|
MSŞA Koalisiyası Şurasının iclası #8(88)(02/03/2007)
MSŞA Koalisiyası Şurasının iclası #8(88)(02/03/2007)
İştirak etdilər: | 1 | Qubad İbadoğlu | Kordinator | | 2 | Nəriman Ağayev | Şura üzvü | | 3 | Oqtay Güləliyev | Şura üzvü | | 4 | Sabit Bağırov | Şura üzvü | | 5 | İnqilab Əhmədov | Şura üzvü | | 6 | İlham Hüseynli | Şura üzvü | | 7 | Mehriban Vəzir | Şura üzvü | | 8 | Dünya Sakit | Şura üzvü | | 9 | Telman Zeynalov | Şura üzvü | | 10 | Himayət Rizvanqızı | Monitorinq Qrupu üzvü | | 11 | Fəqan Əliyev | Monitorinq Qrupu üzvü | | 12 | Şaban Nəsirov | Koalisiya üzvü | | 13 | Elşad Hüseynov | Koalisiya üzvü | | 14 | Ruhəngiz Hüseynova | Koalisiya üzvü | | 15 | Qənimət Məmmədov | Koalisiya üzvü | | 16 | Mübariz Tağıyev | Koalisiya üzvü | | 17 | Çingiz Dadaşov | Koalisiya üzvü | | 18 | Ehtiram Əli | Koalisiya üzvü | | 19 | İlqar Hüseynli | Koalisiya üzvü | | 20 | Məhəmməd Talıblı | Koalisiya üzvü | | 21 | Aydın Nəsibov | Koalisiya üzvü | | 22 | Fikrət Hüseynli | Koalisiya üzvü | İclasın gündəliyi və qəbul edilmiş qərarlar İclasın əvvəlində mərhum jurnalist Elmar Hüseynovun xatirəsi sükutla yad edildi. Qərara alındı ki, onun adı Beynəlxalq Şəffaflıq Təşkilatının korrupsiya əleyhinə yazan jurnalistlər üçün hər il nəzərdə tutduğu Saflıq mükafatı almaq üçün Koalisiya və Beynəlxalq Şəffaflıq- Azərbaycan təşkilatı adından namizəd göstərilsin. -
Görülmüş işlər və qərarların icrası Qubad İbadoğlu məlumat verdi: -
Oğuz- Qəbələ zonasından Bakıya su kəmərinin çəkilişi ilə bağlı yaranmış suallarla ARDNF-a məktub göndərilib. Məktubun surəti "Azərsu" şirkətinə göndərilib. -
MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın alternativ rəyinin ilkin variantı hazırlanır. Bir sıra sual doğuran məsələlərlə bağlı ARDNF-a və ARDNŞ-a məktublar göndərilib. -
Strateji Plan layihəsi onun tərkib hissəsi SWOT analizlə birlikdə Şuranın qərarına əsasən email vasitəsilə Koalisiya üzvlərinə göndərilib. -
Koalisiya Əsasnaməsi layihəsi İşçi Qrup tərəfindən hazırlanıb və Koalisiya üzvlərinə göndəriləcək. -
Şurada təsdiq edilmiş büdcə ilə layihə Dünya Bankına təqdim edilib. -
Koalisiya üzvlərinə Ümumi yığıncaqda iştiraklarını təsdiq etmələri ilə bağlı müraciət edilib və cavablar alınmaqdadır. -
Yeni üzvlərin qəbulu Koalisiyaya üzv olmaq istəyi ilə ərizə vermiş iki təşkilat və bir nəfər fərdi olaraq gizli səsvermə yolu ilə Koalisiya üzv seçildilər: - Demokratik İslahatçı Gənclər İctimai Birliyi- rəhbəri: Vüsalə Hüseynova
- Hüseynli Fikrət Nurəli oğlu- fərdi
-
Martın 7-də keçiriləcək Ümumi yığıncağa hazırlıq Bu məsələ barədə Qubad İbadoğlu iclas iştirakçılarına məlumat verdi. Yığıncağın yeri ilə bağlı müxtəlif variantlar dinlənildi. Ən yaxşı variant kimi Sultan restoranı seçildi. Koalisiya üzvlərinin bəzilərinin hələ də Ümumi yığıncaqda iştirak edəcəklərini təsdiq etməməsi Əsasnamənin müzakirəsi zamanı yetərsayın olmamasına səbəb ola bilər. Bunu nəzərə alaraq təklif edildi ki, yetərsay Ümumi yığıncaqda iştirak edənlərin 2/3 hesab edilsin. Lakin bu məsələ ilə bağlı qərar vermək ancaq Ümumi yığıncağın səlahiyyətində olduğu üçün təklifin müzakirəsi dayandırıldı. Qərara alındı ki, Ümumi yığıncaqda Koalisiya üzvlərinin əksəriyyətinin iştirakını təmin etmək üçün bütün imkanlardan istifadə etməklə iş davam etdirilsin. Fəqan Əliyev və Himayət Rizvanqızı Monitorinq Qrupu Əsasnaməsinin hazırlanması gedişi haqqında məlumat verdilər. Qərara alındı ki, ÜY qabağı Şura və Monitorinq Qrupu Koalisiya və MQ Əsasnamələrinin son layihə variantları üzrə bir daha məsləhətləşmələr aparıb bu sənədlərin ÜY üçün hazırlanmasını başa çatdırsınlar. -
Koalisiya bülleteninin yeni formata keçirilməsi ilə bağlı müzakirə Oqtay Gülalıyev "MSŞA Koalisiyası Bülleteninin fəaliyyəti haqqında Qaydalar" layihəsini təqdim etdi və bülletenin hazırlanması və nəşri ilə bağlı məlumat verdi. Şura "Qaydalar"ı təsiq etdi. İlham Hüseynli təklif etdi ki, Koalisiyanın Mətbuat Xidməti yaradılmalı və bülletenin nəşri Mətbuat Xitmətinin fəaliyyəti ilə əlaqələndirilməlidir. -
Cari məsələlər Alma- Ata şəhərində keçiriləcək regional şəbəkə iştirakçılarının konfransında iştirak etmək üçün Koalisiyanın iki nəfər nüməayəndəsi müəyyənləşdirildi. (İnqilab Əhmədov və Mehriban Vəzir).
◄ 1 ... 7 8 9 ... 39 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:22:34
|