Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 12 May 2008, Bazar ertəsi | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

MSŞA Koalisiyası Şurasının iclası (04/04/2008)

MSŞA Koalisiyası Şurasının iclası (04/04/2008)
04 aprel  2008-ci il tarixli Şura iclasının 9 №-li Protokolu
İclasın təsdiq olunmuş və icra edilmiş gündəliyi: 1) Görülmüş işlər  və qərarların icrası  2) Yeni üzvlərin qəbulu  3) Dəyərləndirmə şərtləri və qaydalarının müzakirəsi 4) Koalisiyanın fəaliyyətinin gücləndirilməsi üçün Tədbirlər Planının  son  variantının  müzakirəsi 5) Norveç səfirliyinin maliyyələşdirdiyi layihənin icrasın dair vəziyyətin müzakirəsi 6) Cari məsələlər

Iclasda iştirak edirdi:  8  nəfər Şura üzvü, 2 nəfər Monitorinq Qrupu üzvü və 6 nəfər Koalisiya üzvü

İclasın təsdiq olunmuş və icra edilmiş gündəliyi: 

  1. Görülmüş işlər  və qərarların icrası
  2. Yeni üzvlərin qəbulu
  3. Dəyərləndirmə şərtləri və qaydalarının müzakirəsi
  4. Koalisiyanın fəaliyyətinin gücləndirilməsi üçün Tədbirlər Planının  son  variantının  müzakirəsi
  5. Norveç səfirliyinin maliyyələşdirdiyi layihənin icrasın dair vəziyyətin müzakirəsi
  6. Cari məsələlər

Birini məsələ barədə iclaslararası dövrdə görülmüş işlər barədə Q.Ibadoğlu məlumat verdi.

O, qeyd etdi ki, 30 mart 2008-ci il tarixdə Azərbaycan Dövlət Neft Fondunda Seçim Qrupunun nğvbəti yığıncağı keçirilib. İclasda Koalisiyani Çingiz Dadaşov və Şamil Mövsümov təmsil edib. Bu  barədə məlumat verərkən Q.İbadoğlu bildirdi ki, Seçim Qrupunun qərarı ilə 8-ci hesabata da Moore Stephens International  şirkəti rəy verəcək.

Aprelin 3-də Koalisiyanın ofisində Norveç səfirliyinin maliyyələşdirdiyi layihənin icrasıları ilə görüş barədə məlumat verən əlaqələndirici həmin layihə çərçivəsində görülmüş işlər və mövcud çətinliklər barədə iclas iştirakçılarını  məlumatlandırdı.  Məlum oldu ki, bu layihə çərçivəsində “Qadınların MŞHT prosesinə cəlb edilməsi” və “Orta məktəb müəllimlərinin maarifləndirilməsi” istiqamətləri  üzrə seminarlar aprelin 12-də  Göyçayda, 19-da Xaşmazda və 26-da Mingəçevirdə  keşiriləcək. Regional TV-lərdə Talk Şoular isə aprelin  12-də Qubada və aprelin 19-da Zaqatalada təşkil olunacaq. Görüşdə qərara alınıb ki, layihə üzrə tədbirlər qrafiki  işlənilsin.

İclasda aprelin 4-də Koalisiyanın ofisində siyasət sənədlərinin müzakirəsi üzrə növbəti toplanti barədə məlumat verildi. Koalisiya üzvü Sadıq Həsənovun  Mədən sənayəsi şirkətlərinin Xəzər dənizi hissəsində aparılan siyasətin araşdırılması  və beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsi” mövzusunda təqdim etdiyi  siyasət sənədinin ekoloqlar tərəfindən maraqla qarşılandığını bildərən Q.İbadoqlu ekoloqlarla ayrica görüşün təşkilinin zəruriliyindən danışdı və qərara alındı ki, Koalisiya  üzvü olan ekoloqları dəvət etməklə onlarla ayrıca görüş keçirilsin.

Sonra Q. İbadoğlu öten ilki vahid layihənin icrasının başa çatdığı və yeni dövr üçün Soros Fonduna təqdim olunmuş layihənin isə hələ ki,  institutsional hissəsinin dəstəkləndiyini bildirdi.

Gündəliyin bu məsələnini müzakirəsi zamani qərara alındı ki, Koalisiyanın növbəti tədbirləri gənc yazarlarla görüşün, neft gəlirlərinin yerləşdirilməsi və idarəolunması riskinə həsr olunmuş Dəyirmi Masanın (məruzəçi Vuqar Bayramov, şərhçilər- Ilham Şaban və Neft Fondunun təmsilçısı) müzakirəsinin, ARDNŞ-nin xərcləmələrinə həsr olunmuş ictimai müzakirənin, siyasət sənədlərinin müzakirəsinin (1 həftə əvvəldən Koalisiya üzvləri məlumatlandırılmaq şərtilə) təşkili olsun. Eyni zamanda Şura tərəfəindən  Koalisiyanın e-mail şəbəkəsində Koalisiya üzvlərinin hüzrləri ilə əlaqədar olaraq başsağlıqlarının bütün şəbəkəyə deyil,  yalnız mərhumun ailə üzünün öz ünvanina göndərilməsi tövsiyyə olundu.  Bu tövsiyyənin gələcəkdə nəzərə alınaraq, şəbəkə vasitəsilə yalnız məlumat xarakterli məlumatın yayılması qərara alındı. Eyni zamanda belə hadisələr zamanı Koalisiyanın adından başsağlıqlarının qəzetlərdə dərci məqsədəuyğun hesab edildi.

Gündəliyin 2-ci məsələsi ilə əlaqədar olaraq yeni üzvlüklüyə dair 2 müraciətə baxildı və Şurada keçirilmış gizli səsvermənin nəticsəində aşağıdakı təşkilatlar Koalisiyaya üzv qəbul olundu:

Paşayeva Sədaqət

Fərdi

Nicat Dağlar

Jurnalistlərin İqtisadi və Marifləndirmə Mərkəzi

Üçüncu  məsələnin müzakirəsi zamanı məlumat verildi ki, dəyərləndirmə şərtləri və qaydaları barədə EİTİ Idarə heyəti tərəfindən təsdiq olunmuş bələdçı sənəd bu sahədə mövcud olan bir sıra suallara cavab verə bilmədiyindən yaranmış vəziyyətə aydınlıq gətirmək məqədilə DNF-nin icraçı direktoru Şahmar Mövsümovla görüş təçkil olunsun. Qərara alındı ki, bununla bağlı DNF-nin icraçı direktoru Şahmar Mövsümova rəsmi olaraq müraciət olunsun. Eyni zamanda Koalisiya tərəfindən alternativ dəyərləndirmə indikatorlarını işlənilməsi də məqsəduyğun hesab edildi.

Gündəliyin dördüncu məsələsi üzrə Koalisiyanın fəaliyyətinin gücləndirilməsi üçün Tədbirlər Planının  son  variantının  müzakirəsi zamanı Şura üzvü Əliməmməd Nuriyev “Dövlət Neft Fondunun Müşahidə Şurasında ictimai birliklərin iştirakının təmin edilməsi” istiqaməti üzrə təklifləri təqdim etdi. Şura üzvləri 1-ci və 5-ci bəndlərin birləşrilməsıni təklif etdi və beləliklə də İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının  fəaliyyətinin gucləndirilməsi üçün Tədbirlər Planı Şura üzvləri tərəfindən yekdilliklə təsdiq olundu. Qərara alındı ki, bununla əlaqədar olaraq Koalisiya üzvləri və donorlar məlumatlandırılsın.  (Koalisiyanın fəaliyyətinin gücləndirilməsi üçün Tədbirlər Planı əlavə olunur)

Beşinci  məsələ üzrə Norveç səfirliyinin maliyyələşdirdiyi layihənin icraçısı olaraq Rühəngiz  Hüseynova məlumat verdi. Onun məlumatından aydın oldu ki, icrasına məsul olduğu “Qadınların MŞHT prosesinə cəlb edilməsi” istiqamət üzrə  seminarların keçirilməsi üçün  rayonlara hazırlıq səfərləri edilib və artıq seminarların vaxtı dəqiqləşdirilib. Eyni zamanda Orta məktəb müəllimləri üçün seminarların təşkili üçün məsul Mübariz Tağöyevin məlumatı dinlənildi. O qeyd etdi ki, rayonlarda tədbirlər təşkil olunub, Bakı şəhərində tədbirlərin təşkili üçün isə Təhsil  Nazirliyinə rəsmi müraciət edilib.

Sonra bu layihə çərçivəsində sorğunun keçirilməsinə məsul Əhməd Abbasbəyli məlumat verdi. Şura üzvlərinin müzakirəyə təqdim olunmuş anket layihəsinə dair qeydləri səsləndirildi. Bu məsələ üzrə Şura üzvlərinin yekdil rəyi bundan ibarət oldu ki, anket sörğusu yenidən işlənərək şəbəkə vasitəsilə Şura üzvlərinə təqdim olunsun.

Sonda layihə çərçivəsində həyata keçiriləcək tədbirlər barəsində Koalisiya üzvlərinin əvvəlcədən   məlumatlandırılması da qərara alındı.

Cari məsələlərdə Şura üzvləri  növbəti ümumi yığıncağın keşirilməsi üçün tarix və yer barədə təkilflərin hazırlanmasını Əlaqələndiriciyə həvalə etdilər.

İclasın sədri: Qubad İbadoğlu
İclasın katibi :
Məmmədova Səbinə


1 ... 36 37 38 39 A


Sənədin sonuncu korrektə tarixi: 25/4/2008 - 19:13:0

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.373158