|
MSŞA Koalisiyasının Ümumi Yığıncaqları
MSŞA Koalisiyasının Ümumi Yığıncaqları
07 mart 2007-ci il
- MSŞA Koalisiyasının Ümumi Yığıncağı #9(07/03/2007)
Koalisiyanın 9-cu Ümumi yığıncağı keçirilib. Yığıncaqda 66 Koalisiya üzvü iştirak
edib. Müzakirə edilən məsələlər:
- Koalisiyanın 2007-ci və ondan sonra 2009-cu ilədək fəaliyyətinin təşkili;
- Koalisiyanın və onun qurumlarının (Şura, Monitorinq Qrupu) fəaliyyətlərini
tənzimləyən sənədlərin müzakirəsi, təkmilləşdirilməsi və yeni sənədlərin hazırlanması;
- Memorandumdan irəli gələn fəaliyyətlərin (MSŞT üzrə 5-ci hesabat və audit
rəyinə alternativ rəyin hazırlanması) davam etdirilməsi;
- Donor təşkilatlarla yazışmalar və danışıqların aparılması;
- Koalisiya üzvlərinin dəqiqləşdirilməsinin başa çatdırılması və yeni üzvlərin
qəbulu;
- Beynəlxalq və regional tərəfdaşlarla əlaqələrin daha da möhkəmləndirilməsi.
22 dekabr 2006-cı ildə
- MSŞA Koalisiyasının Ümumi Yığıncağı #8(22/12/2006)
Koalisiyanın növbəti 8-ci Ümumi yığıncağı keçirildi. Yığıncaqda Koalisiyanın
62 üzvü və qonaqlar iştirak edirdilər. Koalisiya Şurası Kordinatoru Sabit Bağırov Şuranın son Ümumi yöğıncaqdan keçən
müddət ərzində fəaliyyəti haqqında məlumat verdi. Sonra Koalisiyanın 2006- 2007-ci
illər üçün Fəaliyyət Planı çərçivəsndə həyata keçirilən müxtəlif layihələrin rəhbərləri-
Osman Gündüz, Zöhrab İsmayıl, Fəqan Əliyev, Fuat Rəsulov, Vahid Qazi, Ehtiram Əliyev
və Oqtay Güləliyev həmin layihələr və yerinə yerilmiş fəaliyyətlər haqqında məlumat
verdilər.
30 iyun 2006-cı il
- MSŞA Koalisiyasının Ümumi Yığıncağı #7(30/06/2006)
Bakı
Mətbuat Mərkəzində MSŞA QHT-lər koalisiyasının növbəti 7-ci Ümumi yığıncağı keçirildi.
Yığıncaqda Koalisiyanın 49 üzvü və qonaqlar iştirak edirdilər.
Koalisiya Şurası Kordinatoru Sabit Bağırov Şuranın son Ümumi yöğıncaqdan keçən
müddət ərzində fəaliyyəti və növbəti dövr üçün planları haqqında məlumat verdi.
Sonra Koalisiyanın 2006- 2007-ci illər üçün Fəaliyyət Planı çərçivəsndə həyata keçirilən
müxtəlif layihələrin rəhbərləri- Sevgim Rəhmanov, Oqtay Güləliyev, Fəqan Əliyev,
Osman Gündüz, Zöhrab İsmayıl, Vahid Qazi, Fuat Rəsulov, Ehtiram Əliyev və İlham
Hüseynov həmin layihələr, hazırkı vəziyyət və nəzərdə tutulan işlər haqqında məlumat
verdilər. Bu məlumatlardan sonra Himayət Rizvanqızı Monitorinq Qrupunun (MQ) Şuranın
fəaliyyəti haqqında rəyini elan etdi. Rəydə Şuranın fəaliyyəti əsasən müsbət qiymətləndirilsə
də, bəzi ciddi iradlar da bildirildi.
16 dekabr 2005-ci il - MSŞA Koalisiyasının Ümumi Yığıncağı #6(16/12/2005)
Müzakirə edilən məsələlər:
-
Koalisiya Şurasının 2005-ci ildəki fəaliyyəti barədə hesabatı
»(?)
-
Koalsiya Şurasının fəaliyyətinin müzakirəsi və qiymətləndirilməsi
-
2006-cı il üzrə Koalisiyanın fəaliyyət planı layihəsinin təqdimatı, müzakirəsi
və qəbulu »
-
Yeni üzvlərin qəbulu Qaydalarının və Ərizə formasının müzakirəsi və təsdiqi
»
-
Yeni Şuranın və Monitorinq Qrupunun seçilməsi
»
-
Cari məsələlər.
21 aprel 2005-ci il - MSŞA Koalisiyasının Növbədənkənar Ümumi Yığıncağı #5(21/04/2005)
-
Şuranın hesabatı
-
Hesabat formaları və Memorandumla bağlı Koalisiyanın təklif etdiyi təkmilləşdirmələr
və dəyişikliklər (Hökumətlərin və şirkətlərin birinci hesabatının nəticələri
və Şuranın şəffaflığın artırılması ilə əlaqədar təklifləri)
-
Koalisiyanın Əsasnaməsinə təklif edilən dəyişikliklər (Şuranın fəaliyətinə
nəzarət edəcək Müşahidə komissiyasının yaradılması məsələsi)
-
Müşahidə komissiyasının seçilməsi
-
Koalisiyaya yeni üzvlərin qəbulu
-
Cari məsələlər
03 dekabr 2004-cü il -
MSŞA Koalisiyasının Ümumi Yığıncağı #4(03/12/2004)
4-cü Ümumi yığıncaq - Şuranın 6 aylıq fəaliyyəti haqqında
hesabatı dinlənilmiş,
Koalisiyaya yeni üzvlər seçilmiş, Şuranın səlahiyyət müddəti bitdiyi üçün yenidən
Şura seçilmişdir. Koalisiyanın
Əsasnaməsində bəzi dəyişikliklər edilmişdir.
15 oktyabr 2004-cü il - MSŞA Koalisiyasının Ümumi Yığıncağı #3(15/10/2004)
3-cü Ümumi yığıncaq
- Koalisiya "Mədən Sənayesində Şəffaflığın Artırılması" üzrə Hökumət Komissiyası,
Azərbaijan QHT-lərinin Koalisiaysı və Azərbaycanda fəaliyyət göstərən xarici neft
şirkətləri tərəfindən imzalanması nəzərdə tututlan Üçtərəfli Anlaşma Memorandumunun
Koalisiya tərəfindən imzalanmasına razılıq vermişdir.
30 iyun 2004-cü il -
MSŞA Koalisiyasının Ümumi Yığıncağı #2(30/07/2004)
2-ci Ümumi Yığıncaq
- Koalisiyanın qurulduğu 13 may 2004-cü il tarixindən 29 iyul 2004-cü il tarixədək
görülmüş işlər və eyni zamanda yaxın aylarda görüləcək işlər haqqında Koalisiya
Şurasının Koordinatoru cənab Sabit Bağırovun təqdim etdiyi
hesabat dinlənilmişdir.
13 may 2004-cü il - MSŞA Koalisiyasının Ümumi Yığıncağı #1(13/05/2004)
1-ci Ümumi Yığıncaq
- Azərbaycan QHT-lərinin "Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiaysı
təsis edildi
Sənədin sonuncu korrektə tarixi: 27/7/2007 - 19:58:28
|