|
Vahid Layihə- 2007: Xaçmaz şəhərində
keçrilmiş “dəyirmi masa” haqqıda məlumat
Vahid Layihə- 2007: Xaçmaz şəhərində
keçrilmiş “dəyirmi masa” haqqıda məlumat
Əsgər Əhməd
 Bu
günlərdə Xaşmaz rayon mərkəzində MSŞA Koalisiyasının vahid layihəsi və
“Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə
maraqlarının artırılması kampaniyalarının keçirilməsi” proqramı çərçivəsində
növbəti “dəyirmi masa ” keçrilmişdir.
Tədbirdə Xaşmaz şəhəırinin 50 – nəfərədək ictimai fəalı, eləcədə, sublayihənin həmkoordinatoru Demokratik Dəyərləri Müdafiə Fondunun rəhbəri, Əsgər Əhməd, məruzəçi kimi İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, iqtisadçı alim Vüsal Qasımovda iştirak edirdilər. Tədbiri giriş sözü ilə Əsgər Əhməd açaraq qısa tanışlıq və tədbirin məramı haqqında məlumat verdikdən sonra, MSŞT- nin mahiyyəti, onun başlıca prinsip və meyarları eləcədə, MSŞA - Koalisiyasının yaranması və fəaliyyəti, onun məqsəd və hədəfləri barəsində iştirakçıları məlumatlandırdı. Sonra o, sözü məruzəçi Vüsal Qasımova verdi. “Neftin əsasları” adlanan məruzəsi ilə çıxışına başlayan Vüsal Qasımov Azərbaycanda həyata keçirilən əsas neft layihələri («Azəri», «Çıraq» və «Günəşli» (AÇG) yatağının dərin hissəsinin tammiqyaslı işlənməsi; «Şahdəniz» qaz-kondensat yatağının işlənməsi; «Bakı-Tbilisi-Ceyhan» (BTC) Əsas İxrac Boru Kəmərinin fəaliyyəti; «Bakı-Tbilisi-Ərzurum» (BTƏ) Cənubi Qafqaz Boru Kəmərinin fəaliyyəti) haqqında iştirakçılara məlumat verdikdən sonra, ötən il istehsal olunan neft və neft gəlirləri barədə (Azərbaycanda keçən il hasil olunan neft – 32,2 milyon ton və ya adambaşına təqribən 3,8 ton təşkil edib. Bu qədər neftin dəyəri təqribən - 15,7 milyard dollar və ya adambaşına 1850 dollar olub. Neftin 26 milyon ton və ya təqribən 12,7 mlrd. dollarlıq hissəsi ixrac olunub, dахili tələbatı ödəmək üçün emal və digər sahələrə yönələn neft - 6,2 milyon ton və ya 3 milyard dollar təşkil edib.) danışdı. Daha sonra, neft gəlirlərinin səmərəli istifadə olunmasından söhbət açan məruzəci, Azərbaycanda neft gəlirlərinin idarə edolməsində risk amillərinin olduğunu vurğulayaraq onları aşağıdakı kimi təsnif etdi: -
Azərbaycan iqtisadiyyatının institusional geriliyi; -
Neft və qaz gəlirlərinin uzunmüddətli istifadə modelinin qurulmaması; -
Ölkədəki korrupsiyanın səviyyəsi; -
Qeyri- neft sektorunda investisiya mühüti; -
Maliyyə sektorunun kövrəkliyi və infilyasiya proseslərinin başlanması; -
Qiymətli kağızlar bazarının zəif inkişafı; -
Şəffaflıq, hesabatlılıq və içtimai nəzarət imkanlarının məhdudluğu; Neft və qaz gəlirlərindən uzunmüddətli istifadə də risk faktorlarının aradan qaldırılması üçün bu sahə ilə bağlı dövlətin əsaslandırılmış strategiyasının olmasının əhəmiyyətini bildirən cənab Qasımov, ölkə iqtisadiyyatının gələcək inkişafı ilə bağlı prioritet istiqamətlərin müəyyənləşdirilməsinin və gəlirlərin bu istiqamətlərə yönəldilməsinin əhəmiyyətini xüsusi vurğuladı. Sonda, iştirakçıları maraqlandıran suallar cavablandırıldıqdan sonra, məruzə ətrafında qızğın və maraqlı disskusiyalar başladı.
◄ 1 ... 23 24 25 ... 31 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 24/7/2008 - 15:59:3
Sənədin digər dillərdəki variantları: /eng/ |