|
MSŞA Koalisiyası Şurasının iclası (11/01/2008)
MSŞA Koalisiyası Şurasının iclası (11/01/2008)
11 yanvar
2008-ci il tarixli Şura iclasının
Protokolu
İclasın təsdiq olunmuş və icra edilmiş gündəliyi: 1)
Görülmüş işlər və qərarların icrası 2)
Norveç Krallığının layihəsinin başlanması ilə bağlı
müzakirələr 3) Seçim Qrupuna seçkilər 4)
İTV-dəki verilişin müzakirəsi 5)
Ümumi Yığıncağın nəticələrinin müzakirəsi 6)
“Neft pulları hara gedir?” mövzusunda Koalisiya daxili
müzakirənin təşkilinin və onun ictimailəşməsi üçün tədbirlər planın
işlənilməsinin müzakirəsi 7) Cari məsələlər
İclasda iştirak edirdi: 8 nəfər Şura üzvü, 2 nəfər Monitorinq Qrupu üzvü və 11 nəfər Koalisiya üzvü. İclasın təsdiq olunmuş və icra edilmiş gündəliyi: - Görülmüş işlər və qərarların icrası
- Norveç Krallığının layihəsinin başlanması ilə bağlı müzakirələr
- Seçim Qrupuna seçkilər
- İTV-dəki verilişin müzakirəsi*
- Ümumi Yığıncağın nəticələrinin müzakirəsi
- “Neft pulları hara gedir?” mövzusunda Koalisiya daxili müzakirənin təşkilinin və onun ictimailəşməsi üçün tədbirlər planın işlənilməsinin müzakirəsi
- Cari məsələlər
* Qara şriftlə olanlar icra olunub. Birini məsələ barədə iclaslararası dövrdə görülmüş işlər barədə Q.İbadoğlu məlumat verdi. O bildirdi ki, ötən dövr ərzində Koalisiya Şurasının qərarlarına uyğun olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən Vahid Layihə çərçivəsində “ARDNF-nin investisiya siyasətinin təkmilləşdirilməsinə dair” hazırladığı hesabat şəbəkə vasitəsilə üzvlərə çatdırılıb. Eyni zamanda Şuranın digər qərarına uyğun olaraq İqtisadi İnovasiyalar Mərkəzi tərəfindən Vahid Layihə çərçivəsində “Neft gəlirlərinin idaərəedilməsi haqqında” Qanun layihəsi də şəbəkə vasitəsilə yayılıb.Lakin təəssüflər olsun ki, hər 2 sənədlə bağlı şəbəkədə Koalisiya üzvlərindən heç bir rəy daxil olmayıb. Sonra məlumat verildi ki, 2008-ci ilin Fəaliyyət Proqramı üzrə layihə təkliflərinin işlənilməsi üçün İlham Hüseynli, Dünya Sakit, Fəqan Əliyev, Əliməmməd Nuriyev, Mehriban Vəzir və Qubad İbadoğludan ibarət işçi qrupunun iclası təyin olunsa da hava şəraitinin pis olması ucbatından baş tutmayıb. Ötən iclasın 7-ci hesabata dair alternativ rəyin işlənilməsi ilə bağlı iclas iştırakçılarını analitik qrupun rəhbəri Azər Mehtiyev məlumatlandırdı. Məlum oldu 7-ci hesabata dair alternativ rəyin ilkin variantı hazırdır, son variantı növbəti iclasın müzakirəsinə təqdim olunacaq. Monitorinq Qrupunun (Çingiz Dadaşovun) Koalisiya üzvlərinin invertarizasiyasının nəticələri barədə məlumatı iclas iştirakçılarının nəzərinə çatdıran Q.İbadoğlu bildirdi ki, invertarizasiya nəticəsində məlum olub ki, aşağıdakı şəxslərin Koalisiya üzv olmaq üçün ərizəsi yoxdur: - Hüseynov Əyyub
- Güləliyev Oqtay
- Həsənov Məmmədhəsən
- Zöhrab İsmayıl
- Əliyev Azad
- Cəfəroğlu Novella
- İsgəndərov Ramil
- Qasımlı Vüsal
- İbrahimli Qadir
- Quliyev Əli
- Niftəliyeva Kifayət
- Nuriyev Əliməmməd
- Rəsulov Fuad
- Vəliyev İlqar
- Yaqubova İradə
- Yunus Leyla
- Zahidov Altay
Qərara alındı ki, həmin şəxslərə ərizə yazmaq xahişi ilə müraciət olunsun. Caspian Plazada təhlükəsizliyin təmiantı üçün avtomatlaşdırılmış buraxılış aparatlarının quraşdırılması ilə əlaqədar olaraq, qərara alındı ki, işçi heyətinin, Şura və Monitorinq Qrupu üzvləri daimi buraxılış vəsiqələri (1 daimi buraxılış vəsiqəsi üçün 10 AZN) ilə, Koalisiya üzvləri isə müvəqqəti buraxılış vəsiqələri ilə təmin olunsun. Koalisiya üzvləri üçün müvəqqəti buraxılış vərəqələrinin təminatı isə onların e-mail (sabina.mammedova@gmail.com) və ya telefon (4371320) vasitəsilə qabaqcadan həyata keçirilsin. Novreç Krallığının Azərbaycandakı səfiri ilə görüşun nəticələri barədə Q.İbadoğlu iclas iştirakçılarını məlumatlandırdı. Məlum oldu ki, səfirlik artıq yeni layihənin icrasına qərar verib və tələb olunan vəsitin 1-ci hissəsini köçürməyə hazırdır. İkinci məsələ ilə əlaqədar olaraq Norveç Krallığının Azərbaycandakı səfirliyinin layihəsinin başlanması ilə bağlı Qubad İbadoğlu məlumat verdi. Bununla əlaqədar olaraq layihənin koordinatoru Sevgim Rəhmanov çıxış etdi və qərara alındı ki, koordinator layihə icraçıları ilə görüşüb iş planı üzrə işə başlasın. Layihənin fəaliyyət istiqamətləri və müddəti aşağıdakılardan ibarətdir: -
Regional TV –də Tok Şouların təşkili -2ay ərzində -
Qadınların MHŞT proseslərinə cəlb edilməsi işi - 3 ay ərzində -
Orta məktəblərdə maarifləndirmı işi - 3 ay ərzində -
Sorğuların keçirilməsi - 6 ay ərzində -
Respublika səviyyəli konfransin təşkili 2 ay ərzində Şuranın qərarı ilə 1-ci istiqamət üzrə icraçı olaraq Mətanət Müslümqızını, 2-ci istiqamət üzrə Ruhəngiz Hüseynovanı, 3-cu istiqamət üzrə Mübariz Tağıyev, 4-cü istiqamət üzrə Əhməd Abbasbəyli, sonuncu istiqamət üzrə Fəqan Əliyev təsdiq olundu. Üçüncü məsələ ilə əlaqədar olaraq Seçim Qrupuna seçkilər və onun qaydaları müzakirə olundu Qərara alındı ki, donorların nümayəndələri uygun istiqamətlər üzrə yalnız özlərinin ayırdığı vəsaitlər üzrə keçiriləcək müsabiqə zamanı müəyyənləşdirilsin. Kənar mütəxəssisin seçimi isə növbəti iclaslara saxlanılsın. Sonra isə gizli səsvermə ilə seçkilər keçirildi. Seçkilərin nəticəsində say komissiyasının protokolları təsdiq olundu. Nəticədə Məhəmməd Talıblı, Zaur İbrahimov seçim qrupuna üzv oldular. Qrupda boş qalmış sonuncu yerə seçkilər nəticəsiz oldu. Dördüncü məsələ ilə bağlı İTV-dəki verilişdə iştirak etmək üçün 2 nəfər ekspertin müzakirəsi aparıldı və qərara alındı ki, İTV-yə Şura üzvü olaraq Oqtay Güləliyev, İlham Hüseynli, Fəqan Əliyev, Əliməmməd Nuriyev, Mehriban Vəzir, Mirvari Qəhramanlı, Koalisiya üzvü olaraq Zöhrab İsmayıl, Vüqar Bayramov, Məhəmməd Talıblı daxil olmaqla ekspertlərin siyahısı İTV-yə təqdim olunsun və onlar özləri 2 nəfəri müəyyənləşdirərək verilişə dəvət etsinlər. Cari məsələlərdə qərara alındı ki, Vahid Layihənin icrası zamanı yaranmış qənaətin təyinatı üzrə xərclənməsi məqsədilə ACİ-yə layihənin uzadılması xahişi ilə müraciət olunsun. Sonra qərara alındı ki, 2008-ci ilin Fəaliyyət Proqramının mətbuatda təqdimatı keçirilsin.
◄ 1 ... 32 33 34 ... 39 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 27/2/2008 - 15:25:5
|