|
MSŞA Koalisiyası Şurasının iclası #7(87)(23/02/2007)
MSŞA Koalisiyası Şurasının iclası #7(87)(23/02/2007)
İştirak etdilər: | 1 | Qubad İbadoğlu | Kordinator | | 2 | Sevgim Rəhmanov | Şura üzvü | | 3 | Oqtay Güləliyev | Şura üzvü | | 4 | Mirvari Qəhrəmanlı | Şura üzvü | | 5 | İnqilab Əhmədov | Şura üzvü | | 6 | İlham Hüseynli | Şura üzvü | | 7 | Mehriban Vəzir | Şura üzvü | | 8 | Dünya Sakit | Şura üzvü | | 9 | Zöhrab İsmayılov | Koalisiya üzvü | | 10 | Çingiz Dadaşov | Koalisiya üzvü | | 11 | Məhəmməd Talıblı | Koalisiya üzvü | | 12 | Şaban Nəsirov | Koalisiya üzvü | | 13 | Elşad Hüseynov | Koalisiya üzvü | | 14 | Ruhəngiz Hüseynova | Koalisiya üzvü | | 15 | Qənimət Məmmədov | Koalisiya üzvü | | 16 | Mübariz Tağıyev | Koalisiya üzvü | | 17 | Sevil Allahverdiyeva | Koalisiya üzvü | | 18 | Ehtiram Əli | Koalisiya üzvü | | 19 | İlqar Hüseynli | Koalisiya üzvü | | 20 | İradə Yaqubova | Koalisiya üzvü | İclasın gündəliyi və qəbul edilmiş qərarlar -
Yeni üzvlərin qəbulu Koalisiyaya üzv olmaq istəyi ilə ərizə vermiş iki təşkilat və bir nəfər fərdi olaraq gizli səsvermə yolu ilə Koalisiya üzv seçildilər: - Gənclərin İnkişaf Mərkəzi- rəhbəri: Alı İsmayılov
- Azərbaycan İnsan Hüquqları Fondu- rəhbəri: Tural Kərimli
- Zaur İbrahimov- fərdi
-
Görülmüş işlər və qərarlarının icrası -
MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın alternativ rəyini hazırlamaq üçün yaradılmış İşçi Qrupun məlumatı Qubad İbadoğlu: - MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın alternativ rəyini hazırlamaq üçün yaradılmış İşçi Qrup (Nəriman Ağayev,Qubad İbadoğlu və İnqilab Əhmədoiv) müəyyən iş aparıb, lakin rəyi hazırlayıb başa çatdırmaq hələlik mümkün olmayıb. Bir sıra məsələləri araşdırmaq üçün kənar ekspertlərə müraciət etmək qərara alınıb. Eyni zamanda bəzi suallarla bağlı aidiyyatı olan qurumlara müraciət ediləcək. Hələlik ilkin rəy hazırlanacaq və sorğulara alınacaq cavablara uyğun olaraq ilkin rəyə əlavə ediləcək və yekun rəy hazırlanacaq. İnqilab Əhmədov: - Hesabat və audit rəyi üzərində geniş iş aparılıb. Bir neçə vacib məsələ sual doğurur və koalisiyanın rəyi hazırlanarkən onlar nəzərə alınmalıdır. Bu sahədə iki ekspertlə məsləhətləşmə aparılıb və həqiqətən narahatçılıq doğuran məsələlər var. Buna görə də Koalisiyanın rəyini hazırlamaqda tələsmək lazım deyil və sanballı sənəd hazırlanmalıdır. Sevgim Rəhmanov: - Bu məsələnin müzakirəsi iki həftədən sonra yenidən Şuranın müzakirəsinə çıxarılsın. Oqtay Gülalıyev: - Bütün hallarda Koalisiyanın rəyi hazır olmalı idi, çünki, biz bu rəyin yaxın 10 gündə hazır olacağı haqqında həm ADNF-də, həm də mətbuat konfransında jurnalistlərə söz vermişdik. Mirvari Qəhramanlı: - İşçi Qrupa bir ay əlavə vaxt verilsin. Qərar: MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın rəyini hazırlamaq üçün İşçi Qrupa əlavə bir ay vaxt verilsin. -
Koalisiyanın strategiyasının müzakirəyə təqdimati ilə bağlı Qərar: Şura üzvləri fevralın 28-dək öz təkliflərini göndərsinlər və martın 1-dən strategiya layihəsi Koalisiya üzvlərinin müzakirəsinə verilsin. -
Koalisiyanın Əsasnaməsinə əlavə və dəyişiklilərin hazırlanması ilə bağlı yaradılmış İşçi Qrupun üzvü (Oqtay Gülalıyev) məlumatı - Əlavə və düzəlişlərlə bağlı layihə hazırlanıb - Koalisiya üzvləri əlavə təkliflər verə bilərlər Əsasnamə layihəsinin Şuranın növbəti iclasında müzakirə edilməsi qərara alındı. -
Qubad İbadoğlu Koalisiya üzvlərindən xahiş etdi ki, Ümumi yığıncağda iştiraklarını təsdiq etmələri ilə bağlı müraciətə cavablarını ləngitməsinlər. Bu yığıncaq üçün imkanların yaradılması və müvafiq iclas zalını icarəyə götürmək üçün vacibdir. -
Martın 7-də keçiriləcək Ümumi yöğıncağa hazırlıq Bu məsələ barədə Qubad İbadoğlu iclas iştirakçılarına məlumat verdi. Yığıncağın yeri növbəti həftə dəqiqləşdiriləcək -
Oğuz- Qəbələ su kəmərinin çəkilişi ilə bağlı yaranmış suallarla ARDNF-a göndəriləcək məktubun müzakirəsi Qubad İbadoğlu bu məsələ ilə bağlı Şuranın keçən iclasında müzakirə aparıldığını və ARDNF-a məktub hazırlanması haqqında qərar olduğunu xatırlatdı. Məktubun məzmunu müzakirə edildi və düzəlişlə qəbul edildi. Məktubun həm Neft Fonduna, həm də eyni zamanda digər əlaqədar qurumlara göndərilməsi qərara alındı. -
Vahid layihənin işlənməsi prinsipləri Qubad İbadoğlu bildirdi ki, Şuranın qərarına görə Koalisiyanın vahid layihəsi olmalı və fəaliyyət istiqamətləri üzrə ayrı- ayrı kiçik layihələr bir böyük layihədə birləşmdirilməlidir. Koalisiya üzvlərindən artıq çox dəyərli layihə təklifləri daxil olmaqdadır. Həmin təklifləri seçmək və vahid layihəni tərtib etmək üçün prinsiplər müəyyənləşdirilməlidir. Vahid layihəyə bu prinsiplərə uyğun təkliflər daxil ediləcək. Digər təkliflərin müəllifləri isə müstəqil olaraq öz layihələrini donorlara təqdim etməkdə sərbəst olacaqlar. Ehtiyac olarsa həmin layihələri Şura müzakirə edib dəstək məktubu da verə bilər. Qərar: Koalisiyanın 2007-ci il üçün vahid layihəsi aşağıdakı prinsiplər əsasında hazırlanacaq: -
Koalisiyanın strategiyasına uyğun olması -
2007-ci il Fəaliyyət Planına uyğun olması -
Fəaliyyət prioritetləri üzrə proporsionallığın gözlənilməsi -
Ayrı- ayrı istiqamətlər üzrə ofis xərci nəzərdə tutulmamalıdır -
Hər bir fəaliyyət istiqaməti üzrə vahid büdcə standartına əməl edilməsi -
Layihələrin müddətinin onların fəaliyyət planına uyğun olması -
Cari məsələlər Qubad İbadoğlu və İnqilab Əhmədov ARDNF-in BMT-nin İctimai xidmət mükafatını almağa namizədliyini irəli sürmək haqqında PWYP beynəlxalq koalisiyasının və Global Witness təşkilatının BMT-yə hazırladıqları məktubun məzmunu və mahiyyəti ilə tanış etdilər. Müəlliflər MSŞA Koalisiyasından məktubu imzalamaqla dəstəkləməyi xahiş ediblər. Qərara alındı ki, müəlliflərə cavab göndərilsin və bildirilsin ki, bu məktubun Koalisiyada müzakirəsini təşkil etmək mümkün olmayıb və Şura PWYP və GW-in məktubu öz imzaları ilə BMT-yə göndərmələrinə etiraz etmir.
◄ 1 ... 6 7 8 ... 39 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:22:32
|