Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 16 May 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

MSŞA Koalisiyası Şurasının iclası #30(110)(30/11/2007)

MSŞA Koalisiyası Şurasının iclası #30(110)(30/11/2007)
30 noyabr 2007-ci il tarixli Şura iclasının protokolu
İclasın təsdiq olunmuş və icra edilmiş gündəliyi: 1) Görülmüş işlər və qərarların icrası 2) Yeni üzvlərin qəbulu  3) Siyasət sənədləri üzrə keçirilmiş müsabiqə elanının nəticələrinin müzakirəsi 4) Avropa Parlamentinin neft gəlirlərinin məcburi açıqlanması ilə bağlı təşəbbüsünə münasibət 5) 2008-ci ilin Fəaliyyət Proqramı və ondan irəli gələn məsələlərin müzakirəsi 6) Layihə icraçılarının qrafik üzrə hesabatı (Ehtiram Əliyev, İnqilab Əhmədov, Məhəmməd Talıblı) 7) Cari məsələlər

Iclasda iştirak edirdi: 8 nəfər Şura üzvü, 3 nəfər Monitorinq Qrupu üzvü və 12 nəfər Koalisiya üzvü.

İclasın təsdiq olunmuş və icra edilmiş gündəliyi:

  1. Görülmüş işlər və qərarların icrası
  2. Yeni üzvlərin qəbulu
  3. Siyasət sənədləri üzrə keçirilmiş müsabiqə elanının nəticələrinin müzakirəsi
  4. Avropa Parlamentinin neft gəlirlərinin məcburi açıqlanması ilə bağlı təşəbbüsünə münasibət
  5. 2008-ci ilin Fəaliyyət Proqramı və ondan irəli gələn məsələlərin müzakirəsi
  6. Layihə icraçılarının qrafik üzrə hesabatı (Ehtiram Əliyev, İnqilab Əhmədov, Məhəmməd Talıblı)
  7. Cari məsələlər

Birini məsələ barədə iclaslararası dövrdə görülmüş işlər barədə Q.İbadoğlu məlumat verdi. Məlumat dinlənildikdən sonra qərara alındı ki,

  1. Ofis meneceri vəzifəsinə élan olunmuş müsabiqənin nəticələrini yekunlaşdırmaq üçün Əliməmməd Nuriyev, Azər Mehtiyev və Qubad İbadoğludan ibarət seçim Qrupu yaradılsın. Qrupa tapşırılsın ki, seçimi 3 mərhələdə aparsın. Birinci mərhələdə daxil olmuş 150-ə qədər CV-dən 10-15- ni  seçsin. İkinci turda isə həmin CV-nin sahibləri intervuyə dəvət olunsun və onlar dil, kompyuter yoxlamasından keçirildikdən sonra seçilmiş  şəxslər 3 turda Şuraya dəvət olunsun və işə  qəbul edilsin.
  2. Layihə icraçıları bir daha məsuliyyətə dəvət olunsun. Dünya Bankının maliyyəsi ilə layihə həyata keçirənlər dekabrın 15-dək yekun hesabatlarını elektron və çap variantda  Koalisiyanın ofisinə təqdim etsinlər.
  3. Siyasət sənədlərinin yazılması üçün 1 turda qalib olmuş şəxslər yekun variantlarını dekabrın 15-dək elektron variantda  Koalisiyanın ofisinə təqdim etsinlər.
  4. Monitorinq Qrupunun  tövsiyyəsi ilə iclaslarda iştirak etməyən Şura üzvləri onun səbəbi barədə  şəbəkə vasitəsilə Əlaqələndiricini  məlumatlandırsınlar.
  5. Növbəti iclaslarda Memoranduma dəyişikliklər müzakirəyə çıxarılsın və bununla əlaqədar olaraq Sabit Bağırov Şura iclasına dəvət olunsun.
  6. Növbəti iclaslarda neft gəlirlərinin xərclənməsinə nəzarətin təşkilinə dair fəaliyyət Konsepsiyası hazırlansın və müzakirəyə çıxarılsın.
  7. Qeyri neft/qaz sektorunda MŞHT məsələsi növbəti iclaslardan birinin gündəliyinə salınsın və bununla bağlı müzakirələrə start verilsin.

İkinci məsələ üzrə ərizələrin  daxilolma ardıcılığı əsasında yeni üzvlərin qəbulu aparıldı. Gizli səsvermə nəticəsində qərara alındı ki:

  1. “Doğma yurda qayıdış”  İB, sədr Hətəmov Səməd;
  2. “Demokratiyaya yardım” İB, sədr Məmmədov Emil;
  3. “Regional səs” qəzeti,  baş redaktor Həşimov Asif  Koalisiyaya üzv olundu.

Üçüncü məsələ ətrafında aparılmış müzakirələr nəticəsində qərara alındı ki,  müsabiqəyə təqdim olunmuş 10 istiqamət üzrə daxil olmuş müraciətlərin qiymətləndirilməsi üçün  5 nəfərdən ibarət ekspert qrupu yaradılsın və onlar işini növbəti iclasa qədər yekunlaşdırsın.

Keçirilmiş gizli səsvermə nəticəsində qrupun tərkibi belə formalaşdı:

  1. Sabit Bağırov
  2. İlham Şaban
  3. Məhəmməd Talıblı
  4. İlqar Hüseynli
  5. Qubad Ibadoğlu

Dördüncü məsələyə dair Azər Mehtiyev məlumat verdi, o diqqəti Avropa Parlamentinin açıqlamasında neft şirkətlərinin fərdi hesabatlılığa keçməsinə çəkdi və təklif etdi ki, bununla əlaqədar olaraq Koalisiya adından  3 ünvana məktub ünvanlansın.

Qərara alındı ki;

  • Bir məktub Avropa Parlamentinə ünvanlansın və orada fərdi hesabatlılığa keçidlə bağlı  Azərbaycandakı vəziyyət təsvir olunsun, onun aktuallığı göstərilsin və Avropa Parlamentinə bu istiqamətdəki dəstəyinə görə minnətdarlıq edilsin. Bu məktubun növbəti iclasa qədər hazırlanması beynəlxalq əlaqələrə məsul İnqilab Əhmədova həvalə olundu.
  • İkinci məktubun hökümət komissiyasına ünvanlanmasına qərar verildi. Məktubda şırkətlərin fərdi hesabatlılığına keçid istiqamətində hökümət komissiyasından dəstək istənilsin. Bu məktubun növbəti iclasa qədər hazırlanması hökümət komissiyası ilə işə məsul Fəqan Əliyevə  həvalə olundu.
  • Üçüncü məktubun  şirkətlərə ünvanlanması qərara alındı. Bu məktubun növbəti iclasa qədər hazırlanması şirkətlərlə iş üzrə məsul Mirvari Qəhrəmanlıya  həvalə olundu.

Beşinci məsələ ətrafında gedən müzakirələr zamanı qərara alındı ki, dekabrın 5-i  2008-ci ilin Fəaliyyət Proqramı üzrə təkliflərin qəbulunun son müddəti təyin olunsun. Bu müddət ərzində daxil olan təkliflər növbəti iclasın müzakirəsinə təqdim edilsin. Eyni zamanda 2008-ci ilin Fəaliyyət Proqramının əsas kimi X  Ümumi Yığıncaq tərəfindən qəbul edildiyini nəzərə alaraq, onun icrası ılə bağlı tədbirlər planının işlənməsinə başlanılsın.

Altıncı məsələdə qrafik üzrə hesabat verməli olan  layihə icraçılarından iclasda yalnız Ehtiram Əliyevin iştirak etdiyini nəzərə alaraq onun hesabatı dinlənildi. Hesabat nəzərə alındı və Ehtiram Əliyevə yaxşı işinə görə təşəkkür élan olundu.

Eyni zamanda digər layihə icraçılarının – İnqilab Əhmədovun, Məhəmməd Talıblının iclasda iştirak etməməsi səbəbindən hesabatı dinlənilmədi. Bununla əlaqədar olaraq qərara alındı ki, bundan sonra hesabat verməli olan layihə icraçılarına  3 dəfə müraciət olunsun və əgər onlar hesabatlarını verməzlərlə o halda həmin şəxslərin məsələsi ayrıca müzakirə olunsun və müvafiq qərar qəbul edilsin.

Cari  məsələdə qərara alındı növbəti iclas dekabrin 14-də keçirilsin.


1 ... 29 30 31 ... 39 A


Sənədin sonuncu korrektə tarixi: 27/2/2008 - 15:24:59

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.155174