|
Koalisiyanin dağ rayonlarında keçirdiyi tədbirler mətbuatda
Koalisiyanin dağ rayonlarında keçirdiyi tədbirler mətbuatda
Media forum(07/09/2007),
APA(07/09/2007),
Üç nöqtə qəzeti(07/09/2007),
Kaspi qəzeti,
Presspost.az(10/09/2007) informasiya mənbələrində gedən
məqalə və məlumatlar
BÖLGƏLƏRDƏ NEFT GƏLİRLƏRİ İLƏ BAĞLI ƏHALİNİN MƏLUMATI YOX SƏVİYYƏSİNDƏDİR Media forum(07/09/2007) Bölgələrdə neft gəlirləri ilə bağlı əhalinin məlumatlılıq səviyyəsi çox aşağıdır. Bu qənaətə Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının Gəncə nümayəndəliyinin respublikanın dağlıq bölgələrində apardığı görüşlər nəticəsində gəlinib. Koalisiyanın mətbuat xidmətindən «Media forum» saytına daxil olan məlumata görə, Daşkəsən və Gədəbəy rayonlarında İcra Hakimiyyəti aparatının, rayon büdcə təşkilatlarının, idarə və müəssisələrin əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən «Neft amili və onunla əlaqədar qazanclar, imkanlar, fəsadlar» mövzusundakı tədbirlər bu sahədə məlumatlılığın artırılmasına yönəlib. Qurumun Gəncə nümayəndəliyinin rəhbəri Aslan Vəliyev neftin qiymətinin 1 barellə görə 60 ABŞ dollarına satılacağı dövrlərdə gəlirlərin dinamikasını açıqlayaraq bu həddin sonda 200 milyard ABŞ dolları olacağını vurğulayıb. Kolisiyanın Şura üzvü Nəriman Ağayev neft gəlirlərinin artacağı dövrlərdə davamlı inkişafın təminatında şəffaflığın mühüm əhəmiyyətə malik olduğunu qeyd edərək MSŞA Koalisiyasının bu məqsədlə bir sıra layihələr həyata keçirdiyini bəyan edib. Onun sözlərinə görə, bu layihələr neft gəlirlərinin səmərəli istiadə olunmasını şərtləndirmək üçün əhalidə məlumatlılıq səviyyəsini artırmağa yönəlib. Görüşdə Azərbaycanda bölgələrin davamlı inkişafında, əhalinin sosial problemlərinin həlli istiqamətində neft gəlirlərinə əsaslanmış addımlar haqqında fikir mübadiləsi aparılıb. İştirakçılar sənayenin vacib sahələrindən olan dağ-mədən sənayesində şəffaflığın təmin olunmasında ictimaiyyətin iştirakının vacibliyini qeyd ediblər. Digər diqqət çəkən məqam kimi, manatın digər valyutalara nisbətən kursunun möhkəmlənməsinin əhalidə müxtəlif cür başa düşülməsi ilə bağlı olub. Natiqlər AZN-nin möhkəmlənməsinin qeyri-neft sektrounun inkişafı baxımından ölkə iqtisadiyyatına mənfi təsir göstərə biləcəyini vurğulayıblar. Qeyd edək ki, hər iki rayonda keçirilən tədbirlərdə rayon rəsmiləri iştirak edib və belə tədbirlərin tez-tez keçirilməsi zərurətini söyləyiblər. Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası Azərbaycanın dağlıq bölgələrində görüşlər keçirib(APA, «Xəbərlər-Azərbaycan») Bölgələrdə neft gəlirləri ilə bağlı əhalinin məlumatlılıq səviyyəsi çox aşağıdır - MSŞA QHT Koalisiyası BAKI, 7 sentyabr – «Xəbərlər-Azərbaycan». Bölgələrdə neft gəlirləri ilə bağlı əhalinin məlumatlılıq səviyyəsi çox aşağıdır. Bu qənaətə Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının Gəncə nümayəndəliyinin respublikanın dağlıq bölgələrində apardığı görüşlər nəticəsində gəlinib. Koalisiyanın Gəncə nümayəndəliyinin rəhbəri Aslan Vəliyevin sözlərinə görə, Daşkəsən və Gədəbəy rayonlarında İcra Hakimiyyəti aparatının, rayon büdcə təşkilatlarının, idarə və müəssisələrin əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən «Neft amili və onunla əlaqədar qazanclar, imkanlar, fəsadlar» mövzusundakı tədbirlər bu sahədə məlumatlılığın artırılmasına yönəlib. BÖLGƏLƏRDƏ NEFT GƏLİRLƏRİ İLƏ BAĞLI ƏHALİNİN MƏLUMATI YOX SƏVİYYƏSİNDƏDİR (Üç nöqtə qəzeti 19:31 07-09-07) Bölgələrdə neft gəlirləri ilə bağlı əhalinin məlumatlılıq səviyyəsi çox aşağıdır. Bu qənaətə Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının Gəncə nümayəndəliyinin respublikanın dağlıq bölgələrində apardığı görüşlər nəticəsində gəlinib. Koalisiyanın mətbuat xidmətindən daxil olan məlumata görə, Daşkəsən və Gədəbəy rayonlarında İcra Hakimiyyəti aparatının, rayon büdcə təşkilatlarının, idarə və müəssisələrin əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən «Neft amili və onunla əlaqədar qazanclar, imkanlar, fəsadlar» mövzusundakı tədbirlər bu sahədə məlumatlılığın artırılmasına yönəlib. Qurumun Gəncə nümayəndəliyinin rəhbəri Aslan Vəliyev neftin qiymətinin 1 barellə görə 60 ABŞ dollarına satılacağı dövrlərdə gəlirlərin dinamikasını açıqlayaraq bu həddin sonda 200 milyard ABŞ dolları olacağını vurğulayıb. Koàlisiyanın Şura üzvü Nəriman Ağayev neft gəlirlərinin artacağı dövrlərdə davamlı inkişafın təminatında şəffaflığın mühüm əhəmiyyətə malik olduğunu qeyd edərək MSŞA Koalisiyasının bu məqsədlə bir sıra layihələr həyata keçirdiyini bəyan edib. Onun sözlərinə görə, bu layihələr neft gəlirlərinin səmərəli istiadə olunmasını şərtləndirmək üçün əhalidə məlumatlılıq səviyyəsini artırmağa yönəlib. Görüşdə Azərbaycanda bölgələrin davamlı inkişafında, əhalinin sosial problemlərinin həlli istiqamətində neft gəlirlərinə əsaslanmış addımlar haqqında fikir mübadiləsi aparılıb. İştirakçılar sənayenin vacib sahələrindən olan dağ-mədən sənayesində şəffaflığın təmin olunmasında ictimaiyyətin iştirakının vacibliyini qeyd ediblər. Digər diqqət çəkən məqam kimi, manatın digər valyutalara nisbətən kursunun möhkəmlənməsinin əhalidə müxtəlif cür başa düşülməsi ilə bağlı olub. Natiqlər AZN-nin möhkəmlənməsinin qeyri-neft sektrounun inkişafı baxımından ölkə iqtisadiyyatına mənfi təsir göstərə biləcəyini vurğulayıblar. Qeyd edək ki, hər iki rayonda keçirilən tədbirlərdə rayon rəsmiləri iştirak edib və belə tədbirlərin tez-tez keçirilməsi zərurətini söyləyiblər. Dağ rayonları və neft gəlirləri (Kaspi qəzeti) Neft gəlirləri ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq məqsədilə Daşkəsən və Gədəbəydə tədbirlər keçirilib Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) üzrə QHT Koalisiyasının Gəncə nümayəndəliyi respublikanın dağlıq bölgələrində görüşlər keçirib. Bu barədə məlumat verən koalisiyanın Gəncə nümayəndəliyinin rəhbəri Aslan Vəliyevin sözlərinə görə, görüşlər nəticəsində bölgələrdə neft gəlirləri ilə bağlı əhalinin məlumatlılıq səviyyəsinin aşağı olduğu aydınlaşıb. Bunun qarşısını almaq məqsədilə isə koalisiyanın Gəncə nümayəndəliyi Daşkəsən və Gədəbəy rayonlarında İcra Hakimiyyəti aparatlarının, rayon büdcə təşkilatlarının, idarə və müəssisələrin əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Neft amili və onunla əlaqədar qazanclar, imkanlar, fəsadlar" mövzusunda tədbirlər keçirib. Tədbirlər zamanı Azərbaycanda bölgələrin davamlı inkişafı, əhalinin sosial problemlərinin həlli istiqamətində neft gəlirlərinə əsaslanmış addımlar, manatın kursunun möhkəmlənməsi haqqında fikir mübadiləsi aparılıb. Koalisiyanın şura üzvü Nəriman Ağayev neft gəlirlərinin artacağı dövrlərdə davamlı inkişafın təminatında şəffaflığın mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, bu məqsədlə MSŞA Koalisiyasının bir sıra layihələr həyata keçirdiyini qeyd edib. Qeyd edək ki, bu layihələr neft gəlirlərinin səmərəli istifadə olunmasını şərtləndirmək üçün əhalidə məlumatlılıq səviyyəsini artırmağa yönəlib. ƏSLİ Bölgələrdə neft gəlirləri ilə bağlı əhalinin məlumatlılıq səviyyəsi çox aşağıdır. ( Presspost.az 2007-09-10 ) Bu qənaətə Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının Gəncə nümayəndəliyinin respublikanın dağlıq bölgələrində apardığı görüşlər nəticəsində gəlinib. Koalisiyanın Gəncə nümayəndəliyinin rəhbəri Aslan Vəliyevin sözlərinə görə, Daşkəsən və Gədəbəy rayonlarında İcra Hakimiyyəti aparatının, rayon büdcə təşkilatlarının, idarə və müəssisələrin əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən «Neft amili və onunla əlaqədar qazanclar, imkanlar, fəsadlar» mövzusundakı tədbirlər bu sahədə məlumatlılığın artırılmasına yönəlib. A.Vəliyev neftin qiymətinin 1 barellə görə 60 ABŞ dollarına satılacağı dövrlərdə gəlirlərin dinamikasını açıqlayaraq bu həddin sonda 200 milyard ABŞ dolları olacağını vurğulayıb. Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının mətbuat xidmətindən presspost.az-a verilən məlumata görə göruşdə Kolisiyanın Şura üzvü Nəriman Ağayev neft gəlirlərinin artacağı dövrlərdə davamlı inkişafın təminatında şəffaflığın mühüm əhəmiyyətə malik olduğunu qeyd edərək MSŞA Koalisiyasının bu məqsədlə bir sıra layihələr həyata keçirdiyini bəyan edib. Onun sözlərinə görə, bu layihələr neft gəlirlərinin səmərəli istiadə olunmasını şərtləndirmək üçün əhalidə məlumatlılıq səviyyəsini artırmağa yönəlib. Görüşdə Azərbaycanda bölgələrin davamlı inkişafında, əhalinin sosial problemlərinin həlli istiqamətində neft gəlirlərinə əsaslanmış addımlar haqqında fikir mübadiləsi aparılıb. İştirakçılar sənayenin vacib sahələrindən olan dağ-mədən sənayesində şəffaflığın təmin olunmasında ictimaiyyətin iştirakının vacibliyini qeyd ediblər. Digər diqqət çəkən məqam kimi, manatın digər valyutalara nisbətən kursunun möhkəmlənməsinin əhalidə müxtəlif cür başa düşülməsi ilə bağlı olub. Natiqlər AZN-nin möhkənməsinin qeyri-neft sektrounun inkişafı baxımından ölkə iqtisadiyyatına mənfi təsir göstərə biləcəyini vurğulayıblar. Qeyd edək ki, hər iki rayonda keçirilən tədbirlərdə rayon rəsmiləri iştirak edib və belə tədbirlərin tez-tez keçirilməsi zərurətini söyləyiblər.
◄ 1 ... 17 18 19 ... 41 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 16:1:45
|