Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 16 May 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

MSŞA Koalisiyası Şurasının iclası (19/03/2008)

MSŞA Koalisiyası Şurasının iclası (19/03/2008)
19 Mart 2008-ci il tarixli Şura iclasının 8 №- li Protokolu
İclasın təsdiq olunmuş və icra edilmiş gündəliyi: 1) Görülmüş işlər  və qərarların icrası 2) Koalisiyanın fəaliyyətinin gücləndirilməsi üçün Tədbirlər Planının  son  variantının  müzakirəsi 3) Norveç səfirliyinin maliyyələşdirdiyi layihənin icrasın dair vəziyyətin müzakirəsi 4) Şuranın reqlamentinə əlavə və dəyişikliklərin müzakirəsi 5) Veb-Forumda yazışmaların qaydalarına dair sənədin müzakirəsi 6) Cari məsələlər

Iclasda iştirak edirdi:  8  nəfər Şura üzvü, 1 nəfər Monitorinq Qrupu üzvü və 2 nəfər Koalisiya üzvü.

İclasın təsdiq olunmuş və icra edilmiş gündəliyi: 

  1. Görülmüş işlər  və qərarların icrası
  2. Koalisiyanın fəaliyyətinin gücləndirilməsi üçün Tədbirlər Planının  son  variantının  müzakirəsi
  3. Norveç səfirliyinin maliyyələşdirdiyi layihənin icrasın dair vəziyyətin müzakirəsi
  4. Şuranın reqlamentinə əlavə və dəyişikliklərin müzakirəsi
  5. Veb-Forumda yazışmaların qaydalarına dair sənədin müzakirəsi
  6. Cari məsələlər

Birini məsələ barədə iclaslararası dövrdə görülmüş işlər barədə Q.Ibadoğlu məlumat verdi.

O, əvvəlcə  12 mart 2008-ci il tarixdə Avropa mehmanxanasında “Dövlət xərcləmələri: şəffaflıq və səmərəlilik müstəvisində” keçirilmiş Dəyirmi Masanın yekunları barədə məlumat verdi. O bildirdi ki, Dəyirmi Masada  İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev  “Büdcə investisiyalarınin icrasında mövcud problemlər və qərarlaşmış tendensiyalar” mövzusunda təqdimat etdikdən sonra  Şura üzvləri, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, politoloq Zərdüşt Əlizadə və başqaları  çıxış edərək dövlət investisiya layihələrinin icrasında sahəsində mövcud olan ciddi problemlərin səbəbləri və digər məsələlərlə bağlı öz mövqelərini açıqlayıblar. Dəyirmi Masanın nəticələri barədə  fikirlərini bölüşən Şura üzvləri onun ictimaiyyət arasında böyük rezonans  doğurduğunu  və hakimiyyətin diqqətini cəlb etdiyini  bildirdilər.

Martın 12-də Qazaxıstan və Ukraynadan gəlmiş vətəndaş cəmiyyəti institutlarını və Soros  Fondunu təmsil edən qrupla Şuranın görüşü barədə iclas iştirakçılarına məlumat verən Q.İbadoğlu görüşdə Şura üzvləri Ilham Hüseynli və Fəqan Əliyevin, Koalisiaya üzvü İlqar Hüseynlinin iştirak etdiyini də bildirdi. Görüş zamanı qonaqlara Azərbaycanda MŞHT-nin tətbiqinə  dair təqdimat olunmuş və onların  sualları  Koalisiya üzvləri tərəfindən cavablandırılmışdır. 

MŞHT Müşahidə Şurasının son qərarı ilə Azərbaycan da daxil olmaqla bir neçə ölkədə dəyərləndirmə prosesinə start verildiyini bildirən əlaqələndirici bununla əlaqədar olaraq Neft Fondundan dəyərləndirmə üçün bələdçi sənədi və dəyərləndirənlərin siyahısını aldığını və həmin sənədləri tərcüməyə  təqdim etdiyini  Şura üzvlərinin diqqətinə çatdırdı.  Dəyərləndirmə prosesi ilə bağlı bir sıra məsələlərin geniş müzakirəsinin vacibliyini qeyd edən Şura üzvləri növbəti iclasın gündəliyinə bununla bağlı ayrıca məsələnin salınmasını təklif etdilər.

Şura üzvləri son günlər ərzində QHT Şurasına ayrı-ayrı istiqamətlər üzrə keçirlmiş seçkilər barədə özəl müşahidələrini və fikirlərini bildirdilər. Koalisiya üzvü olan  QHT rəhbərlərindən bəzilərinin seçkilərdə qazandıqları qələbələr uğur kimi qeyd olunsa da ümumilikdə bu prosesin gedişində bir sıra xoşagəlməz meyllərin olduğu bildirildi və belə hallar  pisləndi. 

Bu məlumatlar dinlənildikdən sonra Şura üzvləri Əlaqələndirici tərəfindən verilmiş məlumatların nəzərə alınmasına qərar verdilər.

İkinci məsələnin müzakirəsi zamanı məlumat verildi ki, Şuranın ötən iclasında Koalisiyanın fəaliyyətinin gücləndirilməsi üçün Tədbirlər Planının  ilkin  variantı  müzakirə olunduqdan sonra onun son variantının hazırlanması üzərində 2 istiqamətdə iş başa çatsa da hələ ki, 3-cü  istiqamət üzrə son təkliflər daxil olmadığından bu işin növbəti iclasa kimi yekunlaşdırılması qərara alındı. 

Gündəliyin üçüncu məsələsi üzrə Norveç səfirliyinin maliyyələşdirdiyi layihənin icraçısı olaraq Rühəngiz  Hüseynova məlumat verdi. Onun məlumatından aydın oldu ki, icrasına məsul olduğu “Qadınların MŞHT prosesinə cəlb edilməsi” istiqamət üzrə  artıq ekspertlərdən 2-si təqdimatını hazırlamış və layihə icraçısına təqdim etmişdir. Seminarların keçirilməsi yerinin dəyişdirildiyini  bildirən R. Hüseynova həmin rayonlara hazırlıq səfərləri etdiyini  də bildirdi. Bu məsələ arasında Şura üzvlərinin yekdil rəyi bundan ibarət oldu ki, ekspert-təlimçilər çıxışlarını eyni məsələlər üzərində qursunlar, odur ki, onların hamısının birlikdə yığışaraq bu məsələ üzrə ayrıca müzakirə aparılmasına zərurət yarandığı bildirildi. Sonra Şura üzvləri  seminar keçiriləcək auditoriyanın tərkibinə ciddi diqqət yetirilməsinin vacibliyindən danışdılar və təklif etdilər ki, auditoriyada müxtəlif spektrlik təmin edilsin.  Təlimin başlanılması tarixi və yeri barədə qabaqcadan  Şura üzvləri ilə yanaşı Norveç Krallığının Bakidakı səfirliyinin məlumatlandırılması da qərara alındı.

Dördüncü məsələ üzrə Şuranın Əlaqələndiricisi Şuranın reqlamentinə əlavə və dəyişiklikləri təqdim etdi, sonra əlavələrin  bənd-bənd müzakirəsi başlanıldı. Müzakirələrdən sonra Şuranin Reqlamentinin yeni varıantı təsdiq olundu. Həmin variant əlavə olunur.

Beşinci məsələnin müzakirəsı  zamanı qərara alındı ki,  veb-forumda iştirakla  bağlı gözləntilərin baş vermədiyini nəzərə alaraq bu forum da yaışmaların qaydalarına dair sənədin müzakirəsi hələlik təxirə salınsın.

Növbəti məsələlərin müzakirəsinə vaxt çatmadığından  4 aprel tarixli iclasda birinci məsələ olaraq Azərbaycanda MŞHT-nin tətbiqinin dəyərləndirilməsi,  sonrakı məsələlərin isə  bu iclasda müzakirəsinə vaxt çatmayan məsələlərdən ibarət olması qərara alındı.

Cari məsələlərdə Şura üzvləri aprel ayında Koalisiya üzvləri üçün  kontraktlar hüququ üzrə təlimlərin təşkilindən, may ayında isə növbəti ümumi yığıncağın çağrılmasınan dair fikir mübadiləsi etdilər. Sonda qarşıdan gələn Novruz  bayramı münasibəti ilə Koalisiya üzvlərinə  təbirklər ünvanlandı.

İclasın sədri: Qubad İbadoğlu
İclasın katibi :
Məmmədova Səbinə


1 ... 35 36 37 ... 39 A


Sənədin sonuncu korrektə tarixi: 25/4/2008 - 19:12:58

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.812353