını keçirir

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası 10-cu ümumi Yığıncağını keçirir
Presspost.az (20/10/2007) http://www.presspost.az/index.php?type=xebergoster&id=3208
20 oktyabr 2007-ci il, Bakı şəhəri, Novxanı qəsəbəsi, «AF-NOTEL-AQUAPARK» Konfrans zalında Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası 10-cu ümumi Yığıncağını keçirir. ümumi Yığıncaqda Koalisiya Şurasının və Monitorinq Qrupunun hesabatı dinləniləcək, Koalisiyanın 2008-ci il ilin fəaliyyət proqramı, həmçinin qurumun Əsasnaməsinə əlavə və dəyişikliklərin edilməsi müzakirə ediləcək. Eyni zamanda Koalisiyanın rəhbər orqanlarının səlahiyyət müddəti bitdiyinə görə gündəlikdə təşkilati məsələlərə yenidən baxılması nəzərdə tutulub. ümumi Yığıncaqda Koalisiyaya növbəti 2 il ərzində rəhbərlik edəcək Şura üzvləri də məlum olacaq.

Qurumdan PressPost-a verilən məlumata görə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası ölkənin təbii sərvətlərinin istismarından əldə edilən gəlirlərə və onların istifadəsinə ictimai nəzarəti təşkil və təmin edən Azərbaycan qeyri-hökumət qurumlarının və fərdi şəxslərinin birliyidir. 2007-ci ildə Koalisiya ACİ YF, Dünya Bankı tərəfindən maliyyələşdirilən layihələrin, xüsusi resurslar hesabına həyata keçirilən tədbirləri ilə özünün 2007-10-cu illəri əhatə edən strateji fəaliyyət planının birinci hissəsini uğurla başa çatdırıb. Bu müddət ərzində Koalisiya Azərbaycan hökumətinin mədən sənayesi gəlirləri ilə bağlı açıqlanan hesabatlarını və bu hesabatları neft şirkətlərinin hesabatları ilə tutuşduran müvafiq audit şirkətlərinin rəylərini qiymətləndirib və özünün alternativ rəylərini ictimaiyyətə açıqlayıb. Həmçinin, audit şirkətinin seçimində digər maraqlı tərəflərlə bərabər zəmində iştirak edib, vətəndaş cəmiyyəti nümayəndələrinin, gənclərin, regionlarda yerli özünü idarəetmə orqanları və yerli QHT nümayəndələrinin və vətəndaşların məlumatlılığının artırılması məqsədilə Dəyirmi Masalar, seminarlar, TV-də tok-şoular, radioda isə radio-dialoqları təşkil edib, bir sıra istiqamətlər üzrə tədqiqat layihələrinin, aktual mövzular üzrə siyasət sənədlərinin işlənilməsinə start verib, istər yerli, istər regional, istərsə də beynəlxalq tərəfdaşları ilə əlaqələr qurub və əməkdaşlığı həyata keçirib.

Əlavə məlumat əldə etmək istəyənlər «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının mətbuat xidmətinin rəhbəri Ramil Qasımzadəyə (050 333 3448) müraciət edə bilər.


1 ... 33 34 35 ... 41 A


Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 16:2:19

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək
Dünyа Bаnkı İnstitunun 212 ölkə üzrə аçıqlаdığı «Еffеktiv idаrəеtmənin indikаtоrlаrı» sənədinin müzаkirəsi(24/07/2007)
“Мədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının Gəncə Numayəndəliyi Dəyirmi Masa keçirilmişdir (14/07/2007)
Hasilatin Pay Bölgüsü Sazişləri haqqında əhalidə məlumat varmı? (20/07/2007)

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.709215