Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 16 May 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

MSŞA Koalisiyası Şurasının iclası #6(86)(16/02/2007)

MSŞA Koalisiyası Şurasının iclası #6(86)(16/02/2007)

İştirak etdilər:

1

Qubad İbadoğlu

Kordinator

2

Nəriman Ağayev

Şura üzvü

3

Oqtay Güləliyev

Şura üzvü

4

Mirvari Qəhrəmanlı

Şura üzvü

5

İnqilab Əhmədov

Şura üzvü

6

İlham Hüseynli

Şura üzvü

7

Sabit Bağırov

Şura üzvü

8

Dünya Sakit

Şura üzvü

9

Fuat Rəsulov

Koalisiya üzvü

10

Mayis Güləliyev

Koalisiya üzvü

11

Məhəmməd Talıblı

Koalisiya üzvü

12

Şaban Nəsirov

Koalisiya üzvü

13

Elşad Hüseynov

Koalisiya üzvü

14

Zöhrab İsmayılov

Koalisiya üzvü

15

Çingiz Dadaşov

Koalisiya üzvü

16

Mübariz Tağıyev

Koalisiya üzvü

17

Sevil Allahverdiyeva

Koalisiya üzvü

18

Eyyub Kərimli

Koalisiya üzvü

19

Qənimət Məmmədov

Koalisiya üzvü

20

Ruhəngiz Hüseynova

Koalisiya üzvü

21

Azad Əliyev

Koalisiya üzvü

22

Ehtiram Əli

Koalisiya üzvü

23

Şamil Mövsümov

Koalisiya üzvü

İclasın gündəliyi və qəbul edilmiş qərarlar

  1. Keçən iclasın qərarlarının icrası

Qubad İbadoğlu bu məsələ ilə bağlı məlumat verdi.

- 3 təşkilat öz xahişi ilə, 1 təşkilat və 1 fərdi üzv isə Koalisiya ilə heç bir əlaqə saxlamadıqlarından və sorğulara cavab vermədiklərindən Koalisiya üzvlüyündən xaric edilib. Daha 5 təşkilatla Koalisiyada üzvlüklərini təsdiq etmək üçün bir daha əlaqə saxlanılmasına cəhd ediləcək. Onlardan biri artıq üzvlukdə qaldığını təsdiq edib.

- Şuranın hər iclasına 5 nəfər ərizə vermiş təşkilat dəvət ediləcək. Bu iclasa da 5 təşkilat dəvət edilib.

- Koalisiyanın bütün donorlara təqdim etmək üçün vahid layihəsi olacaq. Bu layihədə Koalisiyanın fəaliyyətinin prioritet istiqamətlərinə uyğun fəaliyyətlər cəmləşəcək. Vahid layihə Koalisiyanın 2007-ci il üçün Proqram Sənəd və hazırlanmaqda olan strategiya əsasında hazırlanacaq. Hazırda ACİ YF və Dünya Bankı ilə layihələrin maliyələşdirilməsi ilə bağlı razılaşma var. Vahid layihədən kənar layihələr ACİ YF tərəfindən dəstəklənməyəcək. Layihələr müsabiqə yolu ilə icraçılara təqdim ediləcək.

- Koalisiya ücün yeni ofis icarəyə götürüləcək. Bunun üçün artıq icarə verən təşkilatla- Caspian Plaza ilə müqavilə imzalanıb.

- Martın birinci ongünlüyündə Koalisiyanın növbəti Ümumi yığıncağı keçiriləcək. Yığıncaqda Koalisiyanın təsdiqi yarımçıq qalmış Əsasnaməsi,

- Keçən müddətdə (fevralın 8-də) Şura mətbuat konfransı keçirib. Mətbuat konfransında 16 jurnalist iştirak edib. Şuranın açıqlaması yayılıb. 10 qəzetdə və 3 TV-də tədbir haqqında məlumat gedib.

İnqilab Əhmədov dünyada EİTİ ilə bağlı baş vermiş hadisələr haqqında məlumat verib.

- Kanada hökuməti rəsmi olaraq EİTİ-ı dəstəklədiyini bəyan edib.

- Martın 6-8də Regional Əlaqə qrupuna daxil olan ölkələrin nümayəndələrinin Alma- Atada konfransı keçiriləcək.

  1. Koalisiyaya yeni üzvlərin qəbulu

Koalisiyaya üzv olmaq istəyi ilə ərizə vermiş iki təşkilat gizli səsvermə yolu ilə Koalisiya üzv seçildilər:

  1. "Davamlı inkişaf" maarifləndirmə mərkəzi (rəhbəri- Aydın Nəsibov) (8 nəfər lehinə, əleyhinə və bitərəf yox)

  2. "Saniyə" Humanitar İnformasiya Analitik Agentliyi (rəhbəri- Elçin Sərdarov) (6 nəfər lehinə, 1 nəfər əleyhinə, 1 bitərəf)

  1. Dünya Bankına təqdim ediləcək layihə ilə bağlı Işçi Qrupun məlumatı

Qubad İbadoğlu məlumat verdi:

Dünya Bankı Koalisiya üçün ACİ YF-na $40000 ayıracaq. Həmin məbləğdən $7000 instutsional dəstək üçün nəzərdə tutulacaq. Qalan $33000 məbləğ üzrə İşçi Qrup ümumi fəaliyyət istiqamətləri içərisindən bəzilərini seçib.

Müzakirədən sonra əlavə və düzəlişlər nəzərə alınmaqla DB-na təqdim ediləcək layihə üzrə fəaliyyət istiqamətləri yekdilliklə təsdiq edildi.

  1. Oğuz- Qəbələ su kəmərinin çəkilişi ilə bağlı yaranmış vəziyyət haqqında

Məsələ ilə bağlı Koalisiya üzvü Zöhrab İsmayılov məlumat verdi. Həmin məlumata görə Oğuz- Qəbələ su kəmərinin çəkilişi ilə bağlı bir sıra suallar yaranıb. Təklif edildi ki, bu suallarla bağlı müvafiq dövlət və digər təşkilatlara sorğu ilə müraciət edilsin. Bu məsələ ilə bağlı iclas iştirakçılarından Nəriman Ağayev, Dünya Sakit və Şamil Mövsümov əlavə məlumatlar verdilər. Sonda qərar qəbul edildi:

Qərar: Oğuz- Qəbələ su kəmərinin çəkilişi ilə bağlı Koalisiya üzvlərində yaranmış suallarla sorğu Şuranın növbəti iclasında müzakirə edildikdən sonra ARDNF-ə göndərilsin.

  1. Növbəti Ümumi yığıncağın vaxtının və gündəlik layihəsinin təsdiq edilməsi

Qərar:

  1. Koalisiyanın növbəti Ümumi yığıncağı martın 7-də keçirilsin.

  2. Ümumi yığıncağın gündəlik layihəsi aşağıdakı kimi təsdiq edilsin:

    1. Koalisiya Əsasnaməsinə əlavə və düzəlişlərin qəbulu son variantın qəbul edilməsi

    2. Monitorinq Qrupunun hesabatı, Əsasnaməsinin müzakirəsi və təsdiqi

    3. Koalisiyanın 2007- 2009-cu illər üçün strateji plan layihəsinin müzakirəsi və qəbulu

    4. Koalisiya üzvünün Etika Kodeksinin müzakirəsi və təsdiqi

    5. Təşkilati məsələlər (Monitorinq Qrupunun tərkibinin genişlənəcəyi halda)

    6. Cari məsələlər

  1. Cari məsələlər

    • "Alma" qəzetində Koalisiyaya və əsasən onun əvvəlki və indiki kordinatorlarına qarşı yolverilməz, yalan və təhqiramiz ifadələrlə müxtəlif yazıların verilməsinə qəti etiraz bildirildi. Qərara alındı ki, Şuranın yaxın iclaslarının birində "Alma" qəzetində dərc edilmiş həmin yazılarla bağlı izahat vermələri üçün qəzetin redaktoru, Koalisiya üzvü Şəbnəm Bəkirzadə və Koalisiya üzvü Mayis Güləliyev dəvət edilsinlər.


1 ... 5 6 7 ... 39 A


Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:22:29

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.177913