Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 6 Oktyabr 2008, Bazar ertəsi | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Vahid Layihə- 2007: Bərdə rayonunda keçirilən dəyirmi masa keçirilib. (16/06/2007)

Vahid Layihə- 2007: Bərdə rayonunda keçirilən dəyirmi masa keçirilib. (16/06/2007)
Hazırladı: layihə rəhbəri A. Mikayılov
"Sağlam İnkişaf və Maarifləndirmə" ictimai birliyi və " Demokratik İslahatçı Gənclər" ictimai birliyi, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası daxilində "Gənclərin MHŞT proseslərinə cəlb edilməsi" layihəsi çərçivəsində 16 iyun 2007-ci ildə Bərdə rayon mərkəzində dəyirmi masa keçirilmişdi.

"Gənclərin MHŞT proseslərinə cəlb edilməsi" layihəsi çərçivəsində Bərdə rayonunda keçirilən dəyirmi masa haqqında məlumat.

Dəyirmi masa zamanı seminar iştirakçılarına MSŞA Koalisiyası tərəfindən hazırlanmış "Pilot ölkələrin təcrübəsi" adlı beynəlxalq konfrans toplusunu, "Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü" adlı vəsait kitabı, cib təqvimləri, tərəfimizdən hazırlanmış üzərində MSŞA Koalisiyasının, SİMİB-in, DİGİB-nin loqoları olan yazı kitabçaları və qələmlər paylanmışdır. Bundan əlavə MSŞA Koalisiyası tərəfindən hazırlanmış divar kağızları və tərəfimizdən hazırlanmış üzərində MSŞA Koalisiyasının, SİMİB-in, DİGİB-nin loqoları olan ARDNF-nun gəlir və xərclərini özündə əks etdirən divar kağızları seminar keçirilən zalın divarına vurulmuşdur. Bundan başqa MSŞA Koalisiyası tərəfindən hazırlanmış divar kağızlarından dörd ədədi Bərdə rayonunun mərkəzi küçəsinə yapışdırılmışdır. Dəyirmi masada 22 nəfər Bərdə rayon gəncləri iştirak etmişdir və dəyirmi masa 3.5 saat davam etmişdir.

Birinci, layihə rəhbəri A. Mikayılov dəyirmi masanı açıq elan edərək layihənin məqsədi, vəzifələri və əhəmiyyətliliyi və layihənin reallaşmasında iştirak edən təşkilatlar (MSŞT, SİMİB, VƏ DİGİB) haqqında məlumat verdi.

Bundan sonra söz dəyirmi masada iştirak edən SİMİB-in sədri Anar Xəlilova verildi. O çıxış edərək neft gəlirlərinin respublikamızın sosial-iqtisadi vəziyyətinin inkişafındakı rolundan dəyirmi masa iştirakçılarına geniş məlumat verdi.

Bundan sonra sözü SİMİB-in Hüquq Araşdırma Mərkəzinin sədri, Odlar Yurdu Universitetinin müəllimi, hüquqşünas-ekspert Mətləb Abbasova verdi. O, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaranma səbəbləri və tarixi, idarə edilməsi prosesləri; MSŞA Koalisiyasının yaranma səbəbləri, missiyası, fəaliyyəti və tarixi; MHŞT proseslərində ictimai nəzarətin faydalılığı haqqında geniş məruzə etdi.

Bundan sonra çıxış edən SİMİB-in "Iqtisadiyyat bölməsi"nin rəhbəri, Qafqaz Universitetinin müəllimi, iqtisadçı-ekspert Rasim Abutalıbov ARDNF-nun formalaşması mənbələri və xərclənmə istiqamətləri, ARDNF-nun maliyyələşdirdiyi layihələr mövzularında geniş məlumat verdi.

Çıxışlardan sonra dəyirmi masa iştirakçılarının suallarına geniş cavab verildi.

Dəyirmi masanın keçirilməsində Gənclər və İdman Nazirliyi tərəfindən təşkilati dəstək verilmişdir. İnformasiya dəstəyi isə Azərbaycan Respublikası Dövlət Neft Fondu vermişdir


1 ... 7 8 9 ... 31 A


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:14:22

Sənədin digər dillərdəki variantları: /eng/

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

НЕФТЬ АЗЕРБАЙДЖАНА: доходы, расходы и риски (взгляд из 2007)
19 sentyabr 2008-ci ildə  Caspian Plazanın Konfrans zalında İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA)” Koalisiyası “Əsrin kontraktının 14-cü ili və  neft-qaz sənayesində şəffaflıq təşəbbüsü” mövzusunda Dəyirmi Masa keçirdi
Milli Büdcə Qrupunun İdarə Heyəti və «Mədən Sənayesində Şəffaflığın Artırılması» üzrə QHT Koalisiyası Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentliyi namizədənə ünvanlanan müraciət
"Dövlət xərcləmələri: səmərəlilik və şəffaflıq müstəvisində" mövzusunda Dəyirmi Masa (Bakı şəhəri, Kaspian Plaza, 11 senytabr 2008-ci il )
“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.644044