Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Oktyabr 2008, Bazar ertəsi | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Neft gəlirləri ilə bağlı vətəndaşların məlumatlandırılması üçün Xaçmazda keçirilən tədbir mətbuat səhifələrində

Neft gəlirləri ilə bağlı vətəndaşların məlumatlandırılması üçün Xaçmazda keçirilən tədbir mətbuat səhifələrində
 
APA 29/08 12:05 - Vüsal Qasımov: «Azərbaycanda neft və qaz gəlirlərindən istifadə üzrə uzunmüddətli strategiyanın olması vacibdir» Azadinform - Xaçmazda neft gəlirlərinin səmərəli istifadəsinə maraqların artırılması ilə bağlı Dəyirmi masa keçirilib Kaspi qəzeti - Neft gəlirlərindən uzunmüddətli istifadə strategiyasının hazırlanması təklif edilir 525-ci qəzet - Neft gəlirlərinin səmərəli istifadəsinə əhalinin marağı artırılır

APA

29/08 12:05 - Vüsal Qasımov: «Azərbaycanda neft və qaz gəlirlərindən istifadə üzrə uzunmüddətli strategiyanın olması vacibdir»

Xəbərlər-Azərbaycan
“Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə maraqların artırılması” proqramı çərçivəsində növbəti tədbir keçrilib

BAKI, 29 avqust – «Xəbərlər-Azərbaycan». Xaçmazda Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının vahid layihəsi və “Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə maraqlarının artırılması kampaniyalarının keçirilməsi” proqramı çərçivəsində növbəti Dəyirmi Masa keçrilib. Bu barədə «Xəbərlər-Azərbaycan»a Koalisiyasının mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Xaçmaz şəhərinin 50-nəfərədək ictimai fəalı, eləcə də, sublayihənin həmkoordinatoru- Demokratik Dəyərləri Müdafiə Fondunun rəhbəri Əsgər Əhməd, məruzəçi qismində isə İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, iqtisadçı alim Vüsal Qasımov iştirak edib. Tədbir iştirakçılarına Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MSŞT) mahiyyəti, başlıca prinsip və meyarları, eləcə də MSŞA Koalisiyasının yaranması və fəaliyyəti haqqında məlumat verilib. V.Qasımov bildirib ki, Azərbaycanda keçən il hasil olunan neft – 32,2 milyon ton təşkil edib. Bu qədər neftin dəyəri təqribən - 15,7 milyard dollar edir ki, bununla da adambaşına düşən gəlir 1850 ABŞ dolları təşkil edir. Neftin 26 milyon ton və ya təqribən 12,7 mlrd. dollarlıq hissəsi ixrac olunub. Daxili tələbatı ödəmək üçün emal və digər sahələrə yönələn neftin həcmi 6,2 milyon ton olub ki, bunun da dəyəri 3 milyard dollar təşkil edir. Neft və qaz gəlirlərindən uzunmüddətli istifadədə risk faktorlarının aradan qaldırılması üçün bu sahə ilə bağlı dövlətin əsaslandırılmış strategiyasının olmasının əhəmiyyətini bildirən ekspert ölkə iqtisadiyyatının gələcək inkişafı ilə bağlı prioritet istiqamətlərin müəyyənləşdirilməsini və gəlirlərin bu istiqamətlərə yönəldilməsinin əhəmiyyətini vurğulayıb.

Azadinform

Xaçmazda neft gəlirlərinin səmərəli istifadəsinə maraqların artırılması ilə bağlı Dəyirmi masa keçirilib

Bu barədə məlumatı AZADİNFORM-a Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının mətbuat xidmətindən veriblər. Xaçmazda Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının vahid layihəsi və “Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə maraqlarının artırılması kampaniyalarının keçirilməsi” proqramı çərçivəsində növbəti Dəyirmi masa keçirilib. Tədbirdə Xaçmaz şəhərinin 50-nəfərədək ictimai fəalı, eləcə də, sublayihənin həmkoordinatoru Demokratik Dəyərləri Müdafiə Fondunun rəhbəri Əsgər Əhməd, məruzəçi qismində isə İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü Vüsal Qasımov iştirak edib. Bu barədə məlumatı AZADİNFORM-a Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının mətbuat xidmətindən veriblər. V.Qasımov Azərbaycanda keçən il hasil olunan neftin 32,2 mln. ton təşkil etdiyini söyləyib. “Bu qədər neftin dəyəri təqribən 15,7 mlrd. dollar edir. Neftin 26 mln. ton və ya təqribən 12,7 mlrd. dollarlıq hissəsi ixrac olunub. Daxili tələbatı ödəmək üçün emal və digər sahələrə yönələn neftin həcmi 6,2 mln. ton olub. Bunun da dəyəri 3 mlrd. dollar təşkil edir”,-deyə V.Qasımov əlavə edib.

Kaspi qəzeti

Neft gəlirlərindən uzunmüddətli istifadə strategiyasının hazırlanması təklif edilir

Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası Xaçmazda Dəyirmi masa keçirib

Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası "Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə maraqlarının artırılması kampaniyalarının keçirilməsi" proqramı çərçivəsində Xaçmazda növbəti Dəyirmi masa keçirib. Tədbirdə iştirak edən İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) İdarə Heyətinin üzvü, iqtisadçı alim Vüsal Qasımov ötən il ərzində ölkədə ixrac və hasil edilən neft barədə məlumat verib. Onun sözlərinə görə, keçən il Azərbaycanda 32,2 milyon ton neft hasil edilib ki, bunun da dəyəri təqribən - 15,7 milyard dollara bərabərdir. İxrac edilən neft isə 26 milyon ton və ya təqribən 12,7 mlrd. dollar təşkil edib. "Daxili tələbatı ödəmək üçün emal və digər sahələrə yönələn neftin həcmi 6,2 milyon ton olub ki, bu da 3 milyard dollar deməkdir" - deyən İdarə Heyətinin üzvü neft və qaz gəlirlərindən uzunmüddətli istifadədə risk faktorlarının aradan qaldırılması üçün bu sahə ilə bağlı dövlətin əsaslandırılmış strategiyasının olmasının olduqca əhəmiyyətli olduğunu vurğulayıb.

Qeyd edək ki, Dəyirmi masanın keçirilməsində əsas məqsəd vətəndaşların məlumatlılığının artırılmasıdır.

ƏSLİ

525-ci qəzet

Neft gəlirlərinin səmərəli istifadəsinə əhalinin marağı artırılır

Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası "Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə maraqlarının artırılması kampaniyalarının keçirilməsi" proqramı çərçivəsində həyata keçirdiyi silsilə tədbirləri davam etdirir. Ötən gün layihə çərçivəsində Xaçmazda növbəti Dəyirmi masa keçrilib. Tədbirdə Xaçmaz şəhərinin 50-nəfərədək ictimai fəalı, eləcə də, sublayihənin həmkoordinatoru Demokratik Dəyərləri Müdafiə Fondunun rəhbəri Əsgər Əhməd, məruzəçi qismində isə İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, iqtisadçı alim Vüsal Qasımov iştirak edib. Tədbir iştirakçılarına Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MSŞT) mahiyyəti, başlıca prinsip və meyarları, eləcə də MSŞA Koalisiyasının yaranması və fəaliyyəti haqqında məlumat verilib. V.Qasımov bildirib ki, Azərbaycanda keçən il hasil olunan neft - 32,2 milyon ton təşkil edib. Bu qədər neftin dəyəri təqribən - 15,7 milyard dollar edir ki, bununla da adambaşına düşən gəlir 1850 ABŞ dolları təşkil edir. Neftin 26 milyon ton və ya təqribən 12,7 mlrd. dollarlıq hissəsi ixrac olunub. Daxili tələbatı ödəmək üçün emal və digər sahələrə yönələn neftin həcmi 6,2 milyon ton olub ki, bunun da dəyəri 3 milyard dollar təşkil edir. Neft və qaz gəlirlərindən uzunmüddətli istifadədə risk faktorlarının aradan qaldırılması üçün bu sahə ilə bağlı dövlətin əsaslandırılmış strategiyasının olmasının əhəmiyyətini bildirən natiq ölkə iqtisadiyyatının gələcək inkişafı ilə bağlı prioritet istiqamətlərin müəyyənləşdirilməsini və gəlirlərin bu istiqamətlərə yönəldilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

ZAMİRƏ


1 ... 15 16 17 ... 41 A


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:12:50

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.370606