Vahid Layihə- 2007: Balakən şəhərində keçrilmiş dəyirmi masa (22/07/2007)
Ruhəngiz Hüseynova, Əsgər Əhməd
22 iyul 2007-il tarixdə Balakən rayon mərkəzində MSŞA Koalisiyasının Vahid
Layihəsinin “Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli
istifadəsinə maraqlarının artırılması kampaniyalarının keçirilməsi” istiqaməti
çərçivəsində növbəti dəyirmi masa keçirilmişdir.
Tədbirin movzusu : “Neft gəlirlərlərindən necə istifadə olunur”
Tədbirdə Balakən şəhərinin 30 – a qədər ictimai fəalı: (yerli QHT-lərin rəhbərləri, qızıl aypara və insan haqları resurs mərkəzinin rəhbərləri, müəllimlər, məmurlar, həkimlər, tələbə gənclər, yerli siyasi partiyaların( yerli YAP sədr müavini və yerli Musavat partiyalarının sədri) və b.), həmçinin bu istiqamət üzrə həmkordinator, Деморкратик Dəyərləri Müdafiə Fondunun rəhbəri, Əsgər Əhməd, tədbirin təşkilatçısı “Qadınlar Arasında Həmrəylik İctimai Birliyi”nin rəhbəri Ruhəngiz Hüseynova və məruzəçi kimi Azad İqtisadiyataya Yardım Mərkəzi”nin rəhbəri, Zöhrab İsmayılov iştirak edirdilər
Tədbiri giriş sözü ilə Əsgər Əhməd açaraq qısa tanışlıq və tədbirin mahiyyəti, MSŞT - nin mahiyyəti, onun başlıca prinsipləri və fəlsəfəsi haqqında, MSŞA Koalisiyasının yaranması və fəaliyyəti haqqıda iştirakçılara məlumat verdikdən sonra sözü məruzəçi Zöhrab İsmayılova verdi. Məruzəçi öz çıxışında Azərbaycanın neft hasilatını təhlil edərək bildirdi ki, 2010-cu ildən sonar hasilat yavaş-yavaş azalaraq 2023-cü ildə 2003 –cü il səviyyəsində olacaq. Təbii ki, hasilatın azalması neft gəlirlərinin də tədricən azalmasına gətirib çıxaracaq. O, bu azalmanın iqtisadi kataklizmlərə gətirib çıxarmaması üçün indidən neft gəlirlərindən səmərəli istifadə olunmasının əhəmiyyətini vurğuladı. Daha sonra Zöhrab İsmayılov bildirdi ki, bu gün Azərbaycanda əsas problem neft gəlirlərinin xərcləmələri ilə bağlıdır. Bu ilki büdcəyə əsasən bu gəlirlərin hara və necə xərclənməsi haqqında geniş məlumat verən məruzəçi ölkənin gələcək inkişafı ilə bağlı prioritet istiqamətlərdən danışaraq gəlirlərin bu istiqamətlərə yönəldilməsinin əhəmiyyətini xüsusi vurğuladı. Neft gəlirlərindən səmərəli istifadəni tənzimləyən və neftlə bağlı digər məsələləri də özündə ehtiva edən neft qanunun və neft strategiyasının hazırlanmasının xüsusi əhəmiyyəti olduğunu bildirdi.
Verilen suallar
Sual 1: Neft gəlirlərindən orduya ayrılan vəsaitin miqdarı;
Sual 2: Alternativ gəlir mənbəyi ilə bağlı strategiyalar hazırlanırmı?
Sual 3: Insan kapitalına qoyulan vəsait;
Sual 4: Neft gəlirləri fermer təsəruffatının inkişafında hansı rolu oynayır?
Sual 5: Vətəndaş neft gəlirlərinin düzgün xərglənməsinə nece təsir göstərə bilər?
Sual 6: Koalisiyanın neft gəlirlərinin düzgün xərclənməsinə nə dərəcədə təsiri var?
Muşahidələr
Tədbirin istirakçilarının çıxışlarında məlum oldu ki, Balakənlilərin neft gəlirləri haqqında məlumatları var. Rayon neft gəlirlərindən bəhrələnib. Xəstəxana, məktəb tikilib, park salınıb ve turizmin inkisafına vəsait ayrılıb.
İştirakçiları ən çox maraqlandıran məsələ təhsilə və fermer təsərrüfatına diqqətin daha da artırılmasıdır.
Eyni zamanda vətəndaşlar neft gəlirləri ilə bağlı gedən proseslərə seyirçi kimi baxır və proseslərə təsir imkanlarının olmadığını bildirdilər.