|
Vahid Layihə- 2007: Sumqayıt Dövlət Universitetində dəyirmi masa
(27/09/2007)
Vahid Layihə- 2007: Sumqayıt Dövlət Universitetində dəyirmi masa
(27/09/2007)
 27 sentyabr 2007- cı il tarixdə Sumqayıt Dövlət Universitetində “Neft
gəlirlərinin xərclənməsində şəffaflığın artırılması və onların səmərəli
istifadəsi” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa “Мədən
Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının 2007-ci il fəaliyyət
planına uyğun olaraq həyata keçirilmişdir.
MSŞA Koalisiyasının üzvü, “Sosial-İqtisadi Araşdırmaıar Birliyinin” sədri, MSŞA-nın üzvü Azad Əliyev, Bakı və region Universitetlərində dəyirmi masaların keçirilməsi üzrə məsul şəxs Ehtiram Əli və 41 nəfər müəllim, tələbə heyəti iştirak etmişlər. Dəyirmi masanı Dekan Adil müəllim açaraq, mədən sənayesində şəffaflığın artırılmasının əhəmiyyəti və ölkənin gələcəyinin neft gəlirlərinin idarə olunmasinda şəffaflığın təmin edilməsindən cox asılı olduğunu yığıncaq iştirakcılarına çatdırdı. Yığıncaqda Azad Əliyev “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması və onların səmərəli istifadəsi”mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi, mədən sənayesi gəlirlərinin əhalinin sosial drumuna təsiri, gəlirlərin xərclənməsində şəffaflığın artırılmasının əhəmiyyəti, neft gəlirləri, onların istifadəsi prosesi və istiqamətləri barədə ictimaiyyətin geniş informasiya əldə edə bilməsi,əhalinin və neft gəlirləri və onların istifadəsi məsələləri üzrə qərarların qəbulunda vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi, neft gəlirlərinin əldə olunması və onların istifadəsi proseslərinə ictimai nəzarətin təmin edilməsinin vacibliyi barədə dəyirmi masa iştirakçılarını ətrafli məlumatlandırmışdır Məruzə ətrafında geniş diskusiyada professor Agayev, müəllimlərdən Mikayılova Sevda, Hüseynov Qalib, Orucəliyeva Bəsti və tələbələr iştirak etdilər. Suallara ətraflı cavab verildi. Ehtiram Əli yığıncağı yekunlaşdıraraq, mədən sənayesində şəffaflığın artırılmasında müəllim və tələbələrin rolundan və ğələcəkdə belə tədbirlərin keçirilməsinin lazım olduğunu bildirdi. O, yığıncaq iştirakcılarına və qonaqlara öz təşəkkürünü bildirrdi. Bununla da dəyirmi masa öz işini bitirdi.
◄ 1 ... 27 28 29 ... 31 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:24:47
|