Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 23 İyul 2008, Çərşənbə |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Vahid Layihə- 2007: Azərbaycan Dillər Universitetində(24/05/2007) və Azərbaycan Texniki Universitetində(31/05/2007)  dəyirmi masalar keçirilib.

Vahid Layihə- 2007: Azərbaycan Dillər Universitetində(24/05/2007) və Azərbaycan Texniki Universitetində(31/05/2007)  dəyirmi masalar keçirilib.
Azərbaycan Dillər Universitetində "Beynəlxalq şəffaflıq təşəbbüsləri və Azərbaycan" mövzusunda dəyirmi masa keçirilib. MSŞA Koalisiyasının Şüra üzvü, "Tacirlər və İstehsalçılar Birliyinin" sədri Sevgim Rəhmanov, Koalisiyanın üzvü, İqtisadi və Biznes Tədqiqatları və Təhsili Mərkəzin rəhbəri professor Fuat Rəsulov, Bakı və region Universitetlərində dəyirmi masaların keçirilməsi üzrə məsul şəxs Ehtiram Əli və universitetin müəllim, tələbə heyəti iştirak etmişlər. 31 may 2007- cı il  tarixdə  Azərbaycan Texniki Universitetində “BTC və CQBK layihələrin həyata keçirilməsində sosial təsirlər” mövzusunda dəyirmi masa keçirilib.  Dəyirmi masa “Мədən Sənayesində Şəffaflığın Artırılması”  Koalisiyasının 2007-ci il fəaliyyət planına uyğun olaraq həyata keçirilmişdir. MSŞA Koalisiyasının şüra üzvləri Telman Zeynalov, Oqtay Güləliyev və İlham Hüseynli, Ramiz Baxşiyev, Bakı və region Universitetlərində dəyirmi masaların keçirilməsi üzrə məsul şəxs Ehtiram Əli və universitetin müəllim, tələbə heyəti iştirak etmişlər.

Azərbaycan Dillər Universitetində
Dəyirmi masanı Ehtiram Əli açaraq, MSŞA Koalisiyasının mədən sənayesində şəffaflığın artırılması ilə bağlı həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. Yığıncaqda Sevgim Rəhmanov "Beynəlxalq şəffaflıq təşəbbüsləri və Azərbaycan" mövzusunda məruzə ilə çıxış edib.
Məruzə ətrafında geniş diskussiya olub. Sevgim Rəhmanov suallara ətraflı cavab verib.

Azərbaycan Texniki Universitetində
Dəyirmi masanı Ramiz Baxşiyev açaraq, MSŞA Koalisiyasının mədən sənayesində şəffaflığın artırılması ilə bağlı həyata keçirdiyi tətbirlər haqqında məlumatı yığıncaq iştirakcılarına çatdırdı. Yığıncaqda  İlham Hüseynli “BTC və CQBK layihələrin həyata keçirilməsində sosial təsirlər” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə ətrafında geniş diskusiya oldu. İlham Hüseynli suallara ətraflı cavab verdi. O, yığıncaq iştirakcılarına və qonaqlara öz təşəkkürünü bildirrdi.
Bununla da dəyirmi masa öz işini bitirmişdir.


1 2 3 4 ... 31 A


Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 14:55:25

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.8
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.28363