Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 7 Sentyabr 2008, Bazar | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Vahid Layihə- 2007: BƏDXƏRCİK, YOXSA...

Vahid Layihə- 2007: BƏDXƏRCİK, YOXSA...
"hökumət yalnız neft gəlirlərinə arxalanmamalıdır"
ANAR
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Vahid Layihəsinin "Bakı şəhəri və regionlarda media-forumların keçirilməsi" istiqaməti çərçivəsində mediaforum keçirilib. Media-forumda jurnalist və oxucuların suallarını koalisiyanın Şura üzvləri Tacirlər və İstehlakçılar Birliyinin sədri Sevgim Rəhmanov və "Davamlı İnkişaf Araşdırmaları Mərkəzi"nin sədri Nəriman Ağayev cavablandırıb. Media-forum “Merkez” qezetinde derc edilib.

- Neft gəlirlərinin necə xərclənməsilə bağlı müxtəlif təkliflər var. Bəziləri deyir ki, neft gəlirləri indiki kimi xərclənməməli və Neft Fondunda cəmləşməli, yaxud istehsal sahələrinə yönəldilməli, bəziləri isə bildirirlər ki, əhaliyə paylanmalıdır. Sizcə, bu variantlardan hansı daha məqbuldur?

Sevgim Rəhmanov:

- Azərbaycanda neft gəlirlərinin saxlanılması və xərclənməsi qanunvericiliyə uyğun həyata keçirilir. Neft Fondu var və onun əsasnaməsi təsdiq edilib. Neft Fondundakı pullar Prezidentin qərarları ilə xərclənir. Hələ Neft Fondu yaradılmamışdan qabaq belə söhbətlər gedirdi ki, neft pulları əhali arasında paylanılsın. Mən bunun qəti əleyhinəyəm. Azərbaycanda korrupsiyanın vəziyyətini nəzərə alaraq deyə bilərəm ki, pulların paylanması zamanı neqativ hallar olacaq. Digər tərəfdən əgər bu gün pullar əhaliyə paylanılarsa, 10-20 ildən sonra vəziyyətimiz necə olacaq? Gələcək nəsillərin taleyini fikirləşməliyik. Neft pulları bizə pul gətirməlidir. Yeni iş yerləri açılmalıdır. "Holland Sindromu"nun qarşısını almaq lazımdır. Bizə elə bir imkan verilib ki, 5 il müddətində qeyri-neft sektorunu o həddə çatdıra bilərik ki, ölkəmizin gəlirləri 3-4 dəfə artsın və büdcənin təşkilinin 60-70 faizi neft gəlirlərindən təşkil edilməsin. Mən bunu arzulayıram.

Nəriman Ağayev:

- Neft Fondundakı pulların xərclənməsi Prezidentin sərəncamındadır. Amma bu o demək deyil ki, Prezident bu pulların xərclənməsinə dair qərarlar verərkən xalqın maraqlarını nəzərə almır. Xalq istəyirdi ki, Bakının içməli su problemi həll olunsun. İki il qabaq məndə Oğuz-Qəbələ-Bakı su xəttinin çəkilməsilə bağlı məsələ qaldırmışdım. Çox yaxşı oldu ki, hansı mənbədən asılı olmayaraq bunun üçün pul tapıldı. Neft vəsaitlərinin necə xərclənməsilə bağlı ilyarım bundan əvvəl ictimaiyyət arasında sorğu keçirilib. Nəticələrə fikir verəndə görürük ki, birinci yerdə ordunun gücləndirilməsi qoyulub. İkinci yerdə isə yoxsulluğun azaldılmasıdır. Pulu Azərbaycanda saxlamaqla bir neçə on ildən sonra o öz qüvvəsini itirmiş olacaq. Sözsüz ki, pul işlənilməlidir. Əsas məsələ onun necə istifadə edilməsidir.

- Neft gəlirlərinin xərclənməsilə bağlı xarici təcrübələr var. Azərbaycan bu təcrübələrdən hansına üstünlük verir?

Nəriman Ağayev:

- Gəlirlərin xərclənməsilə bağlı Azərbaycanın özünəməxsus yolu var. Bu, onunla əlaqədardır ki, neftli ölkələrin heç birində Azərbaycanda olduğu qədər qaçqın və məcburi köçkün yoxdur. Heç bir dövlətin infrastrukturu bizimki qədər bərbad və köhnəlmiş halda deyil. Eyni zamanda, neft gəlirləri istehsal sahələrinə də yönəldilməlidir. Koalisiya olaraq biz təklif edirik ki, neft gəlirlərinin xərclənməsinə güclü vətəndaş cəmiyyəti olsun və QHT-lərin bu prosesə nəzarət etmək imkanları reallaşdırılsın.

Sevgim Rəhmanov:

- Neft gəlirlərindən sahibkarlığın inkişafı üçün də xərcləmək lazımdır. Təəssüflər olsun ki, bizdə sahibkarların səviyyəsi hələ yüksək deyil. Dövlət sahibkarlara deməyib ki, harada olsa, şadlıq evi tikin, mağaza açın və s.

Sahibkar o səviyyədə olmalıdır ki, bir neçə il sonranı görə bilsin. İstehsal sahələri açanada da ağıllı olmaq lazımdır. Məsələn, Azərbaycana xaricdən yüksək keyfiyyətli kondisionerlər gətirilir. İndi biz ölkədə kondisioner zavodu açsaq, uduza bilərik. Çünki istehsal edəcəyimiz kondisionerin keyfiyyəti və xərcləri imkan verməyəcək ki, bu sahə inkişaf etsin. Neft gəlirlərinin xərclənməsilə bağlı hökumətin proqramı var. Bu, informasiya texnologiyaları sistemini, kənd təsərrüfatı sahələrini və təhsili inkişaf etdirməklə bağlıdır. Bu üç sahə bizim üçün prioritetdir.

Hökmət yalnız neft gəlirlərinə arxalanmamalıdır. Şəxsən mən xaricdən gətirilən taxıla görə əlavə dəyər vergisinin ləğv edilməsinə yaxşı baxmıram. Bu ləğvlə bağlı olaraq dövlət büdcəsi milyonlarla dollardan məhrum olur. Onsuz da taxılın, unun qiymətləri bahalaşacaq. Bu, qarşısıalınmaz bir prosesdir. Düşünürəm ki, yaxın vaxtlarda əlavə dəyər vergisi yenidən bərpa olunacaq.

- Dövlət Neft Fondu şəffaflığa görə BMT-in dövlət qulluğu mükafatına layiq görülüb. Əgər ARDNF beynəlxalq təşkilat tərəfindən belə bir mükafata layiq görülübsə, koalisiyanın, eləcə də ictimaiyyətin narahatlığına hansı əsaslar var?

Sevgim Rəhmanov:

- Şəffaflıq təşəbbüsünə qoşulan dövlətlər arasında Azərbaycanın öz yeri var. Neft Fondunun, hökumət komissiyasının yaranmasında, vətəndaş cəmiyyətilə münasibətdə, memorandumun imzalamasında, hesabatların verilməsində, informasiyaların ictimaiyyətə açıqlanmasında müsbət addımlar atılıb. Ola bilsin ki, BMT bu kimi xüsusiyyətləri nəzərə alıb. Neft Fondunun fəaliyyəti baxımından bizim narahatlığımız yoxdur. Biz ona görə narahatıq ki, sahibkarlığın inkişafı zəif, korrupsiyanın miqdarı isə böyükdür. Biz çox istərdik ki, Neft Fondunun Müşahidə Şurasında vətəndaş cəmiyyətinin nümayəndəsi kimi Milli Məclisin rəhbərliyi və ya AMEA-nın prezidenti deyil, əsl vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etsinlər. Biz həm də maarifləndirmə işlərilə məşğuluq. 20-dən çox rayonda neft gəlirlərilə bağlı görüşlərimiz olub. Həmçinin, 2005-ci ildə deputatlığa namizədlərlə görüşlərimiz olub.

Şirkətlər verdikləri pulun miqdarını, hökumət isə aldığını ictimaiyyətə açıqlayır. Auditor şirkəti hər iki hesabatı müqayisə edib, çatışmazlıqların olub-olmadığını araşdırır. Koalisiya isə hesabatlara öz rəyini verir. Biz çox istərdik kim, şirkətlər ayrı-ayrılıqda hesabat versinlər.

Nəriman Ağayev:

Neft Fondunun mükafat almasına sevinməliyik. Amma iş olan yerdə həmişə narahatlıq da var. Əgər bizə müraciət olunursa, sual verilirsə, deməli, koalisiyaya ehtiyac var. Koalisiya olmalıdır. Neft Fondu yüksək səviyyədə fəaliyyət göstərsə də belə, koalisiya fəaliyyətini davam etdirməli və güclənməlidir. Çünki şəffaflıq təşəbbüsünün prinsiplərinə uyğundur. Bizim koalisiyanın dəstəyə ehtiyacı var. Mətbuat bizə kömək göstərməlidir. Bizim işimiz, fikirlərimiz, təkliflərimiz mətbuat üçün də maraqlı olmalıdır. Bəlkə də, bu mükafatda sizin və bizim rolumuz var. Koalisiya mətbuatsız heç bir iş görə bilməz. Bununla yanaşı, istəyirik ki, koalisiyanın fəaliyyəti daha da genişlənsin. Təkcə neft gəlirlərinin əldə edilməsinə deyil, həmçinin, onun xərclənməsinə də nəzarəti həyata keçirməliyik.

- Hazırda neft gəlirləri hesabına bir sıra işlər görülür, maaşlar artırılır və s. Necə hesab edirsiniz, milli sərvətimizin hesabına görülən bu işlər prezident seçkilərində öz nəticəsini verəcəkmi?

Sevgim Rəhmanov:

- Neft gəlirlərilə bağlı məsələdə partiya prinsipi irəli gəlməməlidir. Çünki bu, xalqın sərvətidir. Müxalifət 1990, 1995, 2000-ci illərdə olduğu kimi hərəkət etməməli, məsələlərə eyni cür yanaşmamalıdır. Mən heç bir partiyanın üzvü deyiləm. Amma deməliyəm ki, müxalifətin məsələlərə baxışı bir qədər dəyişməlidir. Hökumət varsa, müxalifət də olmalıdır. Müxalif fikir ilk növbədə hökmətin özünə lazımdır. Müxalifət öz təkliflərini hökumətə verməlidir. Əgər hökumət bu tələbləri yerinə yetirmirsə, o zaman müxalifət xalqa müraciət etməlidir. Seçkilər zamanı müxalifət partiyaları neft gəlirlərilə bağlı öz fikirlərini cəmiyyətə çatdırmalıdır. Amma istənilən halda neft gəlirləri seçkilərdə özünü göstərəcək.

Camaata nə lazımdır? Pul, iş yeri. Ailə istəyir ki, evdə qazan qaynasın. İqtidar buna nail olursa, müxalifətin imkanları daralır. Belə olanda müxalifət başqa sahələrə baş vurmalıdır.

Nəriman Ağayev:

- Mən də hesab edirəm ki, neft gəlirlərinin təsiri prezident seçkilərində özünü göstərəcək. Neft gəlirləri hesabına görülən işlər insanlarda müəyyən fikir formalaşdırıb. Bu baxımdan sözsüz ki, iqtisadi sahədə həyata keçirilən tədbirlər, insanların siyasi baxışlarında dəyişiklik edəcək.

- Sizin koalisiya şəffaflıq uğrunda mübarizə aparır. Koalisiyanızın işləri necə, şəffafdırmı?

Sevgim Rəhmanov:

- Əgər siz koalisiya üzvləri arasında gedən yazışmaları nəzərdə tutursunuzsa, bildirim ki, bu cür açıq yazışmaların özü şəffaflığın göstəricisidir.

Nəriman Ağayev:

- İstənilən ictimai birlik cəmiyyətin güzgüsüdür. Bizim koalisiyada keçirilən iclaslar diskə yazılır və istənilən şəxs onlara qulaq asa bilər. Əgər bizim müzakirələrdən, narazılıqlardan mətbuatın xəbəri varsa, bu da koalisiyanın şəffaflığının göstəricisidir. Əgər mətbuatda bizim koalisiyamız haqqında tənqidi yazılar gedirsə, deməli, biz işləyirik. Fəaliyyət olan yerdə nöqsan, nöqsan olan yerdə isə tənqid olur.


1 ... 22 23 24 ... 31 A


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:14:44

Sənədin digər dillərdəki variantları: /eng/

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.639523