Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 16 May 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

MSŞA Koalisiyası Şurasının iclası #27(107)(07/09/2007)

MSŞA Koalisiyası Şurasının iclası #27(107)(07/09/2007)
MSŞA Koalisiyası Şurasının 07 sentyabr 2007-ci il tarixli iclasının PROTOKOLU
Gündəlik: 1) Qərarların icrası və görülmüş işlər 2) Siyasət sənədlərinin seçim meyarlarının müəyyənləşdirilməsi və verilmiş təkliflərin seçilməsi ilə bağlı prosedurların müzakirəsi 3) Ümumi Yığıncağa hazırlıq və Təşkilat Komitəsinin iş planının müzakirəsi 4) Nicat Dağların müraciətinin müzakirəsi  5) Cari məsələlər

İştirak edirlər:

  • Şura üzvləri – 8 nəfər
  • Monitorinq Qrupu – 1 nəfər
  • Koalisiya üzvləri – 13 nəfər
  • Dəvət edilmişdir- 1 nəfər
  • İclasın sədri: Qubad İbadoğlu

Gündəliyi təqdim edərkən iclasın sədri Qubad İbadoğlu siyasət sənədlərinin hazırlanması üzrə verilmiş təkliflərə baxılması üçün Seçim Qrupunun bu günə təyin edilmiş iclasının baş tutmaması səbəbləri haqqında məlumat verdi və bildirdi ki, Seçim Qrupunun üzvləri çalışmalıdırlar ki, növbəti həftənin cümə günü iclasa toplaşsınlar. Bu günə təyin edilmiş iclasın baş tutmamasına baxmayaraq o təklif etdi ki, bu məsələnin həlli gecikir və buna görə də bu gün Şura seçim meyarları və təkliflərin seçilməsi ilə bağlı digər məsələləri müzakirə etsin. Şura üzvləri bu təkliflə razılaşdılar.

Gubad İbadoğlu gündəliyin digər məsələlərini də ayrı- ayrılıqda təqdim etdikdən sonra gündəlik səsə qoyuldu və təsdiq edildi.

Gündəlik:

  • Qərarların icrası və görülmüş işlər
  • Siyasət sənədlərinin seçim meyarlarının müəyyənləşdirilməsi və verilmiş təkliflərin seçilməsi ilə bağlı prosedurların müzakirəsi
  • Ümumi Yığıncağa hazırlıq və Təşkilat Komitəsinin iş planının müzakirəsi
  • Nicat Dağların müraciətinin müzakirəsi
  • Cari məsələlər

Müzakirələr:

1. Qərarların icrası və görülmüş işlər

Şuranın Əlaqələndiricisi Qubad İbadoğlu məlumat verdi:

-  MHŞT hesabatları üzrə Analitik qrup fəaliyyətə başlayıb. Hesabatda və Audit Rəyində bir sıra sual doğuran məsələlər var. Ümumiyyətlə bu Rəydə əvvəlkilərdən fərqli cəhətlər var. Yaranan suallar qruplaşdırılır. Hələlik 6 qrup suallar müəyyənləşdirilib. Bəzi məsələlərlə bağlı audit şirkətinə müraciət edilib və onlardan həmin məsələlərə izah alınıb. Şuranın növbəti iclasında Koalisiyanın rəyinin ilkin variantı müzakirəyə təqdim ediləcək.

-  Audit şirkəti Seçim Qrupunun Koalisiyadan olan üzvlərinə müraciət edilib və onların SQ-nun iclaslarına qatılmamalarının səbəbi araşdırılıb. SQ üzvləri Sahib Məmmədov və Əvəz Həsənov hər ikisi oxşar cavab vermiş və bildirmişlər ki, onlar o zaman SQ-nun iclaslarına qatıla bilərlər ki, bu iş ödənişli olsun. Əgər Koalisiya üzvlərindən kimlərsə könüllü olaraq SQ-nun üzvü olmaq istəyirlərsə, onlar buna etiraz etmirlər. Bunu nəzərə alıb Şura sentyabrın 21-dək SQ-da Koalisiyanın təmsilçiliyi məsələsini də həll etməlidir.

-  “Bizim Gündəm” qəzetinin Baş redaktor müavini Nicat Dağlar Şuraya etdiyi müraciətlə bağlı iclasa dəvət edilib və bu iclasda iştirak edir.

-  Bu gün (07 sentyabr) ofisdə Qubad İbadoğlu, İnqilab Əhmədov, Azər Mehtiyev, ACİ YF-dan Fərda Əsədov və Fidan Nəcəfovanın iştirakı ilə görüş keçirilib və bu yaxınlarda Yəməndən, bir qədər sonra Qırğızıstandan gələcək qonaqların səfər gündəliyi müzakirə edilib.

Koalisiyanın Gəncə bölgə əlaqələndricisi Aslan Vəliyev keçən həftə ərzində bölgədə (Gədəbəy və Daşkəsən rayonlarında) keçirdikləri iki görüş haqqında məlumat verdi. Bu görüşlər haqqında geniş məlumat Koalisiyanın vebsaytında yerləşdirilib.

Müzakirələrdə iclas iştirakçıları MHŞT üzrə yeni Memorandum imzalanması və ya mövcud Memorandumun təkmilləşdirilməsinin getdikcə aktuallaşdığını qeyd etdilər. Razılaşdırıldı ki, Memoranduma dəyişikliklər layihəsinin müəllifi Sabit Bağırov olduğu üçün onun iştirakı ilə növbəti iclasların birində bu məsələ müzakirə edilsin.

Qərar: Qərarların icrası və görülmüş işlər haqqında məlumatlar nəzərə alınsın. 

2. Siyasət sənədlərinin seçim meyarlarının müəyyənləşdirilməsi və verilmiş təkliflərin seçilməsi ilə bağlı prosedurların müzakirəsi

Qubad İbadoğlu Siyasət sənədləri təkliflərinin qiymətləndirilməsi üçün təklif etdiyi meyarları açıqladı:

a)  Təqdim olunan icmalın mətninin Siyasət sənədininin mövzusuna uyğun olması;

b)  Tədqiqatçının icmalda qoyduğu sualların aydınlığı və orijinallığı;

c)  Tədqiqatçının Siyasət sənədinin yaza bilmək bacarığı;

O, iclas iştirakçılarından əlavə təkliflər varsa bildirməyi xahiş etdi.

Nəriman Ağayev müsabiqəyə təqdim edilmiş təkliflərin müsabiqə şərtlərinə uyğun olmasının vacibliyini qeyd etdi. Xüsusilə, təkliflərin və tələb olunan digər sənədlərin hamısının təqdim edilməsi və onların Azərbaycan dilində olmasına diqqətli olmağı xahiş etdi.

Qubad İbadoğlu alternativ variant kimi təqdim edilmiş hər bir icmal üzrə Siyasət sənədinin hazırlanmasını və qiymətləndirməni sonda Siyasət sənədləri üzrə aparmağı təklif etdi. O, Şuradan xahiş etdi ki, bu təklifi nəzərdən keçirsin.

Dünya Sakit Seçim Qrupunun tərkibini onun üzvlərindən bəziləri müsabiqədə iştirak etdiyi üçün maraqlar konfliktini nəzərə alaraq yenidən təşkil etməyi təklif etdi.

Qubad İbadoğlu müzakirələri yekunlaşdıraraq Siyasət sənədlərinin qiymətləndirilməsi ilə bağlı hər iki variantın (1-ci variant: təqdim edilmiş icmallar qiymətləndirilir və seçilmiş icmallar üzrə müəlliflərin hazırlayacağı Siyasət sənədləri sonrakı mərhələdə yenidən qiymətləndirilir; 2-variant: Müsabiqəyə təqdim edilmiş bütün icmallar üzrə müəlliflər siyasət sənələri hazırlayır və sonda onlar qiymətləndirilir) üstün və catışmayan cəhətlərini bir daha qeyd etdi.

Oqtay Gülalıyev təkliflərə baxılmasının təklif olunan yeni qaydasının da yaxşı cəhətləri olduğuna baxmayaraq artıq Şuranın qiymətləndirmənin proseduru ilə bağlı qərarı olduğunu və bu qərara əməl etməyin vacibliyini qeyd etdi. O, əvvəl qəbul edilmiş qərar əsasında əvvəlcə icmalların, ikinci mərhələdə isə Siyasət sənədlərinin qiymətləndirilməsini yerinə yetirməyi daha düzgün hesab etdiyini bildirdi.

Nəriman Ağayev müsabiqəyə təqdim edilmiş icmalları və CV-ləri email vasitəsi ilə Seçim qrupuna göndərilməsini təklif etdi.

İnqilab Əhmədov yazılacaq Siyasət sənədlərinin konkret sayının göstərilməsinə etiraz etdi. O bildirdi ki, müsabiqəyə təqdim ediləcək bütün təkliflərin Siyasət sənədi kimi tələblərə cavab verəcəyinə əmin deyil. Bu halda daha düzgün olardı ki, Seçim qrupu məhz Siyasət sənədi kimi bütün tələblərə cavab verən təklifləri Siyasət sənədi kimi təsdiq etsin və bu iş üçün ayrılmış vəsait bütün təkliflər arasında deyil, yalnız tələblərə cavab verən Siasət sənədlərinin mükafatlandırılmasına yönəldilsin.

Qubad İbadoğlu müzakirələrdə verilmiş təklifləri sistemləşdirərək onları səsə qoydu:

1)  30 avqust tarixədək təklif göndərmiş iddiaçılar Siyasət sənədlərinin hazırlamağa başlasınlar və hazır olduqdan sonra qiymətləndirmə keçirilsin;

2)  Şuranın bu məsələ ilə bağlı əvvəlki qərarlarına uyğun olaraq əvvəlcə icmallar qiymətləndirilsin və seçilmiş təkliflər üzrə Siyasət sənədlərinin hazırlanmasına başlanılsın;

3)  İcmal və CV-lər qiymətləndirmə üçün kənar şəxs- rəyçiyə göndərilsin.

Monitorinq qrupu üzvü Azər Mehtiyev və Şura üzvü Oqtay Gülalıyev əvvəlcə Siyət sənədlərinin seçilməsi ilə bağlı Şuranın 17 avqust qərarının ya ləğv edilməsini, ya da ona dəyişikliklər edilməsi haqqında Şuranın qərar qəbul etməli olduğunu bildirdilər. Səsvermə ilə qərar qəbul edildi:

  Qərar: Siyət sənədlərinin seçilməsi ilə bağlı Şuranın 17 avqust qərarı qüvvədə qalır və ona heç bir dəyişiklik və düzəliş edilmir. Göndərilmiş bütün icmal- təkliflər və müəlliflərin CV-lərinin Seçim qrupu üzvlərinə və Anar Əhmədova göndərilməsi Qubad İbadoğluna həvalə edilsin. Müsabiqə komissiyasının növbəti iclası avqustun 14-də saat 15.00 təyin edilsin.

3.  Ümumi yığıncağa hazırlıq və Təşkilat Komitəsinin İş planının müzakirəsi

Qubad İbadoğlu ÜY-ə hazırlıq üzrə Təşkilat Komitəsinn Iş planı ilə iclas iştirakçılarını tanış etdi. Bənd- bənd müzakirələrdən sonra İş planı düzəlişlə təsdiq edildi. (Protokola əlavə edilir.)

4.  “Bizim Gündəm” qəzetinin Baş redaktor müavini Nicat Dağların Şuraya müraciətinin müzakirəsi

Qubad İbadoğlu məlumat verdi ki, Şuranın keçən iclasının qərarı ilə Nicat Dağlar dəvət edilib və o, iclasda iştirak edir. Söz Nicat Dağlara verildi. O cıxışında bildirdi ki, “Bizim Gündəm” qəzetinin rəhbərliyində təmsil olunsa da, son vaxtlar bu qəzetin səhifələrində MSŞA Koalisiyasının əleyhinə verilmiş yazılarla heç bir əlaqəsi yoxdur, o həmin yazıları təqdir etmir və onların əleyhinədir. Bununla belə, qezetdə yüksək vəzifə tutmasına baxmayaraq o belə yazıların qarşısını da ala bilməz. O həmin yazıları onun adı ilə bağlayanların ona böhtan atdığını bildirdi və əlavə etdi ki, məhz həmin günlərdə o elə həmin qəzetin səhifələrində Koalisiya haqqında çox müsbət fikirlərlə geniş məqalə yazıb. Eyni zamanda o, Koalisiya yaranandan bəri imkanı daxilində daim onun fəaliyyətlərində iştirak etmiş, xüsusilə ilk mətbuat forumlarının, 2006-cı ildə keçirilmiş kampaniyanın mətbuatda işıqlandırılmasının əsas təşkilatçılarından olub. O hələ 2 il bundan əvvəl Koalisiyaya üzv olmaq haqqında ərizə ilə müraciət edib, təəssüf ki, indiyədək onun ərizəsinə baxılmayıb, və yaxud ona cavab verilməyib. O bu istəyini Şuraya bu dəfəki müraciətində buir daha təkrar edib. Nicat Dağlar israrla xahiş etdi ki, Şura onun üzvlük xahişinə baxsın və onu Koalisiya sıralarına üzv qəbul etsin.

Müzakirələrdən sonra Nicat Dağlara bildirildi ki, o, Koalisiyaya üzv olmaq istəyirsə, qəbul edilmiş formada ərizə ilə müraciət etməlidir. Şura növbəsi çatdıqda ümumi qaydada onun ərizəsinə baxacaq və müvafiq qərarını bildirəcək.

5. Cari məsələlər

Auditor Seçim qrupuna yeni üzvlərin seçilməsi və mədən sənayesinin neft- qazdan kənar sektorlarının MSŞT prosesinə cəlb edilməsi məsələlərinin növbəti iclasın gündəliyinə salınması razılaşdırıldı.

Qubad İbadoğluna həvalə edildi ki, Siyasət sənədlərinin yazılamsı üçün müsabiqədə iştirak edən və bunun üçün qısa icmal- təklif göndərənlər öz CV-lərini də Azərbaycan dilində göndərmələri üçün müraciət etsin.

Əlavə 1: 10-cu Ümumi Yığıncağa hazırlıq üzrə Təşkilat Komitəsinin İş planı

 

İclasın sədri: Qubad İbadoğlu


10 cu Ümumi yığıncağa hazırlıq üzrə Təşkilat Komitəsinin İş Planı

Sıra sayı

Həyata keçiriləcək tədbirin adı

Tədbirin icrasina başlanma tarixi

Tədbirin icrasinın  bitmə tarixi

Məsul şəxs

Qeyd

1.

Üzvlərin yenidən qeydiyyatının aparılması

15.09.07

15.10.07

Q.İbadoğlu

 

2.

Ümumi Yığıncağın keçiriləcəyi yerin müəyyənləşdirilməsi

01.09.07

30.09.07

Təşkilat Komitəsi

 

3.

Ümumi Yığıncağın Reqlament layihəsinin hazırlanması

01.09.07

15.09.07

Nəriman Ağayev

 

4.

Əsasnaməyə müvafiq əlavə və dəyişikliklərin layihəsinin hazırlanması

01.09.07

25.09.07

Oqtay Gülalıyev

 

5.

Ümumi Yığıncağın  gündəlik layihəsinin hazırlanması

25.09.07

05.10.07

Təşkilat Komitəsi

 

6.

Ümumi Yığıncağa dəvət olunacaq qonaqların siyahısının hazırlanması

05.10.07

15.10.07

Təşkilat Komitəsi

 

7.

Ümumi Yığıncağın keçirilıməsi ilə  bağlə lazımi avadanlıqların invertarizasiyası

15.10.07

19.10.07

Təşkilat Komitəsi

 

8.

Ümumi Yığıncaq keçirilən otağın dizaynının hazırlanması

 

19.10.07

Təşkilat Komitəsi

 

9.

Ümumi Yığıncağın keçirilməsi ilə bağlı mətbuata açıqlamanın  hazırlanması  və yayılması

 

19.10.07

Mətbuat Xidməti

 

10.

Ümumi Yığıncaq keçiriləndən sonra  mətbuata açıqlamanın  hazırlanması və yayılması

 

22.10.07

Mətbuat Xidməti

 

  İş Planı MŞHT Koalisyası  Şurasının  07 sentyabr 2007-ci  il tarixli  iclasında qəbul edilib.

 


1 ... 26 27 28 ... 39 A


Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:23:29

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.181124