|
MSŞA Koalisiyası Şurasının iclası #29(109)(28/09/2007)
MSŞA Koalisiyası Şurasının iclası #29(109)(28/09/2007)
MSŞA Koalisiyası Şurasının 28 sentyabr 2007-ci il tarixli iclasının
PROTOKOLU
 Gündəlik:
1. Görülmüş işlər və qərarların icrası 2. Layihə icraçılrının hesabatının
dinlənilməsi 3. Siyasət sənədi üzrə müsabiqənin nəticələrinin təsdiqi 4.
Ümumi yığıncağa hazırlıq (Təşkilat Komitəsinin məlumatı) 5. Audit rəyi
üzrə Koalisiya Analitik qrupun işinin nəticələrinin müzakirəsi və Rəyin
qəbulu 6. “İnformasiyanın idarə olunması” qaydaları layihəsinin müzakirəsi
və qəbulu (Ramil Qasımzadə) 7. Koalisiya üzvləri arasında keçiriləcək sorğu
anketinin müzakirəsi və qəbulu (təqdim edir: Əhməd Abbasbəyli) 8. Monitorinq
Qrupunun tövsiyələrinin müzakirəsi 9. Cari məsələlər
İştirak edirlər: Şura üzvləri – 8 nəfər Koalisiya üzvləri – 17 nəfər Dəvət edilmişdir- 1 nəfər İclasın sədri: Telman Zeynalov İclasın sədri Telman Zeynalov təklif olunan gündəliyi iclas iştirkçılarına təqdim etdi. Müzakirədən sonra gündəlik təsdiq edildi. Gündəlik: 1. Görülmüş işlər və qərarların icrası 2. Layihə icraçılrının hesabatının dinlənilməsi 3. Siyasət sənədi üzrə müsabiqənin nəticələrinin təsdiqi 4. Ümumi yığıncağa hazırlıq (Təşkilat Komitəsinin məlumatı) 5. Audit rəyi üzrə Koalisiya Analitik qrupun işinin nəticələrinin müzakirəsi və Rəyin qəbulu 6. “İnformasiyanın idarə olunması” qaydaları layihəsinin müzakirəsi və qəbulu (Ramil Qasımzadə) 7. Koalisiya üzvləri arasında keçiriləcək sorğu anketinin müzakirəsi və qəbulu (təqdim edir: Əhməd Abbasbəyli) 8. Monitorinq Qrupunun tövsiyələrinin müzakirəsi 9. Cari məsələlər Müzakirələr: 1. Görülmüş işlər və qərarların icrası Qubad İbadoğlu məlumat verdi: - Şura üzvləri Beynəlxalq Konfransda iştirak ediblər;
- Vahid Layihə çərçivəsində Sumqayıt Dövlət Universitetində tələb və müəllimlərlə görüş keçirilib;
- Vahid Layihənin “ARDNŞ-in maliyyə axınlarının izlənilməsi, təhlili və onun şəffaflığının qiymətləndirilməsi” istiqaməti çərçivəsində mətbuat konfransı keçirilib;
- Vahid Layihənin “Neft Fondunun idarəçiliyində olan maliyyə vəsaitlərinin yerləşdirilməsi, investisiyalara yönəldilməsi siyasətinin izlənilməsi, təhlil edilməsi və hesabatın hazırlanması” istiqaməti üzrə Koalisiya ofisində tədqiqatın nəticələrinin Koalisiya üzvləri üçün təqdimatı keçirilib;
- Ümumi yığıncağa hazırlıq işləri davam etdirilib;
- Audit rəyi üzrə Koalisiya Analitik qrupu işini başa çatdırıb və Koalisiya Rəyinin son variantı hazırdır. İnqilab Əhmədov Osloya səfəri və iştirak etdiyi tədbir haqqında məlumat verdi.
Qərar: - Həftə ərzində görülmüş işlər və qərarların icrası haqqında verilmiş məlumatlar nəzərə alınsın
2. Layihə icraçılarının hesabatının dinlənilməsi Layihə icraçılarından Ruslan Xəlil (Media forumların təşkili), Rövşən Novruzovun (Regional TV-lərdə filmlərin nümayişi), İlham Şaban (Koalisiya jurnalının nəşri), Əsgər Əhməd (Regionlarda əhalinin maarifləndirilməsi) Vahid Layihə çərçivəsində həyata keçirdikləri istiqamətlər üzrə məlumat verdilər. Qərar: - Koalisiyanınm 2007-ci il üçün Vahid layihəsinin “Media forumların təşkili” istiqaməti üzrə icraçısı Ruslan Xəlilin, “Regional TV-lərdə filmlərin nümayişi” istiqaməti üzrə Rövşən Novruzovun, “Koalisiya jurnalının nəşri” istiqaməti üzrə İlham Şabanın və “Regionlarda əhalinin maarifləndirilməsi” istiqaməti üzrə Əsgər Əhmədin məlumatları nəzərə alınsın.
- Koalisiya jurnalının təqdimatı keçirilsin və nüsxələri Memorandum üzvlərinə, müxtəlif hökumət, qeyri-hökumət, səfirlik, kitabxana və s. təşkilatlara göndərilsin. Jurnalın növbəti saylarında iclasda verilən təkliflər və iradlar (Koalisiyanın və donor təşkilatın logoları, həmçinin onlar haqqında məlumatların verilməsi) nəzərə alınsın.
3. Siyasət sənədi üzrə müsabiqənin nəticələrinin təsdiqi Telman Zeynalov Siyasət sənədi üzrə təkliflər qiymətləndirilərkən (Şuranın 14 sentyabr tarixli iclası) Şura üzvü Nəriman Ağayevin həm özünün, həm də Sevgim Rəhmanovun əvəzinə qiymətləndirmə apardığını bildirdi və buna görə də qiymətləndirmənin nəticələrinin ləğv olunmasını təklif etdi. Sevgim Rəhmanov məsələyə aydınlıq gətirərək qiymətləndirməni onun əvəzinə həqiqətən Nəriman Ağayev tərəfindən aparıldığını, lakin bunu özünün razılığı və xahişi ilə edildiyini elan etdi. O təklif etdi ki, keçən iclasda kifayət qədər bal toplamış 5 təklif üzrə siyasət yazılarının hazırlanması üçün həmin qiymətləndirmənin nəticələri təsdiq edilsin. Digər 5 siyasət yazısı üzrə yenidən müsabiqə elan edilsin. Oqtay Gülalıyev də bu cür qiymətləndirməni qeyri- qanuni hesab etdi və digər 5 siyasət yazısı üzrə yeni müsabiqə keçirilməsi təklifini dəstəklədiyini bildirdi. Qərar: Vahid layihə çərçivəsində həyata keçirilən “Siyasət sənədlərinin yazıılması” istiqaməti üzrə müsabiqəyə təqdim olunan təkliflərin Seçim Qrupunun Anar Əhmədovla 14 sentyabrda keçiridkləri qiymətləndirmənin nəticələri təsdiq edilsin. Yüksək bal toplamış 5 təklif - Sabit Bağırov- Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü: ölkə təcrübəsi və inkişaf yolları;
- İnqilab Əhmədov- Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün investisiya reytinqinin və biznes mühitinin yaxşılaşdırılmasındakı rolunun gücləndirilməsi yolları;
- Qubad İbadoglu- Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün regional inteqrasiya prosesində rolunun göcləndirilməsi;
- Sahib Məmmədov- Azərbaycanın mədən sənayesində əmək hüquqlarının qorunması;
- Vüsal Qasımlı- Azərbaycanın mədən sənayesinin özəlləşdirilməsi siyasət sənədi yazılması üçün qəbul edilir və digər 6 istiqamət:
- 1. Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü və icitimaiyyətin maarifləndirilməsi yolları;
- 2. Azərbaycanın Mədən Sənayesində şirkətlərin ekoloji siyasətlərinin təhlili, onun mövcud qanunvericiliyə uyğunlaşdırılması yolları;
- 3. Azərbaycanın Mədən Sənayesində beynəlxalq uçot sisteminə keçidin sürətləndirilməsi;
- 4. Yük göndərən ekspeditor və operator əməliyyat şirkətinin MHŞT prinsiplərinə cəlb olunması üzrə vəziyyətin qiymətləndirilməsi və siyasətin qurulması;
- 5. Mədən Sənayesinin Xəzər dənizi hissəsində aparılan ekoloji siyasətin araşdırılması və beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsi;
- 6. Neft gəlirlərinin effektiv xərclənməsinə ictimai nəzarətin təşkili
üzrə yenidən müsabiqə elan edilir. Müsabiqədə iştirak etmək üçün təkliflərin verilməsinin son müddəti 08 oktyabr, 2007-ci il saat 18.00-dək təyin edilir. 4. Ümumi yığıncağa hazırlıq (Təşkilat Komitəsinin məlumatı) Qubad İbadoğlu məlumat verdi: - Koalisiya üzvləri tərəfindən üzvlüyün və Ümumi yığıncaqda iştirakın təsdiqi davam edir; - ÜY-ın keçiriləcəyi yerlə bağlı variantlar müzakirə edilir. Hələlik son qərar verilməyib. Qərar: 5. Auditor rəyi üzrə Koalisiya Analitik qrupun işinin nəticələrinin müzakirəsi və Rəyin qəbulu Qubad İbadoğlu bildirdi ki, keçən iclasda təqdim edilmiş Rəy layihəsinə elə bir dəyişiklik olmayıb. Analitik qrupun 4üzvündən 3-ü bu Rəyli təsdiq edir, yalnız Elşad Hüseynov Rəy layihəsi ilə tanış olsa da, hələlik buna son münasibətini bildirməyib. Əvvəllər Rəylə bağlı təklifləri olacağını bildirsə də, hələlik onun təkliflərini almamışıq. Qubad İbadoğlu təklif etdi ki, Rəy layihəsi əsas kimi təsdiq edilsin. Əgər Elşad Hüseynovun əlavə təklifləri olarsa, onlar da müzakirə edilər və təsdiq edilərsə Rəyə əlavə olunar. Şura üzvü Dünya Sakit bildirdi ki, Rəy tərcümə edilməli, mətbuata açıaqlanmalı, Memorandum üzvlərinə göndərilməlidir. Koalisiya Rəyinin açıqlanmasında gecikir. Əgər Analitik Qrupun 3 üzvü Rəyi təsdiq edirsə, Şura onu müzakirə edib, təsdiq edə bilər. Telman Zeynalov hesbatlarda BTC boru kəmərindən gələn gəlirin göstərilmədiyini irad tutdu. Qubad İbadoğlu bununla bağlı ARDNF-ə rəsmi müraciət olunduğunu və alınan cavabın qənaətbəxş olmadığını qeyd etdi. Müzakirələrin sonunda qərar qəbul edildi: Qərar: Analitik qrupun MHŞT hesabatları və auditor Rəyi üzrə hazırladığı Rəy əsas kimi qəbul edilsin və 05 oktyabrda keçiriləcək mətbuat konfransında ictimaiyyətə açıqlansın. Mətbuat konfransınadək Rəyin ingilis dilinə tərcüməsi təmin edilsin. Rəy vebsayta yerləşdirilsin, Koalisiya bülletenində və jurnalda dərc edilsin. 6. “İnformasiyanın idarə olunması” qaydaları layihəsinin müzakirəsi və qəbulu (Ramil Qasımzadə) Müzakirələrdən sonra “Qaydalar” təsdiq edildi. 7. Koalisiya üzvləri arasında keçiriləcək sorğu anketinin müzakirəsi və qəbulu (təqdim edir: Əhməd Abbasbəyli) Qərar: Koalisiya üzvləri arasında keçiriləcək sorğu anketi təsdiq edilsin. 8. Monitorinq Qrupunun tövsiyələrinin müzakirəsi Telman Zeynalov bildirdi ki, MQ-dan tövsiyə daxil olmayıb və onların nümayəndəsi iclasda iştirak etmir. Qubad İbadoğlu məlumat verdi ki, MQ üzvlərinə iclasda iştirak etmələri üçün müraciət edib, lakin onlar məşğul olduqlarında iştirak edə bilmirlər. 9. Cari məsələlər Telman Zeynalov Azərbaycandan 5 nəfər ekoloji məsələlərin müzakirəsi üçün Brüsselə gedəcək. Bu nümayəndələri Ekologiya nazirliyi təyin edib. O, buna etiraz etdiyini və bunun yolverilməz olduğunu bildirdi. Qubad İbadoğlu bildirdi ki, Koalisiya Əsasnaməsinin 3.6 bəndinə əsasən Koalisiya üzvləri Ümumi yığıncaq qabağı üzvlükdə qaldıqlarını təsdiq etməlidirlər. Üzvlüklərini təsdiq etməyənlər haqqında Əsasnaməyə uyğun qərar qəbul ediləcək. İclasın sədri: Telman Zeynalov
◄ 1 ... 28 29 30 ... 39 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:23:34
|