|
MSŞA Koalisiyası Şurasının iclası (14/12/2007)
MSŞA Koalisiyası Şurasının iclası (14/12/2007)
14 dekabr 2007-ci il tarixli Şura
iclasının PROTOKOLU
İclasın təsdiq olunmuş və icra edilmiş
gündəliyi: 1) Görülmüş işlər və qərarların icrası 2) Yeni üzvlərin qəbulu
3) Monitorinq qrupunun tövsiyyələrinin müzakirəsi 4) Gəncə bölgə təşkilatında
vəziyyətin müzakirəsi 5) Memoranduma dəyişikliklər istiqamətində vəkillik üçün
nəzərdə tutulan tədbirlər planının müzakirəsi 6) Siyasət sənədləri üzrə
keçirilmiş müsabiqə nəticələrinin elanı və müzakirəsi 7) Cari məsələlər
Iclasda iştirak edirdi: 10 nəfər Şura üzvü, 2 nəfər Monitorinq Qrupu üzvü və 16 nəfər Koalisiya üzvü. İclasın təsdiq olunmuş və icra edilmiş gündəliyi: - Görülmüş işlər və qərarların icrası
- Yeni üzvlərin qəbulu
- Monitorinq qrupunun tövsiyyələrinin müzakirəsi
- Gəncə bölgə təşkilatında vəziyyətin müzakirəsi
- Memoranduma dəyişikliklər istiqamətində vəkillik üçün nəzərdə tutulan tədbirlər planının müzakirəsi
- Siyasət sənədləri üzrə keçirilmiş müsabiqə nəticələrinin elanı və müzakirəsi
- Cari məsələlər
Birinci məsələ barədə iclaslararası dövrdə görülmüş işlər barədə Q.İbadoğlu məlumat verdi. Q.İbadoğlu ofis meneceri vəzifəsinə élan edilmiş müsabiqənin nəticələri barədə məlumat verərək bildirdi ki, bu vəzifəni tutmaq üçün 250-ə qədər iddiaçıdan müraciət daxil olmuş, ilk mərhələdə 20-dək CV seçilmiş və qiymətləndirilmək üçün müsabiqə komissiyasına təqdim olunmuşdur, komissiya üzvlərinin (Əliməmməd Nuriyev, Azər Mehtiyev və Qubad İbadoğlu) qiymətləndirilməsinin nəticəsi olaraq 6 CV novbəti tur müsabiqəsinə buraxılmışdır, onların hamısı ingilis dili, məntiq və kompyuter bilikləri yoxlanılmaq üçün test-qiymətləndirmə məqsədilə Koalisiyanın ofisinə dəvət olunmuş, bu qiymıtləndirmədə 3 nəfər iştirak etmiş, 2 nəfər əmək haqqının aşağı olması səbəbindən qiymətləndirmədə iştirakdan imtina etmiş, 1 nəfərin qiymətləndirməsi isə başqa vaxta keçirilmişdir. Sonuncu tur seçimi növbəti həftəyə saxlanılmışdır. Bu turda müsabiqə komissiyası üzvləri iddiaçılarla intervu keçirəcək. Q.İbadoğlu iclaslar arası dövr ərzində ABŞ səfirliyində, ATƏT-də, Dünya Bankında, ACİ-YF-da keçirdiyi görüşlər barədə Koalisiya üzvlərini məlumatlandırdı. Q.İbadoğlu məsul olduğu donorlarla iş qrupunun 1-ci yığıncağı barədə də Koalisiya üzvlərini məlumatlandırmışdır. Sonra isə qərarların icrası yoxlanıldı. Ötən iclasın qərarları üzrə Dünya Bankının maliyyəsi ilə layihə həyata keçirənlər dekabrın 15-dək yekun hesabatlarını elektron və çap variantda Koalisiyanın ofisinə yalnız Ehtiram Əliyevin və Əsgər Əhmədin yekun hesabat təqdim etdiyi bildirildi. Koalisiya üzvlərinə bü günkü müzakirələrə dəvət olunan şəxslər barədə məlumat verildi. İkinci məsələ üzrə ərizələrin daxilolma ardıcılığı əsasında yeni üzvlərin qəbulu aparıldı. Gizli səsvermə nəticəsində qərara alındı ki: - JurnalistlərEkstremal şəraitdə İ.B, sədr - Əsədullayeva Firuzə;
- Gənc Jurnalistlərə Yardım Mərkəzi İB, sədr - Nəsiman Yaqublu;
- Qarabağ Köçkünlər Birliyi , sədr- Sadıqlı Əlövsət;
- Azəri – Ellada intellektual Mərkəz, sədr- Ağayev Hacıbaba;
- Bakı Akvariumçular Klubu, sədr- Yeliseyev Gennadiy Koalisiyaya üzv qəbul olunsun.
1. Üçüncü məsələ ətrafında aparılmış müzakirələr nəticəsində qərara alındı ki, Monitorinq Qrupunun aşağıdakı tövsiyyələri nəzərə alınsın: · «Mədən Sənayesi Şəffaflığın Artırılması» Koalisiyasının X-cu Ümümi yığıncağında Koalisiya Şurasına keçirilmiş seçkilər vaxtı say komissiyası tərəfindən qanun pozuntularının aşkarlanması ilə əlaqədar şikayət ərizəsi vermiş Mübariz Tağıyevin şikayəti araşdırılmış və MQ-nun Əsasnaməsinin 6.2 bəndinə və MSŞA-nın Koalisiyasının Əsasnaməsinin 11.3 və 11.5-ci bəndinə uyğun olaraq etibarsız hesab olunmuş 5 seçki bülleteni ümumi seçkinin nəticələrinə təsir göstərmədiyi aşkarlanmışdır. Bununla belə MSŞA Koalisiya Şurasına gələcəkdə bu tipli səhvlərin say komissiyası tərəfindən təkrarlanmasına yol verilməməsi tövsiyyə olunmuşdur. · MQ tərəfindən Koalisiya Şurasına iclasların vaxtlı-vaxtında və müəyyən olunmuş zaman müddətində keçirilməsi və Şura üzvlərinin iclaslarda iştirak etmək qaydası MSŞA-nın Koalisiyasının əsasnaməsinin 8.9, 11.3 və 11.5 bəndinə və Koalisiya Şurasının mövcud Reqlamentinin 17-ci bəndinə əsasən protokollaşdırılmalı və 19-cu bəndinə uyğun olaraq iclasın aparılması tövsiyyə olunmuşdur. Dördüncü məsələyə dair Gəncə bölgə şöbəsinin əlaqələndiricisi Aslan Vəliyev məlumat verdi, o qeyd etdi ki, bu ilin sonunadək Şöbənin növbəti Ümumi Yığıncağının keçirilməsi nəzərdə tutulub və təklif etdi ki, bununla əlaqədar olaraq Şuradan və Monitorinq Qrupundan 1 nəfər Gəncəyə ezam olunsun. Qərara alındı ki; - Gəncə bölgə şöbəsinin əlaqələndiricisi Aslan Vəliyev məlumatı nəzərə alınsın.
- Şöbənin növbəti Ümumi Yığıncağının keçırılməsı vaxtı möəyyənləşdirilərək bir neçə gün əvvəldən Koalisiyanın Əlaqələndiricisinə məlumat verilsin və bu yığıncaqda Şuradan və Monitorinq Qrupundan 1 nəfərin iştirakı təmin olunsun.
- Gəncə bölgə şöbəsinin üzvlərinə fərdi qaydada Koalisiyaya üzv olmaq tövsiyyə olunsun.
Beşinci məsələ ətrafında gedən müzakirələr zamanı ilk olaraq Memoranduma dəyişikliklər təklifinin müəllifi Sabit Bağırovun məlumatı dinlənildi və qərara alındı ki, dekabrın 17-i Hökümət Komissiyasının sədri Şahmar Mövsümovla görüş üçün Neft Fonduna müraciət olunsun. Sonra Memoranduma dəyişikliklər təklifi barədə Fonda təkrar məktub göndərilməsi, bu barədə mətbuata məlumatın verilməsi, Mətbuat xidmətinin bu mövzu ilə əlaqədar olaraq Sabit Bağırovdan müsahibə götürüb yayınması qərara alındı. Altıncı məsələdə Siyasət sənədləri üzrə keçirilmiş müsabiqə nəticələrinin élan olundu. Məlum oldu ki, ekspert qiymətləndirməlrəinə görə iddiaçılar aşağıdakı nəticələr əldə edib: | 1 | Rasim Abutalıbov | 99 | | 2 | Əsgər Əhməd | 151 | | 3 | Oqtay Gulalıyev | 167 | | 4 | Elşad Hüseynov | 133 | | 5 | Vüsalə Hüseynova | 87 | | 6 | Sadıq Həsənov | 140 | | 7 | Zöhrab İsmayıl | 126 | | 8 | Mətanət Müslümqızı | 91 | | 9 | Şamil Mövsümov | 146 | | 10 | Sevgim Rəhmanov | 119 | | 11 | Rafiq Təmrazov | 118 | Bu istiqəmətdə müzakirələr zamanı qərara alındı: - Ekspertlərin fərdi qiymətləndirilməsi açıqlansın və istənilən Koalisiya üzvlərinə bu nəticlərlə tanış olmaq imkanı yaradılsın. Odur ki, istənilən Koalisiya üzvü ofisə gəlib ekspert qiymətləndirməsinin nəticəsinin sürətini götürə bilər.
- 100-də 75-dən, yəni mümkün 200 baldan 150-dən çox bal toplamış Oqtay Gulalıyev və Əsgər Əhmədin nəticlərinə görə onlar uyğun istiqamətlər üzrə müsabiqənin qalibi elan edilsinlər.
- 100-də 50-dən, yəni mümkün 200 baldan 100-dən çox bal toplamış 3 istiqamət üzrə qaliblər müəyyənləşdirilsin və onlara (Şamil Mövsümov, Zöhrab İsmayıl və Sadıq Həsənov) məsləhətçi cəlb etmək yolu ilə siyasət sənədi işləmək hüququ verilsin. Məsləhətçı həmin şəxslər tərəfindən təqdim olunmalı və Şurada təsdiq edilməldir.
- Siyasət sənədlərinin işlənilməsinə 2 ay vaxt ayrılsın və bu iş fevralın 15-dək başa çatdırılsın.
Cari məsələdə qərara alındı Şuranın növbədənkənar iclası keçirilərək, Seçim Qrupunun formalaşdırılması məsələsi və bu Qrupun Əsasnaməsi müzakirə olunsun.
◄ 1 ... 30 31 32 ... 39 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 27/2/2008 - 15:25:1
|