|
MSŞA Koalisiyası Şurasının iclası #26(106)(31/08/2007)
MSŞA Koalisiyası Şurasının iclası #26(106)(31/08/2007)
MSŞA Koalisiyası Şurasının 31 avqust 2007-ci il tarixli iclasının P R O T
O K O L U
 Gündəlik:
1. Qərarların icrası və görülmüş işlər
2. MHŞT üzrə 6-cı hesabatın nəticələrinin müzakirəsi və analitik qrupun təşkili
3. Ümumi Yığıncağa hazırlıq
4. Layihə icraçılarının hesabatlılığı
5. Jurnalın birinci sayının nəşri ilə bağlı vəziyyətin müzakirəsi
6. Cari məsələlər
İştirak edirlər: Şura üzvləri – 7 nəfər Monitorinq Qrupu – 1 nəfər Koalisiya üzvləri – 12 nəfər İclasın sədri: İlham Hüseynli Gündəliyin müzakirəsi zamanı verilən sorğu və təkliflər: Oqtay Gulalıyev: MQ-na may ayında etdiyi müraciətə cavab verilməməsinin və keçən iclasın gündəliyinə salınmış, lakin müzakirəsi bu iclasa təxirə salınmış “Gündəm” qəzetinin Baş redaktorunun müavini Nicat Dağların müraciətinin müzakirəsinin bu iclasın gündəliyinə salınmamasının səbəbləri. Qubad İbadoğlu bildirdi ki, bu iclasın gündəliyi tərtib edilərkən MQ-na muraciət edilib və MQ hələ ki, araşdırma aparıldığını və buna görə də gündəliyə təklifləri olmadığı bildirib. Nicat Dağların Şuraya müraciətinin müzakirəsinə isə 24 avqustda 6 Şura üzvünün və 15-dək Koalisiya üzvünün iştirak etdiyi toplantıda ehtiyac olmadığı qənaətinə gəlinib. Müraciətin sonunda Nicat Dağlar Koalisiyaya üzv qəbul edilməsini xahiş edir. Hələlik Koalisiyaya üzvlük müvəqqəti dayandırıldığı üçün, Ümumi yığıncaqdan sonra onun qəbul edilmiş ərizə forması ilə müraciətinə digər ərizələrlə birlikdə baxılacaq. Koalisiya üzvü Mübariz Tağıyev Şura iclaslarında yetərsayın çətinliklə alındığını və cari məsələ kimi Şura üzvlərinin iclaslarda iştirakı üzrə məsuliyyət məsələsinə baxılmasını təklif etdi. Müzakirədən sonra Nicat Dağların müraciəti ilə bağlı qərara alındı ki, o, Şuranın növbəti iclasına dəvət edilsin və iştirak etdiyi halda onun müraciətinin müzakirəsi gündəliyə salınsın. Sonda gündəlik təsdiq edildi. Gündəlik: 1. Qərarların icrası və görülmüş işlər 2. MHŞT üzrə 6-cı hesabatın nəticələrinin müzakirəsi və analitik qrupun təşkili 3. Ümumi Yığıncağa hazırlıq 4. Layihə icraçılarının hesabatlılığı 5. Jurnalın birinci sayının nəşri ilə bağlı vəziyyətin müzakirəsi 6. Cari məsələlər Müzakirələr: 1. Qərarların icrası və görülmüş işlər Şuranın Əlaqələndiricisi Qubad İbadoğlu məlumat verdi: - Vahid Layihə çərçivəsində Şamaxıda, Xaçmazda və Gədəbəydə tədbirlər keçirilib; - Layihə icraçıları ilə görüş keçirilib və Vahid Layihənin icra vəziyyəti müzakirə edilib. Vahid Layihə üzrə icraçıların Şurada hesabat vermələrinin qrafiki müəyyənləşdirilib; - Norveç səfirliyinə layihə təklifi hazırlanıb və təqdim edilib; - Koalisiyanın jurnalist üzvləri ilə görüş keçirilib və Mətbuat xidmətinin işinin təşkili və gücləndirilməsi yolları müzakirə edilib; - Xaricdən (Yəməndən 15- 20 sentyabrda və Qırğızıstandan 1-5 oktyabrda) gələcək qonaqların səfəri ilə bağlı yazışmalar davam edir; - Siaysət sənədlərinin yazılması ilə bağlı müsabiqəyə təkliflərin verilməsi davam etdirilib və dünən başa çatıb. Bununla bağlı növbəti addımlar üçün Şuranın qərarı olmalıdır; - Memoranduma dəyişikliklərlə bağlı Koalisiyanın dəyişikliklər təklifi və ARDNF İcraçı Direktoruna müvafiq məktub layihəsi Sabit Bağırov tərfindən hazırlanıb və o, təklif edir ki, bu təkliflər 6-cı hesabata dair Koalisiyanın rəyi açıqlanarkən təqdim edilsin. - 2006-cı ildə həyata keçirilmiş layihələrlə bağlı icraçıların MQ-na hesabatlarını təqdim etmələri yubanır. Bu günədək cəmi 3 icraçı müvafiq hesabatları təqdim edib (Ehtiram Əliyev, Oqtay Gülalıyev və Fəqan Əliyev). - Keçən illər və bu il həyata keçirilən və keçiriləcək bütün layihələr üzrə donor təşkilatla bağlanmış müqavilələrin surətləri Koalisiya ofisinin arxivində toplanmalıdır. İnqilab Əhmədov Qazaxıstana səfər barədə məlumat verdi. O bildirdi ki, MSŞA Koalisiyası professionallıq cəhətdən Qazaxıstan QHT Koalisiyasından daha üstün olsa da, çevik fəaliyyət göstərmələri onların nüfuzunu və təsirini xeyli artırır. Buna görə də Qazaxıstan koalisiyasından bəzi şeyləri götürüb istifadə etmək olar. Məsələn, Şuradan kənar müstəqil kordinatorun olması və cari fəaliyyətin ona həvalə edilməsi koalisiyanın fəaliyyətini daha da çevik edə bilər. O əlavə etdi ki, sentyabrın 28-də Osloya səfərə gedir və orada PWYP təşkilatı idarə heyətinin ilk yığıncağında iştirak edəcək. Həmin yığıncaqda MHŞT məsələlri geniş müzakirə olunacaq və Koalisiya adından təkliflər olarsa, onları səsləndirməyə hazırdır. Nəriman Ağayev Koalisiyanın Gəncə şöbəsinin təşəbbüsü ilə Gədəbəydə rayon İcra hakimiyyəti aparatının təşkil etdiyi görüş haqqında məlumat verdi. Görüş barədə Gəncə şöbəsinin hazırladığı pres- relizin şəbəkədə və vebsaytda yayıldığını bildirdi. Qərar: a) Qərarların icrası və görülmüş işlər haqqında məlumatlar nəzərə alınsın. b) Siyasət sənədləri ilə bağlı Seçim Qrupunun iclası 07 may, 2007-ci il tarixdə saat 15.00 təyin edilsin. İddiaçılar həmin iclasa dəvət edilsin. 2. MHŞT üzrə 6-cı hesabatın nəticələrinin müzakirəsi və analitik qrupun təşkili Qubad İbadoğlu 6-cı hesabatın təqdimat mərasimi haqqında məlumat verdi və Şura üzvlərindən xahiş etdi ki, təqdimat mərasimlərində fəal iştirak etsinlər. Eyni zamanda artıq 7-ci hesabatın hazırlıq mərhələsinə də start verilmişdir. 7-ci hesabat üzrə Seçim qrupuna sədrlik növbəsi Koalisiyadadır və onun ilk iclasına Şura üzvü Mirvari Qəhrəmanlı sədrlik edib. Onun verdiyi məlumata görə sentyabrın 20-dək auditor şirkətlərinə məktublar göndəriləcək və onlar müsabiqədə iştirak etmək üçün dəvət ediləcəklər. Sentyabrın 21-də Seçim qrupunun növbəti iclasında alınacaq təkliflər üzrə 7-ci hesabat üçün auditor şirkəti seçiləcək. Qubad İbadoğlu təklif etdi ki, Koalisiyadan Seçim qrupunun üzvlərindən biri- Himayət Rizvanqızı Koalisiyanı tərk etdiyi üçün Seçim qrupunda onu əvəz etmək üçün bir nəfər seçilməlidir. Eyni zamanda Seçim qrupunun digər üzvləri- Əvəz Həsənov və Sahib Məmmədov müxtəlif səbəblərdən artıq bir neçə dəfə Seçim qrupunun iclaslarında iştirak etmirlər. O xahiş etdi ki, Şura bu məlumatları nəzərə alsın. Müzakirələrdən sonra qərara alındı ki, Seçim qrupunun Koalisiyadan olan üzvlərinin iştirakı ilə bu məsələ Şuranın növbəti iclasında müzakirə edilsin. 6-cı hesabatın təhlili və Koalisiyanın rəyinin hazırlanması üçün analitik qrupun yaradılması qərara alındı. Analitik qrupun tərkibi təsdiq edildi: 1. İnqilab Əhmədov 2. Qubad İbadoğlu 3. Sabit Bağırov 4. Elşad Hüseynov 3. Ümumi yığıncağa hazırlıq Qubad İbadoğlu ÜY-ə hazırlıq üzrə Təşkilat Komitəsinn son iclası haqqında məlumat verdi. Bildirdi ki, TK-nin Fəaliyyət Planı təsdiq edilib. FP-da üzvlərin 15 sentyabr- 15 oktyabr dövründə yenidən qeydiyyatı aparılacaq, ÜY-ın keçiriləcəyi yer müəyyənləşdiriləcək, Əsasnaməyə dəyişikliklər layihəsi hazırlanacaq və s. Qərar: Ümumi yığıncağa hazırlıq üzrə TK-nin məlumatı nəzərə alınsın. 4. Layihə icraçılarının hesabatlılığı Qubad İbadoğlu məlumat verdi ki, Vahid Layihə istiqamətləri üzrə icraçıların Ümumi yığıncağadək fəaliyyətlərin yerinə yetirilməsi üzrə hesabat vermələri nəzərdə tutulub. ÜY-dək hər Şura iclasında 3 layihə icraçısının hesabat verməsi nəzərdə tutulur. Vahid Layihə üzrə ümumi hesabat Qubad İbadoğlu tərəfindən Şuraya və Ümumi yığıncağa təqdim ediləcək. Qərar: Layihə icraçılarının hesabatlılığı ilə bağlı Kordinatorun təklifi qəbul edilsin. Kordinatora həvalə edilsin ki, layihə icraçılarının tərtib edilmiş cədvəl üzrə vaxtında hesabat vermələrinə nəzarət etsin. 5. Koalisiya jurnalının birinci sayının nəşri ilə bağlı vəziyyətin müzakirəsi Məsələ ilə bağlı jurnalın Baş redaktoru İlham Şaban jurnalın ilk sayının sentyabr ayında hazır olacağı, onun quruluşu və onda nəzərdə tutulan yazılar haqqında məlumat verdi. Sevgim Rəhmanov MHŞT üzrə hesabatlar və Koalisiyanın bununla bağlı Rəyinin də jurnalda dərc edilsini təklif etdi. Təklifi digər Şura üzvləri də dəstəklədilər. Müzakirələrdə təklif edildi ki, jurnalın adı dəqiqləşdirilsin. Qərar: Baş redaktorun məlumatı nəzərə alınsın. 6. Cari məsələlər Koalisiya üzvü Mübariz Tağıyev Şura üzvlərinin iclaslara davamiyyəti ilə bağlı Monitorinq Qrupunun növbəti iclasda məlumat verməsini təklif etdi. Qərar: Monitorinq Qrupu Şura üzvlərinin iclaslara davamiyyəti ilə bağlı Şuranın növbəti iclasında məlumat versin. Nəriman Ağayev işçilərlə əmək müqavilələrinin bağlanması vəziyyəti və vebsaytda bülletenin ingilis dilində versiyasının yerləşdirilməməsi səbəbi haqqında məlumat verilməsini xahiş etdi. Qubad İbadoğlu Vahid Layihə üzrə bütün işçilərlə, o cümlədən layihə icraçıları ilə əmək müqavilələrinin bağlandığını bildirdi. Oqtay Gülalıyev layihədə bülletenin ingilis dilində hazırlanması nəzərdə tutulmasa da onun hər sayının tərcümə edilərək vebsaytda yerləşdirildiyini qeyd etdi. İclasın sədri: İlham Hüseynli
◄ 1 ... 25 26 27 ... 39 ► ☼ A ₪
Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:23:27
|