|
MSŞA Koalisiyası Şurasının iclası (28/12/2007)
MSŞA Koalisiyası Şurasının iclası (28/12/2007)
28
dekabr 2007-ci il
tarixli Şura iclasının Protokolu
İclasın təsdiq olunmuş və icra edilmiş gündəliyi: 1)
Görülmüş işlər və qərarların icrası 2)
Yeni üzvlərin qəbulu 3)
Seçim Qrupunun Əsasnaməsinin müzakirəsi və qəbulu 4)
2008-ci ilin Fəaliyyət Proqramı üzrə layihə təkliflərinin
müzakirəsi 5) Koalisiya nəşrlərinin cari və
prespektiv vəziyyətinin müzakirəsi 6) Layihə
icraçılarının qrafik üzrə hesabatı (Məhəmməd Talıblı, İnqilab Əhmədov) 7)
Cari məsələlər
Iclasda iştirak edirdi: 9 nəfər Şura üzvü, 3 nəfər Monitorinq Qrupu üzvü və 9 nəfər Koalisiya üzvü. İclasın təsdiq olunmuş və icra edilmiş gündəliyi: - Görülmüş işlər və qərarların icrası
- Yeni üzvlərin qəbulu
- Seçim Qrupunun Əsasnaməsinin müzakirəsi və qəbulu
- 2008-ci ilin Fəaliyyət Proqramı üzrə layihə təkliflərinin müzakirəsi
- Koalisiya nəşrlərinin cari və prespektiv vəziyyətinin müzakirəsi
- Layihə icraçılarının qrafik üzrə hesabatı (Məhəmməd Talıblı, İnqilab Əhmədov)
- Cari məsələlər
Birini məsələ barədə iclaslararası dövrdə görülmüş işlər barədə Q.İbadoğlu məlumat verdi. O bildirdi ki, ötən dövr ərzində Koalisiyanın 1 tədbiri keçirilib. Dəyirmi Masa dekabrin 19-da Hyatt Regency mehmanxansinda İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən Vahid Layihə çərçivəsində təşkil olunub. Tədbirdə İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertlərinin hazırladığı “ARDNF-nin investisiya siyasətinin təkmilləşdirilməsinə dair Tövsiyyələr Paketi” təqdim olunub. Dəyirmi Masada Neft Fondunun və digər dövlət orqanların nümayəndələri, ARDNŞ və BP şirkətlətinin təmsilçiləri və media mənsubları iştirak ediblər. Bu məsələ ilə əlaqədar olaraq qərara alındı ki, həmin Tövsiyyələr Paketi şəbəkə vasitəsilə Koalisiya üzvlərinə göndərilsin. Sonra Koalisiyanın Seçim Qrupunun Əsasnaməsi Layihəsinin işlənilməsi barədə İşçi Qrupun üzvü Əliməmməd Nuriyev (bu qrupa həmçinin Fəqan Əliyev və Mətanət Müslim qızı daxildir) sənədin işlənilməsi ilə bağlı gördükləri işlər barədə məlumat verildi. İsveç səfiri ilə görüşun ilkin nəticələri barədə Q.İbadoğlu iclas iştirakçılarını məlumatlandırdı. İkinci məsələ ilə əlaqədar olaraq yeni üzvlərin qəbulu üzrə Koalisiyaya müraciət edənlərin təqdimatı oldu. Gizli səsvermə nəticəsində qərara alındı ki, aşağıdakı şəxslər Koalisiyaya üzv qəbul olunsun: | N | Təşkilatın adı, | Rəhbərin adı | | 1 | Qafqaz Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi | Aslanlı Araz | | 2 | Vətəndaş Maarifləndirilməsi İctimai Birliyi | Məmmədov İlham | | 3 | “Dalğa” Ekologiya və Təbiətin Qorunması İctamai Birliyi | Hətəmov Natiq | | 4 | Neftçilərə Hüquqi Yardım Mərkəzi | Nəbi Rəhimov | Üçüncü məsələ ilə əlaqədar olaraq Seçim Qrupunun Əsasnaməsi müzakirə olundu. Sənəd əsas kimi qəbul olundu. Qərara alındı ki, sənədin son variantı bu günlərdə Koalisiya üzvlərinə göndərilsin, iddiaçılar sənədlə tanış olsun və ondan sonra namizədlər irəli sürülsün. Namizədlərin irəli sürülməsi üçün son müddət yanvarın 10-a təyin olunsun. Namizədliklərin verilməsinə isə Seçim Qrupunun Əsasnaməsi şəbəkəyə göndəriləndən sonra başlanılsın. Dördüncü məsələ ilə bağlı 2008-ci ilin Fəaliyyət Proqramı üzrə layihə təkliflərinin müzakirəsi aparıldı və qərara alındı ki, layihənin işlənilməsi üçün İlham Hüseynli, Dünya Sakit, Fəqan Əliyev, Əliməmməd Nuriyev, Mehriban Vəzir və Qubad İbadoğludan ibarət işçi qrupu yaradılsın. Beşinci məsələ ilə bağlı Koalisiya nəşrlərinin cari və prespektiv vəziyyətinin müzakirə olundu. Bununla əlaqədar olaraq Şəffaflıq Jurnalının baş redaktoru İlham Şaban Jurnalın 2-ci sayının nəşrinə dair məlumat verdi. Onun məlumatından bəlli oldu ki, Jurnalın 2-ci sayı yanvar ayının 15-dək nəşr olunacaq. Bülletenin nəşri ilə əlaqədar olaraq Oqtay Güləliyevin məlumatı və təklifləri dinlənildi. Qərara alındı ki, bülletenin elektron formatda deyil, nəşr variantda çapı məsələsi donorlarla müzakirə olunsun, alternativ olaraq Koalisiyanın qəzetinin nəşri də müzakirəyə təqdim olunsun. Altıncı məsələdə layihə icraçılarının qrafik üzrə hesabatı üzrə Məhəmməd Talıblının hesabatı dinlənildi. Qərara alındı ki, onun məsləhətçılərlə birgə hazırladığı “Neft gəlirlərinin idarəolunması haqqında” Qanun layihəsinin ictimai müzakərəsinə start verilsin və bu müzakirə daxili qaydada əvvəlcə şəbəkə vasitəsilə elektron yazışmalarda, sonra isə yalnız Koalisiya üzvlrəinin iştirakı ilə canlı şəkildə və ən nəhayət KİV-in iştirakı ilə kənarda təşkil olunsun. Cari məsələlərdə Şura üzvləri arasında iş bölgüsünün davamı olaraq qərara alındı kı, KİV-lərlə işə məsul Oqtay Güləliyev, İctimaiyyətlə (Universitetlər, bələdiyyələr, QHT-lər, gənclər, yaradıcı qurumlar və sair) işə məsul İlham Hüseynli təyin olunsun.
◄ 1 ... 31 32 33 ... 39 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 27/2/2008 - 15:25:3
|