|
Vahid Layihə- 2007: Fəaliyyət planına uyğun
olaraq “Təfəkkür” Universitetində Dəyirmi Masa keçirilmişdir
Vahid Layihə- 2007: Fəaliyyət planına uyğun
olaraq “Təfəkkür” Universitetində Dəyirmi Masa keçirilmişdir
 Dəyirmi Masada, MSŞA Koalisiyasının koordinatoru, İqtisadi
Tədqiqatlar Mərkəzinin direktoru Qubad İbadoğlu, Universitetlərlə bağlı
layihənin assistenti Ehtiram Əli, Universitetin professor-müəllim və tələbə
heyəti iştirak etmişlər. Dəyirmi Masa iştirakçılarının sayı 52 nəfər
olmuşdur.
MSŞA Koalisiyasının üzvü Ehtiram Əli yığıncağın əhəmiyyəti hqqında qısa məlumat verərək dəyirmi masanı açmışdır. Dəyirmi Masada MSŞA Koalisiyasının koordinatoru Qubad İbadoğlu “Azərbaycanın Mədən Sənayesində Şəffaflığın Tətbiqi” mövzusunda məruzə ilə geniş çıxış etmişdir. Məruzəçi şəffaflıq sahəsində mövcud olan beynəlxalq təcrübədən və beynəlxalq şəffaflıq təşəbbüsünə Azərbaycanin qoşulması tarixindən, Dövlət Neft Fondu haqqında, mədən sənayesi gəlirlərinin xərclənməsində şəffaflığın artırılmasının əhəmiyyəti, neft gəlirləri, onların istifadəsi prosesi və istiqamətləri barədə ictimaiyyətin geniş informasiya əldə edə bilməsi,əhalinin və vətəndaş cəmiyyəti institutlarının neft gəlirləri və onların istifadəsi məsələləri üzrə qərarların qəbulunda iştirakının təmin edilməsi, neft gəlirlərinin əldə olunması və onların istifadəsi proseslərinə ictimai nəzarətin təmin edilməsi barədə dəyirmi masa iştirakçılarını ətrafli məlumatlandırmışdır. Məruzə ətrafında geniş diskusiya oldu. Çıxışlarda və diskussiya zamanı mədən sənayesi gəlirlərinin xərclənməsində şəffaflığın artırılmasının əhəmiyyəti və əhalinin sosial durumuna təsirinə dair müzakirələr aparılıb. Bu istiqamətdə maarifçilik işinin aparılması , ictimai qurumların, həmçinin müəllım və tələbələrin rolunun artırılmasının vacibliyi qeyd edilib. Yığıncaqda Bədəlov Samir, Məmmədov Yusif, Qurbanov Natiq və başqaları məruzəçiyə suallarla müraciət etmişlər. Qubad İbadoğlu suallara ətraflı cavab vermişdir. Tədbir iştirakçılarına Koalisiyanın nəşr etdirdiyi çap materialları paylanmışdır. Ehtiram Əli Dəyirmi Masanı yekunlaşdıraraq, tədbirin keçirilməsinə şərait yaradan Universitet rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir. Bununla da Dəyirmi Masa öz işini bitirmişdir.
◄ 1 ... 28 29 30 31 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:24:49
|