Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 12 May 2008, Bazar ertəsi | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

MSŞA Koalisiyası Şurasının iclası (02/05/2008)

MSŞA Koalisiyası Şurasının iclası (02/05/2008)
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının 11 saylı Protokolu
İclasın gündəliyi: 1)Görülmüş işlər  və qərarların icrası (İclaslararası dövrdə görülmüş işlərə dair Şura əlaqələndiricisi Qubad İbadoğlunun məlumatı,  Ekoloqların görüşü barədə Şura üzvü, Fəqan Əliyevin məlumatı, Norveç səfirliyininin maliyyələşdirdiyi layihənin 1-ci mərhələsinin  icrasına dair layihə  əlaqələndirici Sevgim Rəhmanovun məlumatı, Soros Fonduna təqdim olunmuş layihə təklifi barədə Fondun proqram rəhbəri Fidan Nəcəfovanın məlumatı) 2) Yeni üzvlərin qəbulu  3)  “Daha doğrusu” verilişi üçün mövzu təklifləri və onların müzakirəsi 4) 2008-ci il üçün Tədbirlər  Plani üzrə May ayı ərzində görüləcək işlərin reqlamentləşdirilməsi  5) İctimai müzakirələrin intensivləşdirilməsi ilə bagli Mehriban Vezir tekliflərinin müzakirəsi  6) Monitorinq Qrupunun qərarlarına münasibət (icrası növbeti iclasa təxirə salındı )  7)  Cari məsələlər

İclasda iştirak edirdi: 8 nəfər Şura üzvü, 2 nəfər Monitorinq Qrupu üzvü və 4 nəfər Koalisiya üzvü

İclasın gündəliyi

  1. Görülmüş işlər  və qərarların icrası (İclaslararası dövrdə görülmüş işlərə dair Şura əlaqələndiricisi Qubad İbadoğlunun məlumatı,  Ekoloqların görüşü barədə Şura üzvü, Fəqan Əliyevin məlumatı, Norveç səfirliyininin maliyyələşdirdiyi layihənin 1-ci mərhələsinin  icrasına dair layihə  əlaqələndirici Sevgim Rəhmanovun məlumatı, Soros Fonduna təqdim olunmuş layihə təklifi barədə Fondun proqram rəhbəri Fidan Nəcəfovanın məlumatı)

  2. Yeni üzvlərin qəbulu

  3. “Daha doğrusu” verilişi üçün mövzu təklifləri və onların müzakirəsi

  4. 2008-ci il üçün Tədbirlər  Plani üzrə May ayı ərzində görüləcək işlərin reqlamentləşdirilməsi

  5. İctimai müzakirələrin intensivləşdirilməsi ilə bagli Mehriban Vezir tekliflərinin müzakirəsi

  6. Monitorinq Qrupunun qərarlarına münasibət (icrası növbeti iclasa təxirə salındı )

  7. Cari məsələlər

Yığıncağın sədri gündəlikdə olan məsələlər barədə yığıncaq iştirakçılarını məlumatlandıraraq yığıncağın gündəliyini səsə qoydu və gündəlik təsdiq olundu.

I. Eşidildi.  İclasın sədri Qubad İbadoğlu iclaslararası dövrdə görülmüş işlər barədə məlumat verdi. O, qeyd etdi ki,  ARDNF-də görüşlə əlaqədar Koalisiya Şurasının təqdim etdiyi məktubun icrası  vəziyyətini yoxlamaq üçün Dövlət Neft Fondu ilə müzakirələri davam etdirib və Fonddan aldığı məlumata görə görüş Şahmar Mövsümovun Bakıda olmaması ucbatından  gələn həftəyə qədər ləngiyir. Görüşün müzakirə predmetinə daxil olan məsələlərdən bəhs edən əlaqələndirici bu sırada dəyərləndirmə, BMT-ə təqdim edilən qətnamə,  EİTİ++ və  3 tərəfli işçi planların qəbul edilməsi məsələlərinin aktuallığından danışdı. ARDNF-nin BMT-yə təqdim etdiyi Qətnamənin qəbulu istiqamətində gedən lobbiçilik fəaliyyətinə də Koalisiyanın  dəstək verdiyini bildirən Q. İbadoğlu bu məqsədlə görülən işlərdən danışdı. Məlum oldu ki, indiyə qədər olan müzakirələr nəticəsində  Belçika Bolivia, Konqo, Fransa, Gürcüstan, Almaniya, Italiya, Qazaxıstan, Qırğızıstan, Liberiya, Moldova, Nigeriya, Norveç, Sierra Leone, Böyük Britaniya və  Yəmən  Qətnaməni dəstəkləməyə hazır olduqlarını bildiriblər. Sonra Q.Ibadoğlu mayın 1-də  “Ödədiyini açıqla”Beynəlxalq Koalisiyasının informasiya üzrə kordinatoru Rachael Taylorun moderatorluğu, Global Vitnes təşkilatından  Sasha Lezhnev,  PWYP US  təşkilatından Sarah Prayın, Gəlirlərə Nəzarət təşkilatından Karin Lissakersin, eləcə də  Sosos Fondunun  Proqram rəhbəri Fidan Nəcəfovanın və Koalisiya Şurasının əlaqələndiricisi Q.İbadoğlunun  iştirakı ilə Fondun ofisində telefon-konfrans keçirilmiş və ARDNF tərəfindən BMT-ə təqdim edilən qətnamənin lobbiçiliyi isiqamətində görülməsi mümkün olan fəaliyyətlər ətrafında  fikir mübadiləsi edilmişdir. Qərara alınıb ki, PWYP xətti ilə Afrika ölkələrində,  Gəlirlərə nəzarət institutunun xətti ilə ABŞ və Kanadada, Azərbaycan EİTİ Koalisiyasinin xəttin ilə isə Bakıda yerləşən Yaponiya, Koreya, Türkiyə səfirliklərində görüşlər və müzakirələr  başlasın.

Bu barədə təkliflərlə çıxış edən Əliməmməd Nuriyev  görülən işlər barədə Azərbaycan ictimaiyyətinin məlumatlandırılmasının və Koalisiyadan kənarda olan yerli QHT-lərin də lobbiçilik işinə cəlbinin  vacibliyindən danışdı.

Sonra Jurnalın 3-cü nömrəsinin çapa hazırlanması ilə bağlı baş redaktor İlham Şabanın verdiyi məlumat iclas iştirakçılarının nəzərinə çatdırıldı. Məlum oldu ki,  gələn həftənin 4-cü günü işlər qaydasında olsa, Jurnal  mətbəəyə gedəcək  və  o biri həftənin 2-ci gününə hazır olmalıdır.

Aprelin 30-da  Koalisiyanın ofisində Koalisiya üzvü olan ekoloqların görüşü barədə Şura üzvü Fəqan Əliyev məlumat verdi. Görüşdə  Samir İsayev, Sevil Yüzbaşova, Fəridə Məmmədova, Sadıq Həsənov və Şamil Mövsümovun  iştirak etdiyini bildirən Fəqan müəllim iqtisadi effektlərin əldə edilməsi zamanı yaranmış  ekoloji ziyanlardan və onun aradan qaldırılmasının əhəmiyyətindən danışdı. O ölkədə mövcud olan ekoloji problemlərin ağırlığından doğan təhlükələri diqqətə çəkərək, vəziyyətin yaxşılaşması istiqamətində Koalisya üzv ekoloqların fəallığının artırılması vacib hesab olundu. Məlum oldu ki, görüşdə  mədən sənayesi şirkətlərinin  fəaliyyətinin ətraf mühitə təsirinin  və onların  ekoloji siyasətlərinin qiymətləndirilməsi istiqamətində müzakirələr olub. Müzakirələr zamanı ölkədə mövcud olan ekoloji problemlər və onların ictimailəşməsi istiqamətində fikir mübadiləsi aparılıb. Görüşün yekunu olaraq, ekoloji sahədəki mövcud problemləri dəyərləndirmək və onların aradan qaldırılması istiqamətində Tədbirlər Planı işlənilib.

 Qərara alınıb ki, həmin sənəd Şuranın növbəti iclasına təqdim olunsun.

Çıxış etdi:I  Gündəliyin  bu məsələsinin sonunda  Norveç səfirliyinin maliyyələşdirdiyi layihənin gedişi və layihənin aralıq dövründə görülmüş işlər barədə  layihə əlaqələndiricisi Sevgim Rəhmanov məlumat verdi. O bildirdi ki,  “Qadınların MŞHT prosesinə cəlb edilməsi” istiqaməti  üzrə iki seminar keçirilmiş,  bu seminarda Koalisiya üzvü Əsgər Əhmədin və Mehriban Vəzir  məruzə ilə çıxış etmiş, regionlarda Talk Şou istiqamət üzrə Qubada Qütb TV-də və  Zaqatalada “Aygün” TV-də çəkiliş aparılmış,  verilişlərdə ekspert qismində Mirvari Qəhrəmanlı  və Azər Mehtiyev çıxış etmiş  və  hər iki  verilişin artıq  efirə verilmişdir. Orta məktəblərdə seminarın təşkili mərhum prezident Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar məktəblərdəki tədbirlərin sıxlığı ucbatından  mayın 11-dən etibarən başlayacaq və bu barədə Təhsil Nazirliyi ilə razılıq əldə olunub. Sorğuların davam etdiyini və nəticələrin bu ayın yekununa hazır olacağını bildirən layihə əlaqələndiricisi Sevgim Rəhmanov  qeyd etdi ki, yekun konfrans  gələn ayın əvvəlində olacaq. 

Qərara alındı ki, layihənin aralıq mərhələsinin başa catmasını nəzərə alaraq Monitorinq Qrupu daxili audit aparsın.

Çıxış etdi:I  Koalisiyanın Vahid Layihənin maliyyələşdirilməsi məqsədilə Soros Fonduna müraciəti barədə məlumat verən Q.İbadoğlu bu layihənin institutsional hissəsinin bəzi ixtisarlarla mart ayında təsdiq edildiyini, proqram hissəsinə  isə bu həftə baxıldığını bildirdi.  Bu barədə daha təfsilatlı məlumat verən Soros Fondunun proqram rəhbəri Fidan Nəcəfova bildirdi  ki, proqram  layihəsi 4 əsas hissədən ibarətdir (sənəd geniş formada protokola əlavə olunur):

  1. EİTİ prosesinin Azərbaycanda inkişafı
  2.  Neft gəlirlərinin idarəedilməsi – qanunvericilik
  3. Qeyri-neft/qaz EİTİ
  4. Vəkillik/maarifləndirmə

Bu istiqamətlər üzrə fəaliyyətlərin əsasən ekspertlər tərəfindən icra olunacağını bildirən Fidan Nəcəfova ekspertlərin seçim mexanizmləri ilə bağlı məlumatın sonra veriləcəyini, istənilən halda seçim prosesinin kənarda aparılacağını bildirdi. Bununla bağlı  o təkilf etdi ki, kim özünü ekspert statusunda görürsə, öz namizədliyin şəbəkə vasitəsilə irəli sürməlidir.  Bu məsələ ətrafında çıxış edən Şura üzvlərindən Mirvari Qəhramanlı  layihənin icrasının eksprtlər tərəfindən  həyata keçirilməsinə müsbət, Azər Mehtiyev və Dünya Sakit isə mənfi yanaşdığını bildirdilər. Azər Mehtiyev  fikrinin Koalisiyanın ekspertlər deyil, təşkilatların birliyi olması ilə əsaslandırdı. Şura üzvü Fuad Qəhrəmanlı təşkilatlara Koalisiya adından dəstək məktubu verməklə onların qrant layihələrinin çıxış imkanlarının artırılmasının vacibliyindən danışdılar. Şura Əlaqələndiricisi Q. İbadoğlu layihə istiqamətlərinin ekspertlər tərəfindən  icrasının 2008-cil Fəaliyyət Proqraminin 4-cü prioritetində nəzərdə tutulmuş “Vətəndaş cəmiyyəti imkanlarının səfərbər edilməsi, onların güc və bacarığının artırılması” sahəsində imkanların məhdudlaşmasına xidmət edəcəyini və Koalisiya üzvü olan təşkilatların Koalisiyanın fəaliyyətində iştirakına olan marağını azaldacağına gətirib çıxaracağını bildirdi.  O təkli etdi ki, digər donorlara da müraciət edilsin və bununla əlaqədar olaraq yeni layihələr işlənilsin və eyni zamanda Koalisiya üzvlərinin dəstək məktubuna ehtiyaci yaranarsa, bu istiqamətdə onlara köməklik olsun.

Şura üzvləri təklif etdilər ki, növbəti iclası gələn həftə ərzində keçirib, layihə ilə əlaqəli məsələləri ayrıca müzakirə etsinlər. Eyni zamanda Sorosun layihəsi üçün tələb olunan büdcənin işlənilməsi üçün işçi qrupunun yaradılması qərara alındı. Qrupun tərkibi Fəqan Əliyev, Mehriban Vəzir və Qubad İbadoğludan ibarət oldu. 

Eşidildi. II  Koalisiyaya yeni üzvlüklüyə dair 4 müraciətə baxıldı və Şurada keçirilmış gizli səsvermənin nəticsəində aşağıdakı təşkilat yekdilliklə Koalisiyaya üzv qəbul olundu:

Təşkilatın adı

Rəhbərinin (Koalisiyada təmsılçısının) adı

Regional Inkişaf və Insan Hüquqları İB

 Hüseynov Ələsgər

İqtisadi və Sosial Maarifləndirmə Mərkəzi

Kərimov Əliqismət

Seçki Tədqiqatları Mərkəzi

Qurbanov Akif

Tərəqqi Sosial İnkişaf Birliyi

Dadaşov Telman

Eşidildi. III   Şura üzvləri “Daha doğrusu” verilişi üçün aşağıdakı mövzularda  təkliflər irəli sürdülər. Mədən Sənayesində şəffaflıq

  1. Neft gəlirləri və sosial inkişaf
  2. Regionların inkişafında neft gəlirlərinin rolu
  3. Neft gəlirlərinin səmərəli xərclənməsi problemi
  4. Neft gəlirləri və dövlət büdcəsi
  5. Neft Fondunda Müşahidə Şurasında təmsilçilik
  6. Neft gəlirlərinin yerləşdirilməsi riski
  7. Neft hasilatının yaratdığı ekoloji problemlərin müzakirəsi

Qərara alındı ki, bu mövzuların hamısı təklif edilsin və seçim hüququ TV-də saxlanılsın.

Eşidildi. IV   2008-ci il üçün Tədbirlər  Plan; üzrə May ayı ərzində görüləcək işlər ətrafında müzakirələr aparıldı.

Çıxış etdi IV  Şura üzvü Mirvari xanım təklif etdi ki, ARDNŞ –ilə bağlı apardıqları tədqiqatlrarın tam başa  çatmadığını nəzərə alaraq, xərcləmələr silsiləsindən növbəti tədbir iyun ayının 1-ci həftəsində  keçirilsin. Təklif Şura üzvləri tərəfindən dəstəkləndi və qərara alındı ki, bununla əlaqədar olaraq İlham Şabanla da məsləhətləşmə aparılsın.

Eşidildi. V İctimai müzakirələrin intensivləşdirilməsi ilə bagli Mehriban Vezir təkliflərinin müzakirə olundu və Xaçmaz regional Resurs Mərkəzi ilə, eləcə də “Dalğa” Gənclər Hərəkatı ilə əməkdaşlıq məsələri barədə təşəbbüsləri bəyənildi. Qərara alındı ki, Xaçmaz regional Resurs Mərkəzinə Koalisiyaya üzv olmaq təklifi verilsin, eyni zamanda yaxın zamanlarda Şura üzvlərinin Dalğa” Gənclər Hərəkatı ilə görüşü təşkil olunsun.

Eşidildi VI Monitorinq Qrupunun qərarlarına münasibət üçün vaxt məhdudluğuna görə onun müzakirəsi növbəti iclasa təxirə salındı.

Cari məsələlərdə Şura üzvləri  Beynəlxalq Şəffaflıq Təşkilatının Transmilli və Yerli Neft Şirkətlərinin fəaliyyətində şəffaflığın qiymətləndirilməsi  məqsədilə hazırladığı hesabat müzakirə olundu və təklif olundu ki, şirkətlərlə əməkdaşlıq zamanı bu sənəddən istifadə  olunsun.

İclasın sədri: Qubad İbadoğlu
İclasın katibi: Məmmədova Səbinə


1 ... 38 39 A


Sənədin sonuncu korrektə tarixi: 7/5/2008 - 14:16:46

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.178318