|
QHT-lər narazı qalıb(12/06/2007 - "Xalq Cəbhəsi" qəzeti)
QHT-lər narazı qalıb(12/06/2007 - "Xalq Cəbhəsi" qəzeti)
Onlar Neft Fondunun Müşahidə Şurasında təmsil olunmaq istəyir
Pərvin Abbasov
İctimai Birliklərin "Mədən sənayesində şəffaflığın artırılması" Koalisiyası (İBK)
Dövlət Neft Fondunun (DNF) Müşahidə Şurasının yeni tərkibi ilə bağlı bəyanat yayıb.
Belə ki, DNF-nin müşahidə şurasının tərkibi yeni heyətdə 9 nəfərdən təşkil olunub.
İBK-ın iclasında müzakirə zamanı qeyd edilib ki, DNF haqqında əsasnamənin 5.4
maddəsində nəzərdə tutulur ki, fondun fəaliyyətinə ümumi nəzarəti təmin etmək
məqsədilə müvafiq dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrindən,
habelə digər digər şəxslərdən ibarət Müşahidə Şurası formalaşdırılır. Hazırkı
şuranın üzvlərindən 2-si Milli Məclisi (qanunvericilik hakimiyyətini), 5-i hökuməti
(icra hakimiyyətini), 1-i Milli Bankı və 1-i də Milli Elmlər Akademiyasını təmsil
edir. Əsasnamədə müşahidə şurasının tərkibinə ictimai təşkilatların nümayəndələrinin
də daxil edilməsi nəzərdə tutulsa da, buna əməl edilməyib. Eyni zamanda Milli
Məclisin və Elmlər Akademiyasının nümayəndələri ictimai təşkilat nümayəndələri
kimi kimi təqdim olunur. Koalisiya DNF-nin Müşahidə Şurasında təmsilçiliklə bağlı
müraciət etsə də, bu, cavablandırılmayıb.
www.xalqcebhesi.az İBK-da hesab edirlər ki, vətəndaş cəmiyyətinin fəal iştirakı ilə mədən sənayesində şəffaflığa və təbii sərvətlərin səmərəli idarəolunmasına nail olmaq missiyası altında fəaliyyət göstərən 100-ə qədər QHT-lərin birləşdiyi Koalisiyanın Dövlət Neft Fondunun idarəetmə fəaliyyətinə ümumi nəzarətdən kənarda qalması neft gəlirlərinin şəffaf istifadəsinə ictimai inamı azaldır və bütövlükdə ictimai vəsaitlərin səmərəli idarəolunması riskini artırır: "Bütün bunlar İctimai Birliklərin "Mədən sənayesində şəffaflığın artırılması" Koalisiyasını narahat edir. Koalisiya parlament müzakirələri zamanı növbəti ilin büdcə paketində Neft Fondunun büdcəsinə də baxılmasını, Neft Fondunun fəaliyyətinə qanunvericilik hakimiyyətinin nəzarətinin təmin edilməsi məqsədilə "Neft gəlirlərinin idarəedilməsi haqqında" qanunun qəbul edilməsini və vətəndaş nəzarətinin təmin edilməsi məqsədilə Müşahidə Şurasının tərkibində ictimai təşkilatların nümayəndəsi olaraq Koalisiyanın təmsil olunmasını təklif edir". DNF-in mətbuat xidmətindən isə APA-ya bildirilib ki, xalq tərəfindən seçilmiş millət vəkilləri ictimaiyyəti təmsil etdiklərindən onlar Fondun Müşahidə Şurasında ictimaiyyətin nümayəndələri kimi təmsil olunur: "Eləcə də, AMEA-nın üzvləri. Ona görə də, QHT Koalisiyasının narahatçılığına əsas yoxdur".
◄ 1 ... 9 10 11 ... 41 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 16:1:25
|