Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 7 Sentyabr 2008, Bazar | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

İNFLYASİYA KALKULYATORU

Azərbaycanda İnflyasiya Kalkulyatoru

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

Vahid Layihə- 2007: Bərdədə “Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə maraqlarının artırılması” istiqaməti üzrə növbəti dəyirmi masa keçirilmişdir. (24/06/2007)

Vahid Layihə- 2007: Bərdədə “Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə maraqlarının artırılması” istiqaməti üzrə növbəti dəyirmi masa keçirilmişdir. (24/06/2007)
Əsgər Əhməd  
24 iyun 2007-ci il tarixdə Bərdə rayon mərkəzində МSŞA Koalisiyasının Vahid Layihəsi çərçivəsində “Vətəndaşların məlumatlılığı və neft gəlirlərinin səmərəli istifadəsinə maraqlarının artırılması” istiqaməti üzrə növbəti dəyirmi masa keçirilmişdir. Tədbirin movzusu : “Neft gəlirləri və ondan səmərəli istifadə məsələləri”.  Tədbirdə Bərdə şəhərinin 30 – a qədər ictimai fəalı: (yerli QHT və BQXC, OXSFAM, “İnkişaf Üçün Maliyyə” kimi beynəlxalq qurumlarının yerli ofislərinin nümayəndələri, müəllimlər, məmurlar, və b.), həmçinin bu istiqamət üzrə həmkoordinator, Demokratik Dəyərləri Müdafiə Fondunun rəhbəri Əsgər Əhməd və məruzəçi kimi İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri iqtisad elmləri namizədi Vüqar Bayramov iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Əsgər Əhməd açaraq qısa tanışlıq və tədbirin məqsədi, MSŞT - nin mahiyyəti, onun başlıca prinsipləri və fəlsəfəsi haqqında, MSŞA - Koalisiyasının yaranması və fəaliyyəti haqqında iştirakçılara məlumat verdikdən sonra sözü çıxışcı Vüqar Bayramova verdi. Azərbaycanın 2023-cü ilədək neft hasilatını təhlil edən iqtisadçı 2010-cu ildən sonra neft gəlirlərinin tədricən azalacağını və bu dəyişikliyin iqtisadi böhrana səbəb olmaması üçün indidən neft gəlirlərindən səmərəli istifadə olunmasının əhəmiyyətini vurğuladı. Daha sonra Vüqar Bayramov ölkənin başqa makro-iqtisadi göstəricilərini, xüsusən də dövlət büdcəsini neft gəlirləri aspektindən təhlil etdi. Neft və qaz gəlirlərindən uzunmüddətli istifadə strategiyasının hazırlanmasının əhəmiyyətini bildirən cənab Bayramov həmin sənədin əhatə edəcəyi məsələlərə toxundu. Bu zaman neft gəlirlərindən istifadə üçün xüsusi tələblərin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayan məruzəçi neft gəlirlərindən istifadə variantlarının iştirakçılarının diqqətinə çatdırdı. Vüqar Bayramov həmçinin təbii resursların satışından əldə edilən gəlirlərin yarada biləcəyi problemlərə də xüsusi yer ayırdı. O resursların lənəti (Devid Landes, Harvard Universiteti), Holland xəstəliyi ,“Afrika qızdırması”, insan kapitalının “dəyərsizləşməsi”, inflyasiya təzyiqi kimi problemlərin izahatını verdi və xüsusi misallar göstərdi. Çıxışında məruzəçi həmçinin neft gəlirlərinin səmərəli istifadəsində və eləcə də bu sahədə şəffaflığın təmin edilməsindəki təşəbbüslərdən danışaraq neft gəlirlərindən necə istifadə edilməsi ilə bağlı fikirlərini iştirakçılarla bölüşdü. Sonra Məruzə ətrafında qızğın və maraqlı disskusiyalar başladı.

İştirakçıları maraqlandıran və Mingeçevir tədbirindən fərqli суаллар əsasən aşağıdakılardan ibarətdir:

1. Neft hasilatının bu qədər artirilması nə qədər vacibdir?

2. İqtisadi inkişafdakı soylənilən artımı niyə əhalinin həyat səvyyəsində hiss edilmir? Bu disbalans nə ilə bağlıdır?

3. Sizcə neft gəlirləri ilə bağlı cəmiyyətin məlumatlandırılması nə dərəcədə qaneedicidir?

4. Siz dünyada neftlə zəngin və korrupsiyalaşmış elə bir ölkə tanıyırmısınız ki, o ölkə yüksək inkişaf səviyyəsinə çatsın?

Tədbirlə bağlı müşahidələrin nəticələri və iştirakçıların istəkləri:

1. Vətəndaşların (həmçinin ictimai fəal vətandaşların) MHŞT və MSŞA Koalisiyası haqqinda məlumatı demək olar ki, yoxdur. Maraqlıdır ki, MHŞT və MSŞA Koalisiyası haqqında nə bilirsiniz sualına 28 iştirakçıdan 2 nəfərin ətraflı bilgisi olduğu və 3 nəfərin isə bu barədə cüzi məlumatlı olduqlarını bildirmiş, digərləri isə umimiyyətlə bu barədə onlarda hec bir məlumatın olmadığını bildirmişlər.

2. İnsanların ən böyük istəyi neft gəlirlərindən istifadə olunaraq qeyri neft sektorunun inkişaf etdirilməsidir.

3. Azərbaycanda Neft gəlirlərinə ictimai nəzarətin necə və hansı formada həyata keçiriləcəyini təsəvvür edə bilmirlər.

4. Onlar fikirləşirlər ki, neft pullarının sağa-sola bol-bol xərclənməsi infilyasiyaya səbəb olur və bu da həyat səviyyəsi aşağı olan vətədaşların maddi durumuna cox ciddi təsir göstərir.

5. Onlar arzusundadırlar ki, neft pullarından yeni iş yerlərinin acılması üçün istifadə edilsin.


1 ... 9 10 11 ... 31 A


Sənədin sonuncu korrektə tarixi: 26/7/2008 - 12:15:7

Sənədin digər dillərdəki variantları: /eng/

 

SAYTDA AXTARIŞ

XƏBƏR BAŞLIQLARI

“MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI” KOALİSİYASININ İnformasiya bülleteninin 16-cı sayı hazırlanmışdır.
ЗАЯВЛЕНИЕ общественных объединений Азербайджана по поводу событий в Республике Грузия (Баку, 12 августа 2008)
MSŞA Koalisiyası 8-ci  hesabatla (2007-ci ilin yekunları üzrə) bağlı rəyi açıqlayıb.
MSŞA QHT Koalisiyasının növbəti XI Ümumi Yığıncağı ilə bağlı mətbuat üçün açıqlama
“MHŞT-in Azərbaycanda tətbiqi:  5 illik dövrə retrospektiv baxış” Mövzusunda konfransın press-relizi (17/06/2008)
Mətbuat üçün açıqlama (31/05/2008)
Hesabat: “Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi(26/05/2008)
Zaqata, Quba, Gəncə yerli TV-də Tok-Şoular
İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının “Neft gəlirlərinin yerləşdirilməsi və idarəedilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda Dəyirmi Masanın PRESS-RELİZİ (Bakı şəhərı, BMM, 18/04/2008)
Göyçay rayonunda dəyirmi masa
“Neft gəlirlərinin xərclənməsində şəffaflığın artırılması” layihəsi
  05 aprel 2008-ci il tarixdə MSŞA Koalisiyası Gəncə şöbəsinin şura iclası keçirilmişdir.
Milli Büdcə Qrupu və Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) QHT Koalisiyasının mətbuat üçün açıqlaması
Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabatını açıqladı
İctimai Birliklərin MSŞA Koalisiyasını bir qrup Şura üzvləri Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüşüb
ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfrans barədə məlumat
Kamboca dövlətinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş (11/02/2008)
Fevralın 8-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffalıq Təşəbbüsü çərçivəsində görüş
25 yanvar 2008-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Ictimai Birliklərin Mədən Sənayesində Şəffafliğın Artırılması üzrə Koalisiyasi 2008-ci il üzrə Fəaliyyət Proqramının təqdimatını keçirtdi
23 yanvar 2008: Mətbuat üçün açıqlama
İIQTİSADİ VƏ SOSİAL İNKİŞAF MƏRKƏZİ: İctimaiyyət Üçün Açıqlama
Almaniya və Hindistanda Azərbaycandakı iqtisadi vəziyyət müzakirə olunub
“Gənclərin MHŞT proseslərinə cəlb olunması” layihəsi çərçivəsində yekun  konfrans keçirilmişdir
Qırğızıstanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü təmsil edən QHT nümayəndələri ilə görüş keçirilib.
MHŞT üzrə yeddinci mərhələnin hesabatlarına “Mur Stefens” şirkəti rəy verəcək
Azərbaycanda MHŞT üzrə yeddinci hesabat mərhələsi başlandı
ARDNF-nin 2007, 2008, 2009-cu illər üzrə maliyyə fəaliyyətinin auditini “Deloyt ənd Tuş” MMC həyata keçirəcək
YEKUN HESABAT (2007)
Neft gəlirləri ilə bahəm onları itirmək riski də artır
MHŞT üzrə altıncı hesabata "Mur Stefens" şirkəti rəy verəcək

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004-2008 TSW 3.1.9
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.362034