|
Vahid Layihə- 2007:“Neft gəlirlərinin səmərəli xərclənməsinə dair radio-dialoqun
keçirilməsi” isiqaməti çərçivəsində növbəti radio-dialoq (18/07/2007)
Vahid Layihə- 2007:“Neft gəlirlərinin səmərəli xərclənməsinə dair radio-dialoqun
keçirilməsi” isiqaməti çərçivəsində növbəti radio-dialoq (18/07/2007)
“Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası”nın “Vahid Layihə” çərçivəsində
həyata keçirdiyi “Neft gəlirlərinin səmərəli xərclənməsinə dair radio-dialoqların
keçirilməsi” istiqaməti üzrə keçirilən radio-dialoq iyulun 18-də saat 17:10-da
İctimai Radionun “Diqqət Mərkəzində” verilişində canlı olaraq yayımlanmışdır.
Verilişin mövzusu “Neft gəlirləri və beynəlxalq standartlar”, qonağı ısə Koalisiya
üzvü, iqtisadçı ekspert İlham Şaban olmuşdur.
Ekspert aşağıdakı suallara cavab vermişdir: - Neft gəlirlərinin xərclənməsi üzrə dünyada hansı modellər var?
- Postsovet məkanında nə kimi təcrübə var?
- Ümumiyyətlə, neft gəlirlərinin xərclənməsinin effektivliyini cəmiyyət nə vaxt hiss edir?
- Neft gəlirlərinin “məstedici” effekti uzanarsa, həmin ölkənin iqtisadiyyatı hansı fəsadlarla üzləşə bilər?
Ekspertin fikrincə, indi ən əsas məsələlərdən biri, neft gəlirləri üzərində ictimai nəzarəti artırmaqdır. Eyni zamanda infrastruktur obyektlərinin yenidən qurulmasını mümkün qədər tez başa çatdırmaq lazımdır.Belə olarsa, hökumətin üzərinə düşən yük də azalar.Misal üçün dəmiryolunun qurulması işinin 2017-ci ilə qədər başa çatacağını göstərmiş və qeyd etmişdir ki, vaxtilə, texnikanın inkişaf etmədiyi bir vaxtda Bakıdan Tiflisə 14 aya dəmir yolu çəkilib.İndiki vaxtda bu layihə bu qədər vaxta niyə planlaşdirılıb? Ekspert neft gəlirlərinin yığılması və xərclənməsi ilə əlaqədar Rusiya və Qazaxıstanla müqayisələr aparmış göstərmişdir ki, bizdə əldə edilən gəlir Neft Fondunda toplanır və dövlət büdcəsi formalaşanda ora transferlər edilir.Təəssüflə qeyd etmişdir ki, həmin transferlər büdcənin gəlir hissəsi kimi göstərilir. Ekspert ən effektli yol kimi korrupsiyanın qarşısını almaq və əldə olunan vəsaitin gələcək nəslə saxlanmasının təmin olunmasını göstərmişdir.
◄ 1 ... 15 16 17 ... 31 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:14:57
Sənədin digər dillərdəki variantları: /eng/ |