|
MSŞA Koalisiyası Şurasının iclası #4(84)(02/02/2007)
MSŞA Koalisiyası Şurasının iclası #4(84)(02/02/2007)
İştirak etdilər: | 1 | Qubad Ibadoğlu | Kordinator | | 2 | Sabit Bağırov | Şura üzvü | | 3 | Oqtay Gülalıyev | Şura üzvü | | 4 | Sevgim Rəhmanov | Şura üzvü | | 5 | İnqilab Əhmədov | Şura üzvü | | 6 | Telman Zeynalov | Şura üzvü | | 7 | Nəriman Ağayev | Şura üzvü | | 8 | Mehriban Vəzir | Şura üzvü | | 9 | Dünya Sakit | Şura üzvü | | 10 | Mirvari Qəhramanlı | Şura üzvü | | 11 | Himayət Rizvanqızı | Monitorinq Qrupu üzvü | | 12 | Fuat Rəsulov | Koalisiya üzvü | | 13 | Şamil Mövsümov | Koalisiya üzvü | | 14 | Mübariz Tağıyev | Koalisiya üzvü | | 15 | Razi Nurullayev | Koalisiya üzvü | | 16 | Zöhrab İsmayılov | Koalisiya üzvü | | 17 | Qənimət Məmmədov | Koalisiya üzvü | (İclas iki hissədən ibarət idi. Birinci hissədə ancaq Şura üzvləri iştirak etdilər). 1-ci hissə: -
Şura üzvləri Şura iclaslarının idarə olunması haqqında qüvvədə olan reqlamenti kiçik dəyişikliklərlə təsdiq etdilər. (Dəyişiklik kordinator sözünün iclasın sədri sözü ilə əvəz olunmasından, əlavə isə - Hər bir məsələnin müzakirəsi üçün max 30 dəqiqə vaxt ayrılır, sonra ehtiyac yaranarsa səsvermə keçirilir bəndindən ibarət oldu.) -
Layihələrin idarəolunması prosedurunun əsas prinsiplərinin razılaşdırılması Çıxışlarda irəli sürülən təkliflər: - layihələrdə Şura üzvlərinin hansı formada və statusda iştirak edə biləcəkləri dəqiqləşdirilməlidir; - layihələrin təqdim edilməsində, icraçıların müəyyənləşdirilməsində və hesabatlar verilərkən şəffaflıq təmin edilməlidir - layihələrdə Koalisiya üzvlərinin maksimum iştirakı təmin edilməlidir; Bəzi çıxışlarda qeyd edildi ki, Şura üzvləri layihə rəhbərləri olmamalı, lakin onlara Şuranın iclaslarında iştiraklarına görə müəyyən məbləğdə vəsait ödənməlidir. Digər çıxışlarda isə təklif edildi ki, Şura üzvlərinin də öz təşkilatları olduğu və bunu nəzərə alaraq onların da layihə həyata keçirmələrinə imkan yaradılmalıdır. Lakin Şura üzvləri də layihələri ümumi qaydalarla udmalıdırlar və onlara əlavə heç bir imtiyaz verilməməlidir. Çıxışlarda qeyd edildi ki, 2006-cı ildə həyata keçirilmiş 10 layihənin yalnız 2-nə Şura üzvləri, qalan 8-nə isə digər Koalisiya üzvləri rəhbərlik ediblər. Bu mənada Şura üzvlərinə qarşı haqsız ittihamlara da yol verilməməlidir. - ən yaxşı layihələri seçmək üçün tender (seçim) qrupu yaradılmalıdır; - hər layihə üzrə seçim qrupu yaradılsın və hər iddiaçının bir nümayəndəsi, 1 Şura üzvü və 1 Monitorinq qrupu üzvü seçim qrupunda olsunlar; Seçim qrupunun tərkibini təyin etmək üçün prinsiplər müəyyənləşdirilərkən aşağıdakı variantlar təklif edildi: -
Seçim qrupu yalnız Şura üzvlərindən təşkil edilir və hamının səs hüququ var, bu halda onlar layihələrə iddiali olmurlar -
Seçim qrupu Monitorinq qrupunun üzvlərindən təşkil edilir; -
Hər ay 1 Şura üzvü seçim qrupuna rəhbərlik edir, -
Seçim qrupu yalnız Koalisiya üzvlərindən təşkil edilir; -
Qarışıq qrup- hər layihə üzrə seçim qrupu yaradılsın və hər iddiaçının bir nümayəndəsi, 1 Şura üzvü və 1 Monitorinq qrupu üzvü seçim qrupunda olsunlar -
seçim iki pilləli keçirilsin. Əvvəl ekspet qrupu, sonra isə Şura -
Şura üzvləri (iddiaçı Şura üzvü layihəsi ilə bağlı səsvemədə səs vermək hüququnu itirir). Səsvermə nəticəsində aşağıdakı prinsip qəbul edildi: Qərar: Koalisiyanın 2007-ci il üçün Proqram Sənədinə uyğun ayrı- ayrı istiqamətlər üzrə təqdim ediləcək layihələrin arasından ən yaxşılarını təyin etmək üçün Seçim Qrupu yaradılır. Seçim Qrupunun tərkibi Şura üzvlərindən təşkil edilir. İddiaçı Şura üzvü layihəsi ilə bağlı səsvermədə səs vermək hüququnu itirir. -
Növbəti həftə ərzində BMM-də keçiriləcək mətbuat konfransına hazırlıq Qubad İbadoğlu təklif etdi ki, kordinator dəyişildiy, həmçinin keçən ilin yekunları və gələcək planlarla mətbuata məlumat vermək üçün növbəti həftə mətbuat konfransı keçirilsin və bu məsələlər jurnalistlərə açıqlansın. Bununla bağlı pres- reliz hazırlamaq və mətbuat konfransını BMM-də keçirmək qərara alındı. -
Koalisiyanın strateji planının işlənməsi ilə bağlı toplantıya hazırlıq Qubad İbadoğlu Koalisiyanın strateji planının hazırlanması üçün Şura üzvlərinin və Monitorinq Qrupu üzvlərinin iştirakı ilə ayrıca geniş toplantı keçirilməsini təklif etdi. Qısa müzakirədən sonra həmin toplantını növbəti həftənin sonunda keçirmək qərara alındı. -
Yeni üzvlərin qəbulu ilə bağlı vəziyyət. Şura qərara aldı ki, yeni üzvlərin qəbulu davam etdirilməlidir. Bunun üçün qısa bir zamanda yeni qaydalar işlənib hazırlanmalı, təsdiq edilməlidir. Buna qədər bu məsələ ilə əlaqədar yaradılmış İşçi Qrup növbəti həftə apardığı araşdırmanın nəticələri haqqında Şuraya məlumat versin. 2-ci hissə: İclasın əvvəlində Qubad İbadoğlu daxil olmuş müraciətlərlə bağlı məlumat verdi. 1-ci müraciətdə Gəncədə yaradılmış MHŞT-yə dəstək Koalisiyası onun regional bölmə kimi statusunun Şurada təsdiq edilməsini xahish edir və əsas olaraq bu məsələnin Ümumi yığıncaqda müzakirə edildiyini göstərirdi. Müzakirədə aydınlaşdırıldı ki, Ümumi yığıncaqda doğrudan da bu məsələ müzakirə edilsə də, yetərsay olmadığından müvafiq qərar qəbul edilmədi. Qərara alındı ki, yaxın zamanda bu məsələnin müzakirəsi təşkil ediləcək və müvafiq qərar qəbul ediləcək. 2-ci müraciətin müəllifi Koalisiyaya üzv olmaq üçün ərizə vermiş Aydın Nəsibov idi. O, müraciətində 8 ay müddətində ərizəsinə cavab verilməməsindən narahat olduğunu bildirirdi. Müzakirələrdə qeyd edildi ki, üzv olmaqla bağlı 30-dan artıq ərizə var və yeni üzvlərin qəbulu ilə bağlı yeni qaydalar təcili olaraq hazırlanmalı və Şurada təsdiq edildikdən sonra həmin qaydalara uyğun olaraq üzvlüyə qəbul bərpa edilməlidir. Aydın Nəsibovun da ərizəsinə o zaman baxılacaq. Sabit Bağırov təklif etdi ki, Aydın Nəsibov öz ərizəsində göstərdiyi kimi həqiqətən Koalisiyanın fəaliyyətində, xüsusilə təbliğat kompaniyası dövründə fəal miştirak edib. Bunu nəzərə alaraq onu istisna olaraq Koalisiya üzvlüyünə indi qəbul edilməsinə baxılsın. Şura bu təklifi müzakirə etdi, lakin səsvermə nəticəsində qəbulun yeni qaydalar işlənib hazırlandıqdan sonra- ən geci iki həftə ərzində- davam etdirmək qərarında qaldı. İclasın gündəliyi və qəbul edilmiş qərarlar -
Görülmüş işlər və qərarların icrası vəiyyəti Qubad İbadoğlu bildirdi ki, 2007-ci il üçün fəaliyyət proqramını həyata keçirmək istiqamətində ilk addımlar atılıb. Belə ki, həmin fəaliyyət proqramının həyata keçirilməsini təmin etmək məqsədilə donor təşkilatlara iki müraciət olub. Həmin müraciətlər Sabit Bağırov tərəfindən edildiyi üçün məlumat verməsini ondan xahiş etdi. Sabit Bağırov məlumat verdi: - 2007-ci il üçün Proqram Sənəd və fəaliyyət istiqamətləri haqqında genişləndirilmiş məlumat 4 donor təşkilatına- ACİ YF, Dünya Bankı, Nörveç səfirliyi və NOWIB Oxfam təşkilatlarına göndərilib. 2 təşkilatla- ACİ YF və DB ilə hazırda fəal danışıqlar və yazışmalar gedir. ACİ YF ilk iki ayın inzibati xərclərini ödəmək üçün $10000 məbləğində vəsait ayırmağa razılıq verib. Dünya Bankı onlara təqdim edilən fəaliyyət istiqamətləri arasından ən vacib 10 istiqamət göstərməyi xahiş edib. Həmin istiqamətlər Şura üzvlərinin təklifləri əsasında hazırlanıb və DB-ya göndərilib. Norveç səfirliyi cavab verib ki, Koalisiyanın təkliflərinə baxılır. Zöhrab İsmayılov: - ACİ YF-na və DB-na təqdim edilmiş layihələr Koalisiyanın Ümumi yığıncağında qəbul edilmiş sənəddə göstərilən prioritetlərə uyğun deyil və Şurada və Koalisiyada müzakirə edilmədən donorlara təqdim edilib. Sabit Bağırov etiraz etdi və bildirdi ki, donorlara təqdim edilmiş təkliflər məhz Proqram Sənədin əsasında hazırlanıb və xahiş etdi ki, həmin təkliflərdə Proqram Sənədə uyğun olmayan fəaliyyətlər konkret olaraq göstərilsin. Nəriman Ağayev əlavə etdi ki, həmin sənədlər Şurada müzakirə edilib. Zöhrab İsmayılov təkid etdi ki, hər iki donora göndərilmiş təkliflər yenidən müzakirə olunsun. Biz donorlara o fəaliyyət istiqamətlərini təklif edək ki, onların həmin istiqamətləri maliyyələşdirəcəyini bilirik. Onların həmin istiqamətlərdə layihələri maliyyələşdirməyəcəyini bilə- bilə layihələri göndərməməliyik. Məsələn, DB-na göndərilmiş təkliflərdə 1 və 2 ci istiqamətlər DB tərəfindən dəstəklənməyəcək, lakin onları Soros Fondu dəstəkləyə bilər. Sabit Bağırov bir daha xahiş etdi ki, Zöhrab İsmayılov donorlara təqdim edilmiş təkliflərdə hansı istiqamətlərin Proqram Sənədə uyğun olmadığını konkret olaraq göstərsin. Sevgim Rəhmanov bildirdi ki, əgər narahatçılıq donorlara təqdim edilən təkliflərin Şurada müzakirə olunmamasındandırsa, buna əsas yoxdur və müzakirə edilib. Mehriban Vəzir də təsdiq etdi ki, bu layihələr Şurada müzakirə edilib. Mirvari Qəhramanlı Z. İsmayılovun sözlərində müəyyən həqiqət olduğunu qeyd etdi. O bildirdi ki, Beynəlxalq Maliyyə Qurumları, o cümlədən Dünya Bankı hökumətlə "siam əkizləri" kimidir və o qurumlara elə layihələri təqdim etmək lazımdır ki, onlar həmin layihələri maliyyələşdirirlər. Etiraz etmək üçün isə onların əsası bu olacaq ki, həmin layihələr EİTİ-a aid deyil. DB-ya verilmiş təkliflərdən xəbərim yoxdur, Soros Fonduna verilmiş layihə haqqında Şurada məlumat verilmişdi. Qubad İbadoğlu: - Koalisiya üzvlərində bu məsələlərlə bağlı məlumatsızlıq var. Bu da yəqin ondan irəli gəlib ki, Şuranın bir neçə iclası qapalı keçirilib. Biz çalışacağıq ki, Koalisiya üzvləri bütün məsələlərlə bağlı vaxtında məlumatlandırılsınlar. Donorlara təqdim edilmiş konkret bu iki təklif haqqında Şura qərarını dəqiqləşdirəcək və bu haqda da Koalisiya üzvlərinə məlumat verəcək. Həmçinin, o layihələr haqqında ki, biz bu gün danışırıq, onlar donorlar tərəfindən dəstəklənsə belə, hələ onları kimin həyata keçirəcəyi məlum deyil. Şura bu gün layihələrin idarə edilməsi ilə bağlı qərar qəbul edib və həmin qərar vaxtında tətbiq ediləcək. Bunun üçün xüsusi prinsiplər qəbul edilib. Həmin prinsiplərdən biri də odur ki, layihələrin maliyyələşdirilməsi müsabiqə yolu ilə olacaq. Bundan sonra aparılan bütün danışıqlar haqqında da Koalisiya üzvlərinə məlumat veriləcək. Sabit Bağırov: - Bir daha təkid edirəm ki, Zöhrab bəy, donorlara təqdim etdiyimiz təkliflərdə hansı bəndlərin Proqram Sənədə uyğun olmadığını göstərsin. Zöhrab İsmayılov: - Mən bu təklifləri Proqram Sənədlə tutuşduracağam və bütün Koalisiya üzvlərinə əsas prioritetlərə uyğun olmayan bəndləri bildirəcəyəm. -
5-ci hesabata dair açıqlanmış auditor rəyinin müzakirəsi Qubad İbadoğlu: - Auditor rəyi diqqətlə öyrənilməlidir. Təklif edirəm bunun üçün xüsusi işçi qrup yaradılsın. Heabat və rəy ekspertizadan keçirilsin və bu sənədlərdəki uyğunsuzluqlar haqqında nəticə Şuraya təqdim edilsin. Son rəyimiz mətbuatda dərc ediləcək. Mirvari Qəhramanlı: - Memorandum yenidən işlənməli, bunu n üçün isə hər üç tərəfin nümayəndələrindən işçi qrup yaradılmalıdır. Sevgim Rəhmanov: - Neft Fondunda hesabat və audit rəyi açıqlanarkən orada iştirak edən Şura üzvləri yalnız həmin təqdimatı dinləməli, hər bir şeyi elə orada aydınlaşdırmağa cəhd etməməlidirlər. Şuranın rəyi mütəxəssislər tərəfindən sonradan hazırlanmalı və Şura tərəfindən cəmiyyətə açıqlanmalıdır. Neft Fondu pres- reliz, hesabat və rəyi açıqlamaqla əslində bizim razılaşmamızı pozub. Açıqlama üçün onlar bizim razılığımızı gözləməli idilər. Sabit Bağırov: - Həmin sənəd maliyyə sənədləri ilə işləməyi bacaran mütəxəssis tərəfindən hazırlanmalı və hazır sənəd Şurada müzakirə edilə bilər. İnqilab Əhmədov: - Əvvəllər olduğu kimi burada 2 nəfər müəyyənləşdirilsin, onlar işləsinlər və rəy hazırlasınlar. Şurada müzakirə edilib açıqlansın. Müzakirələrin sonunda 3 nəfərdən ibarət (İnqilab Əhmədov, Nəriman Ağayev və Qubad İbadoğlu) ibarət işçi qrup yaradıldı. İşçi qrup iki həftə ərzində təhlilin nəticəsini Şuraya təqdim etməyi öhdəsinə götürdü. -
Regional və beynəlxalq əlaqələrin vəziyyəti Şurada bu sahəyə məsul olan İnqilab Əhmədov Koalisiyanın beynəlxalq səviyyədə işinin gücləndirilməsi və habelə regional şəbəkədə səmərəli təmsilçiliyi təmin etmək məqsədilə təkliflərini açıqladı. Bu sahədə fəaliyyət 1) Orta Asiya və Qafqaz şəbəkəsi; 2) PWYP Koalisiyası; 3) Beynəlxalq Maliyyə (və digər) qurumları və 4) Bank İnformasiya Mərkəzi ilə iş istiqamətində qurulacaq. Daha detallaşdırılmış iş planı vebsaytda yerləşdiriləcək. Sabit Bağırov təklif etdi ki, Revenue Watch İnstitutu ilə iş də plana daxil edilsin. Qubad İbadoğlu bu təklifi dəstəklədi. -
Cari məsələlər Qubad İbadoğlu məlumat verdi ki, Şura ehtiyacı olan Koalisiya üzvləri üçün ofisdə imkan daxilində müəyyən şərait yaratmaq fikrindədir. Hələlik ən azı texniki və internet imkanları yaratmaq planı var. Yaxın gələcəkdə Koalisiya üçün imkanları daha geniş olan ofis icarəyə götürmək də planlaşdırılır.
◄ 1 ... 3 4 5 ... 39 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:22:26
|