|
Vahid Layihə: layihənin icrası və keçirilən tədbirlər
Vahid Layihə: layihənin icrası və keçirilən tədbirlər
Melumat:
30 oktyabr 2007- cı il
tarixdə Lənkaran Dövlət Universitetində “BTC və
CQBK layihələrin həyata keçirilməsində sosial təsirlər”
mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa
“Мədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının 2007-ci il
fəaliyyət planına uyğun olaraq həyata
keçirilmişdir.
09
oktyabr 2007-ci il tarixdə “Мədən Sənayesində Şəffaflığın Artırılması”
Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun olaraq Mingəçevir
Politexnik Institutunda “Neft gəlirlərinin effektiv xərclənməsinə ictimai
nəzarətin təşkili” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi Masada, MSŞA Koalisiyasının koordinatoru, İqtisadi
Tədqiqatlar Mərkəzinin direktoru Qubad İbadoğlu, Universitetlərlə bağlı
layihənin assistenti Ehtiram Əli, Universitetin professor-müəllim və tələbə
heyəti iştirak etmişlər. Dəyirmi Masa iştirakçılarının sayı 52 nəfər
olmuşdur.
27 sentyabr 2007- cı il tarixdə Sumqayıt Dövlət Universitetində “Neft
gəlirlərinin xərclənməsində şəffaflığın artırılması və onların səmərəli
istifadəsi” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa “Мədən
Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının 2007-ci il fəaliyyət
planına uyğun olaraq həyata keçirilmişdir.
«Mədən Sənаyеsində Şəffаflığın Аrtırılmаsı» Qеyri-Höкumət
Təşкilаtlаrı Коаlisiyаsının lаyihəsi çərçivəsində «Bакı-Хəbər» qəzеtinin
rеdакsiyаsındа mеdiа-fоrum кеçirilib. Fоrumun qоnаqlаrı, QHT Коаlisiyаsının
Şurа təmsilçiləri Qubаd Ibаdоğlu və Ilhаm Hüsеynli nеft gəlirləri və bu
gəlirlərin ölкədəкi iqtisаdi, sоsiаl və siyаsi prоsеslərə təsirilə bаğlı
çохsаylı suаllаrı cаvаblаndırıb.
29
avqust 2007-ci il tarixdə Zaqatala rayonunda “Мədən Sənayesində Şəffaflığın
Artırılması” Koalisiyasının 2007-ci il vahid layihəsi çərçivəsində
regionlarda əhalinin maarifləndirilməsi istiqamətində növbəti Dəyirmi Masa
keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihə üzrə assistent İlham
Hüseynli layihənin əsas məqsədi haqqında tədbir iştirakçılarını
məlumatlandırmışdır.
27
avqust 2007-ci il tarixdə Şamaxı rayonunda “Sağlam İnkişaf və
Maarifləndirmə” ictimai birliyi və “Demakratik İslahatçı Gənclər” ictimai
birliyi Koalisiyanın 2007-ci il üçün Vahid Layihəsinin “Gənclərin MHŞT
proseslərinə cəlb olunması” istiqaməti çərçivəsində növbəti tədbir
keçmişdir.
Bu
günlərdə Xaşmaz rayon mərkəzində MSŞA Koalisiyasının vahid layihəsi və
“Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə
maraqlarının artırılması kampaniyalarının keçirilməsi” proqramı çərçivəsində
növbəti “dəyirmi masa ” keçrilmişdir.
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Vahid Layihəsinin "Bakı
şəhəri və regionlarda media-forumların keçirilməsi" istiqaməti çərçivəsində
mediaforum keçirilib. Media-forumda jurnalist və oxucuların suallarını
koalisiyanın Şura üzvləri Tacirlər və İstehlakçılar Birliyinin sədri Sevgim
Rəhmanov və "Davamlı İnkişaf Araşdırmaları Mərkəzi"nin sədri Nəriman Ağayev
cavablandırıb. Media-forum “Merkez” qezetinde derc edilib.
“Mədən
Sənayesində Şəffaflığın Artırılması Koalisiyası”nın “Vahid Layihə” çərçivəsində
həyata keçirdiyi “Neft gəlirlərinin səmərəli xərclənməsinə dair radio-dialoqun
keçirilməsi” istiqaməti üzrə radio-debat İctimai Radionun “Diqqət Mərkəzində”
verilişində 25.07.07-ci il tarixində canlı olaraq yayımlanmışdır.
1. КIV – Şurа üzvü fоrmаtındа görüşlərin кеçirilməsi: -Nеft gəlirləri
və Аzərbаycаn ədəbiyyаtı (Şurа üzvü Mеhribаn Vəzir və ədəbiyyаtçılаr) - 20 sеntyаbr
ərəfəsində 5 Şurа üzvü ilə «Əsrin Müqаviləsi və nеft gəlirlərinin şəffаflığı»
-Nеft gəlirləri hеsаbınа nеftlə çirкlənmiş ərаzilərin təmizlənməsi (Şurа üzvü
Tеlmаn Zеynаlоv və Коlisiyаnın екоlоji təşкilаtlаrı)
9 avqust 2007-ci ildə Şəki
şəhərində Sənətkarlar Evinin konfrans zalında MSŞA Koalisiyasının Vahid
Layihəsinin “Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli
istifadəsinə maraqlarının artırılması kampaniyalarının keçirilməsi” proqramı
çərçivəsində növbəti “dəyirmi masa ” keçirilmişdir.
Müsabiqəyə aşağıdakı mövzular təqdim olunur: 1) Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü: ölkə təcrübəsi və inkişaf
yolları 2) Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün investisiya reytinqinin
və biznes mühitinin yaxşılaşdırılmasındakı rolunun gücləndirilməsi yolları 3) Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü və ictimaiyyətin
maarifləndirilməsi yolları 4) Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün regional inteqrasiya
prosesində rolunun gücləndirilməsi və s.
27 iyul 2007-ci il tarixində “Sağlam İnkişaf və
Maarifləndirmə” ictimai birliyi və “Demokratik islahatçı gənclər” ictimai
birliyi MSŞA Koalisiyasının 2007-ci il üçün Vahid Layihəsinin “Gənclərin MHŞT
proseslərinə cəlb olunması” istiqaməti çərçivəsində Tovuz rayonunda dəyirmi
masa keçirmişdir. Dəyirmi masa saat 10-da başlamış və saat 12-yə qədər davam
etmişdir. Dəyirmi masada 20 nəfər gənc iştirak etmişdir.
22 iyul 2007-il tarixdə Balakən rayon mərkəzində MSŞA Koalisiyasının Vahid
Layihəsinin “Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli
istifadəsinə maraqlarının artırılması kampaniyalarının keçirilməsi” istiqaməti
çərçivəsində növbəti dəyirmi masa keçirilmişdir.
Tədbirin movzusu : “Neft gəlirlərlərindən necə istifadə olunur”
“Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası”nın “Vahid Layihə” çərçivəsində
həyata keçirdiyi “Neft gəlirlərinin səmərəli xərclənməsinə dair radio-dialoqların
keçirilməsi” istiqaməti üzrə keçirilən radio-dialoq iyulun 18-də saat 17:10-da
İctimai Radionun “Diqqət Mərkəzində” verilişində canlı olaraq yayımlanmışdır.
Verilişin mövzusu “Neft gəlirləri və beynəlxalq standartlar”, qonağı ısə Koalisiya
üzvü, iqtisadçı ekspert İlham Şaban olmuşdur.
Vahid Layihənin “Neft gəlirlərinin səmərəli xərclənməsinə dair radio-dialoqun
keçirilməsi” isiqaməti çərçivəsində növbəti radio-dialoq iyul ayının 11-də həmişə
olduğu kimi İctimai Radionun “Diqqət Mərkəzində” verilişində canlı olaraq yayımlanıb.
Verilişin qonağı Koalisiya Şurasının üzvü, iqtisadçı-ekspert İlham Hüseynli idi.
Iyunun 30-da Gəncədə "Novosti Gəncə", "Gəncənin səsi", "Qanun və intizam",
"Ruzigar" qəzetlərinin baş redaktorlarınin iştirakı ilə Media Forum keçirilib.
Forumda MSŞА Koalisiyasının Şurа üzvləri Sabit Bağırov və Oqtay Gülalıyev,
Ehtiram Əli, Koalisiyanin Gəncə bolməsinin kordinatoru Aslan Vəliyev, taninmiş
ekoloq Irşad Abbasov iştirak ediblər.
Azərbaycan İctimai Birliklərinin MSŞA Koalisiyasının 2007-ci ildə fəaliyyəti
ücün imkanların yaradılması Vahid Layihəsinin Regionlarda filmin nümayişi istiqaməti
üzrə həyata keçirilən Açıq Cəmiyyət Institutu - Yardım Fondunun maliyyə dəstəyi
ilə çəkilmiş "Neft və milyardlar səltənətində" filminin nümаyişi plаnlаşdırılıb
və fəаliyyət plаnı üzrə həyаtа kеçirilir.
30 iyun
2007- ci il tarixdə “Мədən Sənayesində
Şəffaflığın Artırılması” Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun
olaraq Gəncə Kənd Təsərrüfatı Akademiyasında Dəyirmi Masa keçirilmişdir.Dəyirmi Masada, MSŞA Koalisiyasının şura
üzvüləri Sabit Bağırov və Oqtay Güləliyev,
MSŞA Koalisiyasının Gəncə bölgə şöbəsinin koordinatoru Aslan Vəliyev,
Gəncə bölgə şöbəsinin şura üzvləri İrşad Abbasov və Gəncə Dövlət
Universitetinin müəllimi Məleykə Abbaszadə, Uşaq Fondunun sədri Rövşən Novruzov,
Tacirlər və İstehsalçılar Birliyinin Gəncə bölgəsinin sədri Cəbrail Məmmədov,
Vətəndaş Cəmiyyəti Uğrunda İB-nin Gəncə regional şöbəsinin sədri Vaqif İmanov,
Bakı xəbər qəzetinin jurnalisti Ruslan Xəlil, Bakı və region Universitetlərində
dəyirmi masaların keçirilməsi üzrə məsul şəxs Ehtiram Əli və Kənd Təsərrüfatı
Akademiyasınin müəllim və tələbə heyəti iştirak
etmişlər.
◄ 1 2 ► ₪
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:24:58
Sənədin digər dillərdəki variantları: /eng/ |