Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 12 May 2008, Bazar ertəsi | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

MSŞA Koalisiyası Şurasının iclası (18/04/2008)

MSŞA Koalisiyası Şurasının iclası (18/04/2008)
18 aprel  2008-ci il tarixli Şura iclasının 10 №-li Protokolu
İclasın təsdiq olunmuş və icra edilmiş gündəliyi: 1) Görülmüş işlər  və qərarların icrası  2) Yeni üzvlərin qəbulu  3) Dünya Bankının EİTİ++ təşəbbüsünə Koalisiyanın mövqeyinin müəyyənləşdirilməsi 4) Dünya Bankının İdarəetmə Direktoru Dr. Ngozi Okonjo-İveala ilə görüşə hazirlıq məsələlərinin müzakirəsi 5) Monitorinq Qrupunun qərarlarına münasibət 6) Cari məsələlər

Iclasda iştirak edirdi:  6  nəfər Şura üzvü, 2 nəfər Monitorinq Qrupu üzvü və 1 nəfər Koalisiya üzvü

İclasın təsdiq olunmuş və icra edilmiş gündəliyi:

  1. Görülmüş işlər  və qərarların icrası
  2. Yeni üzvlərin qəbulu
  3. Dünya Bankının EİTİ++ təşəbbüsünə Koalisiyanın mövqeyinin müəyyənləşdirilməsi
  4. Dünya Bankının İdarəetmə Direktoru Dr. Ngozi Okonjo-İveala ilə görüşə hazirlıq məsələlərinin müzakirəsi
  5. Monitorinq Qrupunun qərarlarına münasibət
  6. Cari məsələlər

Birini məsələ barədə iclaslararası dövrdə görülmüş işlər barədə Q.Ibadoğlu məlumat verdi.

O, qeyd etdi ki, 11 aprel  2008-ci il tarixdə Şura üzvü Mehriban Vəzirin təşəbbüsü ilə Koalisiyanın ofisində Azad Yazarlar Ocağının üzvləri ilə görüş keçirilib. Görüşdə Koalisiyanın 15-ə qədər üzvü iştirak edib,  Azad Yazarlar Ocağını isə Rasim Qaraca, Rafiq Tağı, Qan Turalı, Azad Yaşar, Aqşin,  Seymur Baycan və digərləri iştirak edib. Görüşdə iki təşkilat arasında əməkdaşlıq məsələləri ilə yanaşı, hazirkı soaial-iqtisadi, siyasi, mənəvi və psixoloji durum müzakirə olunub, mövcud durumda müşahidə olunan problemlərin həllində ziyalıların rolundan bəhs edilib. Görüş zamanı Azad Yazarlar Ocağının nəşrlərinin təqdimatı olub. Sonda onlar Koalisiyaya Azad Yazarlar Ocağının nəşri olan “Alatoran” dərgisinin bir neçə sayını və müəllifləri olduqları kitabların 1 qismini hədiyyə ediblər. Hazırda həmin kitablar Koalisiyanın kitabxanasına hədiyyə olunub. Kitabxana Fondunun  genişləndirilməsi ilə əlaqədar olaraq Şura Əlaqələndiricisi Koalisiya üzvlərinə onların təmsil etdikləri təşkilatların və özlərinin müəllifi olduğu  nəşrlərin hərəsindən 1 nüsxə Koalisiyanın Kitabxanasına  hədiyyə etməsi xahişi ilə  müraciət hazırlamaq istədiyini bildirdi. Bu təklif Şura üzvləri tərəfindən dəstəkləndi.

Aprelin 16-da  Koalisiyanın ofisində Koalisiya üzvü olan ekoloqların görüşü keçirilib. Görüşdə Fəqan Əliyev, Samis İsayev, Sevil Yüzbaşova, Fəridə Məmmədova, Sadıq Həsənov və Şamil Mövsümov iştirak edib. Görüşdə  mədən sənayesi şirkətlərinin  fəaliyyətinin ətraf mühitə təsirinin  və onların  ekoloji siyasətlərinin qiymətləndirilməsi istiqamətində müzakirələr olub. Müzakirələr zamanı ölkədə mövcud olan ekoloji problemlər və onların ictimailəşməsi istiqamətində fikir mübadiləsi olub. Görüşün yekunu olaraq, ekoloji sahədəki mövcud problemləri dəyərləndirmək və onların aradan qaldırılması istiqamətində tövsiyyələr işləmək məqsədilə işçi qrupu yaradılıb. İşçi qrupunun işini əlaqələndirmək və növbəti görüşü təşkil etmək səlahiyyəti yekdilliklə  Fəqan Əliyevə verilib. Qərara alınıb ki, işçi qrup növbəti həftə toplanıb, sənəd layihəsini işləyib, Şuranın növbəti iclasına təqdim etsin.

Aprelin 18-də  “Neft gəlirlərinin yerləşdirilməsi və idarə edilməsi: risklərdən necə sığortalanmalı” mövzusunda  (məruzəçi Vuqar Bayramov, şərhçi- Ilham Şaban)  Dəyirmi Masa barədə məlumat verən Q.İbadoğlu tədbirdə gözlənildiyinin əksinə olaraq Neft Fondunun təmsil olunmamasının səbəbləri barədə məlumat verdi. O Neft Fondu ilə aparılan danışıqlar əsasında gələn həftə Fondda Şura üzvlərinin  görüşünün gözlənildiyini bildirdi.

 Tədbirdə medianın təmsilçılık səviyyəsindən razı qaldığını bildirən Şura üzvü Mirvari Qəhrəmanlı  diqqəti neft gəlirləri ilə bağlı problemlərin ictimailəşdirilməsinə çəkdi.

Norveç səfirliyinin maliyyələşdirdiyi layihənin icrasıları ilə görüş barədə məlumat verən əlaqələndirici həmin layihə çərçivəsində görülmüş işlər və mövcud çətinliklər barədə iclas iştirakçılarını  məlumatlandırdı.  Qərara alındı ki, layihənin aralıq dövrünün başa çatdığını nəzərə alaraq növbəti iclasın gündəliyinə  Norveç səfirliyinin maliyyələşdirdiyi layihənin  gedişi barədə müzakirələr salınsın və layihə əlaqələndiricisi Sevgim Rəhmanov həmin iclasa dəvət olunsun.  Sonra Monitorinq Qrupunun üzvü, Norveç səfirliyinin maliyyələşdirdiyi layihənin icraçısı Ruhəngiz Hüseynova Qadınların MŞHT prosesinə cəlb edilməsi” istiqaməti  üzrə ilk seminarın  aprelin 12-də  Göyçayda keçirildiyini,  və bu seminarda Koalisiya üzvü Əsgər Əhmədin məruzə etdiyinin bildirdi. Seminarda 29 nəfər qadının iştırak etməsi qeyd olundu.

Sonra Şura üzvü Mirvari Qəhrəmanlı  Norveç səfirliyinin maliyyələşdirdiyi layihənin regionlarda Talk Şou istiqamət üzrə Qubada Qütb TV-də çəkilən verilişdə ekspert qismində iştirak etdiyini  və bu  verilişin ayin 20-də efirə gedəcəyini bildirdi.

Şura üzvləri tərəfindən təklif olundu ki, Talk Şoular bitəndən sonra onun  Koalisiya ofisində Şura üzvlərinin  iştirakı ilə nümayişi təşkil olunsun.

Koalisiyanın Vahid Layihənin maliyyələşdirilməsi məqsədilə Soros Fonduna müraciəti barədə məlumat verən Q.İbadoğlu bu layihənin institutsional hissəsinin bəzi ixtisarlarla təsdiq edildiyini, proqram hissəsinin isə hələ baxılmadığını bildirdi. Şura üzvləri təklif etdilər ki, növbəti iclasa qədər ACİ-YF-nun icraçı direktoru Fərda Əsadovla görüş təşkil olunsun. Eyni zamanda görüş təklifi ilə ABŞ-ın və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə də müraciət olunması qərara alındı.

Birinci məsələnin sonunda Şura üzvü Ehtiram Əliyevin müraciətinə baxıldı. Ehtiram Əliyevin ölkədə olmaması səbəbindən son 3 ay ərzində iclaslarda iştirak etmədiyini və hələ də ölkəyə qayıtmaq imkanında olmadığını və bu prosesin xeyli uzanacağını əsas götürərək, Şura üzvlüyündən  istefa verdiyi barədə müraciəti ilə tanış olan Şura üzvləri onun istefasını qəbul etdi və Koalisiya Əsasnaməsinin 8.8 maddəsinin tələbini əsas götürərək, səs hesabına görə Sevil Həmidovanının Şura üzvlüyü təsdiq olundu.

Gündəliyin 2-ci məsələsi ilə əlaqədar olaraq yeni üzvlüklüyə dair 1 müraciətə baxildı və Şurada keçirilmış gizli səsvermənin nəticsəində aşağıdakı təşkilat yekdilliklə Koalisiyaya üzv qəbul olundu:

Təşkilatın adı

Rəhbərinin (Koalisiyada təmsılçısının) adı

Həsənova Gültəkin

Qaçqın və Məcburi Köçkün Qadınların İnkişaf Mərkəzi 

Üçüncu  məsələnin müzakirəsi zamanı məlumat verildi ki, Dünya Bankı tərəfindən irəli sürülən EİTİ ++ təşəbbüsü pilot qaydada  Mavritaniyada və Qvineyada tətbiq olunur. Təşəbbüsün mahiyyətinə mədən sənayesi ilə əlaqəli bütün fəaliyyətlər (xərcləmələr də daxil olmaqla) açıqlanması və bu prosesdə vətəndaş cəmiyyəti institutunun  rolunun daha da artırılması daxildir. Qərara alındı ki, bununla bağlı Beynəlxalq şəbəkələrdə gedən müzakirələr diqqətlə izlənilsin və Azərbaycanın da bu təşəbbüsə pilot qaydada cəlb edilməsi imkanları araşdırılsın və lazim gələrsə Koalisiya adından aidiyyatı orqanlara müraciət olunsun.

Gündəliyin dördüncu məsələsi üzrə  Dünya Bankının İdarəetmə Direktoru Dr. Ngozi Okonjo-İveala ilə aprelin 24-də saat 18.00-da nəzərdə tutulan görüşə hazirlıq məsələlərinin müzakirə edildi. Görüşün İqtsad Universitetində Dünya Bankının İctimai İnformasiya Mərkəzində keçiriləcəyini bildirən Q.Ibadoğlu Koalisiya adından müzakilər üçün  şirkətlərin fərdi hesabatlılıq, neft gəlirlərinin xərclənməsi, Neft Fondunun müşahidə Şurasında təmsilçılık və EİTİ ++ mövzularının təklif olunduğunu bildirdi. Görüşdə 15 nəfərin  (10 nəfər Şura üzvü və 5 nəfər Koalisiya üzvü) iştirakı qərara alındı.5 nəfərlik heyətin müzakirəsi zamanı Şura üzvləri tərəfindən Sabit Bağırov, İnqilab Əhmədov, İlham Şaban, Vuqar Bayramov,  Samir İsayev, Telman Zeynalov , Elşad Hüseynov və Sadıq Həsənovun namizədliyi irəli sürüldü.

Beşinci  məsələ üzrə Monitorinq Qrupunun qərarlarına münasibət üçün vaxt məhdudluğuna görə onun müzakirəsi növbəti iclasa təxirə salındı.

Cari məsələlərdə Şura üzvləri  növbəti ümumi yığıncağın keçirilməsi üçün tarix və yer barədə təkilflərini bildirdilər və belə qərara alındı ki, Növbəti Ümumi Yığıncaq mayın  son 10 günlüyündə Kaspian Plazanın böyük iclas zalında keçirilsin.

İclasın sədri: Qubad İbadoğlu
İclasın katibi :
Məmmədova Səbinə


1 ... 37 38 39 A


Sənədin sonuncu korrektə tarixi: 6/5/2008 - 14:27:52

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.821452