Vahid Layihə- 2007: Mingəçevir şəhərində dəyirmi masa keçirilib. (10/06/2007)
Tədbirin movzusu : "Azərbaycanın əldə edəcəyi neft gəlirləri və Neft Fondu vəsaitlərinin idarə olunması"
Tədbirdə Mingəçevir şəhəırinin 30 -dan yuxarı ictimai fəalı(: yerli QHT nümayəndəliri, müəllimlər, bələdiyyə üzvləri, tələbə gənclər və b.), həmçinin Vahid Layihənin bu istiqaməti üzrə məsul şəxs, Demorkratik Dəyərləri Müdafiə Fondunun rəhbəri Əsgər Əhməd, bu tədbirin təşkilatçısı Ruhəngiz Hüseynova və Məruzəçi kimi Sosial-İqtiasdi hüquqlar üzrə monitorinq-təlim mərkəzinin rəhbəri Həmid Xəlilov iştirak edirdilər
Tədbiri giriş sözü ilə Əsgər Əhməd açaraq qısa tanışlıq və tədbirin mahiyyəti, eləcədə, MSŞT haqqında, MSŞA- Koalisiyasının yaranması və fəaliyyəti haqqıda iştirakçılara məlumat verdikdən sonra sözü çıxışcı Həmid Xəlilova verdi. O Azərbaycanda əldə olunan və olunacaq neft gəlirləri, eləcədə Neft Fondu vəsaitlərinin idarə olunması haqqında geniş məlumat verdikldən sonra, Məruzə ətrafında qızğın və maraqlı disskusiyalar keçirildi.
İştirakçıları maraqlandıran suallar əsasən aşağıdakılardan ibarətdir.
1. Neft gəlirlərinin gələcək nəsillərin rifahı naminə necə idarə olunmalıdır?
2. ARDNŞ -nin quyu fondu və Neft hasilatının vəziyyəti.
3. ARDNF-na daxil olan vəsaitlər hansı istiqamətlərə yönəldilir?
4. Əsas neft müqavilələrində Azərbaycanın payı niyə azdır?
5. Neft gəlirlərinin iqtisadiyyatın dirçəldilməsi istiqamətində səmərəsini neçə il gözləmək lazım gələcəkir?
6. MSŞA Koalisiyasının neft gəlirlərinin səmərəli istifadəsi ilə bağlı Hökumətə təsir imkanları nə dərəcədədir?
7. Neft gəlirləri artsada niyə respublikada yoxsulluq problemləri qalmaqdadır?
8. Neft gəlirlərləri düzgün xərclənirmi?
9. Holland sindiromundan qaçmaq olarmı?
10. Neft resursları ilə zəngin olan digir ölkələrin təcrübəsi haqqında
11. Neft gəlirldəri gənclərin həytında nə kimi rolu ola bilər və gənclər bunu nə zaman hiss edəcəklər?
12. Neft ehtiaytları ilə zəngin ölkə olsaq da neft məhsullarının qiymətlərindəki artımlar əhalinin vəziyyətini daha da ağırlaşdırır.
13. Neft gəlirlərinin necə idarə olunmasını öyrənmək üçün sıravi vətəndaşlar hansı addımlar atmalıdır və MSŞA Koalisiyası bu istiqamətdə hansı işləri planlaşdırır və s. ?
Disskusiyalardan çıxan sonuclar:
1. İştirakçılar etiraf etdilər ki, bu tədbir vasitəsi ilə Azərbaycanın neft siyasəti ilə bağlı ilk dəfə olaraq bir çox şeyləri öyrəndilər.
2. Bir çoxlari bildirdilər ki, MSŞT Koalisiyasının şəffaflıq və ictimai nəzarət təşəbbüslərini dəstəkləyirlər.
3. İştirakçılar neft gəlirlərinin onlarin həyatlarını dəyişəcəyinə şübhə ilə yanaşırlar.
4. Qeyri neft sektorunun neft gəlirlərindən istifadə olunaraq inkişaf edəcəyinə inanmırlar.
5. Əhalidə vətəndaş təşəbbüskarlığı iradəsi aşağı səviyyədədir və ciddi informasiya qıtlığı var. Onlar problemlərin həllində özlərini iştirakçı görmür və bunu digərlərinin etməsini gözləyirlər.