|
MSŞA Koalisiyası Şurasının iclası (22/02/2008)
MSŞA Koalisiyası Şurasının iclası (22/02/2008)
22
Fevral
2008-ci il tarixli Şura iclasının Protokolu
İclasın təsdiq olunmuş və icra edilmiş gündəliyi: 1)
Görülmüş işlər və qərarların icrası (xüsusi olaraq Neft
Fondunda görüşün nəticələrinin müzakirəsi) 2)
Koalisiyanın fəaliyyətinin gücləndirilməsinə dair təkliflərin müzakirəsi
3) Koalisiya daxili vəziyyətin müzakirəsinin başa
çatdırılması 4) Reqlamentə əlavə və dəyişikliklərin
müzakirəsi 5) Veb-Forumda yazışmaların qaydalarına
dair sənədin müzakirəsi 6) Ümümi Yığıncağın
nəticələrinin müzakirəsi 7) İTV-dəki
verilişin müzakirəsi 8) Cari məsələlər
İclasda iştirak edirdi: 9 nəfər Şura üzvü, 3 nəfər Monitorinq Qrupu üzvü və 7 nəfər Koalisiya üzvü. İclasın təsdiq olunmuş və icra edilmiş gündəliyi: - Görülmüş işlər və qərarların icrası (xüsusi olaraq Neft Fondunda görüşün nəticələrinin müzakirəsi)
- Koalisiyanın fəaliyyətinin gücləndirilməsinə dair təkliflərin müzakirəsi
- Koalisiya daxili vəziyyətin müzakirəsinin başa çatdırılması
- Reqlamentə əlavə və dəyişikliklərin müzakirəsi
- Veb-Forumda yazışmaların qaydalarına dair sənədin müzakirəsi
- Ümümi Yığıncağın nəticələrinin müzakirəsi
- İTV-dəki verilişin müzakirəsi
- Cari məsələlər
Birini məsələ barədə iclaslararası dövrdə görülmüş işlər barədə Q.Ibadoğlu məlumat verdi. O bildirdi ki, Fevralın 11-də İctimai Birliklərin MSŞA Koalisiyası Şurası Kamboca Krallığının İqtisadiyyat və Maliyyə Nazirliyinin Baş Katibi Hanq Çuon Naronun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Şuranın əlaqələndiricisi Q.İbadoğlu Azərbaycanda MSŞT-nin tətbiqi və bu prosesdə Koalisiyanın rolu mövzusunda təqdimatla çıxış edib. Görüşdə iştirak edən digər Şura üzvləri Dünya Sakit, Fəqan Əliyev və İlham Hüseynli Koalisiyanın həyata keçirdiyi fəaliyyət sahəsində əldə olunan nəticələr barədə çıxışlar ediblər. Görüşün sonunda Kamboca və Azərbaycan QHT-ləri arasında əlaqələrin yaradılması qərara alınıb. Fevralın 13-də Beynəlxalq Mətbuat Mərkəzində Mədən Sənayesində Şəffaflıq Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) üzrə İctimai Birliklərin Koalisiyasının "ARDNŞ-nin maliyyə axınlarının izlənməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi layihəsi" üzrə yekun konfransı keçirilib. MSŞA üzrə İctimai Birliklərin Koalisiyasının kordinatoru Qubad İbadoğlu, layihənin rəhbəri Zöhrab İsmayıl və ekspert Rövşən Ağayevlə yanaşı yerli ekspertlər, dövlət qurumlarının və ARDNŞ-nin nümayəndələri, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Azərbaycandakı diplomatik korpusunun təmsilçilərin və media mənsubları iştirak ediblər. Tədbirin nəticələri barədə KİV-də geniş müzakirələr aparılıb. İclasda qərara alındı ki, hazırlanmış hesabatın son variantı şəbəkə vasitəsilə Koalisiya üzvlərinə, rəsmi olaraq isə Hökümət Komissiyasına və şirkətlərə göndərilsin. Fevralın 18-də Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası Şurasının Hökumət Komissiyasının rəhbəri, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovla görüşü keçirilib. Şuranın təşəbbüsü ilə keçirilən görüşdə üçtərəfli anlaşma memorandumuna dəyişikliklərlə bağlı Koalisiyanın irəli sürdüyü dəyişikliklər müzakirə olunub. Görüşdə Şura əlaqələndiricisi Qubad İbadoğlu, üzvlər Fəqan Əliyev, Dünya Sakit, Oqtay Gülalıyev, Mirvari Qəhrəmanlı və İlham Hüseynli iştirak ediblər. Görüş zamanı əsas müzakirələr şirkətlərin fərdi hesabatlılığa keçidi ilə bağlı məsələ olub. Bununla əlaqədar Ş.Mövsümov Hökumət Komissiyasının mövqeyinin neytral olduğunu bildirib. Qərara alınıb ki, məsələ memorandum tərəflərinin mart ayında təşkil olunacaq üçtərəfli görüşündə müzakirə olunsun. Koalisiyanın DNF Müşahidə Şurasında ictimai birliklərin təmciliçiliyinin təmin olunmasına dair qaldırdığı məsələyə münasibət bildirən Ş.Mövsümov bunun birbaşa dövlət başçısının səlahiyyətində olduğunu qeyd edib. Qərara alınıb ki, şirkətlərin hesabatlarda çoxsaylı səhvlərinin aradan qaldırılması üçün onların bu işə məsul şəxsləri üçün kurslar təşkil olunsun. Eyni zamanda hesabatların yubadılmasının səbəblərinə dair izahat verilib və bildirilib ki, növbəti hesabatlar vaxtında təqdim olunacaq. Digər hasilat sahələrinin də EİTİ-ya cəlb olunması məsələsinə gəlincə, Ş.Mövsümov bildirib ki, qızıl hasilatı başlanan kimi orada çalışan şirkət hesabat verəcək.Koalisiyanın üçtərəfli işçi qrupun yaradılması ilə bağlı təklifini qəbul etməyən Hökumət Komissiyası bunun əlavə bürokratiya yaradacağını əsas gətirib. Lakin Ş.Mövsümov qarşılıqlı müzakirələr barədə Koalisiyanın bütün təkliflərinin qəbul ediləcəyini bildirib. Memoranduma təkliflərdən biri - əlavə hesabat formalarının doldurulması isə EİTİ-a aidiyyəti olmadığı əsası ilə qəbul edilməyib. Sonra Q.İbadoğlu hazırda Qananın Akkra şəhərində keçirilən EİTİ İdarə Heyetinin 4-cü iclasının gündəliyi və onun müzakirəsinə həsr olunmuş telekonfrans barədə məlumat verdi. Qərarların icrasına gəlincə, ötən iclasda qəbul edilmiş Şuranın məxsusi toplantısına dair qərar Şura üzvlərinin tam tərkibdə yığışa bilməməsi səbəbindən baş tutmayıb. İkinci məsələnin müzakirəsinə iclasda iştirak edən bütün Şura üzvləri qoşulub. İlk çıxış edən Mirvari Qəhrəmanlı bundan sonra şirkətlərə təzyiqin güclənduirilməsi məqsədilə aksiyaların təşkilini, onların təmsil olunduqları ölkə səfirliklərlə görüşlərə başlanılmasını, Müşahidə Şurasında ictimai birliklərin təmsilçiliyinə nail olmaq üçün vəkillik işinin gücləndirilməsini, neft gəlirlərinin idarəolunması üçün müstəqil ekspert qrupunun yaradılmasını məqsədə uyğun hesab edib. Bu məqsədlə işçi qrupunun yaradılmasını təklif edib. Fəqan Əliyev tədqiqatların genişləndirilməsi nəticəsində yeni faktların aşkar edilməsinin vacibliyindən danışıb. O qeyd edib ki, tədqiqat nəticəində əldə olunmuş faktlarla əsaslandırılmış vəkillik fəaliyyəti daha çox səmərə verə bilər. Dünya Sakit martın sonunda keçirilməsi gözlənilən 3 tərəflı görüşə qədər şirkətlərlə fərdi qaydada, eləcə də ayrılıqda onların təmsil etdikləri mənşə ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşün vacibliyindən danışıb. Mehriban Vəzir cəmiyyətlə və ekspertlərlə işin gücləndirilməsi istiqamətində təkliflərlə çıxış edib. Əliməmməd Nuriyev dövlət orqanları və şirkətlərlə görüşləri intensivləşdirməyi təklif edib. İctimai Birliklərin nümayəndələrinin Müşahidə Şurasına daxil edilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və təşəbbüslərdə iştirak, vəsaitlərin xərclənməsi ilə bağlı monitorinqlərin aparılmasının vacibliyindən danışıb. Oqtay Guləliyev də işçi qrupunun yaradılması təklifini müdafiə edərək, neft gəlirlərinin səmərəli xərclənməsi istiqamətində layihələrin həyata keçirilməsini vacibliyindən danışıb. O Şura üzvləri arasında iş bölgüsünün icrasını, donorlarla işin gücləndirilməsini də xüsusilə qeyd edib. Eyni zamanda İctimai Birliklərin nümayəndələrinin Müşahidə Şurasına daxil edilməsi məqsədilə QHT-rin müraciətinə ehtiyac yarandığını bildirib. Azər Mehtiyev diqqəti daha çox şirkətlərin fərdi hesabatlılığa keçidə yönəldib. Siyasət sənədləri üzrə konkret məsələlərə həsr edilməsini təklif edib. İlham Hüseynli də şirkətlərlə, səfirliklərlə, donorlarla, media ilə fərdi görüş təkliflərinin dəstəklədiyini bildirib. Yekunda Q. İbadoğlu çıxış edərək, bu il üçün Fəaliyyət Proqramı əsasında seçilmiş 2-3 əsas prioritet istiqamət üzrə fəaliyyətin gücləndirilməsinə üstünlük verdiyini bildirib, o təklif edib ki, bununla əlqaədar olaraq Tədbirlər Planı işlənilsin. Tədbirlər Planın işlənilməsi üçün 7 nəfərdən ibarət işçi qrup yaradılıb. Qrupda Mirvari Qəhrəmanlı, Oqtay Güləliyev, Azər Mehtiyev, Əliməmməd Nuriyev, Elşad Hüseynov, İlham Şaban, Qubad İbadoğlu təmsil olunacaq. Gündəliyin 3-cu məsələsi üzrə müzakirə qapalı keçirildi. Bu məsələnin müzakiərindən sonra isə iclasın 3 saat davam etdiyinin nəzərə alaraq növbəti məsələlərin müzakirəsinin gələn iclasa saxlanılması qərara alındı.
◄ 1 ... 33 34 35 ... 39 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 27/2/2008 - 15:25:7
|