Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 16 May 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

Neft şirkətlərinin başqa çıxış yolu yoxdur(09/11/2004 - "Ədalət" qəzeti)

Neft şirkətlərinin başqa çıxış yolu yoxdur(09/11/2004 - "Ədalət" qəzeti)
Onlar maliyyə şəffaflığını təmin etməyə məhkumdur
CEYHUN MUSAOĞLU (http://www.adalet-az.com/2004/11/09/anons.php?m=5)
Sabit Bağırov: "Mədən sənayesində şəffaflıq təşəbbüsü" inkişaf etməkdədir. Hər hansı şirkət qabağa düşüb məlumatları şəffaflığı ilə açıqlasa, şəffaflıqdan boyun qaçıran başqa bir şirkət həmin məlumatlardan istifadə edib, biznes dairəsini genişləndirə bilər. Bu da birincinin rəqabətdə uduzması deməkdir. Ona görə də bütün şirkətlər və neft sənayesi ilə məşğul olan ölkələrin "Mədən sənayesində şəffaflıq təşəbbüsü"nə qoşulması arzu olunandır".

Azərbaycan elə ölkələrdəndir ki, burada transmilli şirkətləri geniş fəaliyyət göstərir. Respublikamızda daha çox neft sənayesi inkişaf etdiyinə görə isə neft şirkətlərinin sayı digər şirkətlərin sayını üstələyir. Təbii ki, hər bir vətandaş istəyər ki, onun ölkəsinə xarici investisiyalar qoyulsun. İnvestorların çox olması inkişafa təkan verən amillərdəndir. Bir şərtlə ki, xarici şirkətlər fəaliyyətlərini şəffaf şəkildə aparmalıdır. Bu şəffaflığı təmin etmək üçün isə ictimai nəzarət olmalıdır.

Sevindirici haldır ki, artıq ictimai nəzarətin formalaşdırılması istiqamətində neçə vaxtdır işlər gedir. AMİP, AXCP, ADP, VHP, ASDP, Ədalət Partiyasının beynəlxalq neft şirkətlərinin maliyyə şəffaflığını yoxlamaq üçün işçi qrupu yaratması isə prosesə təkan ola bilər. Məlum olduğu kimi, bir neçə ay öncə bu istiqamətdə fəaliyyət göstərmək məqsədilə bir qrup hökumət təşkilatı koalisiya yaradıb. Həmin qurumun fəaliyyəti barədə məlumat əldə etmək və adı çəkilən partiyaların təşəbbüsünə münasibət öyrənmək üçün İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırova bir neçə sual ünvanladıq.

S.Bağırovun sözlərinə görə, 2002-ci ilin sentyabrında Britaniyanın baş naziri Toni Bleyer İoqanezburqda keçirilən BMT-nin sammitində "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" ilə çıxış edib. Təşəbbüsün mahiyyəti ondan ibarət olub ki, mədən sənayesi inkişaf edən ölkələrdə həm yerli hökumətlər, həm də həmin ölkələrdə fəaliyyət göstərən yerli və xarici şirkətlər şəffaflığa doğru müəyyən addımlar atsınlar. Yəni ilk növbədə hökumətə ödədikləri vəsaitlər haqqında ictimaiyyətə məlumat versinlər. Eyni zamanda bu məlumatları yerli hökumətlər ictimaiyyətə çatdırsınlar. Bununla da hökumətin mədən sənayesində fəaliyyəti nəticəsində nə qədər vəsait əldə etdiyi aşkarlanar.

Azərbaycanın bu təşəbbüsə ötən ilin iyununda qoşulduğunu xatırladan ARDNŞ-in keçmiş prezidenti onu da qeyd etdi ki, Londonda keçirilən konfransda hökumətin adından indiki prezident İlham Əliyev bəyanat verib: "Bunun ardınca ötən ilin noyabrında təşəbbüslə əlaqədar hökumət komissiyası yaradıldı və təşəbbüsə dair bir sıra təkliflər hazırlandı. Bu ilin mart-aprel aylarında təkliflər Londonda həm yerli ictimaiyyətə, həm də xarici ictimaiyyətə təqdim edildi. Daha sonra isə Azərbaycanın qeyri- hökumət təşkilatlarının böyük bir qrupu bu məsələni müzakirə edərək, koalisiyanın yaradılması haqqında qərar qəbul etdi. Mayın 13-də baş tutan təşəbbüsə 32 təşkilat qoşulub. Koalisiyanın rəhbər orqanı yeddi nəfərdən ibarət şura təyin olunub. Şuraya İctimai Vəsaitlər üzrə Monitorinq Mərkəzinin rəhbəri İnqilab Əhmədov, Tacirlər və İstehsalçılar Birliyinin prezidenti Sevgim Rəhmanov, Vətəndaş Təşəbbüsləri Mərkəzinin prezidenti Mais Gülaliyev, Neft sənayesində Resurs Məlumat Mərkəzinin rəhbəri Himayət Rizvanqızı, Neftçilərin Hüquqlarının Müdafiə Cəmiyyətinin rəhbəri Mirvari Qəhrəmanlı, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri kimi mən daxilik".

Ötən müddət ərzində şuranın bir çox fəaliyyətlərdə bulunduğunu diqqətə çatdıran S.Bağırov bu fəaliyyətə hökumətin təkliflərinə dair müəyyən rəylərin hazırlandığını vurğuladı: "Bununla yanaşı bizim koalisiya beş ay ərzində öz təkliflərini də hazırlayaraq şirkətlərə və hökumət komissiyasına təqdim etdi. Həm bizim həm də hökumətin təklifləri nəzərdən keçirildi, hökumət komissiyası şuranın iştirakı ilə şirkətlərlə bir neçə görüş təşkil etdi. Bütün bunların nəticəsi olaraq üç tərəfin birgə əməkdaşlığı haqqında memorandum hazırlanıb, gözlənilir ki bir ay ərzində bu sənəd imzalanacaq".

Müxalifət partiyalarının beynəlxalq neft şirkətlərinin maliyyə şəffaflığını yoxlamaq üçün işçi qrupu yaratmasına gəlincə isə İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri bu təşəbbüsü də müsbət dəyərləndirdi. Onun sözlərinə görə, nə qədər çox iştirakçı olarsa bu ictimaiyyətin prosesə fəal şəkildə qatılmasının göstəricisi olar: "Arzumuzdur ki, Azərbaycan cəmiyyəti, vətəndaşları, ictimai vəsait üzərində nəzarəti gücləndirsin. İctimai vəsaitlərə isə dövlət büdcəsi, neft gəlirləri, beynəlxalq maliyyə qurumları tərəfindən hökumətin zəmanəti əsasında verilmiş borclar, kreditlər aiddir. Bu ictimai vəsaitlər üzərində nəzarətin təşkil edilməsi olduqca mühüm məsələdir. Çox yaxşı ki, Azərbaycanda bu istiqamətdə mühüm addımlar artıq müşahidə olunur. Siyasi partiyaların da belə təşəbbüsləri ümumi işimizə köməkdir. Amma yaxşı olar ki, siyasi partiyalar bizim fəaliyyətimizlə yaxından tanış olsunlar. Onlar Koalisiyamızın vebsaytından bir çox məlumatlar əldə edə bilərlər. Vebsaytımızın adı: www.eiti-az.org. Lakin biz əyani şəkildə məlumat verməyə və fikir mübadiləsi aparmağa həmişə hazırıq. Partiyalar qeyri-hökumət təşkilatlarına kömək etmək istəyirlərsə, buyursunlar. Onların köməyindən heç kim qaçmamalıdır. Biz də onlara kömək etməyə hazırıq. Şəffaflıq ümumi işimizdir".

Maraqlıdır, ictimai nəzarətin gücləndirilməsinə cavab olaraq bu günə qədər hansısa neft şirkəti maliyyə şəffaflığı tələbinə əməl edibmi? Yoxsa bir çox hallarda saymazlıq nümayiş etdirən neft şirkətləri bu dəfə də ənənələrinə sadiq qalmaq gücünü nümayiş etdirir?

S.Bağırovun sözlərinə görə, əvvəllər xarici neft şirkətlərinin hesabatları pərakəndə xarakter daşıyıb. ABƏŞ Konsersiumu hər rüb jurnalistlərə məlumatlar versə də ictimaiyyəti maraqlandıran sualların bir çoxu öz əksini tapmır: "Amma "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" irəliləməyə başladığı üçün çox güman ki, vəziyyət yavaş-yavaş dəyişiləcəkdir. Həmin təşəbbüs çərçivəsində yaxın gələcəkdə mütəmadi şəkildə ildə iki dəfə martın 15-də ötən il üzrə, avqustun 15-də isə birinci yarım il üzrə maliyyə hesabatları dərc olunacaq. Düzdür, bu maliyyə hesabatlarında hərtərəfli məlumat əks etdirilməsə də, bu günə qədər aşkarlanmayan bir çox məlumatlar öz əksini tapacaq. Hesab edirəm ki, bu irəliyə addımdır. Eyni zamanda beynəlxalq səviyyədə təşəbbüslər gözlənilir. "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü"nə artıq bir neçə ölkə qoşulub. Qırğızıstanda ilk hesabatlar dərc olunub. Qazaxıstan qoşulmasa da bu istiqamətdə addımlar atılır. Mədən sənayesi inkişaf edən bütün ölkələr yavaş-yavaş təşəbbüsə qoşulacaq. Sadəcə bir məsələ problem yaradır ki, şirkətlər hər bir məlumatı açıqlamaqda ehtiyat edirlər. Çünki şirkətlər bir-biri ilə rəqabətdədirlər. Ona görə də maraqlıdırlar ki, ölkələr, bütün şirkətlər bu prosesə qoşulsun. Hər hansı şirkət qabağa düşüb məlumatları şəffaflığı ilə açıqlasa, şəffaflıqdan boyun qaçıran başqa bir şirkət həmin məlumatlardan istifadə edib, biznes dairəsini genişləndirə bilər. Bu da birincinin rəqabətdə uduzması deməkdir. Ona görə də bütün şirkətlər və neft sənayesi ilə məşğul olan ölkələrin "Mədən sənayesində şəffaflıq təşəbbüsü"nə qoşulması arzu olunandır. Hazırda iki şirkət- Şel və Talisman artıq bəyan ediblər ki, onlar fəaliyyət göstərdikləri bütün ölkələrdə maliyyə şəffaflığını təmin edəcəklər. Vətəndaş cəmiyyətinin üzərinə düşən isə nəzarətdir. Hər bir vətəndaş gün ərzində cibindəki pulu bir neçə dəfə saydığı kimi ictimai vəsaitə diqqətini artırmalıdır. Çünki həmin vəsaitdə onun da payı var".


1 2 ... 41 A


Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:26:8

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.193099