|
MSŞA Koalisiyası Şurasının iclası (07/03/2008)
MSŞA Koalisiyası Şurasının iclası (07/03/2008)
7 mart
2008-ci il tarixli Şura iclasının
7 №-
li Protokolu
İclasın təsdiq olunmuş və icra edilmiş gündəliyi: 1)
Görülmüş işlər və qərarların icrası 2)
Yeni üzvlərin qəbulu 3)
Monitoqinq Qrupunun tövsiyyələrinin müzakirəsi 4)
Koalisiyanın fəaliyyətinin gücləndirilməsi üçün Tədbirlər Planının ilkin
variantının müzakirəsi 5) Norveç səfirliyinin
maliyyələşdirdiyi layihənin icrasın dair vəziyyətin müzakirəsi 6)
Şurann reqlamentinə əlavə və dəyişikliklərin müzakirəsi
7) Veb-Forumda yaışmaların qaydalarına dair sənədin
müzakirəsi 8) Ümumi Yığıncağın nəticələrinin
müzakirəsi 9) İTV-dəki verilişin müzakirəsi
10) Cari məsələlər
Iclasda iştirak edirdi: 8 nəfər Şura üzvü Monitorinq Qrupu üzvü - 2 nəfər Koalisiya üzvü - 6 nəfər İclasın təsdiq olunmuş və icra edilmiş gündəliyi: - Görülmüş işlər və qərarların icrası
- Yeni üzvlərin qəbulu
- Monitoqinq Qrupunun tövsiyyələrinin müzakirəsi
- Koalisiyanın fəaliyyətinin gücləndirilməsi üçün Tədbirlər Planının ilkin variantının müzakirəsi
- Norveç səfirliyinin maliyyələşdirdiyi layihənin icrasın dair vəziyyətin müzakirəsi
- Şurann reqlamentinə əlavə və dəyişikliklərin müzakirəsi
- Veb-Forumda yaışmaların qaydalarına dair sənədin müzakirəsi
- Ümumi Yığıncağın nəticələrinin müzakirəsi
- İTV-dəki verilişin müzakirəsi
- Cari məsələlər
Birini məsələ barədə iclaslararası dövrdə görülmüş işlər barədə Q.Ibadoğlu məlumat verdi. O bildirdi ki, Qananin Akkra şəhərində keçirilən EİTİ İdarə Heyətinin 4-cü islasının nəticələri barədə məlumat verdi. Məlum oldu ki, həmin iclasın qərarlarından biri Azərbaycanda dəyərləndimə prosesinin başlanması olub. Odur ki, Koalisiya Şurası bu qərarın ictimai diqqətdə saxlanılmasına çalışmalı və bu prosesdə iştirakçılıq imkanlarını nəzərdən keçirməlidir. Məlumat verildi ki, Azərbaycan Respublikası Hökümət Komissiyası 8-ci audit prosesinə start verib. Bununla əlaqədar olaraq auditor seçim qrupunun iclası keçirilib. İclasda Koalisiyanı Şamil Mövsümov və Çingiz Dadaşov təmsil edib. Onların verdiyi məlumata görə, artıq tender elan edilib və təkliflərin qəbulu üçün martin 30-u son müddət müəyyənləşdirilib. Bununla əlaqədar olaraq prosesin uzanmasından narahatçılığını ifadə edən Şura üzvü Əliməmməd Nuriyev Azərbaycan Respublikası Hökümət Komissiyasından izahat istəməsini təklif etdi. Ötən dövr ərzində keçirilmiş görüşlər barədə məlumat verən Q.İbadoğlu diqqəti ABŞ-ın gəlirlərə nəzarət insitutunun əməkdaşları ilə görüş barədə məlumat verdi. Qərarların icrasın gəlincə, ötən iclasda qəbul edilmiş Koalisiyanın fəaliyyətinin gücləndirilməsi üçün Tədbirlər Planının işlənilməsı məqsədilə yaradılmış işçi qrupunun keçirdiyi iclaslar və gördüyü işlər barədə iclas iştirakçıları məlumatlandırıldı. Məlum oldu ki, işçi qrupu bu ilki fəaliyyət proqramına uyğun olaraq 3 istiqamət üzrə Tədbirlər Planının işlənilməsinə başlayıb. Birinci istiqamət üzrə - şirkətlərin fərdi hesabatılığına keçid istiqamətində Mirvari Qəhrəmanlı və Azər Mehtiyev, ikinci istiqamət üzrə - neft gəlirlərinin xərclənməsinə ictimai nəzarətin təşkili istiqamətində - Oqtay Güləliyev, İlham Hüseynli və Qubad İbadoğlu, 3-cü istiqamət üzrə isə -Neft Fondunun Müşahidə Şurasında təmsilçılıyin təmini istiqamətində - Əliməmməd Nuriyev və Elşad Hüseynov sənəd hazırlayıblar. Bu məlumatlar dinlənildikdən sonra Şura üzvləri Əlaqələndirici tərəfindən verilmiş məlumatların nəzərə alınmasına qərar verdilər. İkinci məsələnin müzakirəsi zamanı məlumat verildi ki, Şuranın ötən iclasında İlham Hüseynlinin təklifi ilə üzvlüyə qəbul məsələsinə start verilib. Bu barədə Q.Ibadoğlu əlavə məlumat verərək bildirdi ki, Koalisiyaya üzv olmaq üçün müraciətlərin sayi artıq 30-u keçib, odur ki, biz adəti üzrə hər iclasa 5 nəfər dəvət etmişik, bu günkü iclasda isə onlardan 4-ü iştirak edir. Qərara alındı ki, həmin şəxslər təqdim olunsun. Təqdimatdan sonra hər bir üzvə suallar verildi, onların adının fərdi qaydada bülletenə salınmasına qərar verildi. Gizli səsvermənin nəticəsi olaraq aşağıdakı şəxslər Koalisiyaya üzv qəbul olundu. | N | Təşkilatın adı | Rəhbərin adı | | 1 | Fərdi | Arzu Həsənli | | 2 | Regional Marifləndirmə İB | Elşad İbişli | | 3 | Eko- Renesans İB | Abbasov Irşad | | 4 | Demokratiya və Ekoloji Tarazılıq İB | Əbülfəz Qurbanlı | Gündəliyin üçüncu məsələsi üzrə Monitorinq Qrupunun üzvü Mətanət Müslümqızı mıəlumat verdi. O Monitoqinq Qrupunun sonuncu iclasının qərarını Koalisiya üzvlərinin nəzərinə çatdırdı. Məlum oldu ki, Monitorinq Qrupu aşağıdaki 3 məsələ dair qərar verib. MQ Koalisiya Şurası iclaslarının reqlamentinin 14-cü və 16-cı bəndlərinə əsaslanaraq qərara alır ki, Koalisiya üzvü E.Hüseynova ciddi xəbərdarlıq edilsin. Belə hallar təkrarlanarsa, E.Hüseynov haqqında daha ciddi ölçü götürülməsi – Şuranın iclaslarında 2 ay iştirak etməməsi barədə qərar qəbul ediləcək. 2. MQ Şuranın iclaslarında nizam-intizama riayət olunmamasından narahatdır və bildirir ki, bundan sonra reqlamentə əməl etməyən istər Koalisiya, istərsə də, Şura üzvlərinin adları MQ tərəfindən adbaad cəkiləcək. 3. MQ Koalisiya üzvü Elşad Hüseynovun şikayətini araşdıraraq qərara alır ki, şikayət müəllifi irəli sürdüyü ittihamları əsaslandıracaq məlumatlarıı araşdırmaq üçün yazılı formada MQ-yə təqdim etsin. Məsələnin bu cür qoyulması ilə razılaşmayan Əliməmməd Nuriyev Monitorinq Qrupuna iradlarını bildirdi. Çıxış edən digər Şura üzvlərinin əksəriyyəti Monitorinq Qrupunun qərarının bu gün müzakirəyə hazır olmadığını bildirdilər və belə qərara gəlindi ki, Monitorinq Qrupu Elşad Hüseynovun irəli sürdüyü ittihamları əsaslandıracaq məlumatları araşdırmaq üçün fəaliyyətini başa çatdırdıqdan sonra Qrupun hazırladığı son tövsiyyələrə Şuranın adekvat munasibəti bildirilsin və adekvat qərar verilsin. Dördüncü məsələ üzrə koalisiyanın fəaliyyətinin gücləndirilməsi üçün Tədbirlər Planının ilkin variantının müzakirəsi zamanı şirkətlərin fərdi hesabatılığına keçid istiqamətində Azər Mehtiyev, neft gəlirlərinin xərclənməsinə ictimai nəzarətin təşkili istiqamətində Qubad İbadoğlu, Neft Fondunun Müşahidə Şurasında təmsilçılıyin təmini istiqamətində Əliməmməd Nuriyev hazırladıqları təklifləri müzakirəyə təqdim etdi.. Müzakirələr nəticəsində hər 3 sənədin birləşdirilməsi və Vahid Tədbirlər Planının hazırlanması qərara alındı. Eyni zamanda İşçi Qrupunun hazırladıqları Tədbirlər Planının əsas istiqamətləri üzrə layihə təkliflərinin də nəzərdən keçirilməsi də təklif edildi. Bu məsələnin müzakirəsindən sonra isə iclasın 3 saat davam etdiyinin nəzərə alaraq növbəti məsələlərin müzakirəsinin gələn iclasa saxlanılması qərara alındı. Cari məsələlərdə Milli Büdcə Qrupunun MSŞA Koalisiyasi ilə birlikdə təşkil etdikləri və martin 12-də keçirilməsi nəzərdə tutulan Dəyirmi Masa barədə fikir mübadiləsi aparıldı. Sonra qarşıdan gələn 8 mart bayramı münasibəti ilə iclasda iştirak edən xanımlar təbrik edildi.
◄ 1 ... 34 35 36 ... 39 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 25/4/2008 - 19:12:56
|