Mədən Sənayesində Şəffaflığın
_Artırılması Koalisiyası .

 

For Improving Transparency
  in Extractive Industries

Azərbaycan Qeyri-Hökumət Təşkilatları Koalisiyası

The Coalition of Azerbaijan Non-Goverment Organization

BÖLMƏLƏR

Bu gün: 16 May 2008, Cümə | eng |   AKTUAL

TƏRƏFDAŞLAR

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu   Dünya Bankı Qrupu

OXFAM NOVIB

Fridrix Ebert Fondu

BİZİM KOORDİNATLAR

Koalisiya ofisinin
Ünvanı: AZ1065; Bakı, C. Cabbarlı küç., 44, Caspian Plaza 3, 9-cu mərtəbə
tel/fax: (+99412) 437 13 20
 

 

 

MSŞA Koalisiyası Şurasının iclası #24(104)(27/07/2007)

MSŞA Koalisiyası Şurasının iclası #24(104)(27/07/2007)
Gündəlik: 1) Şura iclaslarının protokollaşdırılması haqqında 2) Qərarların icrası və görülmüş işlər 3) Siyasət yazılarının və müsabiqə qaydalarının təsdiqi 4) Vahid Layihənin idarəetmə qaydaları 5) Memorandumun təkmilləşdirilməsi və Sabit Bağırovun təklifləri ilə bağlı müzakirə 6) Koalisiyanın növbəti Ümumi yığıncağına hazırlıq 7) Cari məsələlər

İştirak edirlər:

  • Şura üzvləri – 8 nəfər
  • Monitorinq Qrupu – 1 nəfər
  • Koalisiya üzvləri – 11 nəfər

Gündəlik:

  1. Şura iclaslarının protokollaşdırılması haqqında
  2. Qərarların icrası və görülmüş işlər
  3. Siyasət yazılarının və müsabiqə qaydalarının təsdiqi
  4. Vahid Layihənin idarəetmə qaydaları
  5. Memorandumun təkmilləşdirilməsi və Sabit Bağırovun təklifləri ilə bağlı müzakirə
  6. Koalisiyanın növbəti Ümumi yığıncağına hazırlıq
  7. Cari məsələlər

Müzakirələr:

  1. Şura iclaslarının protokollaşdırılması haqqında

Təkliflər:

    1. Şura üzvlərindən bir nəfər daimi katib seçilsin;
    2. Əmək haqqı ödənilməklə Şura üzvü olmayan bir nəfər katib təyin edilsin;
    3. Şura iclaslarının protokollaşdırılması növbəti Ümumi yığıncağadək Aydin Nizamova həvalə edilsin.

Qərar:

Şura iclaslarının protokollaşdırılması növbəti Ümumi yığıncağadək Aydin Nizamova həvalə edilsin. Hər iclasın protokolu həmin iclasın sədri tərəfindən təsdiqləndikdən sonra vebsayta yerləşdirilsin.

  1. Qərarların icrası və görülmüş işlər

 Şuranın Əlaqələndiricisi Qubad İbadoğlu məlumat verdi:

  • Şuranın 6 aylıq fəaliyyəti haqqında hesabatı hazırlayıb email vasitəsi ilə Koalisiya üzvlərinə göndərəcək və həmin hesabat əsasında Şuranın Ümumi yığıncağa hesabatı hazırlana bilər və Şurada müzakirələrdən sonra təkmilləşdirilə bilər.
  • Son bir həftə ərzində Qubad İbadoğlu və İnqilab Əhmədov birlikdə siyasət yazılarının 10 mövzusunu layihə kimi müəyyənləşdiriblər. Siyahı email ilə Koalisiya üzvlərinə göndəriblər və onların da təklifləri varsa göndərmələriniu xahiş ediblər. Sabit Bağırov təkliflərini göndərib və həmin təkliflər nəzərə alınıb.
  • Koalisiya ofisində Dünya Bankı İnstutunun açıqladığı “Effektiv idarəetmənin indikatorları”nın 20-dək Koalisiya üzvünün, Milli Büdcə Qrupunun və digər maraqlı şəxslərin iştirakı ilə müzakirəsi keçirilib. Qubad İbadoğlu təqdimatla çıxış edib. Bu müzakirənin davamı olaraq avqustun 3-də BMM-də daha geniş bir tədbir keçiriləcək və arzu edənlər iştirak edə bilərlər. Bu mövzu ilə əlaqədar Qubad İbadoğlu “Azadlıq” radiosunda da öz fikirlərini açıqlayıb. Dünya Bankı payızda bu məsələ ilə bağlı “İndikatorlar”ın müəllifləri ilə video- konfrans keçirməyi təklif edib.
  • Qubad İbadoğlu Avrasiya Fondunun rəhbərliyi ilə görüşüb və Koalisiya ilə Fondun əməkdaşlığı məsələləri müzakirə edilib. Fond bu əməkdaşlıqda maraqlı olduğunu bildirib və növbəti həftə daha bir görüş nəzərdə tutulub.
  • Qafqaz Tədqiqat və Resurs Mərkəzində Koalisiya üzvləri üçün  Siyasət yazısının hazırlanması ilə bağlı treninq keçirilib.

Qubad İbadoğlu ona verilmiş suala cavab olaraq bildirdi ki, Koalisiyanın Vahid layihəsinin həyata keçirilməsinə dəstək almaq üçün Norveç səfirliyi ilə əlaqələr davam etdirilir. Bu barədə son məlumat ondan ibarətdir ki, səfirliyin nümayəndəsi bu yaxınlarda Koalisiyanın müraciətinə rəsmi cavab veriləcəyini və həmin cavabda Vahid Layihədə nəzərdə tutulan istiqamətlərdən birinin maliyələşdiriləcəyini bildirib.

Şura üzvü Oqtay Gülalıyev Koalisiyanın keçirdiyi tədbirlərdə iştirak edən ekspertlərin hələ də Şurada təsdiq edilmədiyindən və bəzən hətta keçirilən tədbirlər haqqında məlumat belə verilmədiyindən narahatlığını bildirdi. Qubad İbadoğlu məlumat verdi ki, əvvəllər ekspertlərin təyin edilməsində bəzi layihə icraçıları Şuranın tövsiyələrinə əməl etməsələr də, onlarla aparılan söhbətlərdən sonra artıq hər bir tədbirdən əvvəl Koalisiya üzvlərinə müraciət edilir və onlar həmin tədbirlərdə iştirak etməyə dəvət olunurlar. Layihə icraçılarının artıq 3 birgə görüşü keçirilib və bu məsələ daim diqqətdədir. O təklif etdi ki, müəyyən edilmiş meyarlar əsas götürülərək koalisiyanın ekspertlərinin siyahısı hazırlansın.

Müzakirənin sonunda qərar qəbul edildi.

Qərar:

Şura kordinatoru Qubad İbadoğlunun keçən həftə ərzində qərarların icrası və görülmüş işlər haqqında məlumatı nəzərə alınsın. Vahid Layihənin icrası zamanı ekspertlərin seçilməsində Şuranın tövsiyələrinin yerinə yetirilməsinə diqqət daha da artırılsın.

  1. Siyasət yazılarının və müsabiqə qaydalarının təsdiqi

İclasın sədri Sevgim Rəhmanov siyasət yazılarının siyahısının son variantının Qubad İbadoğlu və İnqilab Əhmədov tərəfindən hazırlandığını və bu siyahıda Sabit Bağırovun təkliflərinin nəzərə alındığını qeyd etdi. Bu məsələ ilə bağlı bir neçə təkliflər oldu və qərarlar qəbul edildi:

Təklif 1: Siyasət yazılarının hazırlanması müsabiqə yolu ilə həyata keçirilsin.

Qərar 1: Siyasət yazılarının hazırlanması müsabiqə yolu ilə həyata keçirilsin.

Təklif 2:

a)  Təklif edilən müsabiqə qaydaları təsdiq edilsin;

b)  Təklif edilən müsabiqə qaydaları bənd- bənd müzakirə edilsin və səsə qoyulsun;

Qərar 2: Təklif edilən müsabiqə qaydaları bənd- bənd müzakirə edilsin və səsvermə ilə qəbul edilsin.

Müsabiqə qaydaları üzrə təkliflər və qərarlar:

a)  Siyasət yazılarının qısa icmalı təqdim edilməlidir (qəbul edildi)

b)  Müsabiqəyə təqdim ediləcək sənədləri ilkin nəzərdən keçirib Şuraya təqdim edəcək işçi qrup yaradılsın- (qəbul edildi)

c)  Müsabiqə şərtlərindən məhdudlaşdırıcı bəndlər çıxarılsın;

d)  İddiaçı siyasət yazısı təqdim etdiyi mövzuda son üç il ərzində çap olunmuş analitik yazıların siyahısını və yazının qısa təsvirini təqdim etməlidir (1 səhifə);

e)  Bundan əvvəlki təklifə əlavə edilsin: Siyasət yazısı təqdim edənin həmin sahədə nəzəri və praktik təcrübəsi olmalıdır – (iki bənd birlikdə qəbul edildi)

f)  Siyasət yazısı hazırlayacaq şəxs(lər) CV-lərini (1 səhifə) təqdim etməlidirlər- (qəbul edildi)

g)  CV təqdim edilməsi tələb olunmur;

h)  Yazılar nəzərdə tutulan vaxtda başlanıb sona çatdırılmalıdır- (qəbul edildi)

i)  Yazılar siyasi təhlil sənədinin tələblərinə və strukturuna uyğun olmalıdır- (qəbul edildi)

j)  Yazıların həcmi A4 formatda, şriftin ölçüsü 12pt, interval 1 olmaqla 15 səhifədən az olmamalıdır- (qəbul edildi)

k)  İddiaçıların təklifləri (tezislər) 20 avqust 2007-ci il, saat 17.00 -dək qəbul edilir;

l)  İddiaçıların təklifləri (tezislər) 10 avqust 2007-ci il, saat 17.00 -dək qəbul edilir- (qəbul edildi)

Siyasət yazıları mövzuları üzrə əlavə təkliflər:

a)  Ekologiya ilə bağlı siyasət yazısı mövzusu əlavə edilsin;

b)  Neft- qaz resurslarının nəqli, tranziti sənayesi sahəsində Azərbaycan təcrübəsi (mövzular siyahısına əlavə edilir);

c)  Yük göndərən ekspeditor və operator əməliyyat şirkətinin MHŞT prinsiplərinə cəlb olunması üzrə Azərbaycan təcrübəsi (mövzular siyahısına əlavə edilir);

d)  Transnəqliyyat proqramlarında cari texniki, texnoloji və ekoloji prosedurların monitorinqinin proqramlarının konsepti (mövzular siyahısına əlavə edilir);

e)  7-ci bəndin əvəzinə: Mədən Sənayesində şirkətlərin ekoloji siyasətlərinin təhlili, onun mövcud qanunvericiliyə uyğunlaşdırılması imkanları (mövzular siyahısına əlavə edilir) ;

f)  Mədən Sənayesinin Xəzər dənizi hissəsində aparılan ekoloji siyasətin araşdırılması və beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsi (mövzular siyahısına əlavə edilir);

g)  Neft gəlirlərinin effektiv xərclənməsinə ictimai nəzarətin təşkili (mövzular siyahısına əlavə edilir);

Qərar: Siyasət yazıları mövzularının aşağıda verilmiş siyahısı (cəmi 15 mövzu) təsdiq edilsin. Təkliflər 10 avqust saat 17.00-dək Aydın Nizamova təqdim edilir.

Siyasət yazılarının mövzuları:

1)  Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü: ölkə təcrübəsi və inkişaf yolları;

2)  Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün biznes mühitinin yaxşılaşdırılmasındakı rolunun gücləndirilməsi yolları;

3)  Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü və ictimaiyyətin maarifləndirilməsi yolları;

4)  Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün regional iteqrasiya prosesində rolunun gücləndirilməsi;

5)  EİTİ Plyus. Təşəbbüsü necə genişləndirməli?

6)  Azərbaycanın Mədən Sənayesində şəffaflıq təşəbbüsü və effektiv idarəetmənin gücləndirilməsi;

7)  Mədən sənayesi şirkətlərinin ekoloji siyasətlərinin beynəlxalq standartlara uyğunluğunun artırılması, mədən sənayesində şirkətlərin ekoloji siyasətlərinin təhlili, onun mövcud qanunvericiliyə uyğunlaşdırılması imkanları

8)  Azərbaycanın Mədən Sənayesinin özəlləşdirməsi;

9)  Azərbaycanın Mədən Sənayesində beynəlxalq uçot sisteminə keçidin sürətləndirilməsi;

10)  Azərbaycanın Mədən Sənayesində əmək hüquqlarının qorunması;

11)  Neft- qaz resurslarının nəqli, tranziti sənayesi sahəsində Azərbaycan təcrübəsi

12)  Yük göndərən ekspeditor və operator əməliyyat şirkətinin MHŞT prinsiplərinə cəlb olunması üzrə Azərbaycan təcrübəsi;

13)  Transnəqliyyat proqramlarında cari texniki, texnoloji və ekoloji prosedurların monitorinqinin proqramlarının konsepti;

14)  Mədən Sənayesinin Xəzər dənizi hissəsində aparılan ekoloji siyasətin araşdırılması və beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsi

15)  Neft gəlirlərinin effektiv xərclənməsinə ictimai nəzarətin təşkili

Müsabiqə Komissiyası haqqında təkliflər:

a)  Siyasət yazılarının qiymətləndirilməsini Vahid Layihə üzrə yaradılmış Seçim Qrupu həyata keçirsin;

b)  Müsabiəni həyata keçirmək üçün yeni qurum yaradılsın;

c)  Müsabiqə komissiyası Koalisiyadan və Şuradan kənar 3 nəfərdən ibarət olsun;

d)  Komissiya 3 nəfərdən- bir nəfər kənardan- Qafqaz Tədqiqat və Resurs Mərkəzindən, bir nəfər Şuradan- Sabit Bağırov, bir nəfər isə koalisiya üzvündən ibarət olsun;

e)  Müsabiqə Komissiyası- Şura tam tərkibdə və Qafqaz Tədqiqat və Resurs Mərkəzindən Anar Əhmədov (qəbul edildi)

f)  Təkliflər arasından seçim üçün qiymətləndirmə meyarları müəyyənləşdirilsin;

Qərar:

a) Siyasət yazıları hazırlanmasına iddiaların qiymətləndirilməsi üçün tərkibi Şura üzvlərindən (tam heyətlə) və Qafqaz Tədqiqat və Resurs Mərkəzindən Anar Əhmədovdan ibarət Müsabiqə Komissiyası (MK) yaradılır.

b) Avqustun 10-dək seçim üçün qiymətləndirmə meyarları layihəsinin hazırlanması Qubad İbadoğluna həvalə edilsin.

c) MK 10 avqust saat 17-dək Aydın Nizamova təqdim edilmiş təklifləri təhvil alır və onları qiymətləndirmə meyarları əsasında qiymətləndirərək qərarlarını Şuranın avqustun 10-dan sonrakı ilk iclasında açıqlayır.

  1. Vahid Layihənin idarəetmə qaydaları

Təkliflər:

  • Vahid Layihənin İcra Qaydaları və İdarəetmə Qaydaları birləşdirilərək vahid qaydalar hazırlansın və Ümumi yığıncağa təqdim edilsin. Əgər Ümumi yığıncaq gələn il üçün də Vahid Layihə formatını qəbul edərsə, həmin qaydaları da müzakirə edib qəbul etsin.

Qərar: Vahid Layihə ilə bağlı İcra və İdarəetmə qaydaları əsasında bir ay müddətində vahid qaydalar tərtib edib Şuranın müzakirəsinə təqdim etmək üçün 3 nəfərdən-  Qubad İbadoğlu, Oqtay Gülalıyev və Sevgim Rəhmanovdan ibarət İşçi Qrup yaradılır. Şurada qəbul edilmiş qaydalar Ümumi yığıncaqda təsdiq edildikdən sonra qüvvəyə minir və növbəti il üçün Vahid Layihənin icra və idarə edilməsində tətbiq edilir.

  1. Monitorinq Qrupunun tövsiyələrinin müzakirəsi

Monitorinq Qrupu üzvü Azər Mehtiyev MQ-nin son iclasında qəbul edilmiş qərarlar və Şuraya tövsiyələri haqqında məlumat verdi.

MQ-nin tövsiyələri:

  1. MQ müəyyən edib ki, Şuranın 25 may 2005-ci il tarixli iclası Əsasnamə pozuntusuna yol verilməklə keçirilib. Buna görə də MQ Şuraya tövsiyə edir ki, Şuranın həmin iclasında qəbul olunan qərarların icrasını dayandırsın və əgər zərurət varca, orada baxılan məsələlər və qəbul olunan qərarlar yenidən Şura iclasının müzakirəsinə  çıxarılsın.
  2. MQ Şuraya tövsiyə edir ki, Şuranın növbəti iclasında Ə.Həsənov və T.Zeynalovun Şura üzvü olaraq səlahiyyət müddətlərinə aydınlıq gətirsin və bununla bağlı qərar versin.
  3. MQ hesab edir ki, Şura üzvlərinin Koalisiyanın saytında yerləşdirilmiş siyahısında həm Ə.Həsənovun, həm də T.Zeynalovun müddətsiz seçilmiş Şura üzvü kimi qeyd olunması Əsasnamə pozuntusudur. Belə ki, Şura üzvlərinin sayı Ümumi yığıncaqda dəqiq müəyyən olunur. MQ Şuraya tövsiyə edir ki, qeyd olunan siyahıda Ə.Həsənovun və T.Zeynalovun Şura üzvü kimi səlahiyyət müddətlərinin dəqiq göstərilməsini təmin etsin.
  4. Daxil olan müraciətlərin araşdırılması nəticəsində  MQ müəyyən edib ki, Şura iclaslarının təşkilində və idarə olunmasında son zamanlar tədbiq olunan növbəlilik prinsipi Koalisiya  Əsasnaməsinin 8.11-ci bəndinin bəndinin tələblərinə ziddir. MQ Şuraya tövsiyə edir ki, Şura iclaslarının növbəlilik prinsipi ilə təşkili və idarə olunması təcrübəsi dərhal dayandırılsın.

Tövsiyələr üzrə Şura iclasında edilən təkliflər:

  • İclaslara növbəli sədrlik ləğv edilsin, 2-3 nəfərdən ibarət daimi sədrlər müəyyənləşdirilsin
  • Şura üzvü seçilmiş Əvəz Həsənov və Telman Zeynalov bu vaxtadək olduğu kimi Şura iclaslarında öz aralarında razılaşmaya uyğun olaraq sezvermə hüququ ilə iştirakda davam etsinlər və bu məsələnin müzakirəsi dayandırılsın;
  • Kordinator Şura iclaslarını hazırlasın və iclaslara sədrlik isə növbəli olaraq həyata keçirilsin;

Müzakirələrdən sonra MQ-nin tövsiyələri üzrə qərarlar qəbul edildi:

Qərar:

1-ci tövsiyə üzrə:  Şura MQ-nin bu tövsiyəsini kifayət qədər əsaslandırılmış hesab etmir və onu qəbul etmir.

2-ci tövsiyə üzrə: Telman Zeynalova tam hüquqlu Şura üzvü səlahiyyəti verilir və Ümumi yığıncağda yeni Şura seçilənədək bu səlahiyyət onda saxlanılır.

3-cü tövsiyə üzrə: Tövsiyə qəbul edilir və vebsaytda Şuranın 2-ci tövsiyə üzrə qərarına uyğun düzəliş edilməsi Aydın Nizamova həvalə edilir.

4-cü tövsiyə üzrə:

a) Şura MQ-nin bu tövsiyəsini kifayət qədər əsaslı hesab etmir və qəbul etmir.

b) Kordinator Şura iclaslarını təyin etsin, iclası hazırlasın, Şura üzvlərinin təkliflərini də nəzərə almaqla gündəliyi tərtib etsin və öncədən Şura üzvlərinə göndərsin.

c) Şura iclaslarına sədrlik üzvlər tərəfindən növbəli olaraq həyata keçirilsin.

d) Bu qərarlara uyğun olaraq Şura reqlamentinə müvafiq dəyişikliklər edilsin və vebsayta qoyulması növbəti iclasadək təmin edilsin.

  1. Memorandumun təkmilləşdirilməsi və Sabit Bağırovun təklifləri ilə bağlı müzakirə
  • Bu məsələ geniş müzakirə tələb etdiyi üçün növbəti iclasa təxirə salındı.
  1. Koalisiyanın növbəti Ümumi yöğıncağına hazırlıq

Qubad İbadoğlunun məlumatı dinlənildi. O bildirdi ki, Ümumi yöğıncağa hazırlıq işləri nəzərə alınsa, onu avqust ayında keçirmək mümkün olmayacaq. Sentyabr ayında isə koalisiyanın fəaliyyəti ilə tanış olmaq, onun təcrübəsini öyrənmək məqsədi ilə müxtəlif ölkələrdən (Yəmən, Monqolustan və Qırğızıstan) nümayəndələr gələcək və hər bir nümayəndə heyəti bir həftə Bakıda qalacaq, müxtəlif görüşlər, seminarlar və s. tədbirlər keçiriləcək. Eyni zamanda sentyabrın 20-si ərəfəsi Vahid layihə çərçivəsində bir neçə tədbirin kampaniya şəklində keçirilməsi planlaşdırılır.

Oqtay Gülalıyev Koalisiyanın Əsasnaməsinə görə Ümumi yığıncağın sentyabr ayında keçirilməli olduğunu bildirdi.

Azər Mehtiyev qeyd etdi ki, Əsasnaməyə görə Ümumi yığıncaq ən azı yarım ildə bir dəfə keçirilməlidir. Belə olduqda növbəti Ümumi yığıncaq oktyabr ayında da keçirilə bilər.

Təkliflər:

  • Ümumi yığıncaq oktyabr ayında keçirilsin.
  • Ümumi yığıncaq sentyabr ayında keçirilsin.
  • Ümumi yığıncaq (hesabat- seçki yığıncağı) dekabr ayında keçirilsin.

Müzakirələrdən sonra razılaşdırıldı ki, Ümumi yığıncaq oktyabr ayının birinci on günlüyündə keşirilsin.

Qərar:

a)  Koalisiyanın növbəti Ümumi hesabat- seçki yığıncağı oktyabr ayının birinci on günlüyündə keçirilsin.

b)  Ümumi yığıncağa hazırlıq işlərini yerinə yetirmək üçün 7 nəfərdən ibarət Təşkilat Komitəsi (TK) yaradılsın. 

c)  Təşkilat Komitəsinin tərkibi aşağıda adları çəkilən Koalisiya üzvləri təsdiq edilsin:

1.  Qubad İbadoğlu

2.  Mehriban Vəzir

3.  Oqtay Gülalıyev

4.  Nəriman Ağayev

5.  Həqiqət Məmmədova

6.  Elşad Hüseynov

7.  Sevil Allahverdiyeva

d)  TK avqustun 10-dək ÜY keçirilməsi ilə bağlı iş planını, təkliflərini  və gündəliyi hazırlayıb Şura üzvlərinə göndərsin.

e)  Şuranın növbəti iclası avqustun 17-də keçirilsin.

  1. Cari məsələlər

Oqtay Gülalıyev son internet yazışmalarında özünə qarşı ittihamlara, son vaxtlar mətbuatda Koalisiya əleyhinə gedən yazıların guya onun sifarişi ilə yazıldığı haqqında fikirlərə qəti etiraz etdi.

Qubad İbadoğlu avqustun 3-də saat 11-də BMM-də Dünya Bankının “Effektiv İdarəetmə İndikatorları”nın müzakirəsinin keçiriləcəyi haqqında məlumat verdi və Koalisiya üzvlərini həmin tədbirdə iştirak etməyə dəvət etdi. 


1 ... 23 24 25 ... 39 A


Sənədin sonuncu korrektə tarixi: 16/1/2008 - 15:23:18

 

Azərbaycanda İnflyasiya Kalkulyatoru

MSŞA Koalisiyasının 10-cu Ümumi Yığıncağı

1. Say Kolmissiyasinin hesabat
2. 2008 – Cİ İL ÜÇÜN FƏALİYYƏT PROQRAMI
3. Şuranın hesabatı
4. Monitorinq Qrup-n hesabatı
5. Şuranın hesabatı (məruzə)
6. Ümumi yığıncağın gündəliyi

EITI üzrə Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə 2006-cı il üçün illik hesabatı, Müstəqil mühasiblərin (audit şirkətinin)- 6-cı hesabat RƏYİ və birgə press- reliz.
2006-cı il üçün MHŞT üzrə 6-cı hesabata dair Koalisiyanın Alternativ Rəyi more...

2006-cı ilin ilk 6 ayı  üçün MHŞT üzrə 5-ci hesabata dair Koalisiyanın Alternativ Rəyi

2007-ci İl üçün Vahİd layİhə
1. Vahid layihə və Maliyyə dəstəyi olan fəaliyyətlər
   - ACİ YF   - Dünya Bankı
2. Təkliflərin qəbulu elanı
3. Müsabiqə şərtləri
4. Seçim Qrupunun Əsasnaməsi
5. Seçim Qrupunun QƏRARLARI
6. Layihənin icrası qaydaları
7. Vahid Layihənin icrası
8. İctimai Birliklərin MSŞA Koalisiyasının Vahid Layihəsi (2007-ci il) çərçivəsində siyasət sənədlərinin yazılması üzrə təkliflərin qəbulu üçün MÜSABİQƏ ELANİ 

KoalisiyanIn 9-cu Ümumİ yIğIncağInda qəbul edİlmİş sənədlər:
1. Koalisiyanın Əsasnaməsi
2. Monitorinq Qrupunun Əsasnaməsi
3. Strateji Planlaşdırma
4. Etika Kodeksi
Koalisiyanın 8-ci Ümumi yığıncaqda (22 dekabr, 2006) təsdiq edilmiş 2007-ci il üçün Proqram Sənədi
EITI üzrə 2006-cı ilin ilk 6 ayı  üçün  birgə press- reliz, Azərbaycan hökumətinin mədən hasilatı sənayesindən əldə etdiyi gəlirlər barədə hesabatı və Müstəqil mühasiblərin (audit şirkətinin)- 5-ci hesabat RƏYİ
Biz, Azərbaycan vətəndaşları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü dəstəkləyirik
Koalisiya üzvlüyünə qəbul Qaydaları
Koalisiya üzvlüyü üçün ərizə forması
Koalisiyanın  Anlaşma Memorandumuna təklif etdiyi dəyişikliklər və yeni hesabat formaları layihələri
"Mineral Ehtiyatların hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında" MEMORANDUM
 

 

 
Bütün materiallar MSŞA İctimai Birliklər Koalisiyasına məxsusdur və istinad vacibdir.
Powered by TusiSoft© 2004, 2007 TSW_3.1.2
Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.813757