|
MSŞA Koalisiyası Şurasının iclası #28(108)(14/09/2007)
MSŞA Koalisiyası Şurasının iclası #28(108)(14/09/2007)
MSŞA Koalisiyası Şurasının 14 sentyabr 2007-ci il
tarixli iclasının PROTOKOLU
 Gündəlik:
1) Siyasət sənədi üzrə müsabiqənin şərtlərinin
müzakirəsi 2) Layihə icraçılrının
hesabatının dinlənilməsi 3) Görülmüş işlər
və qərarların icrası 4) Audit rəyi üzrə Koalisiya
Analitik qrupun işinin nəticələrinin müzakirəsi 5)
Auditor Seçimi qrupunda Koalisiyanın iştirakının
tənzimlənməsi 6) Monitorinq Qrupunun
tövsiyələrinin müzakirəsi 7) “İnformasiyanın
idarə olunması” qaydaları layihəsinin müzakirəsi 8)
Sorğu anketi layihəsinin müzakirəsi 9)
Cari məsələlər
İştirak edirlər: - Şura üzvləri – 10 nəfər - Koalisiya üzvləri – 8 nəfər - Dəvət edilmişdir- 1 nəfər - İclasın sədri: Sevgim Rəhmanov İclasın sədri Sevgim Rəhmanov təklif olunan gündəliyi iclas iştirkçılarına təqdim etdi. Müzakirədən sonra gündəlik təsdiq edildi. Gündəlik: - Siyasət sənədi üzrə müsabiqənin şərtlərinin müzakirəsi
- Layihə icraçılrının hesabatının dinlənilməsi
- Görülmüş işlər və qərarların icrası
- Audit rəyi üzrə Koalisiya Analitik qrupun işinin nəticələrinin müzakirəsi
- Auditor Seçimi qrupunda Koalisiyanın iştirakının tənzimlənməsi
- Monitorinq Qrupunun tövsiyələrinin müzakirəsi
- “İnformasiyanın idarə olunması” qaydaları layihəsinin müzakirəsi
- Sorğu anketi layihəsinin müzakirəsi
- Cari məsələlər
Müzakirələr: 1. Siyasət sənədi üzrə müsabiqənin şərtlərinin müzakirəsi Sevgim Rəhmanov müsabiqəyə təqdim edilmiş təkliflər haqqında məlumat verdi. O qeyd etdi müsabiqədə 10 siyasət yazısının seçilməsi və onların hazırlanması üçün vəsaitin ödənilməsi nəzərdə tutulur. Cəmi 14 təklif daxil olub. 3 mövzu üzrə alternativ təkliflər var, 8 mövzunun hər biri üzrə isə yalnız bir təklif verilib. Müzakirələrdə bir sıra təkliflər irəli sürüldü: - Siyasət sənədləri üzrə təkliflərin qiymətləndirilməsi 17 sentyabr, saat 18-dək elektron poçt vasitəsi ilə aparılsın (səsvermə nəticəsində qəbul edilmədi); - Siyasət sənədləri üzrə təkliflərin qiymətləndirilməsi bu iclasın sonunadək yekunlaşdırılsın. Qiymətləndirmədə iştirak edən Şura üzvləri bülletenleri Aydın Nizamova təqdim etsinlər. Qiymətləndirmənin nəticələri bu iclasın sonunda elan edilsin. (səsvermə nəticəsində qəbul edildi); - Təklifin müsabiqəyə buraxılması üçün orta keçid balı 30 (qəbul edilmədi), 25 (qəbul edildi), 20 bal (qəbul edilmədi); - Müsabiqədə iştirak edən Şura üzvləri öz təkliflərinin qiymətləndirilməsində iştirak etməsinlər (qəbul edilmədi); - Müsabiqədə iştirak edən Şura üzvləri ümumiyyətlə qiymətləndirmədə iştirak etmirlər (qəbul edildi. Lehinə- 6 nəfər, əleyhinə- 2 nəfər, bitərəf- 1 nəfər, səsvermədə iştirak etmədi- 1 nəfər (Oqtay Gülalıyev təklifin Seçim Qrupunun Əsasnaməsinə zidd olduğu səbəbi ilə) - Qiymətləndirməni müsabiqədə iştirak etməyən Şura üzvləri və Anar Əhmədov aparsın (qəbul edildi) - Qiymətləndirmə Anar Əhmədovla birlikdə daha 2 nəfər dəvət edilmiş mütəxəssis tərəfindən aparılsın (qəbul edilmədi) - Qiymətləndirmə Seçim Qrupu haqqında Əsasnaməyə uyğun aparılsın: İddiaçı Şura üzvü özünün və alternativinin təqdim etdiyi təkliflərin qiymətləndirilməsində iştirak etmir. (qəbul edilmədi) Koalisiya üzvü İlham Hüseynli qiymətləndirmədə iştirak etməyəcəyini bildirdi. İclasın davam etdirilməsi və iclasın gedişi ərzində qiymətləndirmə bülletenlərinin Aydın Nizamova təqdim edilməsi və nəticələr hesablandıqdan sonra elan edilməsi qərara alındı. 2. Layihə icraçılarının hesabatının dinlənilməsi Qubad İbadoğlu layihə icraçılarının dinlənilməsi qrafikinin tutulduğunu və hər kəsin tanış ola bilməsi üçün onun divardan asıldığını və email ilə bütün Kolaisiya üzvlərini göndərildiyini bildirdi. Həmin qrafikə görə bu gün 3 layihə icraçısının hesabatı nəzərdə tutulurdu. Lakin təəssüf ki, onlardan yalnız biri – “Radio dialoqların təşkili və keçirilməsi” istiqaməti üzrə layihə icraçısı Həqiqət Məmmədova bu gün iclasa gələ bilib. “Region TV-lərdə filmin nümayişi” istiqməti üzrə layihə icraçısı Rövşən Novruzov nəqliyyat problemi üzündən Gəncədən Bakıya gələ bilməyəcəyini nəzərə alaraq hesabat verməsinin başqa vaxta dəyişdirilməsini xahiş edib. “Media forumların təşkili” istiqaməti üzrə Ruslan Xəlil isə bu gün Hərbi Komissarlığa yoxlamadan keçməsi üçün çağrıldığından iclasda iştirak edə bilmir. “Radio dialoqların təşkili və keçirilməsi” istiqaməti üzrə layihə icraçısı Həqiqət Məmmədova bu istiqamət üzrə həyata keçirilən fəaliyyət haqqında məlumat verdi. O bildirdi ki, İctimai Radioda bu istiqamət üzrə cəmi 8 veriliş təşkil edilib və bu verilişlərin hər birində Koalisiyanın 1 eksperti iştirak edib. Bu istiqamət üzrə maliyyə və proqram hesabatı, yalnız 1 veriliş istisna olmaqla bütün verilişlərin audio yazısı (CD) təqdim edilib. CD Təqdim olunmayan verilişin efire getməsi barədə müvafiq arayış əldə edilib. Verilişlər haqqında məlumatlar vebsaytda yerləşdirilib. Sonda Həqiqət Məmmədova iclas iştirakşılarının suallarına cavab verdi. Qubad İbadoğlu bu istiqamətin çox yaxşı səviyyədə həyata keçirildiyini qeyd etdi. Qərar: a) Koalisiyanınm 2007-ci il üçün Vahid layihəsinin “Radio dialoqların təşkili və keçirilməsi” istiqaməti üzrə icraçısı Həqiqət Məmmədovanın məlumatı nəzərə alınsın. b) Bu iclasda hesabat verməli olan, lakin üzrlü səbəbdən iclasda iştirak edə bilməyən layihə icraçılarına növbəti iclaslarda hesabat vermələri üçün imkan yaradılsın. 3. Görülmüş işlər və qərarların icrası Qubad İbadoğlu həftə ərzində görülmüş işlər haqqında məlumat verdi: - “Bakı- Xəbər” qəzetində Qubad İbadoğlunun və İlham Hüseynlinin iştirakı ilə media forum keçirilib; - Koalisiya üzvü Əhməd Abbasbəyli ilə birlikdə sorğu anketinin layihəsi hazırlanıb (bu iclasın müzakirəsinə çıxarılıb); - Şuranın keçən iclasının qərarı ilə Siyasət sənədləri üzrə təkliflərdə çatışmazlıqlar əsasən aradan qaldırılıb və Şura üzvlərinə göndərilib; - “İnformasiyanın idarə olunması haqqında” Qaydalar bu iclasın müzakirəsinə çıxarmaq üçün hazırlanıb və elektron variant Şura üzvlərinə çatdırılıb; - Keçən iclasda məlumat verildiyi kimi Yəməndən gələn nümayəndə heyəti bu həftə Bakıda olacaq və Koalisiyada da görüşlər olacaq; Qərar: Qubad İbadoğlunun həftə ərzində görülmüş işlər və qərarların icrası haqqında verdiyi məlumat nəzərə alınsın. 4. Audit rəyi üzrə Koalisiya Analitik qrupun işinin nəticələrinin müzakirəsi Qubad İbadoğlu məlumat verdi ki, Analitik qrupun ilkin rəyi var, lakin bu rəy hələ tam yekunlaşmadığından hələlik Şura üzvlərinə göndərilməyib. Axırıncı hesabatlara audit rəyi əvvəlkilərdən fərqlidir və bəzi məsələlər daha geniş şərh edilir. Buna görə də Koalisiyanın da rəyinin daha geniş olacağı gözlənilir. O, Koalisiyanın Rəyinin layihəsinin hazırlanmasının başa çatdırılması üçün əlavə 1 həftə də vaxt verilməsini xahiş etdi. Qərar: Koalisiyanın Rəyinin layihəsinin hazırlanmasının başa çatdırılması üçün Analitik qrupun onlara əlavə 1 həftə də vaxt verilməsi haqqında xahişi nəzərə alınsın. 5. Auditor Seçimi qrupunda Koalisiyanın iştirakının tənzimlənməsi Auditor Seçim qrupuna Koalisiyadan yeni üzvlərin namizədliyi irəli sürülsü və onlar səsvermə ilə təsdiq edildilər. Qərar: Koalisiya üzvləri Şamil Mövsümov və Çingiz Dadaşov Auditor Seçim qrupunda Koalisiyanın təmsilçiləri kimi təsdiq edilsinlər. 6. Monitorinq Qrupunun tövsiyələrinin müzakirəsi MQ üzvlərindən heç kim iclasda iştirak etmədiyindən və Şuraya heç bir tövsiyə təqdim edilmədiyindən bu məsələ müzakirə edilmədi. Bununla belə, Şura üzvü Nəriman Ağayev bildirdi ki, MQ-nun son 6-cı iclasının protokolu saytda yerləşdirilsə də, tanış olmaq üçün Şura üzvlərinə göndərilməyib. O xahiş etdi ki, gələcəkdə bu nəzərə alınsın. Oqtay Gülalıyev MQ-nin son iclasının nə vaxt keşirildiyi haqqında sorğu verdi. Eyni zamanda bildirdi ki, may ayında MQ-yə edilən müraciətə hələ də rəy bildirilməyib. Onda olan məlumata görə MQ-nun son iclası keçirilib və onun Rəyi var. Lakin nədənsə bu iclasın müzakirəsinə təqdim edilməyib. Qubad İbadoğlu bildirdi ki, o MQ iclaslarına dəvət olunmur və digər Şura üzvləri kimi MQ-nin iclaslarının protokolları ilə əsasən saytdan tanış olur. MQ üzvlərindən bir nəfəri- Ruhəngiz Hüseynova xaricdə ezamiyyətdə, Azər Mehtiyev rayonda və Fəqan Əliyevin isə vacib işi olduğundan bu iclasda iştirak etmirlər. MQ ona Şuranın iclasında rəyin müzakirəsi üçün müraciət etməyib. Şura Qubad İbadoğluna həvalə etdi ki, MQ üzvləri ilə əlaqə saxlasın və bu iclasda qaldırılan məsələlərə aydınlıq gətirmək üçün növbəti iclasda üzvlərindən ən azı birinin iştirakını təmin etsin. 7. “İnformasiyanın idarə olunması” qaydaları layihəsinin müzakirəsi Layihənin müəllifi Ramil Qasımzadə iclasda iştirak etmədiyi üçün müzakirə təxirə salındı. 8. Sorğu anketi layihəsinin müzakirəsi Qubad İbadoğlu Sorğu anketi layihəsi haqqında məlumat verdi. Bildirdi ki, təklifin müəllifi Koalisiya üzvü Əhməd Abbasbəylidir. Sorğunun keçirilməsində əsas məqsəd Koalisiyanın, onun seçkili orqanlarının işinə Koalisiya üzvləri tərəfindən qiymət verilməsi və fəaliyyətin yaxşılaşdırılması üçün rəyin öyrənilməsidir. Qərar: Sənəd ilə tanış olmaq üçün Şura üzvlərinə 1 həftə vaxt verilsin. Sənədin üzakirəsi və təsdiqi Şuranın növbəti iclasının gündəliyinə salınsın. 9. Cari məsələlər Telman Zeynalov təklif etdi ki, növbəti iclasda Koalisiyanın həmsədrlik institutu təsis edilməsi haqqında məsələ müzakirə edilsin. Oqtay Gülalıyev bildirdi ki, bu məsələ Əsasnaməyə dəyişikliklərlə bağlıdır və Əlaqələndiricidən xahiş etdi ki, Əsasnaməyə düzəliş və təkliflər vermələri haqqında bir müddət əvvəl Koalisiya üzvlərinə etdiyi müraciəti təkrar etsin. Nəriman Ağayev məlumat verdi ki, 25 sentyabr 2007-ci il tarixdən Koalisiyada üzvlüyünü dayandırır və bu haqda yazılı məlumatı Əlaqələndiriciyə təqdim edir. 1. Siyasət sənədi üzrə müsabiqənin nəticələrinin elanı (davamı) Aydın Nizamov qiymətləndirmənin nəticələrini elan etdi: | Iddiaçının Adı və Soyadı | Təklifinin topladığı bal | Iddiaçının Adı və Soyadı | Təklifinin topladığı bal | | Oqtay Gülalıyev | 139 | Vüsal Qasımlı | 162 | | Sahib Məmmədov | 188 | Elşad Hüseynov | 113 | | Qubad İbadoğlu | 224 | Əsgər Əhməd | 121 | | Şamil Mövsümov | 122 | Sadiq Həsənov | 111 | | Həmid Xəlilov | 118 | Zohrab İsmayıl | 120 | | Məhəmməd Talıblı | 124 | İnqilab Əhmədov | 232 | | Sabit Bağırov | 239 | Mübariz Tağıyev | 54 | Bu məsələ ilə bağlı son qərarın qəbul edilməsi Şuranın növbəti iclasına təxirə salındı. İclasın sədri: Sevgim Rəhmanov
◄ 1 ... 27 28 29 ... 39 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:23:32
|