Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 23 İyul 2008, Çərşənbə |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Vahid Layihə- 2007: 9 avqust 2007-ci ildə Şəki şəhərində keçrilmiş “dəyirmi masa” haqqıda məlumat

Vahid Layihə- 2007: 9 avqust 2007-ci ildə Şəki şəhərində keçrilmiş “dəyirmi masa” haqqıda məlumat
Əsgər Əhməd
9 avqust 2007-ci ildə Şəki şəhərində Sənətkarlar Evinin konfrans zalında MSŞA Koalisiyasının Vahid Layihəsinin “Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə maraqlarının artırılması kampaniyalarının keçirilməsi” proqramı çərçivəsində növbəti “dəyirmi masa ” keçirilmişdir.

Tədbirin movzusu : “Neft sazişləri” və “BTC neft boru kəməri. Tədbirdə Şəki şəhəırinin 30-a a qədər ictimai fəalı: (yerli QHT-lər (Uluçay, Gənclər Təşkilatı və s. ) və beynəlxalq QHT- in (TASİS, CHF və s.) yerli ofisinin nümayəndələri, Sahibkarlar Konfedarasiyasının regional ofisinin təmsilçiləri, iş adamları, İqtisadi İnkişaf Nazirliyinin regional şöbəsinin işçiləri, sənətkarlar asossasiyasının üzvləri, Traix-Diyarşünaslıq. Tətbiqi-sənətkarlıq müzeyinin işçiləri, regional arxivin işçiləri, müəllimlər, həkimlər və b.), eləcədə, sublayihənin həmkoordinatoru Демокratik Dəyərləri Müdafiə Fondunun rəhbəri Əsgər Əhməd və Məruzəçi kimi MSŞA Koalisiyası Şurasının əlaqələndiricisi, İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qubad İbadoğlu və MSŞA Kolaisiyasının Monitorinq Qrupunun üzvü, Qadınlar Arasında Həmrəylik İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova da iştirak edirdilər.

 Tədbiri giriş sözü ilə Əsgər Əhməd açaraq qısa tanışlıq və tədbirin mahiyyəti, eləcədə, MSŞT-nin yaranma zərurəti, onun fəaliyyətinin başlıca prinsipləri və fəlsəfəsi haqqında, həmçinin MSŞA - Koalisiyasının yaranması və fəaliyyəti, onun məqsəd və hədəfləri barəsində iştirakçılara məlumat verdikdən sonra sözü çıxışcı Qubad İbadoğluya verdi. O öz çıxışında Azərbaycanla imzalanmış neft sazişlərinin iqtisadi və siyasi motivlərini açıqladıqdan sonra, sazişlərin hansı növlərinin olması və Azərbaycanin hansı saziş formasına üstünlük verməsi haqqında məlumat verdi. Natiq sazişlərin predmeti, şərtləri, onun iştirakçılarının öhdəlikləri, məsuliyyət, vergiqoyma, podaratçı və onun subpodratçılarının sazişlə bağlı bütün əməlyatlar üzrə vergi öhdəlikləri, bonuslar, onların ödənilməsi mexanizmləri, arbitraj qaydaları və sair şərtləri barədə auditoriyanı məlumatlandırdı. Daha sonra o, neft sazişlərindən əldə olunan gəlir və onun bölüşdürülməsi mexanizmləri, bu sazişlərdən əldə olunan gəlirlərin necə akkumiliyasiya olunmasi, eləcədə xərclərin ödənilməsi ilə bağlı geniş məlumat verdi.

Çıxışının ikinci hissəsini BCT neft boru kəməri haqqinda başlayan məruzəçi bu kəmərin ərsəyə gəlmək çətinliklərindən, bölgə üçün iqtisadi, siyasi və strateji əhəmiyyətindən bəhs edərək, eləcədə bu kəmərin xərcləri, büraxıcılıq qabliyyəti və s. haqqında dinləyicilərə geniş məlumat verdı.

Sonda 3 ölkənin (Nigeriya, İndoneziya və Norveç) timsalında neft gəlirlərinin idarə olunmasi və onun sosial-iqtisadi nəticələri barədə təqdimat oldu.

Məruzə ətrafında qızğın və maraqlı disskusiyalar başlandı və iştirakçılari maraqlandıran suallar cavablandırıldı.


1 ... 19 20 21 ... 31 A


Sənədin sonuncu korrektə tarixi: 8/7/2008 - 14:56:25

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.8
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.716275