|
MSŞA Koalisiyası Şurasının iclası #3(83)(25/01/2007)
MSŞA Koalisiyası Şurasının iclası #3(83)(25/01/2007)
İştirak etdilər: | 1 | Sabit Bağırov | Kordinator | | 2 | Nəriman Ağayev | Şura üzvü | | 3 | Oqtay Gülalıyev | Şura üzvü | | 4 | Sevgim Rəhmanov | Şura üzvü | | 5 | İnqilab Əhmədov | Şura üzvü | | 6 | Əvəz Həsənov | Şura üzvü | | 7 | Qubad Ibadoğlu | Şura üzvü | | 8 | Mehriban Vəzir | Şura üzvü | | 9 | İlham Hüseynli | Şura üzvü | | 10 | Dünya Sakit | Şura üzvü | | 11 | Telman Zeynalov | Şura üzvü | | 12 | Fəqan Əliyev | Monitorinq Qrupu üzvü | | 13 | Himayət Rizvanqızı | Monitorinq Qrupu üzvü | İclasın gündəliyi və qəbul edilmiş qərarlar -
Şuranın Əsasnaməsinə dəyişikliklər Şura üzvləri Əsasnaməyə 3 dəyişiklik təklif etdilər. -
Əsasnamənin 3-cü maddəsinə bu bənd əlavə edilsin: Şura üzvləri iş bölgüsü əsasında onlara həvalə edilmiş fəaliyyət istiqaməti üzrə məsuldurlar və Koalisiyanın Ümumi yığıncağına hesabat verirlər. – təklif səsvermə ilə qəbul edildi- 9 nəfər lehinə, 1 nəfər bitərəf (Nəriman Ağayev). -
Əsasnamənin 3-cü maddəsinə bu bənd əlavə edilsin: Şuranın iclaslarına Şura üzvləri növbəli sədrlik edirlər. – təklif qəbul edilmədi- 3 nəfər lehinə, 7 nəfər əleyhinə. -
Əsasnamənin 7-ci maddəsinin 3-cü bəndində “2/3” əvəzinə “50%+1 səs” yazılsın – (təklif səsvermə ilə qəbul edildi) -
Şura Kordinatorunun seçkisi Şura üzvləri Sabit Bağırovun özünün kordinator vəzifəsindən azad edilməsi və yeni kordinatorun seçilməsi ilə bağlı bir neçə dəfə etdiyi xahişlərini nəzərə alaraq bu məsələni müzakirə etdilər. Hər bir Şura üzvü çıxış edərək koalisiyanın yaradılması və təşəkkülündə, onun fəaliyyətininin təşkilində və qazandığı uğurlarda Sabit Bağırovun müstəsna rolunu və əməyini qeyd etdilər. Bu fikirlərə Monitorinq Qrupu üzvləri də qoşuldular. Sabit Bağırova 3 ilə yaxın müddət ərzində apardığı fəaliyyətinə görə Şura adından təşəkkür edildi. Yeni kordinatorun seçilməsi qərara alındı. Bu vəzifəni tutmaq istəyən Şura üzvünin öz namizədliyini verməsi təklif edildi. Qubad İbadoğlu bu vəzifəyə öz namizədliyini irəli sürdü. Digər Şura üzvlərindən heç kim namizədliyini vermədi. Şura üzvlərinin xahişi ilə Qubad İbadoğlu əgər seçilərsə Şuranın fəaliyyətini necə təşkil edəcəyi, bu fəaliyyətin prioritet istiqamətləri haqqında məlumat verdi, digər Şura üzvlərinin suallarını cavablandırdı. Açıq səsvermə yolu ilə Qubad İbadoğlu yekdilliklə Koalisiya Şurası Kordinatoru seçildi.. -
Regional və beynəlxalq şəbəkədə təmsil olunmaq üçün Koalisiyanın nümayəndəsinin seçilməsi Məlumat verildi ki, region ölkələri Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Gürcüstan və Rusiyanın mədən sənayesində şəffaflıq problemləri ilə məşğul olan vətəndaş cəmiyyətini təmsil edən qurumlar regional əlaqələndirməni həyata keçirmək məqsədilə regional şəbəkə yaradıblar. Bu şəbəkəyə Monqolustan da qoşulub. Bu şəbəkənin müzakirələrində həmin ölkələrin hər birinin, həmçinin “Ödədiyini Açıqla” beynəxalq QHT koalisiyasının mümayəndələri iştirak edirlər. Yeganə olaraq yalnız Azərbaycan hələlik həmin şəbəkədə təmsil olunmayıb. Bu vəziyyət Koalisiyanın beynəlxalq nüfuzuna və regional mövqeyinə mənfi təsir göstərir. Buna görə də Koalisiyanın regional və beynəlxalq şəbəkələrdə iştirakını təmin etmək vacibdir. Həmin vəzifəyə namizədlər irəli sürülərkən Şura üzvləri İnqilab Əhmədovun bu işi daha yaxşı bacaracağını qeyd etdilər. Bu vəzifəyə digər namizəd göstərilmədi. Açıq səsvermə nəticəsində İnqilab Əhmədov yekdilliklə regional və beynəlxalq şəbəkədə təmsil olunmaq üçün Koalisiyanın nümayəndəsi seçildi. -
Dünya Bankına təqdim ediləcək layihədə prioritet fəaliyyətlərin müəyyən edilməsi. Sabit Bağırov məlumat verdi ki, Koalisiyanın 2007-ci il üçün Proqram Sənədi əsasında hazırlanmış nəzərdə tutulan fəaliyyətlərinin siyahısı bir neçə donor təşkilata göndərilib. Artıq Dünya Bankından cavab alınıb. Məkltubda həmin fəaliyyətlərin hansılarının daha vacib hesab edldiyi haqqında soruşulur. Şura üzvləri qərara aldılar ki, bu məsələnin müzakirəsi Şura üzvləri arasında email vasitəsi ilə davam etdirilsin. Alınan təkliflər əsasında DB-yə məktub göndərilsin. -
Cari məsələlər
◄ 1 2 3 4 ... 39 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:22:23
|